Bu günlərdə İngiltərədə 800-ə qədər avtobusun üzərində yer alan afişalar, illərdir darvinist lobbi və onun dəstəkçiləri tərəfindən ört-basdır edilməyə çalışılan bir gerçəyi bütün açıqlığıyla elan etdi: DARVİNİZM İNSANLARI ATEİZMƏ APARIR. Başlıca dəstəkçiliyini darvinist və ateist Riçard Davkinsin etmiş olduğu avtobus afişaları, bunun ən əhəmiyyətli dəlillərindən birini təşkil etməkdədir.
Darvinin ağıl və elmdən kənar fikri, dünya üzərindəki həyatın bütün varlığının və müxtəlifliyinin, (Allahı tənzih edərik) Allahın yaratmasıyla deyil, təsadüfi və təsadüfi müddətlərin nəticəsində meydana gəldiyini irəli sürər. Buna görə DARVİNİZMDƏ MƏQSƏD, AĞIL, HƏDƏF YOXDUR. Darvinizmdə, bütün varlıqları var edən, onları növlərə ayıran, onları fövqəladə dərəcədə mükəmməl və qüsursuz edən güc “təsadüflərdir”. Darvinizmin məqsədi, təsadüfləri ilah edərək, Yaradılış fikrini ortadan qaldırmaqdır. Maddənin mütləq varlığını müdafiə edən materialist inancı təməl alan darvinizm; canlı varlıqların yoxdan yaradıldıqlarına, insanı insan edən ruhun metafizik varlığına və varlıqların Uca Allahın iradəsi və idarəsi altında olduğu gerçəyinə qarşı mübarizə məqsədiylə ortaya çıxmış azğın dindir.
Bir qisim təkamülçülər bu gerçəyi ört-basdır etmə səyindədirlər. Bunun məqsədi budur: Onlar, içində olduğumuz əsrdə darvinizmin dünya üzərində mütləq çökməyə doğru getdiyinin fərqindədirlər. Bu səbəblə, darvinizmin təkrar dünya səviyyəsində təsirli ola bilməsi üçün fərqli kütlələri özlərinə çəkmə və azğın darvinizm ideologiyasını mülayim göstərməyə çalışırlar. Belə ki, bunu edərkən “din və təkamül ziddiyyət təşkil etməz” məntiqini də ortaya ata bilmiş və insanlara, təkamülə inanmanın Allahın varlığını rədd etmək mənasını verməyəcəyi təlqinini vermişlər.
Halbuki bu, BÖYÜK YALANDIR.
DARVİNİZM, ALLAH İNANCINI QƏTİ OLARAQ RƏDD EDƏR. Darvinizm, Allahı inkar üçün ortaya atılmış olan və bu istiqamətdə təbliğat edən saxta və son dərəcə təhlükəli ideologiyadır. Bu azğın ideologiyanı Allah inancı ilə uyğunlaşdırmağa çalışmaq, darvinistlərin çirkin tələsinə düşmək mənasını verər ki, bunun Allah inancına qarşı darvinizmi müdafiə etmək xaricində başqa mənası yoxdur.
Bəzi darvinistlər isə, darvinist ideologiyanın qəti olaraq Allahı inkar üçün ortaya çıxdığını və insanları ateizmə apardığını açıq-açıq ifadə etməkdən çəkinməzlər. Bunlardan ən məşhuru, bu günlərdə avtobus afişaları mövzusu ilə də gündəmdə olan ateist Riçard Davkinsdir. Darvinist inancın insanları ateizmə sürüdüyünə dair Davkinsin etirafları bu şəkildədir:
“Məni bunun şahidi, bu mövzunun vəkili kimi görürlər. Və mənə soruşurlar “Dr. Davkins, təkamülə olan inancınız, təkamül üzərinə işləriniz sizi ateizməmi çevirdi?” deyə. Buna “bəli” demək məcburiyyətindəyəm. … Mənim kimi insanlar təkamül lobbisi üçün pis xəbər kimidirlər. Halbuki, mən bu mövzuda, bu sahədə danışan kəslərin hamısından daha çox açıq sözlü və dürüstəm.1
“Darvin, intellektual mənada təmin olmuş ateist olmağı mümkün etmişdir.” 2
“Növlərin Mənşəyi kitabından əvvəl ateist olmaq olduqca çətin idi.” 3
Kornel universitetindən təkamülçü Viliam Provin, təkamül nəzəriyyəsinin beş əhəmiyyətli nəticəsi olduğunu və Darvinin də bunları çox yaxşı anlamış olduğunu ifadə edər. Bu 5 nəticə belədir:
- (Allahı tənzih edirik) Heç bir tanrının varlığına ehtiyac yoxdur.
- Ölümdən sonra həyat yoxdur.
- Etik dəyərlər son olaraq hər cür təməldən məhrumdur.
- Həyatın son olaraq heç bir mənası yoxdur.
- İnsanın azad iradəsi deyə bir şey yoxdur.
“American Association for the Advancement of Atheism” (Amerikan Ateizmi İnkişaf etdirmə Birliyi) başçısı Çarlz Smit isə bu mövzunu belə yekunlaşdırar:
“Təkamül, ateizmdir.” 4
İndi artıq darvinizmin ateizm mənasını verdiyi, İngiltərə küçələrində gəzməkdə olan 800 avtobus ilə də sənədləşdirilmiş vəziyyətdədir. Üzərlərindəki afişalarla ateizm təbliğatı edən bu avtobuslar, darvinizmin insanlara nə gətirmiş olduğunu açıqca izah etməkdədir. Riçard Davkins, bu kampaniyanın ən böyük dəstəkçisi olaraq, darvinizm təbliğatını açıq şəkildə ateist təbliğata çevirmiş vəziyyətdədir. Çünki BU İKİ İNANC BİR-BİRİNİN DƏSTƏKÇİSİDİR.
İndi artıq bu açıq dəlillərə və açıq etiraflara baxmayaraq, azğın darvinizm ideologiyasını zərərsiz göstərməyə çalışmaq, “Darvinizm ilə mübarizəyə nə gərək var” deyə düşünmək, din ilə təkamül ziddiyyət təşkil etməz yalanına aldanaraq bunun təbliğatını etmək böyük aldatmadır. Bunu müdafiə edən insanlar, DARVİNİSTLƏRİN OYUNUNA GƏLMİŞLƏR. Fərqində olmadan darvinizmin və ən əhəmiyyətlisi ateizmin müdafiəçiliyini etməkdədirlər. Fərqində olmadan, Allahın dini ilə mübarizə edənlərə dəstək olmaqdadırlar. Uca Allah müsəlmanları bu əhəmiyyətli təhlükəyə qarşı xəbərdar edər:
Özlərinə xəyanət edənlərdən ötrü mübahisə etmə. Şübhəsiz ki, Allah xəyanət edən günahkarı sevməz. (Nisa surəsi, 107)
Məhz bu səbəblə, Allahdan qorxan vicdanlı insanın üzərinə düşən, bu böyük bəlanın fərqində olaraq yaşamaq və bu azğın fikir sistemi ortadan qalxana qədər Allah adına mübarizə etmək olacaq. Rəbbimiz bir ayəsində belə bildirir:
Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et! . (Furqan surəsi, 52)
1 Expelled “No Intelligence Allowed” Movie, Ben Stein
2 The Blind Watchmaker, səh. 6
4 H. Epoch, Evolution or Creation, (1988), səh. 148-149