Radikal qəzeti internet saytında Atalay Qirqin imzalı bir yazı nəşr olundu. Qirqin yazısında xülasəylə, Allah inancını fərqli şəkillərdə şərh edərək hissələrə ayırır və Darvinin, bütün varlıqları yoxdan yaradan, hər şeyə qadir olan və bütün nöqsanlardan münəzzəh olan Allah inancına qarşı çıxdığını ifadə edirdi.
Darvinizm, şübhəsiz ki, Allah inancına qarşı çıxa bilmək və insanların zehinlərinə canlıların var olmalarına dair azğın nəzəriyyəni yerləşdirə bilmək üçün ortaya çıxmış ideologiyadır. Ancaq burada xüsusilə vurğulanmalı məqam budur: Darvinizm Allah inancına qəti olaraq qarşıdır. “Allah təkamüllə yaratdı” deyənlər yanılır. Darvinizm, bir Yaradanın varlığını (Allahı tənzih edərik) qəti olaraq rədd edir və onun əvəzinə təsadüfləri ilahlaşdırar.
Atalay Qirqin bu mövzuda yanlış düşünür. Bu mövzunun təfərrütlarına yazının sonrakı səhifələrində toxunulacaq.
Əvvəlcə Atalay Qirqinin yazısında ifadə etdiyi səhv Allah inancına toxunmaq yerində olacaq.
Uca Allah hər şeyə qadirdir və nöqsanlardan münəzzəhdir
İnsanlardan bəziləri yer üzündəki imtahan mühitinə baxaraq yanılar, tərəddüdə düşərlər. İmtahan üçün ətrafda nöqsanların olması, pis insanların və pis davranışların mövcud olması, yer üzünün və öz bədənlərinin acizliklərlə yaradılması və həyatları boyunca nəfsləriylə mübarizə aparmaq məcburiyyətində qalmaları bu kəslərin Allahı lazımi kimi təqdir edə bilməmələrinə gətirib çıxarar. İnsanlar bütün bunlara baxaraq, bütün nöqsanlardan münəzzəh olan Allahın belə bir həyat yarada bilməyəcəyini (Allahı tənzih edərik) düşünərək səhv edərlər. Bu dünya həyatını, insanın sahib olduğu yeganə həyat olduğunu zənn edər, imtahana tabe olduqlarının fərqində belə olmazlar. Halbuki Rəbbimiz ayələrində ifadə etmişdir:
O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaratdı. O, üstün və güclü olandır, çox bağışlayandır. (Mülk surəsi, 2)
Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (Rad surəsi, 26)
İnsanlar bu dünyaya yalnız imtahan vermək üçün gəlirlər. Bu dünyada gördükləri hər iş, etdikləri hər hərəkət, düşündükləri və ya söylədikləri hər söz Allahın qatında mütləq qarşılarına çıxacaq. İnsanlar etdikləriylə sınanacaqlar və nəhayət, mütləq ölümlə görüşəcəklər. Allahın qatında etdiklərinin bir qarşılığı olaraq həqiqi axirət həyatı, yəni sonsuz cənnət və sonsuz cəhənnəm onların əbədi yurdları olacaq.
Dünya həyatı imtahan üçün nöqsanlarla və acizliklərlə yaradılmışdır. Bu, Uca Allahın yaratma sənətidir. Çirkli torpağın içindən o gözəlliyi, təptəzə qoxusu, möhtəşəm ləzzəti və təmizliyiylə bir meyvəni qüsursuzca yaradan Allah, şübhəsiz ki, varlıqların hamısını qüsursuz etməyə qadirdir. Qüsurların olması, insanların sınanması üçündür. Allah insanları xəstəliksiz və nöqsansiz olaraq yaratmağa qadirdir, cənnətdə insanlar heç vaxt xəstə olmayacaqlar. Bunun nümunəsini Allah dünyada da göstərər. Məsələn, köpək balıqları heç vaxt xərçəng olmazlar. Lakin insanlar həyatları boyunca xərçəng bəlasıyla iç-içədir. Allah diləsə, insanı da bəlalar və xəstəliklərdən uzaq yarada bilər. İnsanın belə yaradılmaması, Allaha qarşı necə rəftar göstərdiyini Allahın sınağı üçündür. Allahın üstün gücündən və qüsursuz yaratmasından şübhə edənlər, bu keçici imtahan mühitini həqiqi yurd sananlar, axirəti tanımayanlar, qüsurlara və nöqsanlara baxaraq yanılarlar.
Allah diləsə bu dünyada insanları qorxularla, çətinliklərlə, tələlərlə də sınayar. Bu imtahan üçün lazımdır. Bunların hamısı, nöqsansiz və qüsursuz yaradılan axirət həyatı üçün yaradılmışdır.
Rəbbimiz diləsə, şübhəsiz, ölümsüz də yarada bilər. Ölümsüzlüyü Allah bizə axirət həyatında göstərər. Cənnət və cəhənnəm sonsuzdur. İnsanlar orada ölümü dadmayacaqlar. “O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaratdı” ayəsində ifadə edildiyi kimi ölüm yalnız insanların sınanması üçündür.
