Dünyanın ən qədim hörümçək fosili olaraq qəzet başlıqlarına əks olunan 385 milyon illik hörümçək fosili üzərində edilən son fərziyyələr təkamülçü ədəbsizliyini bir dəfə daha gözlər önünə sərir. “BBC News” internet saytında 23 dekabr 2008-ci il tarixində “Tangled web of spider evolution” (hörümçək təkamülünün qarışıq toru) başlığı altında nəşr olunan xəbər, ölkəmizdə də CNN Türk veb saytı (23 dekabr 2008) və Star qəzeti (24 dekabr 2008) kimi mətbuat orqanlarında yerini tapdı.

Xəbərdə, 385 milyon il əvvəl yaşamış olan hörümçəyin, günümüz hörümçəkləri kimi yaxşı tor çıxara bilmədiyi iddia edilir və hörümçəklərin xəyali təkamüllə sonradan tor qura bildikləri iddiası yer aldı.

Bu saxta iddia, insanları yalnız aldatmaq üçündür. Və Darvinist ədəbsizliyi bu iddia ilə yenidən özünü göstərmişdir.

Darvinistlər, bu hörümçək ilə əlaqədar iddialarını canlının ipək çıxarmağa yarayan orqanlarının günümüz hörümçəklərdəki kimi olmadığından yola çıxaraq ortaya atmışlar. Ancaq bu məntiqsiz iddiadır. İndiki vaxtda belə hörümçəklərin tor qurma sistemləri fərqli deyildir. Bunlar arasında düz spiral şəklində tor quran hörümçəklər olduğu kimi, qıf şəklində tor hörənlər, saçaq altlarına düz tor hörərək ov gözləyənlər, kəmənd atanlar, özünü torun içinə salanlar və bunun kimi yüzlərlə hörümçək növü vardır.

Bunların hamısının bu toru yaradacaq strukturları və sistemləri fərqlidir. 385 milyon il əvvəl yaşamış olan bu canlının, indiki vaxtda yaşayan, fərqli şəbəkə tipləri meydana gətirən səbəbindən fərqli anatomik quruluşa sahib olan hörümçək növü olması olabiləcəkdir. Daşlaşmış fosildən darvinistlərin bunun qiymətləndirməsi mümkün deyil.

Eyni şəkildə darvinistlərin daşlaşmış bu fosilə baxaraq, ipək çıxaran orqanların əhatəli strukturlarını təyin etmələri də mümkün deyil. Darvinistlər ümumiyyətlə, fosillərin ortaya qoyduqları gerçəkləri görməkdənsə, fosillər üzərində fərziyyə etməyi seçərlər. Bu mövzuda darvinistlərin illərlə sudan quruya çıxan ara forma olaraq göstərməyə çalışdıqları Coelacanthı xatırlamaqda fayda vardır.

400 milyon il əvvəlindən bəri var olan və fosilləri üzərində təkamülçü fərziyyələr səbəbiylə sudan quruya xəyali keçidin ən əhəmiyyətli nümunəsi olaraq önə sürülmüş olan Coelacanth, illərlə darvinist nəşrlərin ən dəyərli vəsaiti idi. Darvinistlər, fosili qarşılarına alaraq, fosil üzərindəki bəzi strukturların ibtidai ağciyərlər olduğunu, üzgəclərin isə quruya çıxmaq üzrə təkamülləşməyə başladığını iddia etmişdilər. Lakin darvinistlərin bir ara-keçid forması olduğunu və bu səbəblə növünün milyonlarla il əvvəl tükəndiyini iddia etdikləri Coelacanthın canlı nümunəsinin tapılması, bütün planlarını alt-üst etdi.

Darvinistlər artıq Coelacanth haqqında yalan söyləyə bilmirdilər. Çünki darvinistlərin illərlə canlının ibtidai ağciyərləri olaraq göstərdikləri strukturlar yalnız bir yağ kisəsi idi. İbtidai ayaqlar olaraq təbliğatını etmiş olduqları strukturlar isə canlıya aid mükəmməl üzgəclər idi. Dənizdən quruya addım atmaq üzrə olduğu iddia edilən bu canlı, əslində dayaz sulara çıxdığı anda belə dərhal ölən, ancaq 180 m. dərinlikdə yaşaya bilən dib balığı idi. Və təkamülçülərin ən fundamental vəsaiti olmuş olan bu canlı, günümüz dənizlərində 300-dən çox canlı olaraq tapılmışdı.

Yəni darvinist yalan bir daha ifşa olmuşdu.

