İçeriğe geç

Dəccalın oyunu sona çatdı – 1

Bu dünya həyatı, yaxşılarla pislərin, gözəlliklərlə çirkinliklərin ortaya çıxdığı, insanların etdikləri ilə sınandığı, iman edənlərin və etməyənlərin sınanıb imtahan edildiyi müvəqqəti məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Uca Allah, imtahanın gərəyi olaraq iman edənlərə qarşı inkar edən, günahkar düşmən yaradıb. Hər dövrdə peyğəmbərlərin və iman edənlərin qarşısına çıxan bu inkarçı, peyğəmbərimizin hədislərinə görə, hz. İsanın təkrar yer üzünə gəlməsinin gözlənildiyi dövrdə, yəni Axırzamanda, “dəccal” olacaq.

Dəccal ərəb sözüdür, “dəcl” kökündən gəlir. Lüğətdə verilən mənaya görə dəccal, “yalançı, hiyləgər, zehinləri, qəlbləri, yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi bəzəyib həqiqi üzünü gizlədən, bucaq-bucaq hər yeri dolaşan müfsid (nifaq salan, pozan, pisləşdirən) və məlun (lənətlənmiş, qovulmuş)” varlıqdır.

Hədislərdə dəccal Axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxan ən böyük mənfi güc olaraq xəbər verilmişdir. Axırzaman kimi fövqəladə hadisələrin reallaşdığı bir dövrdə Allahın elçisinə düşmənçilik edərək şeytanın sistemini hakim etməyə çalışan dəccal, tarixin bəlkə də ən şiddətli inkarçılarından biridir. Necə ki, Peyğəmbərimiz (s.ə.v), dəccalın fitnəsinin böyüklüyünü belə təsvir etmişdir:

 

“Adəmin yaradılışından qiyamətə qədər keçən zaman içərisində dəccaldan daha böyük bir hadisə yoxdur.” 1

 

Dəccal rəvayətlərə görə, doğrunu səhv, səhvi doğru, yaxşını pis, pisi yaxşı göstərən bir nifaqçıdır. “Şübhəsiz ki, yanında bir cənnət və bir cəhənnəm (deyə adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində cəhənnəmi cənnət, cənnəti də bir cəhənnəmdir …” 2 hədisində də ifadə edildiyi kimi, onun çağırdığı gözəl görünüşlü hər şey, insana fəlakət gətirəcək pislikdir. İnsanlara pis kimi göstərdiyi dəyərlər isə əslində onların xeyrinədir. Necə ki, insanların bəziləri, hadisələri Quran əxlaqına və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə görə qiymətləndirmədikləri üçün, dəccalın onları çağırdığı şeylərə aldanaraq ona tabe olacaq və əsas Allahın fitrətindən qəflət içində üz çevirəcəklər. Bunun nə qədər böyük səhv olduğunu isə, dəccalın meydana gətirdiyi zülm mühiti sayəsində anlayacaqlar. Bu səbəbdən Peyğəmbərimiz (s.ə.v) insanları xəbərdar etmiş və dəccalın pis olaraq göstərdiyi şeyin yaxşı olduğunu bilərək hərəkət edilməli olduğunu bildirmişdir:

 

“Dəccal çıxar. Yanında su və atəş vardır. İnsanların su kimi gördüyü yandırıcı atəşdir. İnsanların atəş olaraq gördükləri də soyuq və şirin sudur. Sizdən hər kim bunu hiss etsə atəşi seçsin; özünü atəşə atsın. Əslində o şirin və gözəl sudur.”3

 

 

1) Tirmizi, səh. 82; Müslim, Fiten: 126

2) İbni Əbi Şeybə, Musannəf, Fiten: 5, 8/5912 İbni Macə, 4075, 4076; Tirmizi, Fiten: 59, no. 2240, 4/510

3) Müslim; Böyük Fitnə Məsih-i Dəccal, Saim Güngör, səh. 13

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz