Riçard Daukins bu yazını çox yaxşı oxusun:
Həbs olunmamışdan əvvəl 17 uşağı öldürən və cəsədlərini yeyən amerikalı qatil Cefrey Dahmer, ölümündən əvvəl Dateline NBC kanalında verilən son reportajından:
“Əgər bir insan, qarşısında məsul olduğu bir Yaradıcının olduğunu düşünmürsə, bəs niyə davranışlarınızı müəyyən çərçivədə tutacaq şəkildə islah etməyə çalışasınız? Mən də belə düşünürdüm. Hər vaxt təkamül nəzəriyyəsinin, yəni bizlərin (təsadüfən) yalnız bir palçıqdan yaranma tezisinin həqiqət olduğuna inanmışım. Öldüyümüz zaman, hər şey bitər, artıq heç bir şey yoxdur.” 1
Budur Daukinsin müdafiə etdiyi, Darvinin cəmiyyəti zəhərlədiyi batil inanc, insanları silsilə qətllər törətməyə, hətta onları insan əti yeyəcək qədər azğınlığa vadar edir. İnsanlara, Yaradıcı qarşısında məsul olmadıqları təlqini verməyə çalışan; onları məqsədsiz, məsuliyyətsiz, başıboş varlıqlar olduğuna inandıran; insanı bir heyvan olaraq görən və ölümü bir son olaraq göstərməyə çalışaraq axirət həqiqətindən insanları uzaqlaşdırmağa çalışan bu saxta dinin gətirdiyi nəticə məhz budur.
Son iki yüz ildir dünyaya müharibələri, qırğınları, zalımlığı, terroru, cinayətləri, kütlə qırğınlarını, degenerasiyanı və hər cür bəlanı gətirən ən böyük azğın güc darvinizmdir. Cəmiyyətdə bir dönəm inkişaf edən dinsizliyin, irqçiliyin, kütlələrin qətlinə səbəb olan faşizmin, kommunizmin və dünya müharibələrinin tək səbəbi, YAŞADIĞIMIZ ƏSRİN ƏN BÖYÜK YALANI VƏ ƏN BÖYÜK BƏLASI OLAN DARVİNİZMDİR.
Darvinin başlatdığı bu quru bəla, cəmiyyətin üzərindəki uğursuz təsirini Darvinin təqibçiləri vəsiləsiylə davam etdirmişdir. Riçard Daukinsin son kitabının insanları Allah inancından uzaq, pessimizmə təhrik edən görünüşünün təsiri altında qalmış gənclər ümidsizliyə qapılmaqda, hətta İNTİHARA YÖNƏLMƏKDƏDİRLƏR. Bunun ən əhəmiyyətli nümunələrindən biri, Amerikada Ces Kilqor adlı 22 yaşındakı şagirdin, professoru tərəfindən ona tövsiyə edilən Daukinsin kitabının təsiriylə intihar etməsi olmuşdur. 2
Daukinsin, darvinizmin qaranlıq ideologiyasına əsaslandığı ürküdücü dünyagörüşünün təsiri bu nümunəylə məhdudlaşmır. Daukins “Unweaving the Rainbow” kitabının ön sözündə bu həqiqəti özü də etiraf etmişdir:
İlk kitabımın oxuyucusu, kitabı oxuduqdan sonra, verdiyi soyuq və ümidsiz mesajdan çox təsirləndiyini və üç gecə boyunca yata bilmədiyini etiraf etdi. Bəziləri də mənə səhərlər oyanmağa necə dözə bildiyimi soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə giley dolu bir məktub göndərdi. Məktubunda, eyni kitabı oxuyan bir şagirdinin ona gözyaşları içində üz tutduğunu və həyatın boş və məqsədsiz olduğu düşüncəsinin onu mənfi istiqamətdə təsir etdiyini yazırdı. Müəllim digərlərinin də eyni “heçlik pessimizmi”ndən təsirlənməmələri üçün, şagirdinə kitabı başqalarına göstərməməsini tövsiyə etmiş. 3
Bu qaranlıq bəla, yəni darvinizm; insanları ölümə, cinayətə, pessimizmə, heçlik duyğusuna, vəhşiliyə və dəhşətə aparan, insanlara təsadüfən yaranmış heyvandan başqa bir şey olmadığını təlqin etmiş azğın bir dindir. Bu dinin yerdə qalmış bir neçə nümayəndəsi, insanları Allah inancından uzaqlaşdıra bilmək və onları daha çox vəhşiliyə, cinayətə, qorxu və dəhşətə təhrik edə bilmək üçün səy göstərməyə davam edirlər. Bu səbəblə darvinizmin zəif tərəflərinin məktəblərdə tədris olmasına canla-başla qarşı çıxmaqda, Yaradılışı isbat edən fosilləri gizlətməkdə, zülalın təsadüfən meydana gələ bilməyəcəyini, 100 milyon fosilin darvinizmi yerlə-yeksan etdiyini etiraf edə bilmirlər. Ancaq bütün bu tədbirlərə qarşı XXI əsrdə insanlar artıq yalanlara aldanmırlar.
Darvinizmin bir saxtakarlıq olduğunun bütün dünyaya açıqlanmasının ardınca darvinizmə dəstək olmaq üçün göstərilən cəhdlərin hamısı boşa çıxmışdır. İnsanlar kütlələr halında Allaha yönəlməyə başlamışlar. Allahın yaratdıqlarından zövq almağın, dünyaya boş və məqsədsiz olaraq gəlmədiklərini bilməyin və axirətdə sonsuza qədər mövcud olacaqlarını anlamanın rahatlığını və hüzurunu yaşamaqdadırlar. Allah qarşısında məsul olmağın şüuruyla hərəkət etməkdə, din əxlaqının əməllərini yerinə yetirməkdə, cənnət nemətlərini xatırladan hər gözəllikdən zövq almaqdadırlar. Darvinistlərin dünyaya gətirməyə çalışdıqları zülm ortamı, öz yerini Allaha ürəkdən bağlanan insanların meydana gətirdiyi hüzur ortamına verir.
1) Kelly J. Coghlan, Houston Chronicle Sunday-15 fevral 2009
2) http://www.worldnetdaily.com/index.php?fa=PAGE.view&pageId=81459
3) Richard Dawkins, Unweaving The Rainbow, Houghton Mifflin Company, Newyork, 1998, səh. 9