Minə G. Kırıkkanat, elm adına yazdığı yazılarda həmişə bu nöqtədə yanılır: Özünü, necə olubsa darvinizmin elm olduğuna və sübut edildiyinə inandırmışdır. Böyük ehtimalla çox araşdırmadığından, Kırıkkanat da bu inancın həyəcanlı müdafiəçisi halına gəlmişdir. Və yenə böyük ehtimalla mövzunun özünü tam olaraq bilmədiyindən və digər darvinistlərin təsiri altında qaldığından, darvinizm yanlısı yazılarında həmişə ən əhəmiyyətli şey əskik olar: Elmi dəlil.
Ötən həftə Kırıkkanat, yazdığı iki ayrı yazıda yenə darvinizmin elm olduğunu iddia etmiş və Yaradılış müdafiəçilərinin də, inancları gərəyi darvinizmə savaş açdıqlarını iddia etmişdir. (Minə G. Kırıkkanatın 2.6.2009 və 3.6.2009-cu il tarixdə Vətən qəzetində yer alan yazılar). Kırıkkanatın iddialarından əvvəlcə ikincisini araşdırmaq lazım olsa, əlbəttə, burada ifadə edilən nöqtə doğrudur. Darvinizm, Allah inancını dəqiq şəkildə inkar etdiyindən və qəti olaraq Quranda ifadə edilən Yaradılışa zidd iddia olduğundan Yaradılış müdafiəçiləri darvinizmə fikri olaraq savaş açarlar.
Lakin bu savaşın bir başqa səbəbi də, yenə Allahı inkar uğuruna bu saxta ideologiyanın bütün insanları 150 ildir ALDATMIŞ olması, elmi TƏK BİR ƏDƏD BELƏ DƏLİLLƏ DƏSTƏKLƏNİLMƏMƏSİ, YALAN və SAXTAKARLIĞA əsaslanması, elmi dəlilləri GİZLƏDƏRƏK, elmi dəlilləri TƏHRİF EDƏRƏK tərəfdar toplamaya çalışması və tarixin ƏN BÖYÜK KÜTLƏ YALANI OLMASIDIR. Darvinizm, Allah inancına, dinə, elmə, insanlığa, əxlaqa, hər cür müqəddəs və üstün dəyərə ZİDDİR. Darvinizm, dünyaya gəlmiş bütün bəlaların, müharibələrin, cinayətlərin, faşist və kommunist qanlı diktatorluqların, soyqırımların, kütlə qırğınlarının və ölkəmizin hələ bəlası olan TERRORUN yeganə səbəbidir. Məhz Allahdan qorxan səmimi və ağıllı insanın darvinizm kimi azğın dinə qarşı olmasının təməl səbəbləri bunlardır.
Təkamül nəzəriyyəsinin elm olduğu yalanının sonu gəldi
Kırıkkanatın iddialarından birincisi isə, hadisələri dərinləməsinə bilməyən bir çox adamın aldandığı nöqtədir. Darvinistlər, təkamül nəzəriyyəsinin elm olduğu yalanını yaymışlar, bunu saxta fosillərlə bəzəmişlər və mövzu haqqında məlumatı olmayan bir çox insanı bu yolla özlərinə tərəfdar etmişlər. Halbuki, bu da bir yalandır. DARVİNİZM ELM DEYİL.
Kırıkkanat bir mövzuda haqlıdır: Elmi nəzəriyyə, bir-biriylə əlaqəli fərziyyələrdən ibarətdir və səhv olanlar çıxarılarkən, sübut edilənlər bu nəzəriyyəni daha irəli mərhələyə aparar. Təkamül nəzəriyyəsinə baxdığımızda isə, Darvindən bəri bu nəzəriyyə ilə əlaqədar dəfələrlə fərziyyə ortaya atılmışdır. VƏ BUNLARDAN BİRİ BELƏ SÜBUT EDİLƏ BİLİNMƏMİŞDİR. Çünki Darvinizm, təməlindən çürük fərziyyədir. Hər hansı elmi dəlil və ya elmi görüş üzərinə ortaya atılmamışdır. Ortaya atılma səbəbi yalnız, “insanların zehinlərinə, Allah inancı yerinə nə qoya bilərəm?” axtarışından doğulmuşdur. İllər boyunca darvinist və ateistlər, ideologiyasını çox bəyəndikləri bu azğın təkamül inancına dəlil göstərməyə çalışmışlar, lakin elm şiddətli şəkildə bu iddianı yox edəcək dəlillər təqdim etmişdir.
