Danimarkanın yüksək tirajlı gündəlik qəzeti “Ekstra bladet”in internet saytında, hörmətli Adnan Oktarın mövzu alındığı bir yazıda Tomas Harder, yazara müxtəlif suallar yönəltmişdir. Aşağıda, “Ekstra bladet”tərəfindən yönəldilmiş olan suallar və cavabları yer almaqdadır. Bu cavablar eyni zamanda “Ekstra bladet” qəzeti internet səhifəsində də 6 mart 2009-cu il tarixdə nəşr olunmuşdur.

 

1) Əgər təkamül yoxdursa; necə olur ki, bakteriya penisillinə qarşı müqavimət göstərə bilər?

Bakteriyada penisillinə müqavimət təmin edən genetik məlumat, antibiotiklərin çıxarılmasından əvvəl də vardır. Bu səbəbdən “müqavimət inkişafı” anlayışı tamamilə səhvdir. Bu bakteriyalar, yaradıldıqları ilk andan etibarən müxtəlif növdəki antibiotiklərə qarşı bünyələrinin müdafiə etməsini təmin edən genlərə sahibdirlər. Daha təhlükəni görmədən ona qarşı silahlanmışlar. Müqavimətli bakteriyalar sonradan öz-özünə, təsadüfən ortaya çıxan canlılar deyildirlər. Təsadüfən daha əvvəl sahib olmadıqları yeni məlumatlar və ya yeni genlər qazanmamışlar. Bu bakteriyalar hər vaxt penisillinə müqavimətli eyni mükəmməl genləri daşıyan eyni mükəmməl bakteriyalardır

Bakteriyaları Allah, kənar dünyada daha əvvəl heç bilmədikləri bir təhlükəyə müqavimət göstərəcək şəkildə təchizatlı yaratmışdır. Bu bir möcüzədir. Bakteriyanın xarici maddəyə müqavimətli quruluşa sahib olaraq var olması, onun mükəmməl yaradıldığını göstərər. Heç bir təsadüf, indi bakteriyalarda var olan bu fövqəladə müqavimət sistemini meydana gətirə bilməz. Canlının mükəmməl olması, yalnız Allahın üstün sənətinə işarə edər.

 

2) DNT təkamülə gəlincə olduqca yaxşı tarixçidir. Siz məsələn, insanlardakı xromosom 2-ni necə açıqlayırsınız? Oradakı telomer işarələyicilərin olmasını və bu birləşmənin, şimpanzelərdəki xromosom 13 (şimpanzelərdə 48 xromosom, insanda isə 46 xromosom var) ilə müqayisə edilməsini necə açıqlaya bilərsiniz? Biz insan genomunda bu birləşmənin harada reallaşdığını tam olaraq bilirik. Bu ortaq ata üçün açıq dəlildir.

İnsanlarda xromosom 2 (iki xromosomun birləşməsiylə yaranan birləşmə), ancaq 1000-də bir nisbətində reallaşan genetik pozuqluqdur. Şimpanzedə 48, insanda isə 46 xromosom vardır. Bu nəhəng fərqliliyə təkamülə görə izah gətirmək üçün Darvinistlər, insanlardakı xromosom 2-nin, xəyali ortaq təyin edilən bir dəlili olduğu iddiasıyla ortaya çıxarlar. Halbuki, burada təkamülləşmə yoxdur. İnsan xromosomunda meydana gələn birləşmə (iki xromosomun birləşməsi) bir təkamülləşmə deyil, fərdin şikəst yaşamasına hətta ölməsinə səbəb olan xəstəlikdir. Bunun ən bilinən nümunəsi Daun sindromudur. İndiyə qədər edilən elmi təcrübələrə görə bu birləşmə heç bir üstünlük təmin etməməkdə, tam tərsinə sağlam olmayan mutant ya da sonsuz fərdlər meydana gəlməsinə səbəb olmaqdadır. Bir xəstəliyin təkamülə dəlil olaraq təqdim edilməyə çalışması isə darvinistlərin nə böyük acizlik içində olduqlarının göstəricisidir.

Ayrıca insanın şimpanzedən təkamülləşdiyi aldatmasını müdafiə etmək üçün xromosom sayı və ya genom bənzərliyini qarşıya qoymaq son dərəcə məntiqsiz və dayaqsızdır. İnsan, genom düzülməsi baxımından nematod soxulcanlarına 75% nisbətində bənzəyər. Xromosom sayı baxımından isə, Peromyscus növü siçanın, kartofun və tütün bitkisinin də 48 xromosomu var. İnsanların xromosom sayı isə məsələn, Lepus europaeus növü dovşanda olduğu kimi 46-dır. Lakin diqqət yetirilsə darvinist nəşrlərdə bu detallardan heç bir bəhs yoxdur. Halbuki, insan, bu ölçülər əsas alındığında, bir kartofla və ya tütün bitkisi ilə nə qədər eynidirsə, bir şimpanzeylə də ancaq o qədər eyni ola bilər.

