Darvin bundan 150 il əvvəl, Növlərin Mənşəyi kitabında bu etirafı etmişdi:

 

Əgər, həqiqətən, növlər o biri növlərdən tədrici inkişafla törəmişsə, NİYƏ SAYSIZ ARA-KEÇİD FORMASINA RAST GƏLMİRİK? Niyə bütün təbiət bir QARIŞIQLIQ HALINDA DEYİL DƏ, TAM OLARAQ NİZAMLANMIŞ VƏ YERLİ YERİNDƏDİR? Saysız ARA-KEÇİD forması olmalı, lakin nə üçün yer üzünün saysız çox layında BASDIRILMIŞ OLARAQ TAPA BİLMİRİK?.. Nə üçün hər geoloji quruluş və hər təbəqə BELƏ ƏLAQƏLƏRLƏ DOLU DEYİL? Geologiya yaxşı dərəcələndirilmiş bir müddət ortaya çıxarmır və bəlkə də, BU MƏNİM NƏZƏRİYYƏMƏ QARŞI İRƏLİ SÜRÜLƏCƏK ƏN BÖYÜK ETİRAZ OLACAQ. (Charles Darvin, The Origin of Species, səh. 172, 280)

 

Darvin, 150 il sonra haqlı çıxdı. Yer üzünün heç bir təbəqəsində darvinistlərin mövcud olduğunu iddia etdikləri ARA-KEÇİD formalarına aid bir fosil belə tapıla bilmədi. Nəzəriyyəsi, öz nəzərdə tutduğu şəkildə tamamilə BÖYÜK MƏHVƏ UĞRADI.

 

Son iki əsrdir bütün dünyanı aldadan, elm adına böyük yalanı bütün dünyaya yaymış darvinistlər isə XXI əsrdə böyük bir məğlubiyyət yaşadılar. Yer altından 100 MİLYONDAN ÇOX fosil çıxarıldı. Darvinistlər bu 100 milyon fosili YARADILIŞI İSBAT ETDİYİ ÜÇÜN “GİZLƏTMƏYƏ” çalışdılar. Ancaq bu fosillərin hamısı heç gözləmədikləri bir anda bütün dünyaya göstərildi. Bunların BİRİ BELƏ guya ARA-KEÇİD forması deyilən canlılara aid FOSİL DEYİLDİ. Zülalların, hüceyrənin, DNT-in quruluşunu ortaya çıxaran genetika elmi, BİR ZÜLALIN BELƏ SON DƏRƏCƏ KOMPLEKS OLDUĞUNU və qəti olaraq TƏSADÜFƏN MEYDANA GƏLƏ BİLMƏYƏCƏYİNİ ortaya çıxardı. Darvinizmin yalnız SAXTAKARLIQLAR üzərində qurulduğu dəlillərlə aydın oldu. İnsanın xəyali təkamülünə dəlil göstərilməyə çalışılan BÜTÜN KƏLLƏ SÜMÜKLƏRİN SAXTA OLDUĞU ortaya çıxdı. Bütün bunların nəticəsində insanlar TƏKAMÜL YALANINA QARŞI REAKSİYA VERMƏYƏ, DARVİNİST TƏHSİLƏ ETİRAZ ETMƏYƏ və KÜTLƏLƏR HALINDA ALLAH İNANCINA YÖNƏLMƏYƏ başladılar.

Bu məğlubiyyəti həzm edə bilməyən darvinistlər, demaqoqluq üsullarıyla yalanlarını davam etdirməyə, təkamül əleyhdarı professorları məktəblərdən və universitetlərdən atmağa və dövlətin üst təşkilatlarını təzyiq altına alaraq darvinist diktatorluğu saxlamağa çalışdılar. PAPALIQ TƏŞKİLATINI BELƏ DARVİNİST DİKTATORLUĞUN TƏZYİQİ VƏ İŞĞALI ALTINA ALDILAR. Bu işğalın nəticəsində Papa, İncildəki izahlarla təkamülün uyğun gəldiyi kimi yanlış bir düşüncəni müdafiə etmək məcburiyyətində qaldı. Kilsələr isə, bu azğın diktatorluğun təzyiqiylə Darvindən mənasız şəkildə üzr istəmək məcburiyyətində qaldılar. Məktəblərdə təkamüllə birlikdə Yaradılışın tədris olmasına maneə törədilməyə çalışıldı, üstəlik Darvinin kitabında bəhs etdiyi təkamülün zəif tərəflərinin tədris olmasına belə qarşı çıxıldı. Darvinist diktatorluq bütün dini təşkilatları, məktəbləri, universitetləri, professorları, təlimçiləri və dövlətlərin üst təşkilatlarındakı hər kəsi İŞĞAL ALTINA ALMIŞDI.

Lakin bu diktatorçu rejim uzun sürməyəcək, çünki artıq Allahın icazəsiylə HZ. İSANIN GƏLİŞİ YAXINLAŞDI.