- Darvinistlər, həyatın sadə olduğunu iddia etmişlər, ancaq tək bir hüceyrənin kompleksliyi qarşısında şoka girmişlər. Hüceyrənin tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyü, hələ daha həyatın mənşəyi mövzusunda darvinistləri alt-üst etmişdir. Darvinistlərdən həyatın mənşəyinə hələdə bir izahı yoxdur.
- Darvin ara fosillərin tapılması lazım olduğunu, əgər tapıla bilməzsə, nəzəriyyəsinin çökmüş olacağı kəhanətini etmişdir. Darvindən bəri edilən araşdırmalarda ələ keçən 250 milyondan çox fosilin TƏK BİRİ BELƏ ARA FOSİL DEYİL.
- DNT-nin kəşfi darvinistləri şoka salmışdır. Bir canlının genetik quruluşunun dəyişə bilməyəcəyini, ən kiçik təsadüfi müdaxilənin canlı orqanizmi yox olmağa aparacağını anlamışlar.
- Canlılarda mükəmməl və son dərəcə kompleks nizam olduğu və bu kompleks sistemdə mutasiyaların təkamülləşmə deyil, yalnız zərər, xəstəlik və ölüm gətirəcəyini anlamışlar. Beləliklə, darvinistlərin baş tacı etdikləri “təkamülləşdirici mexanizm” ortadan qalxmışdır.
- Yenə elmi dəlillər cansızdan canlılığın meydana gələ bilməyəcəyini, sonradan əldə edilmiş xüsusiyyətlərin növlərə ötürülə bilinməyəcəyini ortaya çıxarmışdır.
- Elm, milyonlarla yaşayan fosilin varlığını ortaya çıxarmışdır. Məhz bu, canlıların milyonlarla il əvvəl bugünkü görünüşləriylə ortaya çıxdıqlarını və heç bir şəkildə dəyişiklik keçirmədiyini isbat etmişdir.
Daha əvvəl bir çox dəfə bu gerçəkləri dilə gətirmişdik. Lakin Minə Kırıkkanatın kifayət qədər diqqət vermədiyini düşünərək təkrar edirik: ELMİN BÜTÜN SAHƏLƏRİ DARVİNİZMİ ÇÜRÜTMÜŞDÜR. Hər inkişaf edən elm; paleontologiya, mikrobiologiya, paleoantropologiya, molekulyar biologiya, genetika və s. hamısı, yeni dəlillər təqdim etdikcə təkamül nəzəriyyəsi daha da çökmüşdür. Məhz bu səbəblə darvinizm elm deyil. Darvinizm azğın ideologiyadır, son dərəcə mövhumatçı və batil olan dindir.
Darvinizmə dəstək olma səyləri nəticəsizdir
Kırıkkanatın iddiasının əksinə əsas darvinizm mütləq və dəyişməz olaraq qəbul edilir. Bütün dəlilsizliyinə baxmayaraq, azğın din olduğu üçün saxtakarlıqlarla da olsa, yalançı fosillər istifadə edilsə də, insanlardan gerçək dəlillər gizlənsə də qısacası nə bahasına olursa olsun, dəstək olunmağa çalışılar. Məhz darvinizmin mövhumatçılığı buradadır. Şumerlərdən, qədim Misirlilərdən bəri davam edən bu bütpərəst din son əsrlərdə təkrar canlandırılmış və bu azğın ideologiya uğuruna canlı tutulmağa çalışılmışdır.