Bütün bunların kənarında, əgər “ortaq ata” iddiası gerçək olsaydı, bunun üçün əlimizdə ara fosillər olmalı idi. Bütün hər yerdə milyonlarla ara fosil tapılmalı və bunların, bu xəyali çevrilmənin mərhələlərini göstərməli idi. Halbuki, hal-hazırda elm adamlarının əllərində 100 milyondan çox fosil vardır. Amma bunların TƏK BİRİ BELƏ ARA FORMA DEYİL. Məhz bu səbəblə darvinistlər insanın xəyali təkamülü üçün indiyə qədər həmişə saxta kəllə qalıqları önə sürə bilmişlər. Bunların hamısının aldatma olduğu ortaya çıxmış, hər biri elmi ədəbiyyatdan çıxarılmışdır. Elmi tək bir dəlil yox ikən, insanın xəyali təkamülü iddiasının müdafiə olunacaq bir tərəfi qalmamışdır.

 

3) Endojen Retro viruslar (ERV) və bunların varislik yoluyla genlərimizdə buraxdıqları işarələyicilər haqqında nə deyə bilərsiniz? ERV işarələyiciləri izləyərək asanlıqla soy “izini davam etdirə bilərsiniz”. İnsan və şimpanze DNT-lərində eyni olan bu işarələyiciləri necə açıqlayırsınız? Bu hadisənin ehtimalı nə qədər çox dəfə olsa o qədər təəccüblüdür. Bunun filogenetik bir ağac üzərində yaxşı şəkildə izlənilə bilməsi necə açıqlana bilər? Ortaq atadan başqa bu mövzunu necə açıqlaya bilərik?

Darvinistlər, endojen rertovirusları xəyali meymun atalarımızdan qalma genetik miras olaraq izah etmə meylindədirlər. İnsan genomunun 8%-ni meydana gətirən rertovirusların əvvəldən aktiv halda olduqlarını, mutasiyalara məruz qalaraq funksiyalarını itirdiklərini və xəyali meymundan insan genomuna funksiyasız bir zibil DNT olaraq buraxıldıqlarını iddia edərlər.

Birincisi, endojen rertoviruslar yalnız şimpanze genomunda deyil, yer üzündəki bütün məməlilərin genomlarında olar. Retrovirusların şimpanzelərdəki varlığını insanın təkamülünə dəlil göstərmək ciddi məntiq məğlubiyyətidir.

İkincisi, darvinistlərə görə rertovirusların xəyali meymun atalarımızdan qalma işə yaramaz zibillər olması lazımdır. Lakin yeni tapıntılar bu əhəmiyyətli darvinist iddianı çürütmüşdür. Retroviruslar funksionaldır və insan hüceyrəsində 3 əhəmiyyətli rol boynuna götürərlər. 1) Gen nizamı 2) Plasenta meydana gəlməsi 3) Xərçəng, sonsuzluq kimi müxtəlif xəstəliklərin yaranması. Retrovirusların zibil DNT-lər olması, bütün darvinist iddiaları qəti olaraq ortadan qaldırar.

Darvinistlərin, bu genlər yoluyla insanın atasının izini davam etdirə biləcəklərini iddia edib heç bir cəhd etməmələrinin səbəbi, insanın milyonlarla il əvvəlki atasının da İNSAN olmasıdır. Bunun ortaya çıxmasından qorxarlar. Ona görə dəlillərə deyil yalnız demaqoqluğa müraciət edərlər.

Darvinistlərin etməsi lazım olan, “bənzər genlər ortaq təyin edilən dəlilidir” demaqoqluğunu təkrarlamaq yerinə, ortaq ata iddiasına dəlil gətirməkdir. Amma bu dəlili verəcək yeganə qaynaq, yəni fosil qeydləri, bu iddianı yalanlamışdır. Fosil qeydlərində ataların izlərinin tapılması çətin bir şey deyil. Necə ki, tapılmışdır. Canlıların qalıq izlərindən geriyə getdiyimizdə, insanın atasının həmişə insan, şimpanzenin atasının şimpanze, toyuğun atasının toyuq, qurbağanın atasının da qurbağa olduğunu görərik. Canlılar dəyişiklik keçirməmişlər. “Kiçik” və ya “böyük” dəyişmələrlə canlıların bir-birlərindən təkamülləşdiyini iddia edən Darvinistləri haqlı çıxaracaq TƏK BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR.

 

Darvinistlərin, meymun adamların var olduğunu iddia etdikləri bir dövrə, 1.5 milyon il əvvəlinə aid yeni olan insan ayaq izi fosili darvinizmin bu böyük çöküşünü bir daha isbat etmişdir. Artıq bunun üzərinə demaqoqluq üsullarıyla insanları aldatmağa çalışmaq elmə uyğun gəlməməkdədir.