Türkər Alkan, Radikal qəzetindəki 4 mart 2009-ci il tarixli yazısında, Yaradılışı müdafiə edənlər ilə təkamülçülər arasındakı mübahisənin yersiz olduğunu, hər ikisinə birdən inanmağın heç bir qorxusu olmayacağını bildirmişdir. Alkan, yazısında, Yaradılışı müdafiə edənlər tərəfindən təkamül fikrinin qəbul edilməməsinin psixoloji səbəblərə əsaslandığını iddia etmiş və bu mübahisənin bu səbəblə sona çatmayacağı fikrini irəli sürmüşdür.

Lakin hörmətli Türkər Alkan, bu izahları ilə, müasir darvinistlərin son psixoloji döyüş üsullarının təsirində qalmış kimi görünür. Bu mövzu qısaca bu şəkildə açıqlana bilər:

 

Darvin, Növlərin Mənşəyi kitabında nəzəriyyəsini ortaya qoyarkən bu əhəmiyyətli həqiqəti açıq etiraf etmişdir:

 

Əgər, həqiqətən, növlər o biri növlərdən tədrici inkişafla törəmişsə, NİYƏ SAYSIZ ARA-KEÇİD FORMASINA RAST GƏLMİRİK? Niyə bütün təbiət bir QARIŞIQLIQ HALINDA DEYİL DƏ, TAM OLARAQ NİZAMLANMIŞ VƏ YERLİ YERİNDƏDİR? Saysız ara-keçid forması olmalı, lakin nə üçün yer üzünün saysız çox layında BASDIRILMIŞ OLARAQ TAPA BİLMİRİK?.. Nə üçün hər geoloji quruluş və hər təbəqə BELƏ ƏLAQƏLƏRLƏ DOLU DEYİL? Geologiya yaxşı dərəcələndirilmiş bir müddət ortaya çıxarmır və bəlkə də, BU MƏNİM NƏZƏRİYYƏMƏ QARŞI İRƏLİ SÜRÜLƏCƏK ƏN BÖYÜK ETİRAZ OLACAQ. (Charles Darvin, The Origin of Species, səh. 172, 280)

 

Darvinin uzaqgörənliyi doğru çıxmışdır. BİR ARA FOSİL BELƏ TAPILA BİLMƏMİŞDİR. Ara fosillər Darvinin nəzəriyyəsini ortaya atdığı XIX əsrdə də yoxdur, XX əsrdə də yoxdur və yaşadığımız XXI əsrdə də QƏTİ OLARAQ YOXDUR. Bundan sonra da ortaya çıxmayacaq, çünki ARA FOSİL DEYƏ BİR ŞEY YOXDUR. Darvin bunun fərqində idi. Və bu əhəmiyyətli etiraf ilə nəzəriyyəsinin bitdiyini, əslində başdan çökmüş bir nəzəriyyə olduğunu qəbul edir.

İndi yerin altından 100 milyondan çox fosil çıxarılmışdır. Olan bu 100 milyon fosil isə darvinistlər tərəfindən GİZLƏDİLMİŞDİR. Bunun səbəbi, 100 milyon fosilin HAMISININ YARADILIŞI İSBAT ETMƏSİDİR. 100 milyon fosil, canlıların milyonlarla il boyunca dəyişmədiyini açıq göstərir. Bu fosillərdən BİR DƏNƏSİ BELƏ ARA FOSİL DEYİL.

 

Darvinistlər tərəfindən etina ilə saxlanan 100 milyon fosil isə, bir anda açıqlanmışdır. Yaradılış Atlası insanların evlərinin içinə qədər girərək bu fosillərdən böyük bir hissəsini bütün təfərrüatlarıyla bütün dünyaya göstərmişdir. Həmçinin insanlara, bir zülalın da təsadüfən meydana gələ bilməyəcəyi, insanın xəyali təkamülünə dəlil göstərilməyə çalışılan kəllə sümüklərin hamısının saxta olduğu, Kembri canlılarının təkamülü qəti şəkildə inkar etdiyi, mutasiyaların və təbii seleksiyanın heç bir təkamül gücü olmadığı, darvinistlərin son yarım əsrdir saxta fosil çıxararaq bunları illərlə utanmadan muzeylərdə sərgilədikləri də elmi dəlillərlə xəbər verilmişdir. Qısası fosillərin, elmi həqiqətlərin və darvinist saxtakarlıqların açılmasıyla bütün dünya bir anda, darvinistlər tərəfindən illərlə ALDADILDIQLARINI şok içində anlamışlar.

