Header

Ərtoğrul Özkökün 16 noyabr 2008-ci il tarixli yazısına cavab

Aa4a

Hörmətli Ərtoğrul Özkök 16 noyabr 2008-ci il tarixli yazısında, Allaha olan inancını dilə gətirmiş, həyatının heç bir dövründə Yaradanın varlığını inkar etmədiyini ifadə etmiş. Bunlar çox gözəl və təqdirə layiq ifadələr. Lakin hörmətli Özkökün yazısındakı ölüm və axirət mövzusundakı ifadələrindən, ölümdən sonra həyatın varlığına inanmadığı, bu səbəbdən İslamiyyətə də inanmadığı aydın olur.

Hörmətli Özkök;

Əgər düşündüyünüz kimi insanın bütün varlığı ölüm ilə sona çatırsa, o zaman bütün kainat məqsədsizmi yaradıldı? Dünyada yaradılmış olan hər şeyin bir məqsədi var. Bir avtomobilin sürət qutusu, faraları həmişə bir məqsəd üçün yaradılmışdır. Yemək yeyərkən istifadə etdiyiniz çəngəlin, radionun üzərindəki bir düymənin, saatın, bir qapının qulpunun, açarın hər birinin bir varlıq məqsədi vardır. Oxumaq üçün istifadə etdiyiniz eynək, avtomobilin ventilyasiyası həmişə bir məqsəd üçün var edilmişlər. Dünyada hər şey bir məqsəd üçün varkən, yalnız insanınmı varlığının bir məqsədi yoxdur? Əlbəttə, belə bir şeyi düşünmək heç bir məntiqə sığmır.

Hörmətli Özkök, Uca Allah, bir insanın sahib olduğu 100 trilyon hüceyrənin hər birinin içində bir möcüzə yaratmışdır. Bu fövqəladə quruluşa aid saysız detalın tək birini araşdırıb çözə bilmək, indiki texnologiya ilə belə tam mənasıyla mümkün ola bilməməkdədir. Bu möcüzə quruluşun yalnız bir parçasını meydana gətirən möhtəşəm molekul DNT, içində tam bir milyon ensiklopediya səhifəsini dolduracaq məlumata malikdir. Hər bir hüceyrə nüvəsi, hər biri içində bir milyon səhifəlik məlumat saxlayan 46 ayrı DNT spiralı ilə təchiz edilmişdir. Xatırlatmaq lazım olsa, 23 cildlik “Britannica Ensiklopediyası”nın belə cəmi 25 min səhifəsi vardır. Yəni insanın sahib olduğu milyonlarla DNT-dən yalnız tək biri, dünyanın ən böyük ensiklopediyasının 40 qatı böyüklüyündə məlumat anbarına malikdir.

İnsanın tək bir hüceyrəsinə möcüzə yerləşdirən və bunu hər bir insanda trilyonlarla dəfə var edən Uca Allahın insanı yaratmasında və onu bu dünya içində ölümlü etməsində əlbəttə ki, bir məqsəd vardır. Bunların heç biri boş bir məqsəd üçün yaradılmamışdır. Uca Allah bir ayəsində bu şəkildə buyurar:

“Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115)

İnsanın dünya üzərindəki varlığı, bu dünyanın yaradılış məqsədinə uyğun olaraq yalnız imtahan üçündür. İnsan, dünyada edib etdikləriylə imtahan verər, axirətə hazırlanar. Dünya, insanın ölümdən sonrakı sonsuz həyatı üçün sınandığı yerdir. Rəbbimiz bir ayəsində həyatın və ölümün məqsədini bu şəkildə bildirmişdir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)

Bütün bu gerçəklərə qəlb gözü ilə, vicdanla, ağıllı və məntiqli baxan və ruh sahibi olduğunu bilən bir insan, öz varlığının ölüm ilə sona çatmayacağını asanlıqla anlayacaq. Yaradılışda möhtəşəm bir detal, bir davamlılıq və bir məqsəd vardır. Bunların hamısını yaradan və insana Öz Qatından ruh və anlayış bəxş edən Allah, əlbəttə bunların hamısını qüsursuz olaraq sonsuza qədər yaratmağa qadirdir. Uca Allah, bir başqa ayəsində axirət yaratmasını belə xəbər vermişdir:

De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir. (Ənkəbut surəsi, 20)

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313