Header

Daukins çarəsizlikdən balaca uşaqları aldatmaqla məşğuldur

Aa4a

Ateist Riçard Daukins, Yaradılış gerçəyini isbat edən 100 milyon fosilin ortaya çıxmasının ardından dərin səssizliyə qapılmışdı. İllərdir bütün darvinistlərin təkidlə saxlamağa çalışdıqları bu fosillərin darvinizmi şiddətli şəkildə yerlə-yeksan etdiyini görmüş və dəhşətə qapılmışdı. Bu fosillərin əhəmiyyətli bir qisminin sərgiləndiyi Yaradılış Atlasının bütün dünyaya yayılmasını isə şiddətli çaxnaşma ilə qarşılamışdı. İnsanların kütləvi şəkildə darvinizmi tərk etməyə başlamasını da eyni çaxnaşma ilə qarşıladı. Belə ki, öz ölkəsi İngiltərədə “canlıları Allah yaratdı” deyənlərin nisbətinin 75% olduğunun başa düşülməsi qarşılığında, öz xalqına “cahil” deməkdən çəkinmədi.1

Yaradılış Atlasına və hörmətli Adnan Oktara qarşı avam üsullarla hücumlara başladı. Elmilik əvəzinə bu üsulun guya işə yarayacağını zənn etmişdi, amma yanıldı.

Bütün bu inkişaflar qarşısında, hörmətli Adnan Oktar tərəfindən, elmi dəlillərə elmi qarşılıq verə bilməyən Riçard Daukinsə qarşılıqlı görüş təklif edildi. Ona istəsə öz dəlilləri ilə Yaradılış Atlasında təqdim edilən elmi dəlillərin müqayisə ediləcəyi və bu görüşün Daukinsin istədiyi hər hansı bir yerdə reallaşa biləcəyi məlumatı verildi. Üstəlik hörmətli Adnan Oktarın bütün dünyaya etdiyi çağırış Riçard Daukins üçün də keçərli idi. Bir ara fosil gətirənə 10 trilyon TL mükafat veriləcəkdi.

LAKİN DAUKINS BÜTÜN BU ÇAĞIRIŞLARI RƏDD ETDİ.

“And içdim, Yaradılışçılarla mübahisə etməm “ dedi.

Allaha inanmayan Daukinsin nəyə and içdiyi məlum deyilkən, bu sözləri “məğlubiyyəti qəbul etdim” deməkdən başqa bir mənanı vermirdi.

İndi Daukins, Darvin üçün hazırladığı The Genius of Charles Darvin sənədli filmində çarəsizlikdən ancaq UŞAQLARLA MÜBAHİSƏ EDİR. Hörmətli Adnan Oktarın müzakirə çağırışlarından qorxub bu təklifi rədd etməsindən dərhal sonra, orta məktəb səviyyəsindəki şagirdləri aldatmağa çalışır. Ancaq uşaqlar Daukinsin zənn etdiyindən daha şüurludurlar. Daukinsin bütün ateist təbliğatına qarşı, özlərini və bütün canlıları Allahın yaratdığı həqiqətini güclü şəkildə müdafiə edir və son dərəcə ağlı başında bir mövqe göstərirlər.

Daukinsin şüuru son dərəcə açıq olan bu uşaqları razı salmaq metodu isə maraqlıdır: Daukins bu uşaqları fosil yatağı olan bir sahilə aparır və buradakı fosillərlə onları razı salmağa çalışır. Üstəlik, hamısı mükəmməl canlılara aid, milyonlarla il əvvələ aid fosillərlə… Onlara göstərdiyi bir fosil, milyonlarla il əvvələ aid mükəmməl canlı olan AMONİTDİR. Daukins, sənədli filmdə, bu mükəmməl fosillə canlıların ara keçidlərlə bir-birlərindən təkamül keçirdikləri yalanını uşaqlara inandırmağa çalışır. Ancaq, əlbəttə, artıq dünyada kimsə aldadıla bilmədiyi kimi, Daukinsin bu yalanına uşaqlar da inanmırlar.

Daukins həqiqi elmi dəlillərin qarşısına çıxa bilmədiyi üçün ancaq uşaqları aldatmaqla məşğuldur. Ancaq bunda da uğurlu ola bilməmişdir. Çünki darvinizm, uşaqları da güldürəcək qədər məntiqsiz, əsassız və cahil nəzəriyyədir. Daukins əgər, həqiqətən, özünə və saxta nəzəriyyəsinə güvənirsə, Yaradılış gerçəyini göstərən elmi dəlillərin qarşısına, elmi dəlillərlə çıxmalıdır. Bu çağırış hələ etibarlıdır. Amma, əlbəttə, bunu heç bir zaman edə bilməyəcək. Çünki darvinizm, elm adına əsrin ən böyük utancı, ən böyük yalanı, ən böyük məğlubiyyətidir. Və bütün dünya bu gerçəyin fərqindədir. Daukinsin səyi əbəsdir. Yerlə-yeksan olmuş təkamül nəzəriyyəsinə artıq uşaqlar belə inanmır.

1) Guardian, 2 fevral 2009, Riazat Butt, “İngilislərin yalnız 25%-i Darvinin təkamül nəzəriyyəsinə inanır”.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313