Uzun zamandır, bütün təkamül boş sözlərində olduğu kimi, quşların dinozavrlardan təkamülləşdiyi nağılı gündəmə gəldiyində də həmişə eyni elmi gerçəkləri izah etdik:
- Quşların və sürünənlərin tamamilə özlərinə xas strukturca fərqlilik səbəbiylə belə bir keçid heç bir şəkildə reallaşa bilməz.
- Bu iddianı sübut edən tək bir ədəd belə elmi dəlil yoxdur, darvinistlər heç bir şəkildə ara fosili dəlil olaraq gətirə bilməzlər.
- Darvinistlərin ara fosil iddiasıyla ortaya atdıqları hər dino-quş boş sözünün mütləq saxtakarlıq olduğu aydın olmuşdur, necə ki, darvinistlər dinozavr fosillərinə tük əlavə edərək saxtakarlıq etmişlər,
- Özlərini haqlı çıxarmaq üçün, təkamülə heç bir dəlil olmayan elmi olaraq isbat edilmiş mükəmməl canlı fosillərini ara forma olaraq göstərməyə çalışmışlar.
- Bir çox darvinist bu iddianı təkamül adına utanc olaraq qəbul edir.
- Və ən əhəmiyyətlisi, dinozavrlardan və darvinistlərin ara forma olduğunu iddia etdikləri canlılardan daha çox əvvəl yaşamış mükəmməl quş fosilləri vardır.
Bütün bunların, darvinistlərin QURUDAN HAVAYA KEÇİD NAĞILINI TAM OLARAQ ORTADAN QALDIRDIĞINI çox vaxt, qəti dəlillərlə izah etmişdik.
İndi bu qeyri-mümkün hekayənin etibarsızlığını darvinistlərin özləri etiraf edirlər.
“Bu görüşlər, heyvan təkamülü haqqında geniş diametrdə qəbul görən bəzi inanclara MEYDAN OXUYAN son iyirmi ildir get-gedə artan dəlillərə bir yenisini əlavə edir.”
Bu sözlər, “Oregon State” Universitetindən iki darvinist elm adamına aiddir! Devon Quik və Con Ruben, “Morphology” jurnalında nəşr olunan araşdırmalarında, quşların dinozavrlardan təkamülləşdiyi aldatması ilə əlaqədar edilən fərziyyələrə əhəmiyyətli zərbə endirdilər.
Edilən araşdırma quşların femur, yəni üst omba sümüyü üzərinədir. Araşdırma nəticəsinə görə, qurudakı canlıların tərsinə, quşlardakı femurun ağırlıqlı olaraq hərəkətsiz olduğu aydın olmuşdur. Quru canlıları qaçmaq və yerimək üçün hərəkətli femur sümüyünü istifadə edərkən, quşlar bunun yerinə ayaqlarının alt qismini istifadə etməkdədirlər. Devon Quikin araşdırması, quşlardakı bu sabit femur sümük və əzələ sisteminin və fərqli yerimə şəklinin, quş nəfəs aldığında canlının hava kisələrinin çökməsini maneə törətmək üçün həyati olduğunu ortaya çıxarmışdır.
Quik vəziyyəti bu şəkildə açıqlamaqdadır:
“Bu, quşların fiziologiyasında son dərəcə təməl sistemdir. Bunu daha əvvəl kimsənin fərq etməmiş olması maraqlıdır. Quşlarda omba sümüklərinin və əzələlərinin mövqeyi, onların ağciyər funksiyaları üçün son dərəcə əhəmiyyətlidir. Bu da onlara uça bilmək üçün yetərli ağciyər tutumunu verir.”
Burada əhəmiyyətlə ifadə edilməsi lazım olan nöqtə isə, dinozavrların sabit femurdan məhrum olduğudur. “Oregon State” Universiteti zooloqu Professor Con Ruben bunu belə izah etmişdir:
“Therapod dinozavrlarının femurları hərəkətli idi və bu səbəblə quşlardakı kimi çalışan ağciyərə sahib olmaları qeyri-mümkün idi. Ağciyərlərdəki hava kisələri, əgər varsa, mütləq çökərdi. Bu dəlil, dinozavr-quş əlaqəsini dəstəkləmək üçün qarşıya qoyulan dəlillərin ciddi hissəsini yerindən oynatmaqdadır.”
Ruben belə davam edər:
“Quşları və uçuşu əsrlərdir araşdırmamızın ardından quş biologiyasının ən fundamental xüsusiyyətlərindən birini hələ anlaya bilməmiş olmağımız həqiqətən də, çox təəccüblüdür.”