Cənnətdə hər şey Uca Allahın Şanına uyğun olaraq mükəmməl olaraq yaradılacaq. Orada nöqsan, acizlik, qüsur yoxdur. Orada səbəblər də yoxdur. Hər şey, Allah dilədiyi an içində ən mükəmməl şəkli ilə yoxdan yaradılar. Bir şeyin yaradılması üçün onu insanın içindən keçirməsi yetər. Məhz cənnət, Ulu Rəbbimizin, Quddüs (Səhvdən, qəflətdən və hər cür nöqsandan çox uzaq, çox təmiz) və Bari (Yaradan, qüsursuzca yaradan) isimlərinin dayanmadan təcəlli etdiyi yer olacaq.
Yer üzündə Allah, yaratma sənətinin ehtişamlığını göstərər
Rəbbimiz, Uca yaratma sənətinin və hər şeyə Qadir olduğunun dəlillərini dünyada saysız nümunə ilə insanlara göstərər. Bunun ən açıq dəlili canlı varlıqlardır. Bir insan hüceyrəsindəki bir DNT möhtəşəm möcüzədir. Hal-hazırda tək zülal belə süni olaraq yaradıla bilməz. Allah, yoxdan və mükəmməl yaratmağa qadir olduğunu maddənin zərrəsindəki bir atomun varlığında bütün ehtişamıyla göstərər. İnsanlar isə, ümumiyyətlə, bu fövqəladəliyi görməzliyə vurar və imtahan mühiti üçün xüsusi olaraq yaradılmış nöqsanlara aldanarlar. Halbuki bu, böyük aldanışdır.
Kainatın böyük tarazlığında, planetlərin boşluqdakı böyük düzüm formasında, dünyada həyatın mövcud olmasına vəsilə olan fövqəladə həssas tarazlıqlarda, tək bir hüceyrənin varlığında, bir-birindən fərqli canlıların heyranlıq oyandırıcı sistemlərində, insanın bədənində, hər saniyə atan ürəyində, otaqlar böyüklüyündə maşınların reallaşdıra bilmədiyi əməliyyatı saniyələr içində qüsursuzca edən böyrəklərində, sirrini kimsənin aça bilmədiyi fövqəladə beynində və Allahdan ilham alan, sevən, düşünən, anlayan, dərk edən, sevinən, darıxan ruhunda, HƏR ŞEYƏ QADİR OLAN, SONSUZ GÜC SAHİBİ UCA ALLAHIN möhtəşəm yaradılış sənətinin nümunələri vardır.
Rəbbimiz ayəsində belə buyurur:
O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
Yaxşı və doğru Qurana görə müəyyəndir və insanlar bununla imtahan olunurlar
Bütün kainatı, dünyanı və içindəkiləri yaradan Allahdır. Dünya isə bir imtahan mühitidir. Allah, əlbəttə ki, Öz yaratdığı bu imtahan mühitində dilədiyi şəkildə hökm etməyə qadirdir. Buna görə Qirqinin və bu mövzuda tərəddüd içində olan digər insanların qarşıya qoyduğu iddialar etibarsızdır. Allah bütün varlıqları yaradan və hər varlıq üzərində hökm edən olaraq, dilədiyi əməli, dilədiyi şəkildə və dilədiyi zaman haram və ya halal edər. Hz. Adəm və hz. Adəmin uşaqları dövründə Allahın haram etmədiyi, lakin Qurana görə indi haram olan bir davranış Allah elə təqdir etdiyi üçün elədir.
İnsan, Allahın yaratdığı bu imtahan mühitinə istəsə də istəməsə də tabedir və özünə Quran ilə bildirilmiş halal və haramlara görə etdiklərinin hamısından məsuldur. Buna görə insanın tabe olduğu mühiti sorğu sual etməsi (Allahı tənzih edərik) bu həqiqəti dəyişdirməyəcək. O yenə Qurana görə etməsi lazım olanlardan məsul tutulacaq, edib etdiklərindən sorğuya çəkiləcək.
Darvinizm Allahı inkar edən bütpərəst dinidir
Darvinizm, Allahı inkar etmək üzərində qurulmuşdur. Kütlələri aldadarkən, təsadüflərin saxta ilahlar olduğunu qarşıya qoymuş və insanları Allah inancından uzaqlaşdırmağa çalışmışdır. Darvin, “özümü bir cinayəti etiraf edirmişim kimi hiss edirəm”1 deyərkən, nəzəriyyəsinin dinsizliyin, Allahı inkarın, azğınlığın qaynağı olacağını bilir. Darvin; dünyaya dinsizliyi, müharibələri, terrorizmi, kütlə qırğınlarını, faşizm-kommunizm kimi azğın ideologiyaları, degenerasiyanı, sevgisizliyi, qəzəb və nifrəti gətirən dəccal sisteminin qurucusudur.
