Yeni elm adamı ortaya çıxıb. Adı Çarlz Atarvin. Atarvin yeni nəzəriyyə ortaya atıb və xortdanların həqiqətən mövcud olduğunu iddia edib. Xortdan növlərinin mənşəyi adlı kitab çıxarıb. “Yeni nəzəriyyə kəşf etdim, hələ buna aid heç bir dəlil yoxdur amma dəlilləri mütləq tapacağam” demişdir. Ona qarşı çıxanlara və xortdanların mövcud olmadığını söyləyən kəslərə isə “elmə qarşısınızmı?” deyə reaksiya göstərmişdir. Nəzəriyyəsi üçün bu düsturu kəşf etmişdir:

 

xy {f (x) ± g (x)} + enerji + fotonal təsir + (an + 1) / an + elektrik + of (x) + g (x) = pre-xortdan

 

òxndx + su buxarı + log1 / x + sinhx / coshx + elektrik + f (1 + x2) = ara xortdan

 

tangx + (xy) 2.yx + kosmik şüalar + glogx2 + su buxarı «g (x) + radiasiya = tama yaxın xortdan

 

afx2 + wcos x2 + (f (x) ± g (x) + radiasiya + lfx3 + (xy2 + yx2) p + enerji = tam xortdan

 

Atarvin əlində heç bir elmi dəlil olmamasına baxmayaraq, xortdanların mövcud olduğu iddiasını bu formullarla elmi göstərməyə çalışıb.

Atarvin, xortdanlar ilk su buxarından meydana gəlmişdir iddiasını irəli sürüb. Su buxarının küçədə gəzən insanların əvvəl bədənlərinin üzərinə gəldiyini, sonra o bədənlərinə sürünən su buxarının insan şəklini aldığını və bu şəkildə dəniz səthində inkişafını tamamladıqdan sonra səmaya yüksəldiklərini və buludların üzərində koloniyalar meydana gətirərək inkişaflarını tamamladığını iddia edib. İddiasına görə, zamanla buludlar da müxtəlif şəkillər alır, bəzən insan görünüşünə bürünür, bəzən də heyvan görüntüsü göstərir. İlk təməl xortdanı yəni pre-xortdanların bu yolla ortaya çıxdıqlarını, fiziki inkişaflarının ilk mərhələsini o mərhələdə əldə etdiklərini müdafiə etmişdir. Elektrik ionları ilə yükləndiklərində, şimşək çaxdığında, havada bir elektriklənmə olduğunda pre-xortdanların inkişafı, fiziki inkişaflarının bu şəkildə gücləndiyini iddia edib.

 

Neo-Atarvinçilər isə xortdanların televiziya üzərindəki insan təsvirlərindən formalaşdığını müdafiə edir. Televizordakı insan təsvirlərindən oradakı ionları yüklənərək, o bölgədən su buxarı şəklində uzaqlaşdıqlarını söyləyir. Yenə eyni şəkildə kino pərdəsi üstündə göstərilən filmlərdəki təsvirlərə insan nəfəsi gəldiyində oradakı ionların insan nəfəsinin üstünə keçərək şəkil aldığını və beləcə sıçrayışlı xortdanların meydana gəldiyini iddia ediblər.

Atarvin nəzəriyyəsindəki təməl düşüncənin: “Təbiətdə mövcud olan atma və atarlık yəni “sərbəst atış qanununun” təbii əks olunması olaraq bəzi funksional faktlar təbiətdə həyata keçir. “Sərbəst atış qanunu” hər cür xortdanın meydana gəlməsində əsas faktdır. Bu bir həqiqətdir. “Kitabımı oxumayan məni tam anlaya bilməz” deyərək də bu qəribə iddialarını davam etdirmişdir.

 

Bütün elm dünyası, dünya tərəfindən məşhur universitetlər, dünya tərəfindən məşhur elm adamları bu nəzəriyyəyə sarılıb. “Atarvinizmə qarşı gəlmək elmə qarşı gəlməkdir” deyərək “bu nəzəriyyəyə qarşı çıxanları işdən çıxarmaq lazımdır, imtahanlarda Atarvinizmi müdafiə etməyən şagirdləri məktəbdən qovmaq lazımdır” deyib, “bu nəzəriyyənin minlərlə düsturu var, buna baxmayaraq hələ də necə inanmırlar” deyə iddia ediblər. Bu yeni iddia ictimaiyyəti uzun müddət məşğul edəcək kimi görünür.

 

Bu yeni xortdan nəzəriyyəsi bizlərə nədənsə Darvinin təkamül nəzəriyyəsini xatırladır. Darvin də əvvəl təkamül vardır deyə bir şey uydurub sonra bunun dəlillərini tapacağını iddia edib. Dəlil axtarıb amma tapa bilməyib. Darvin və onu izləyən darvinistlər də bu nəzəriyyənin elmi olduğunu iddia edib amma elmi tək bir dəlil gətirə bilməyib. “Təkamül nəzəriyyəsi elmi deyil, bir yalandır” deyənlərə “elmə qarışa bilərsinizmi?” deyiblər. Əllərində tək bir dəlil də olmamasına baxmayaraq kompleks anlaşılmaz yazılarla, saxta formullarla təkamül boş sözünün təbliğatını ediblər. Halbuki Darvinin təkamül iddiası, Atarvinin xortdan iddiasından heç də fərqli deyil. Kimyəvi düsturlar, elmi terminlər bu həqiqəti dəyişdirmir. Və Allahın izni ilə artıq bütün dünya darvinizmin boş sözünün fərqindədir.

 

Atarvin: “Darvin dayımın oğludur. İkimiz qovaq ağacına söykənib, üzərimizə çoban qamçısı alıb bu pozanı vermişdik. Əslində mən dayımın oğluna çox bənzəyirəm amma məni xortdan vurdu, buna görə belə oldum. “Həyatım və xatirələrim” adlı kitabımda bunları daha ətraflı izah edəcəyəm” deyir. Bizə bu izah etdiyi heç inandırıcı gəlmədi. Sanki photoshop oyununa bənzəyir.

 

BU XƏYALİ YAZI DARVİNİZMİN NƏ QƏDƏR ÇİRKİN YALAN OLDUĞU VURĞULANMASI ÜÇÜN İZAH EDİLMİŞDİR DARVİNİZM BURADA GÖRÜLDÜYÜ TƏRZDƏ ÇOX PİS MƏNTİQSİZLİYƏ ƏSASLANIR.