Darvinin “gözü düşünmək məni nəzəriyyəmdən soyutdu” deməsinin ən əhəmiyyətli səbəbi, gözün fövqəladə kompleks quruluşu qarşısında şərhsiz qalmış olması idi. Halbuki, Darvin gözü çox az tanıyırdı. Onun zamanında genetika kəşf edilməmişdi, elektron mikroskop yox idi, mikrobiologiyanın insanlara nələr göstərə biləcəyi təxmin belə edilə bilmirdi. Nəhayət elmi inkişaflar, gözün fövqəladə möhtəşəm quruluşunu bütün ehtişamıyla ortaya çıxardı. Darvin 19-cu əsrdəki məlumatıyla gözdən bu qədər ürkmüş olduğuna görə, kim bilər indiki detallarını bilsə nə edərdi.
Günümüzdəki darvinistlər, bu fövqəladə kompleks quruluş qarşısında susqunlar. Ateist Riçard Davkins isə, uduzmanın ağırlığıyla gözün kompleksliyinə özünə görə izah etməyə çalışır. 40 parçanın əskiksiz bir yerdə olması ilə funksiya görə bilən göz kimi sadələşdirilə bilməz komplekslikdəki bir orqanın, elmi olaraq qeyri-mümkün olmasına baxmayaraq, əskik halda da funksiya görə biləcəyini iddia edir.
Halbuki göz, sadəcə göz mayesi olmadan funksiyasını tamamilə itirər. Kirpik olmasa, göz üçün yağ çıxaran təbəqələr olmasa və ya optik nizamlama funksiyası dayansa, bütün funksiyasından məhrum olar. Gözün göz olaraq funksiyasını yerinə yetirə bilməsi üçün bütün parçaları ilə, mükəmməl quruluşu ilə var olması əsas şərtdir.
Ancaq əsas olan və darvinistləri göz mövzusunda ən böyük məğlubiyyətə düçar edən gerçək, GÖRƏNİN ƏSLİNDƏ GÖZ OLMADIĞIDIR. Davkins və digər darvinistlər görənin göz olduğundan olduqca əmin görünər və buna materialist izah gətirməyə çalışarlar. Ancaq yanılmaqdadırlar.
Gözə dəyən foton, gözdən beyinə gedən isə elektrik siqnalıdır. Elektrik siqnalı gözdən yola çıxaraq beynin görmə mərkəzi deyilən mərcimək böyüklüyündəki sahəyə çatar. Və mərcimək böyüklüyündəki bu sahədə təsvir meydana gələr. Burada yaranan təsviri də izləyən BİR GÖZ VARDIR. MƏHZ ƏSL MÜKƏMMƏL OLAN “O” GÖZDÜR. O göz, ona gələn elektriki görər. Həm də mükəmməl dərinlik qəbuluyla, canlı, hərəkətli üç ölçülü, rəngarəng və qüsursuz olaraq. Halbuki, ora qapqaranlıqdır. Elektrik siqnalının irəlilədiyi yer də, beynin görmə mərkəzi də, beynin içi də zülmət qaranlıqdır. Amma oradakı göz, ən yüksək texnologiyayla, heç bir televizorun görə bilmədiyi dəqiqlik və mükəmməllikdə, büllur kimi canlı təsvir görər. Və bu gördüyü təsvirləri şərh edərək hiss edər, kədərlənər, sevinər, sevər, bəyənər, analiz edər, xatırlayar, nəticə çıxarar. Görəsən, Davkins bu gözün izahını necə edəcək?
Davkinsin bunun şərhini edə bilməsi qeyri-mümkündür.
Çünki çöldəki hərəkətli, rəngli və üç ölçülü dünyanı beynimizdə izləyən, bütün bunları görən göz RUHUMUZDUR. Ruh, tamamilə metafizikadır, maddi heç bir anlayışla açıqlana bilməz. Məhz bu səbəblədir ki ruh, hər şeyin varlığını maddə ilə şərh etməyə çalışan materialistlər, ateistlər və darvinistlər üçün bir çaxnaşma səbəbidir. Uca Allahın insana bəxş etdiyi ruh, darvinizmi və darvinistlərin müdafiə etdiyi hər cür fikir sistemini təməlindən çökdürüb yox edər. Məhz bu səbəblədir ki, Davkins kimi bütün ateist darvinistlər, bu mövzuları qarşılıqlı müzakirə etməkdən qaçarlar. Həlli qaçmaqda tapmaları gözlənilən bir şeydir. Çünki beynimizin içində görən gözün mükəmməlliyi və Allahın yaratdığı insan ruhu qarşısında daim məğlub olacaqlar.