 

Hz. Mehdinin zühuru və hz. İsanın nüzulu

Hz. Mehdi axırzamanda göndəriləcəyi Peyğəmbər əfəndimiz (s.ə.v) tərəfindən müjdələnmiş, müsəlmanları zülm və çətinlik mühitindən qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, hüzur, xoşbəxtlik və rifah gətirəcək müqəddəs şəxsdir. Peyğəmbərimiz (s.ə.v)-dən nəql edilən səhih rəvayətlərə görə hz. Mehdi müxtəlif xurafatlarla, batil inanc və tətbiqlərlə əslindən uzaqlaşdırılmış dini özünə çevirəcək, hz. İsa ilə görüşəcək, birlikdə hz. İsanın da köməyiylə Allahın icazəsiylə yeganə din olan İslamın gözəl əxlaq quruluşunun yer üzünə hakim olmasına vəsilə olacaq.

Hz. İsa Məsihin təkrar dünyaya gəlişi QURAN VƏ İNCİLDƏ İFADƏ EDİLMİŞ QƏTİ GERÇƏKDİR. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislər, axırzaman deyilən son dövr ərzində hz. Mehdinin zühur edəcəyini və dərhal ardınca hz. İsanın nüzulunu açıq ifadə edir. Hz. İsa hz. Mehdi ilə birlikdə, dünyadakı bütün azğın və batil dinləri yox edəcək və haqq dini bütün dünyanı müstəqil hala gətirəcək. Hədislərdə ifadə edilən AXIRZAMAN İNDİ YAŞANIR və yenə hədislərdə xəbər verilən HZ.İSANIN NÜZULU ÇOX YAXINDIR. Hz. İsanın yenidən yer üzünə gəlməsi ilə artıq DARVİNİST DİKTATORLUĞUN DÜNYA SƏVİYYƏSİNDƏKİ BÜTÜN TƏZYİQİ QƏTİ OLARAQ SONA ÇATACAQ. Hz.İsa təkrar yer üzünə gəldiyində, Qurandan, Tövratdan və İncildən dəlillər gətirəcək və BU BATİL SİSTEMİ YOX EDƏCƏK.

Hədislərdən, Allahın icazəsiylə HZ. MEHDİNİN ZÜHUR ETDİYİ aydın olur. Hz. İsanın zühurundan əvvəl hz. Mehdi, darvinizmi məğlubiyyətə uğradacaq, bu azğın dini yerlə bir edəcək. Hz. İsa isə gəlişiylə, darvinizm dininin qurduğu azğın diktatorluğu sona çatdıracaq. Hz. İsanın gəlişiylə PAPA, ÖZÜNÜ ZORLA DARVİNİZMİ MÜDAFİƏ ETMƏK MƏCBURİYYƏTİNDƏ BURAXANLARIN TƏZYİQİNDƏN XİLAS OLACAQ. Riçard Daukins kimi Darvinin müdafiəsini edən və bütün dünyaya ateizmi yaymağa çalışanlar isə etdikləri böyük səhvi anlayacaqlar. Hz. İsa hz. Mehdi ilə birlikdə insanlar üzərindəki bütün təzyiqləri ortadan qaldıracaq, Allahı açıq inkar edən bütün inanc və ideologiyaları yerlə bir edəcək. İnsanlar, Qızıl dövr adı verilən bu dövrdə daha əvvəl görüb yaşamadıqları rahatlıq, hüzur və bolluq mühitinə girəcəklər və bütün batil dinlərdən və bu azğın diktatorluqdan xilas olacaqlar. Allahın icazəsiylə bu dövr çox yaxındır.

 

 

Quranda hz. İsanın gəlişi

 

 Və bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” – dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.

Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. (Nisa surəsi, 158-158)

 

O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali İmran surəsi, 55)

 

And olsun, Kitab Əhlindən, ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq. (Nisa surəsi, 159)

 

“Salam üzərimədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən-qaldırılacağım gün də.” (Məryəm surəsi, 33)  

 

Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol! (Zuxruf surəsi, 61)

 

Allah ona Kitabı (Quranı), hikməti, Tövratı və İncili öyrədəcək. (Ali İmran surəsi, 48)

 

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə Kitabı (Quranı), hikməti, Tövratı və İncili öyrətmişdim.. Sənə Kitabı (Quranı), hikməti, Tövratı və İncili öyrətdim…” (Maidə surəsi, 110)

 

 

Hədislərdə hz. İsanın gəlişi

 

Mənliyimə hakim olan şəxsə and içərəm ki, Məryəmin oğlunun ədalətli hakim olaraq sizə enməsi çox yaxındır. O, Xaçı qıracaq (xaça tapınmağı aradan qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq; mal çoxalacaq ki, kimsə onu qəbul etməyəcək. (Tirmizi, 4/93)

 

Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz, enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa bənzər qırmızı rəngdədir. Sarı rəngli iki paltar içində olacaq. Yağış yağmasa da saçından su damacaqdır. İnsanlarla İslam üçün mübarizə aparacaq. Dəccalı təsirsiz hala gətirəcək, sonra yer üzündə tam qırx il qalacaq. Sonra öləcək və namazını müsəlmanlar qılacaqlar. (Buxari, Müslim, Əbu Davud və Tırmizi, Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh-380)

