NTV Elm jurnalının iyun sayında, keçdiyimiz aylarda, elm adamlarının deməsi ilə sanki sirkə çevrilən təbliğat ilə dünyaya tanıdılan qalıq “ida” mövzu edilmişdi. Jurnal, maraqlı şəkildə, eyni təbliğatı təkrarlayır və idanın sözdə itkin halqa ola biləcəyi iddiasına geniş yer verirdi.
NTV Elm jurnalında çıxan bu xəbər, bu jurnalın hadisələri bir az geridən izlədiyi və dünya səviyyəsində ortaya çıxarılan elmi gerçəkləri bir az gec qəbul etdiyinə dair təəssürat meydana gətirdi. Çünki bu qalığın heç bir ara forma xüsusiyyəti göstərməyən mükəmməl soyu tükənmiş lemur növü olduğu, üzərindəki növə aid fərqlərin də yenə canlının mükəmməl xüsusiyyətlərini əks etdirdiyi mövzusundakı elmi dəlillər dünya səviyyəsində nəşrlərdə yer almış və bu mövzu bütün detallarıyla yazılarımızda da izah edilmişdi. Bunu bütün dünya anladı, lakin NTV Elm jurnalı anlamamış kimi görünür.
Həm də yenə yazılarımızda, bu fosil haqqındakı fərziyyələrin, darvinist elm adamlarının da reaksiyasını çəkdiyini ifadə etmiş, darvinist elm adamlarının belə fosilin mükəmməl olduğunu və ara forma xüsusiyyəti göstərmədiyini etiraf etdiklərini ifadə etmişdik. Təkrar xatırlatmaq lazım olsa İda, darvinist elm adamları tərəfindən “utanc verici” adlandırılmış, İda haqqında edilən nümayiş isə “məsxərəlik” olaraq adlandırılmışdı.
Nature jurnalının redaktoru darvinist Henri Gi belə, fosilin itkin halqa adlandırılmasıyla uzaqdan yaxından heç bir əlaqəsinin ola bilməyəcəyini açıqca ifadə etmiş, Timesonline internet saytında nəşr olunan bir yazida isə İda haqqında edilən fərziyyələr “media sirki” olaraq müəyyən olunmuşdu. Karnegi Muzeyi onurğalı paleontologiyası mütəxəssisi Kristofer Beard isə başladılan bu hay-küyü “axmaqlıq” adlandırmış, Duke Universitetindən Elvin Simons isə, fosilin itkin halqa adlandırılmasının çox uzağında, əslində təkamül üçün bir açmaz təşkil etdiyini etiraf etmişdi.
NTV Elm jurnalı, əgər həqiqətən, elmi xəbər vermək istəyirsə, fərziyyələrin ardına düşməməsində, yalnız gerçək elmi xəbərləri diqqətə almasında və hadisələri vaxtında izləməsində fayda vardır. Əks halda, jurnalın anlayışa çətinliyi çəkdiyinə dair şübhə yaradır. Jurnal redaktorlarına təkrar xatırlatmaq lazım olsa, İda fosili, bütün detallarıyla mükəmməl olan, heç bir şəkildə ara forma xüsusiyyəti göstərməyən qüsursuz canlıdır.
Canlı bütün bu xüsusiyyətləriylə möhtəşəm Yaradılışa dəlil təşkil edər. Elmi dəlillər nəticəsində İdanın yalnız darvinist fərziyyə vəsaiti olaraq istifadə edilməyə çalışıldığı, lakin MÜVƏFFƏQİYYƏTSİZ OLDUĞU aydın olmuşdur. Darvinist elm adamları da bunun fərqindədir. Bu fosil, canlıların mükəmməl şəkildə yaradıldıqlarını isbat edən 250 milyondan çox fosildən bir digəridir.
NTV Elm jurnalının təkamül nəzəriyyəsi sanki isbatlı nəzəriyyəymiş kimi davranmasına, darvinistlər üçün utanc olaraq qəbul edilən İda kimi saxta fərziyyə vəsaitlərinə sarılmasına və darvinist ideologiya üçün darvinist təbliğatı davam etdirməyə məşğul olmasına ehtiyac yoxdur. İnsanlarımız artıq təkamül nəzəriyyəsinin saxta nəzəriyyə olduğunu çox yaxşı bilməkdədirlər. Millətimizin 95%-i təkamül nəzəriyyəsinə inanmır və bu çox böyük nisbətdir.
Nəzəriyyənin saxtalığı bu qədər ortaya çıxmışkən və Yaradılış gerçəyini isbat edən elmi dəlillər onlara izah edilmişkən, insanlarımızın təkrar aldatmanın tələsinə düşmələri mümkün deyil. Məhz buna görə NTV Elm jurnalına, dünya səviyyəsindəki elmi inkişafları yaxından və zamanında izləməsini və təkamülü müdafiə etmək adına bu nəticəsiz səylərindən artıq imtina etməsini tövsiyə edirik.