XXI əsr darvinizmin sonunun elan edildiyi əsrdir. Darvinizmin sonunu elan edən 100 milyon fosilin açıqlanmasının ardınca nəzəriyyəyə ən böyük zərbə yeni olan bir insan ayaq izi fosilidir. Bu fosil, müasir insanının, darvinistlərin bütün iddialarının əksinə, 1.5 MİLYON İL ƏVVƏL YAŞADIĞINI GÖSTƏRİR.

XXI əsr darvinizmin məhvinin elan edildiyi əsrdir. Darvinizmin məhv olduğunu elan edən 100 milyon fosilin açıqlanmasının ardınca nəzəriyyəyə ən böyük zərbə yeni olan insan ayaq izi fosilidir. Bu fosil müasir insanının darvinistlərin bütün iddialarının əksinə, 1.5 MİLYON İL ƏVVƏL YAŞADIĞINI GÖSTƏRİR.

Keniyada olan fosil, fosili tapan darvinist elm adamlarının ortaq qənaətinə görə, MÜASİR İNSANINKINDAN FƏRQLƏNMİR. Birdən çox olan ayaq izləri arasında bir uşağa aid olan ayaq izi də yer alır. Science jurnalına və ardınca Reuters, BBC News kimi xəbər kanallarına mövzu olan ayaq izi isə; ayaq izinin böyüklüyü, barmaq aralarındakı boşluqlar və torpağa nə dərinlikdə batdığı nəzərə alınaraq aparılan ölçülərə görə 1.79-1.80 boylarında bir insana aiddir. Eyni ölçülərdən ağırlıq, addım uzunluğu və gediş şəkli də aydın olur. AYAQ İZİ ÜZƏRİNDƏ APARILAN BÜTÜN BU ÖLÇÜLƏR, MÜASİR İNSAN İLƏ EYNİ NİSBƏTLƏRİ VERMİŞDİR. [1]

 

Yenə ayaq izlərindən aydın olduğu kimi bu adamın baş barmağı, MÜASİR İNSANLARDA OLDUĞU KİMİ, digər barmaqlarla paralel uzanır. Bu izlərdə yenə MÜASİR İNSANA XAS ayaq tağı var və qısa barmaqlar DİK DURUŞU QƏTİ OLARAQ SƏNƏDLƏŞDİRMƏKDƏDİR. [2]

 

Araşdırmaçılardan Cənubi Afrika Cape Town Universiteti arxeoloqlarından David Braun fosillə bağlı belə izah vermişdir:

 

“Bu şeyləri çıxarmaq və qazıntı sahəsinin yanında, bir növ yaş torpaqda, 20 dəqiqə əvvəl sizin buraxmış ola biləcəyi bir izə əhəmiyyətli ölçüdə bənzər görünüşdə bir şeyi birdən-birə görmək tükürpərdici bir şey idi”

 

Braun belə davam etmişdir:

 

“Bunlar rahatlıqla bu gün sahildə meydana gələ bilərdi”

 

Darvinist elm adamlarının, darvinist nəşrlərin açıqca etiraf etdiyi bu həqiqət inkar ediləcək kimi deyil. Darvinistlər, indiyə qədər, müasir insanlarının 200.000 il əvvəl ortaya çıxdığını iddia edərək insan üçün xəyali təkamül ssenarisi uydurmuş və bunun əsasında fərziyyələr irəli sürmüşlər. Ancaq tapılan ayaq izi, 1.5 milyon illik tarixi ilə, bütün darvinist fərziyyələri aradan qaldıracaq gücdədir. Darvinizmi yıxan milyonlarla fosil vardır. Ancaq açıq göründüyü kimi, biri belə bu köhnə nəzəriyyəni qurudub aradan qaldırma gücünə çox malikdir.

 

Darvinistlər artıq Homo Erectus yalanlarına son verməlidirlər

Darvinist yayımların bəziləri, bu qəti, açıq və mükəmməl həqiqətə qarşı, yenə ənənə halına gətirdikləri təkamül təbliğatını davam etdirməyə laqeyd yanaşmamışlar. Bu ayaq izlərinin Homo Erectusa aid olduğunu iddia etmişlər. HALBUKİ BU BİR YALANDIR.