Nəzəriyyələrinin indiki dövrdə çökməkdə olduğunu görən bəzi darvinistlər, get-gedə şüurlanan və dindarlaşan insanlardan dəstək ala bilmək üçün, varlıqları Allahın təkamülü vəsilə edərək yaratdığı yalanını ortaya atmışlar. Halbuki bu böyük yalandır. Darvinizmin saxta ilahı təsadüflərdir. Və Darvinizm ideologiyası qəti olaraq Allahı inkar etmək üzərində qurulmuşdur. (Allahı tənzih edərik).
Allahı haqqıyla təqdir edən, Allahın üstün güc və qüdrətinin şüurunda olan insanlar, əlbəttə, darvinizmə reaksiya verərlər. Darvinizm Allahı inkar üzərində qurulmuşkən, bu azğın dinin başını əzmək üçün səmimi dindarların hamısı, əlbəttə, fəaliyyət göstərəcəklər. Və, şübhəsiz ki, bu əhəmiyyətli səy öz nəticəsini tapmış, darvinizm adı altındakı bu azğın din yox olub yıxılmışdır. Elm adı altında söylənilən əsrin ən böyük kütlə yalanı, elmin qəti və konkret dəlilləriylə yerlə bir olmuşdur. İnsanlar canlıların təkamül keçirmədiyini, canlıların milyonlarla il boyunca dəyişmədiklərini özləri şəxsən görmüşlər. Yer üzündə tapılmış yüz milyondan çox fosil Yaradılışı isbat etmişdir. Məhz darvinistlərin bu təlaşlarının, yaşadıqları çaxnaşmaların səbəbi budur.
Nəticə: Allahın uca qüdrətini təqdir etmək
Rəbbimiz hər şeyə gücü çatan, hər şeyin Sahibi olan, hər şeyi qüsursuz yaratmağa qadir olandır. Rəbbimiz, nöqsanların hamısından münəzzəhdir. İnsan nöqsanı dadar, dünyada ehtiyac və acizlik içində yaşayar; lakin Allah hər şeyin mükəmməlinə, hər şeyin qüsursuzuna və hər şeyin sonsuzuna Malikdir bütün nöqsanlardan münəzzəhdir. Bunların hamısını yaradandır. Rəbbimiz, qullarının etdiklərinin hamısından xəbərdardır. Onların hamısını O yaratmışdır. Onların hamısına qədər təyin etmişdir. Qulların hamısını, bu dünyada, Uca Allahın yazıb təyin etdiyi, Onun yaradıb təyin etdiyi qədərlərini yaşayırlar.
Darvin, insanlar arasında Allah inancını yıxmağa çalışmışdır. Bunu edərkən cəmiyyətə, ölkələrə, insanlara şiddətli dərəcədə zərər vermişdir. Əlbəttə, bu da qədərdədir. Allahın yaratdığı qədər üçün Darvin indi müvəffəqiyyətsiz olmuşdur, məğlubiyyətə uğramışdır. Kütlələr darvinizmi tərk etmişlər, Allaha yönəlməyə başlamışlar. İndi Darvinin ana vətəni İngiltərədə belə müsəlmanlığı seçənlərin nisbətinin on qat artması, bu qədərin bir təzahürüdür. Bunun səbəbi budur: Allahın üstün gücü və möhtəşəm yaratma sənəti göz önündədir. İnsanlar gözlərinin önünə pərdə çəkmiş darvinizm yalanından xilas olduqca, bu yaradılışı açıq-aşkar görməkdədirlər.
Yer üzündə ehtişamlı bir yaradılış sərgiləndiyini, özlərinin də məqsədsiz yaradılmadıqlarını, ölümlə sona çatacaq keçici bir həyata tabe olmadıqlarını, ruh sahibi varlıq olaraq axirətdə sonsuza qədər yaşayacaqlarını və mütləq Rəbbimizin hüzurunda hesab verəcəklərini anlamışlar. İnsanların kütlələr halında Allah inancına yönəlmələrinin səbəbi məhz budur. Qirqinin yazısında ifadə etdiyi kimi “ağılın və elmin işığını NƏ YAXŞI Kİ, insanların böyük bir qismi itirməmişdir”. İndi zehinləri parlaq bu insanlar darvinizmin necə boş söz olduğunu görmüşlər. Bir daha əsla bu azğın din darvinizm ilə aldadılmayacaqlarını, Yaradan, yoxdan var edən tək Varlığın Uca Rəbbimiz Allah olduğunu anlamışlar. Ağılın və elmin işığı, həqiqəti görmələrinə vəsilə olmuşdur.
Hörmətli Atalay Qirqinə də bütün dünyanın kütlələr halında gördüyü həqiqəti görməsini və darvinizm boş sözünün saxta təsirindən tezliklə xilas olmasını tövsiyə edirik.
- Letter 729 – Darvin, C. R. to Hooker, J. D., [11 yanvar 1844]