Minə Kırıkkanata bunu xatırlatmaqda fayda vardır: Darvinistlər, elm adına etdikləri saxtakarlıqları utanmadan və göz görə-görə davam etdirmə əzmində idilər. Bu fanatik azğın dinin yalanlarına son verən, 250 milyon fosilin insanlara ifşa edilməsi olmuşdur. Darvinist saxtakarlıqların bir-bir gün üzünə çıxarılması olmuşdur. İnsanlar qarışıqlıqla, həyatlarında ilk dəfə, darvinist diktatorluq tərəfindən mütəşəkkil şəkildə aldadıldıqlarını anlamışlar.
Ölkəmizdə təkamül nəzəriyyəsinə inanmayanların nisbətinin 95% olmasının, dünya səviyyəsində təkamül nəzəriyyəsinə qarşı yüksək səslər çıxmasının, darvinist elm adamlarının darvinizmin saxtalığını ifadə edən etiraflar etmələrinin, insanların uşaqlarına bu azğın dinin öyrədilməməsini istəməsinin ən fundamental səbəbi məhz budur. Darvinistlər, elmi dəlilləri gizləyərək indiyə qədər ayaqda qala bilmişlər. Elmi dəlillərin ortaya çıxmasının niyə darvinizmə qarşı əhatəli hərəkətə səbəb olduğunun və niyə darvinistləri bu qədər çaxnaşmaya saldığının cavabını əlbəttə, hörmətli Kırıkkanat da bilməkdədir. Çünki elm darvinizmi yalanlayır.
Darvinistlərin ümidləri tükənmişdir
Minə G. Kırıkkanat nədənsə həmişə təkamül əleyhdarlarının təkamül qarşısında “dəli olduğu” kimi qəribə iddia ilə ortaya çıxar. Halbuki dəli olan, çaxnaşmaya qapılan, nə edəcəyini çaşıb Amerikadan, İngiltərədən, İsveçrədən İDXAL elm adamlarını ölkəmizə gətirib tələm-tələsik universitetlərdə konfranslar verdirən, əldə təkamülə dəlil göstəriləcək bir fosil olmadığından kağız braşuralarla Darvin sərgiləri təşkil edən, mükəmməl lemur fosilini götürüb, darvinist elm adamlarının belə “utanc qaynağı” olaraq ifadə etdiyi şəkildə “itkin halqa” deyərək sirkə çevirənlər mövhumatçı darvinistlərdir. Darvinist çaxnaşma, dəhşətli səviyyədədir. Yaradılış Atlası ilə bu çaxnaşma və dəhşət fövqəladə ölçülərə çatmışdır. Onsuz da Kırıkkanatın bu yazıları da, içində olduğu bu şiddətli çaxnaşmanın bir göstəricisidir.
Halbuki darvinistlər, belə şiddətli çaxnaşma yaşayacaqlarına, elmdən bu qədər qorxub çəkinəcəklərinə, elmi dəlillərdən gizlənəcəklərini, elmi dəlillərin ortaya qoyduğu gerçəyi qəbul etsələr, ən doğru davranışı etmiş olacaqlar. Minə Kırıkkanata da darvinist diktatorluğun hiyləli təlqinlərinə artıq inanmamasını və bu aldatmanın dünya səviyyəsində tərəfdarının qalmadığını artıq görməsini tövsiyə edirik.
Minə Kırıkkanatın təkamül nəzəriyyəsinin bütün fərziyyələrini qəbul edib eyni zamanda Allahın yaratdığına inanan kəslər haqqındakı iddiası ilə əlaqədar cavabımızı buradan oxuya bilərsiniz.
Minə Kırıkkanatın Yaradılış gerçəyi ilə ağıllı dizaynı uyğunlaşdırma iddiaları ilə əlaqədar cavabımızı buradan oxuya bilərsiniz.