Homo Erectus hekayəsi, darvinistlərin insanın xəyali təkamülü üçün uydurduqları saxta sıralamanın tələb etdiyi saxta halqadır. Darvinistlər, tam mənasıyla bir meymun soyu olan Austrolapitecusları bu xəyali qurğuya yerləşdirmiş, insanla meymun arasına da müasir insandan heç bir fərqi olmayan Homo Erectusları yerləşdirərək illərlə insanları aldatmışlar.

Təkamülçülərin Homo Erectusu “ibtidai” saymaqdakı ən əhəmiyyətli əsasları isə, kəllə həcminin (900-1100 sm) müasir insanın ortalamasından kiçikliyi və qalın qaş çıxıntılarıdır. Halbuki bu gün də dünyada Homo Erectusla eyni kəllə ortalamasında bir çox insan yaşayır (məsələn, liliput) və bu gün də müxtəlif irqlərdə qaş çıxıntıları vardır (məsələn, Avstraliya yerliləri aborigenlərdə). Və məlum olduğu kimi zəka, beyin həcminə görə deyil, beyinin öz içindəki quruluşuna görə dəyişər. Buna görə bu xüsusiyyətlər qarşıya qoyularaq Homo Erectuslara “ibtidai” sayılması mümkün deyil.

Buradakı nümunədə isə, oxucuların darvinist təbliğat ilə qarşı-qarşıya olduqları açıqdır. Əldəki fosil bir ayaq izidir. Ayaq izindən canlının yuxarıda bəhs etdiyimiz təməl xüsusiyyətləri aydın olur və bizə əhəmiyyətli məlumatlar verir. Lakin bu izdən, sözü gedən insanın kəllə həcminin və ya qalın qaş çıxıntılarının təyin olunması mümkün deyil. Onsuz da bir az əvvəl də qeyd etdiyimiz kimi, canlı bu xüsusiyyətlərə sahib olsa belə, bu vəziyyət onun müasir insandan fərqli olduğunu göstərməyəcək. Yalnız indiki vaxtda yaşayan irqlərdən biri ilə eyni xüsusiyyətdə olduğunu göstərəcək, o qədər.

Homo Erectus hekayəsi bu gün darvinistlərin belə müdafiə edə bilmədikləri köhnə bir iddiadır. İnsanın təkamülü hekayəsinin bir yalan olduğuna dair əhəmiyyətli bir ayaq izi fosilində belə bu böyük yalanın ortaya atılması, oxucuları və elm insanlarını alçaltmaqdır, onlara yönəldilmiş ağır ittihamdır. Darvinizmi məğlubiyyətə uğradan elmi dəlillər, artıq dəfələrlə qarşılaşdığımız eyni saxta üsullarla qaldırıla bilməyəcək.

 

Nəticə:

Darvinistlərin israrla saxlamağa çalışdıqları Yaradılışı isbat edən 100 milyon fosilin ortaya çıxarılması ilə başlayan müddət, bu gün get-gedə sürətlənərək davam etməkdədir. Darvinistlərin saxta kəllələr sərgiləyərək illərlə insanlara təlqin etməyə çalışdıqları insanın təkamülü ssenarisi, heyrətamiz məğlubiyyət ilə sona çatmışdır. Allah darvinist elm adamlarının əliylə, darvinizmi çökdürən fövqəladə bir dəlili torpağın içindən çıxarmışdır. Onlara, insan da daxil olmaqla heç bir canlının dəyişmədiyini, inkar edə bilməyəcəkləri şəkildə göstərmişdir. Darvinist elm adamları, darvinist yayımlarda bunu öz qələmləriylə etiraf etmişlər. Allah Cabbar (dilədiyini zorla etdirməyə müqtədir olan) sifətiylə onlara darvinizmin çöküşünün etirafını etdirmişdir. BU, DARVİNİZMİN QAÇILMAZ SONUDUR. BU RƏBBİMİZİN VƏDİDİR. Uca Allah bu azğın yalanı ortadan qaldıracaq və mütləq haqqı gücləndirəcək.

 

… Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24)

 

 

http://www.reuters.com/article/scienceNews/idUSTRE51P82420090227?feedType=nl&feedName=usmorningdigest