Darvinizm, illərcə insanları demaqoqluq və saxtakarlıqlarla aldatdığından, bu əhəmiyyətli məğlubiyyəti də yenə demaqoqluq üsulu ilə aradan qaldırmağa çalışır. “Din ilə təkamül ziddiyyət təşkil etməz” yalanının mənşəyi məhz budur. İnsanların böyük bir hissəsinin darvinizmi sorğu-sual etməyə, hətta darvinizmə qarşı müharibə açmağa başlaması və kütlələr halında Allah inancına yönəlmələri qarşısında darvinistlər, bu əhəmiyyətli psixoloji yalandan istifadə edirlər. Bu yolla dindar insanlardan tərəfdar toplamağa çalışır; darvinizmin əslində ateizmin, müharibələrin, qırğınların, irqçiliyin, terrorun qaynağı olduğu həqiqətini unutduraraq ona başqa bir imic verməyə çalışırlar.

HALBUKİ BU BİR YALANDIR.

DARVİNİZM, ALLAH İNANCINI QƏTİ OLARAQ RƏDD EDİR. Darvinizm, Allahı inkar üçün ortaya atılmış və bu istiqamətdə təbliğat aparan saxta və son dərəcə təhlükəli ideologiyadır. Bu azğın ideologiyanı Allah inancı ilə uyğunlaşdırmağa çalışmaq, darvinistlərin çirkin tələsinə düşmək mənasını verir ki, bunun Allah inancına qarşı darvinizmi müdafiə etməkdən başqa mənası yoxdur.

Bəzi darvinistlər isə, darvinist ideologiyanın qəti olaraq Allahı inkar üçün ortaya çıxdığını və insanları ateizmə sürüdüyünü açıq-açıq ifadə etməkdən çəkinməzlər. Bunlardan ən tanınanı isə ateist Riçard Daukinsdir.

İndi artıq darvinizmin ateizm mənasını verdiyi, İngiltərə küçələrində gəzən 800 avtobus ilə də sənədləşdirilmiş vəziyyətdədir. Üzərlərindəki afişalarla ateizm təbliğatı aparan bu avtobuslar, darvinizmin insanlara nə gətirdiyini açıq izah edir. Ateist və darvinist Riçard Daukins, bu kampaniyanın ən böyük dəstəkçisi olaraq, darvinizm təbliğatını açıq şəkildə sıx ateist təbliğata çevirmiş vəziyyətdədir. Çünki BU İKİ İNANC BİR-BİRİNİN DƏSTƏKÇİSİDİR.

İndi artıq bu açıq dəlillərə və açıq etiraflara baxmayaraq, darvinizm ideologiyasını müdafiə edən insanlar, DARVİNİSTLƏRİN TƏLƏSİNƏ DÜŞMÜŞ OLARLAR. Fərqində olmadan darvinizmin və ən əhəmiyyətlisi ateizmin müdafiəçiliyini edərlər. Fərqində olmadan, Allahın dini ilə mübarizə edənlərə dəstək olarlar. Ona görə bu tələyə əvvəldən düşülməməsi lazımdır.

Allah inancına qarşı ortaya atılmış darvinizm ilə mübarizə etmək, hörmətli Türkər Alkanın iddia etdiyi şəkildə psixoloji səbəblərə əsaslanan deyil. Əgər Allah insanları, həqiqətən, təkamüllə yaratsaydı, bunu Quran ilə xəbər versəydi, bunun saysız elmi dəlili tapılsaydı və bütün bunlardan insanların, həqiqətən, meymundan gəldiyi kimi bir nəticə ortaya çıxsaydı; buna sahib çıxan və bunu qürurla müdafiə edən, şübhəsiz ki, ilk başqa səmimi dindarlar olardı. Lakin Allah insanı, Quranda bizlərə xəbər verdiyi kimi “OL” əmri ilə yaratmışdır. Allahın bildirdiyi bu gerçəyi bütün elmi dəlillər dəstəkləyir. Darvinizmlə olan fikri mübarizə, bu azğın ideologiyanın Allahın varlığına qarşı başlatdığı mübarizəyə görədir. Bu fikri mübarizə Allahın diləməsiylə Allahın tərəfdarlarının qəti qalibiyyəti ilə nəticələnəcək. Bu, Allahın vədidir və bunun əlamətlərini Allah indi göstərir. Dünya səviyyəsində darvinizm boş sözünə qarşı başladılan fikri mücadilə bunun ən əhəmiyyətli dəlilidir. Allah bir ayəsində inananlara belə vəd etmişdir:

 

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

 

Hörmətli Türkər Alkana, darvinizmin tarixin ən böyük kütlə yalanı olduğunu xatırladır və darvinistlərin bu çirkin oyununun təsirində qalmamasını tövsiyə edirik.