 

Həyatım əlində olan Allaha and içərəm ki, Məryəm oğlu İsa əleyhissalamın ədalətli hakim olaraq sizin aranıza enməsi, şübhəsiz, yaxındır. O, salibi (xaçı) qıracaq (xaça tapınmağı qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq, mal o qədər çoxalıb daşacaq ki, heç kim mal qəbul etməz hala gələcək. (Səhihi Müslim, 6/532)

 

İsa ibn Məryəm ədalətli hakim və ədalətli imam olaraq enmədikcə qiyamət qopmayacaq. O, xaçı qıracaq (xaça tapınmağı qaldıracaq), donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu bildirəcək), cizyəni qaldıracaq. Mal da o qədər çoxalacaq ki, heç kim mal qəbul etməyəcək. (İbni Macə, 10/340)

 

İsa ibn Məryəm (ə.s) mənim ümmətim içində:

 

  • Ədalətli hakim və ədalətli imam olacaq,
  • Xaçı qırıb əzəcək (xaça tapınmağı aradan qaldıracaq) və donuzu öldürəcək (donuz əti yeməyin haram olduğunu).
  • (Zimmilərdən) Cizyəni qaldıracaq,
  • Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq.
  • Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək.

(İbni Macə, 10/334)

 

Dəccal, hz. İsanı görəndə su içində duzun əriməsi kimi əriyər və qaçıb gedər. Həzrəti İsa (Dəccalın arxasından):

-Mənim sənə edəcəyim bir müdaxilə var, sən bu müdaxilədən xilas ola bilməzsən, deyər ona (Fələstindəki Babı-Lüdd deyilən mövqedə) Babı-Lüddün şərq tərəfindəki babı-Remlə yanında çataraq Dəccalı təsirsiz hala gətirər. (Ölüm-qiyamət-Axirət, səh. 496)

 

 

Kitabı-Müqəddəsdə hz. İsanın gəlişi

 

…Sizdən göyə alınan bu İsa, göyə çəkildiyini necə gördünüzsə, eyni şəkildə geri gələcəkdir. (Elçilərin işləri, 1:11)

 

Bunun üçün sizə, “Məsih çöldə” deyirlərsə getməyin. “Baxın, içəri otaqlarda” deyilsə inanmayın. Çünki insanoğlunun gəlişi, Şərqdə çıxıb Qərbə qədər hər tərəfdən görülən şimşək kimi olacaq. (Matda, 24:26-27)

 

Bunun üçün siz də hazır olun! Çünki İnsanoğlu (İsa), ümid etmədiyiniz bir saatda gələcəkdir. (Matda, 24:44)

 

Allah, Məsihi təyin olunan zamanda ortaya çıxaracaq. Qürur və qüdrət sonsuza qədər Onun olsun. Amin. (Timoteusa 1-məktub, 6:15-16)

 

Bundan belə, düzgünlük tacı mənim üçün hazır dayanır. Ədalətli hakim olan Rəbb, o gün bu tacı mənə və tək mənə deyil, onun gəlişini həsrətlə gözləyənlərin hamısına verəcək. (Timoteosa 2-ci məktub, 4:8)

 

Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək. (Matda, 24:14)

 

“O zaman İnsanoğlunun (İsanın) əlaməti göydə görünəcək. Yer üzündəki bütün xalqlar ağlayıb döyünəcək. İnsanoğlunun (İsanın) göydəki buludlar üzərində böyük güc və görkəmlə gəldiyini görəcəklər.” (Matda, 24:30)

 

“Mələklər “Ey Cəliləlilər, niyə göyə baxıb dayanırsınız?” deyə soruşdular. Sizdən göyə qaldırılan bu İsanın göyə çəkildiyini necə gördünüzsə, eyni şəkildə geri gələcəkdir.” (Elçilərin İşləri, 1:11)

 

“Halbuki bizim vətənimiz göylərdədir. Və oradan qurtarıcı… İsa Məsihi gözləyirik.” (Filipililərə məktub, 3:20)

 

“Məhz, buludlarla gəlir! Hər göz onu görəcək….” (Vəhy, 1:7)

 

Qardaşlar, səbirsizliyə düşmənizin qarşısını alacaq bu sirdən xəbərsiz qalmanızı istəmirəm: Sonda bütün İsrail xilas olacaq. Yazıldığı kimi: “Xilaskar Siyondan gələcək və Yaqubun soyundan tanrısızlığı uzaqlaşdıracaq. (Romalılara Məktub, 11:25-26)

 

Əncir ağacından dərs alın! Budaqları cücərib yarpaqlarını sürüncə, yaz mövsümünün yaxın olduğunu anlarsınız. Eyni şəkildə, bütün bunların reallaşdığını gördüyünüzdə bilin ki, İnsanoğlu (İsa) yaxındır, qapıdadır. (Matda, 24:32-33)

 

İnsanoğlu (İsa) öz görkəmi ilə bütün mələkləriylə birlikdə gəlincə, görkəmli taxtına oturacaq. (Matda, 25:31)