 

Darvinistlər bu açıq kütlə yalanına baxmayaraq, Coelacanth haqqında uzun illər davam etdirdikləri yalanı, başqa nümunələrdə də istifadə etməyə çalışmaqdadırlar. 385 milyon illik hörümçək fosili mükəmməl görünüşdədir. Və açıqca, ibtidai məktəb, orta məktəb şagirdlərinin belə rahatlıqla anlayacağı şəkildə günümüz hörümçəklərindən tam mənasıyla fərqsizdir. Günümüz hörümçəklərinin 385 milyon il əvvəl, bugünkündən fərqsiz şəkildə var olduqları gerçəyi isə, darvinistlərin kabusudur.

Məhz bu səbəblə darvinistlər, təkamülü çürüdən bu mükəmməl nümunəni bir yolla təkamülçü fərziyyə vəsaiti etməyə çalışarlar. İnsanlarda bu canlının (xəyali şəkildə) təkamülləşdiyinə dair təəssürat buraxmaq, bu mükəmməl nümunədə saxta təkamülün varlığını sübut edəcək qüsur meydana gətirmək istəyərlər. Ətrafda hər şey mükəmməl olduğu, belə bir qüsur olmadığı üçün, insanların görmədikləriylə əlaqədar mövzular uydurarlar. Məhz 385 milyon illik hörümçəkdə də edilmiş olan budur.

Darvinistlər, bu mükəmməl canlıda, kimsənin təsbit edib doğruluğunu araşdıra bilməyəcəyi şəkildə ipək çıxaran strukturların “təkamülləşmədiyini” qarşıya qoyaraq insanları aldatma məqsədindədirlər. Halbuki, canlı mükəmməl görünüşdədir. Günümüz hörümçəklərindən fərqsizdir. 385 milyon ildir heç dəyişməmişdir. Bugünkü görünüşü ilə 385 milyon il əvvəl birdən var olmuş, yaradılmışdır. Bu qüsursuz fosil nümunəsi, təkamülü qəti olaraq ortadan qaldıran son dərəcə əhəmiyyətli dəlildir.

Darvinistlər yaşayan fosillər səbəbiylə çaxnaşma içindədirlər. İllərdir saxlamağa çalışdıqları 100 milyon fosilin təkamülü çürüdüb yox etmiş olduğunu anlamışlar. Bu fosillərin ortaya çıxmış olmasının, eynilə Darvinin özünün də etiraf etmiş olduğu kimi1, nəzəriyyəyə böyük etiraz olacağını, yəni nəzəriyyəni yox ediləcəyini anlayıblar. Artıq yaşayan fosilləri gizlətmə imkanları olmadığından, yer üzündə tapılmış bütün fosillərin təkamülü rədd etdiyi bütün dünya tərəfindən aydın olmuş olduğundan, təlaş və çöküş içindədirlər. Darvinistlərin, çaxnaşma içində yalana müraciət etmələrinin, mükəmməl yaşayan qalıqlar üzərində fərziyyələrə davam etməyə işlərinin səbəbi budur.

Lakin darvinistlərin inanmaqda çətinlik çəkdikləri, daha doğrusu inanmaq istəmədikləri gerçək budur: Artıq insanlar, qəzet səhifələrində və ya internetdə 385 milyon illik bu hörümçək şəkilini gördüklərində, bunun bir yaşayan fosil olduğunu və təkamülü çürüdən əhəmiyyətli dəlil olduğunu düşünməkdədirlər. Bu fosil haqqında edilən təkamülçü təbliğat onları heç maraqlandırmamaqdadır. Çünki darvinist təbliğatların yalana əsaslandığını, yaşayan fosillərin isə elmi gerçək olduğunu, canlıların təkamülləşmədiklərini, yaradıldıqlarını isbat etdiyini bilməkdədirlər. Bütün dünyaya yayılmış olan Yaradılış Atlası, bu əhəmiyyətli gerçəyi insanlara açıq dəlilləriylə göstərmişdir.

Bir canlının var olması Rəbbimizin “Ol” əmriylədir. UCA ALLAH bir canlını, 385 milyon il əvvəl də indi də, daha əvvəlində də daha sonrasında da, mükəmməl və qüsursuz şəkildə yaratmağa qadirdir. Allahın böyüklüyünü və yaratmadakı üstünlüyünü qavramaq istəməyənlər, hələ saxtakarlıqlarla insanları aldada biləcəklərini zənn etsələr də, Allahın diləməsiylə mütləq batil olan yox olacaq, haqq olan qalib gələcəkdir.

 

 

1)  “Əgər həqiqətən, növlər o biri növlərdən yavaş inkişaflarla törəmişsə, niyə saysız ara-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil də, tam olaraq təyin olunmuş və yerli yerində? Saysız ara-keçid forması olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox layında basdırılmış olaraq tapa bilmirik… Nə üçün hər geoloji quruluş və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş bir müddət ortaya çıxarmamaqdadır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.” (Charles Darvin, The Origin of Species