“Hürriyet” və “Radikal” qəzetlərində və digər bəzi nəşrlərdə 19 noyabr 2008-ci il tarixində nəşr edilən bir xəbərdə, “kenquruların genetik qohumumuz” çıxdığı xəbəri verildi. Kisəli heyvanların genetik kod xəritəsinin çıxarıldığı və kenquruların genetikasının insana bənzədiyinin aydın olduğu iddiasında bəhsi keçən xəbərlər, yenə çürük təkamül nağıllarının tanış nümunələrindən birini təşkil edirdi.

Darvinistlər zamanla müxtəlif nəticəsiz təşəbbüslərlə təkamül nəzəriyyəsini gündəmdə tutmağa çalışır. Lakin bunu elmi dəlillərlə edə bilməzlər. Çünki elmi bütün tapıntılar təkamülü qəti olaraq yalan hesab edir, çürüdür. Bunu çox yaxşı bildiklərinə görə təkamül yalanını ayaqda tutacaq bir fərziyyə yolu tapmağa çalışırlar. Üzərində təbliğat edə biləcəkləri vəsait axtarırlar.

Eynilə nəsli kəsilmiş insan və meymun kəllələrini insanın saxta təkamülünə dəlil göstərməyə çalışdıqları kimi, canlılardakı genetik bənzərlikləri də “ortaq ata” hekayəsinə bir sübutmuş kimi təqdim etməyə çalışırlar. Lakin bu mövzuda yalan söyləyirlər. Elmi məlumatlar bu həqiqəti sübut etmişdir.

Sözdə ortaq ata hekayəsində uzun zaman gündəmdə saxlamağa çalışılan şimpanze genomu ilə bənzərlik iddiası, darvinistlərə elə böyük bir xəyal qırıqlığı yaşatmışdır ki, indi bu saxta hekayəni kenqurulara çevirməyə çalışırlar. Darvinistlər uzun zaman şimpanze ilə insan genomları arasındakı sözdə 99.4%-lik bənzərlik olduğu iddiasını əhəmiyyətli fərziyyə vəsaiti olaraq istifadə edib. Elə ki, insanlara, şimpanze genomu işlərinin hələ başlanğıc mərhələsində olduğu, bəhsi keçən bənzərliyin insan genomunun yalnız mində 3-ü üzərində edilən müqayisəyə söykəndiyi deyilməmişdir.

Şimpanze genomu layihəsi genişləndikcə, insan və şimpanze genomları arasındakı fərq ciddi şəkildə artmağa başlamış, bundan əvvəl iddia edilən 99.4%-lik bənzərlik nisbəti bir təkamülçünün sözləri ilə “kədər verəcək dərəcədə xəta” olaraq təyin olunmuşdur. Reallaşan işlər, insan və şimpanzenin ortaq olaraq təyin olunan genlərin belə ciddi fərqlər ehtiva etdiklərini, amin turşusu düzülmələri fərqli olan genlərin insandan fərqli funksiyalar boynuna götürdüklərini göstərmişdir. Bu səbəbdən insan-şimpanze genomu bənzərliyi üzərindəki bütün iddialar yalnız bir fərziyyədir, həqiqətləri əks etdirmir.

Darvinistləri dəhşətə salan bu əhəmiyyətli həqiqətlər, darvinist nəşrləri, üzərində fərziyyə edəcəkləri yeni bir mövzu axtarışına sürükləmişdir. Elə ki darvinizm tərəfdarı nəşrlər edən qəzetlər insanın kenqurudan, hətta “siçandan” nə zaman ayrıldığının təbliğ etməyə başlamış, bu demaqoq insanlar üzərində təsirli olduğunu zənn etmişdir. Darvinist nəşrlərin çaxnaşma içindəki bu ata tapmaq səyləri bundan əvvəl də tələsik, hətta gülünc nümunələrlə gündəmə gəlmiş, bəhsi keçən nəşrlər insanın atasının “qarışqayeyən” olduğunu, “mikrob” olduğunu, hətta “kartof” olduğunu iddia etməkdən qorxmayıb.

 

İnsan bədənində 100 trilyon hüceyrə var, hüceyrələrdə olan hər bir DNT molekulunda isə bir kitabxana dolusu məlumat qorunub. Bu vəziyyətdə, bir insan bədənindəki məlumatı saxlayan bu şəkildə yüz trilyon kitabxana olması lazımdır. Ancaq burada əsas əhəmiyyətli olan bu bir kitabxanalıq məlumatın xüsusi bir sıralama ilə kodlanmasıdır.

Canlılarda genetik oxşarlıq olması əlbəttə təbiidir. Canlıların genetik quruluşu bənzər materiallardan meydana gəlir, canlılar yaşamaq üçün eyni vəsaitləri istehlak edir, eyni mühiti paylaşır. Necə ki, insanın genləri, müəyyən nisbətlərdə başqa bir çox canlıyla bənzəyir. Məsələn insan və nematod soxulcanlarının genləri arasında 75% bənzərlik var amma bu vəziyyət insanın 75% soxulcan olduğunu göstərmir. Banan və insan arasında da 50% bənzərlik var amma bu bənzərlik də insanın 50% banan olduğunu göstərmir.

