Tövbə surəsi, 42-ci ayənin təfsiri
Adnan Oktar: “Əgər səfəriniz gəlir gətirən”, yəni “dərhal onlara bir pul təmin edəcək: avtomobil, ev təmin edəcək, imkan təmin edəcək bir şey olsaydı” -deyir Allah, “və yüngül bir yürüş olsaydı,” asan, bir il ərzində, altı ay, yaxud üç ay ərzində mümkün olan bir mənfəət əldə edəcəklərinə inansaydılar, “onlar mütləq sənin ardınca gedərdilər”. Allah, “Elə bir mövzuda tərəddüd etməzdilər” -deyir. “Lakin əziyyətli yol onlara çətin gəldi”. Nə pul qazana bilir, nə də vaxt keçir, yəni bir çıxar təmin edə bilmir. “Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər”. “Gücümüz çatmır, taqətimiz çatmır. Ruhən yorğun olduq, cismən yorğun olduq. Psixologiyamız buna imkan vermir. Psixoloji olaraq yorğunuq. Beynimiz dayandı artıq, edəcək bir imkanımız yoxdur , bizə icazə ver” -deyirlər. “Bizim edəcək bir şeyimiz yoxdur”. “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər”. Qurana, Allah adına and içirlər. “Onlar özlərini həlak edirlər”. Allah, “bəlaya doğru gedirlər” -deyir. Allah ,“Allah onların yalançı olduqlarını bilir” -deyir, Tövbə surəsi, 42-ci ayədə.