Ruben, eyni zamanda, quşların fosil qeydlərində dinozavrlardan əvvəl görülməsini də dinozavrlardan quşların təkamülləşdiyini müdafiə edənlər tərəfindən qərəzli olaraq laqeydlik edilmiş “ciddi problem” olaraq ifadə etməkdədir. Bu iddianı müdafiə edən darvinistlərin iddialarına ən böyük dəlil olaraq dinozavr və quşların ağciyər strukturlarındakı bənzərliyi qarşıya qoyduqlarını, lakin bu tapıntı ilə iddianın da ortadan qalxdığını açıqca ifadə etməkdədirlər.
Ruben, bu əhəmiyyətli gerçəklərin darvinist elm adamları tərəfindən qərəzli olaraq edilməsinin səbəbini isə bu sözlərlə yekunlaşdırar:
“Açıqcası, bu işin içində olduqca çox muzey intriqası yer almaqdadır. Yeni elmi dəlillər (darvinistlər üçün) davamlı suallar ortaya çıxarsa da, xüsusilə bu mövzuya bir çox karyer adanmış vəziyyətdədir.”
Eyni elm adamları bu araşdırmada, quşların uçmaq üçün ehtiyac duyacaqları güclü oksigeni almalarını təmin edəcək başqa “xüsusi xüsusiyyətlərə” sahib olduqlarını və bu xüsusiyyətlərin günümüzdəki quşlarda olmasına baxmayaraq, DİNOZAVRLARDA QƏTİ OLARAQ OLMADIĞININ vurğulamaqdadırlar.
Darvinistlərin açmazı təkamül nəzəriyyəsinin saxta olmasıdır
Bu tapıntılar əlbəttə, dinozavrdan quşların təkamülləşdiyi boş sözünün etibarsızlığını göstərməsi baxımından əhəmiyyətlidir. Bu şərhləri əhəmiyyətli edən bir başqa diqqət çəkici xüsus isə, bu etirafların darvinistlərdən gəlmiş olmasıdır. Lakin burada ayrıca xüsusi olaraq ifadə edilməsi lazım olan bir nöqtə vardır: Hər hansı bir quru canlısının bir quşa çevrilməsi hekayəsindəki çətinliklər, ağciyərlərindəki böyük fərqin çox kənarındadır.
Bir canlı, Allahın özünə verdiyi xüsusiyyətlərlə olduğu mühitə ən uyğun şəkildə yaradılmışdır. Quruda yaşayan bir canlının anatomiyası, quru həyatına mükəmməl uyğunlaşma halındadır. Çünki Allah onu, yaşayacağı mühit ilə birlikdə yaradar. Bu səbəbdən mükəmməllik vardır. Bir quş, uçma kimi fövqəladə qabiliyyətə sahib olaraq yaradılar. Bunu təmin edən yalnız canlının qanadlı olması deyil. Ağciyərlərindən sümüklərinə, hava kisəciklərindən tüklərinə qədər hər bir detal, quşun uçması üçün xüsusi olaraq vardır. Çünki onu göylərdə uçmağa uyğun yaradan, yerləri və göyləri yoxdan var edən Uca Rəbbimiz Allahdır.
Bu səbəbdən femur sümüklərindəki bu böyük fərq, quru canlılarıyla quşlar arasındakı YÜZLƏRLƏ fərqdən yalnız biridir. Hər hansı quru canlısının (darvinistlərin “qurudan havaya” boş sözləri üçün qarşıya qoyduqları hər cür canlının), bir quşa çevrilmiş olması üçün bu saysız fərqin, şüursuz, kor təsadüflər tərəfindən təsbit edilməsi və bu kor təsadüflərin lazımlı dəyişmələr etməsi lazımdır. Halbuki, günümüz elmi, canlı orqanizmə istiqamətli tək bir təsadüfü müdaxilənin belə o orqanizmi ölümə aparacağını isbat etmişdir. Bu səbəbdən darvinistlərin açmazı yalnız femur sümüklərində və ya quş ağciyərində deyil, SAXTA TƏKAMÜL NƏZƏRİYYƏSİNDƏDİR.
Uca Allah bütün canlıları müdhiş qüsursuzluq və mükəmməlliklə yaratmışdır. Darvinistlərin ən böyük açmazı, təsadüflərlə şərh gətirə bilmədikləri bu mükəmməlliklərdir. Və Allah, elə möhtəşəm komplekslik yaratmışdır ki, təkamül nəzəriyyəsi, tək bir zülal qarşısında yıxılmış vəziyyətdədir. Bu, azğın inanc ilə ortaya çıxan və saxtakarlıqlar ilə insanları aldatmağa çalışan darvinist ideologiyaya, Rəbbimizin bənzərsiz tələsidir. Canlılardakı mükəmməlliklər ortaya çıxdıqca və darvinizmin tək bir ara fosil ilə belə dəstəklənilmədiyi gerçəyi yayıldıqca, Allahın diləməsiylə darvinist çöküş, artıq maneə törədilə bilməz hala gəlməkdədir.