İki canlı arasında eyni genlər tapılsa da bunların sıralama fərqi səbəbiylə tamamilə fərqli şəkildə çalışdıqları bilinir. Eynilə şimpanzelərin olduğu kimi. Banandakı bənzər genlərin necə insandakı kimi çalışdığı iddia edilə bilməzsə, şimpanzelərin, kenquruda və ya nematod soxulcanlarında da belə bir şey iddia edilə bilməz. İnsanı insan, kenqurunu kenquru, bananı da banan edən genlər, o canlılara aid olaraq yaradılan xüsusi genlərdir və bu Rəbbimizin üstün və unikal yaratmasının əhəmiyyətli dəlildir.

Darvinistlərin bu tip demaqoqluq edib təkamül nəzəriyyəsini dəstəkləyəcək tək bir dənə də olsa elmi dəlil gətirmələri lazımdır. Genlər üzərinə fərziyyələr edərkən, möhtəşəm kompleksliyə genlərin şərhini edə bilmələri lazımdır. Amma təkamülü dəstəkləyən tək bir dəlil belə yoxdur. Genlərin varlığı, canlıların mənşəyini təsadüflərə bağlayan təkamül nəzəriyyəsini təkzib etmək üçün kifayətdir. Çünki gen, sahib olduğu kompleksliklə, həyatın təsadüf əsəri olmadığının, yaradıldığının açıq dəlillərindən biridir.

Əslində bəhsi keçən nəşrlər, darvinizmin dağılmasının çaxnaşması içindəki təkamül tərəfdarlarının boş yerə çırpındıqlarını ifadə edir. Darvinistlər bu çaxnaşma içində elə qorxusuzlaşırlar ki, insanları gülünc iddialarla aldada bilməyə çalışırlar. Elm pərdəsi altında heç çəkinmədən bir qəzet səhifəsində insanlara kenquru atalarından gəldiyini, əslində qarışqayeyən olduğunu və hətta yalnız mikrob olduğunu söyləyə biləcək qədər irəli gedib. 150 ildir davam edən darvinist yalan sərhədini aşmış, insanlar sanki nağıllara inanan uşaq yerinə qoyulmağa çalışılmışdır. Darvinist məntiq daşıyan nəşrlərin qəbul edə bilmədikləri həqiqət budur: İnsanlar artıq aldanmır. İnsanlar, Darvinin yalan düşüncələrinə artıq inanmır.

Demaqogiya ilə yalan söyləmə dövrü çoxdan başa çatmışdır. İnsanlar, Allahın bütün varlıqların Yaradıcısı olduğuna və hər varlığı yalnız “OL” əmri ilə yoxdan yaratdığına inanır. Məhz buna görə yalanla ayaqda qalma dövrü sona çatmışdır. 20 il, 30 il, 40 il əvvəlki bayat məlumatları yeni məlumat kimi yeniləyib xalqın önünə təqdim etmək doğru deyil. Darvinizm yıxılmışdır, darvinist saxtakarlığın əsl üzü ortaya çıxmışdır və darvinistlər artıq dünyanı aldada bilmir.

Artıq indiki vaxtda darvinizmi çürüdən dəlillər çox dəqiq və açıqdır. Paleontologiya elminin ortaya çıxardığı və təkamülün olmadığını açıq göstərən 100 milyon fosil indiki canlılarla eyni olan qalıq varkən genetikadan, oradan buradan dəlil çıxarmağa çalışmaq bihudə səydir. Əksinə genlərin kompleksliyi anlaşıldıqca, insanın genomu layihəsi çərçivəsində ortaya çıxan möcüzələr görüldükcə, darvinizmin yalan olduğu daha çox dəqiq aydın olmuşdur. İnsan genomu layihəsi direktoru və insan genomu araşdırma mərkəzi başçısı köhnə ateist tibb doktoru Fransis Kolins, DNT-dəki kompleksliyi və zərifliyi gördükdən sonra Allaha iman etdiyini açıqlamışdır. 1

 

Collins, DNT-dəki üstün yaradılışı Allahın möcüzəsi olaraq adlandırmış, insan genomunu araşdırdıqca Allaha daha çox yaxınlaşdığını ifadə etmişdir.

 

Canlı orqanizmlərin kompleksliyi aydın olduqda, darvinizmin yanlışlığı daha çox aydın olur. “Hürriyet” və “Radikal” qəzetlərinə bütün dünyanın gördüyü bu həqiqəti görmələrini, insanların 90%-nin artıq darvinizmə inanmadığını qəbul etmələrini və çürük düşüncələrlə insanları aldadmağı bacarmayacaqlarını anlamalarını tövsiyə edirik.

 

1) http://www.cnn.com/2007/US/04/03/collins.commentary/index.html