Darvinistlər dino-quş iddialarının dəhşətli məğlubiyyətini qəbul etməmək üçün çoxdan cavablandırılmış iddiaları yenidən gündəmə gətirməyə başladılar. Xüsusilə, təkamülün can verdiyi bu son günlərdə, ciddi şəkildə çaxnaşmaya qapıldılar və darvinizmi qurtarmaq üçün arxa-arxaya yeni yalan üsullar axtarmağa başladılar. Bunlara yeni nümunə, bir qisim mətbuatda son zamanlarda yer alan, Çində olan bir dinozavr fosil ilə əlaqədar idi. Darvinistlər yenə eyni çürük hekayəni təkrarlayır və bu fosilin, sözdə quşların təkamülünə dəlil olduğu yanılmasını dilə gətirirdilər.
Bu iddianın keçərsizliyi ilə əlaqədar izahlar belədir:
Limusaurus inextricabilis olaraq adlandırılan fosilin bəstəboy qolları və üç barmaqlı pəncələri var. Fosildə eyni zamanda kiçik bir barmaq çıxıntısının olduğunu iddia edən darvinist paleontoloqlar, bunu dördüncü barmaq olaraq önə sürməyə və canlının bu xüsusiyyətini hər zamanki kimi darvinist təbliğata alət etməyə çalışmaqdadırlar. Bu canlının (onsuz da var olması qeyri-mümkün olan) tüklərinin “bir təhər” OLMADIĞINI, lakin bu 1 sm.lik sümük səbəbiylə, 5 barmaqlı dinozavrlardan 3 barmaqlı quşlara keçidə yaxşı namizəd ola biləcəyini iddia etməkdədirlər.
Halbuki bu, klassik darvinist yalandır.
Daha əvvəl də çoxlu fərqli nümunələr üzərindən ifadə etdiyimiz kimi darvinistlər, fosil üzərindəki müxtəlif strukturlar haqqında fərziyyə qurma mövzusunda ustadırlar. Fosilləşmiş canlıdakı anatomik pozuqluğu, qırıq bir sümüyü ya da canlının mükəmməl bir üzvünü istədikləri kimi darvinist izahlarına təbliğat vəsaiti edə bilməkdədirlər. Bu mövzudakı bəlkə də ən təəccüblü nümunə üçün, darvinistlərin Coelacanth qalığı üzərində etdikləri fərziyyələri xatırlamaqda fayda vardır. Fosil üzərindəki bütün fərziyyələr, Coelacanthın indiki vaxtda yaşayan canlı halının dəfələrlə tapılması nəticəsində bir anda alt-üst olmuş, darvinistlər, saxtakarlığı ortaya çıxan hər darvinist yalanda olduğu kimi, bu böyük rüsvayçılıq qarşısında da susqun qalmağı seçmişlər.
İndi də canlı olaraq heç bir zaman araşdıra bilmə imkanımızın olmayacağı bir dinozavr fosilindəki tək bir sümük çıxıntısı, darvinist təxribatlara alət edilməyə çalışılmaqdadır. Halbuki, Limusaurus inextricabilis, mükəmməl anatomiyaya sahib qüsursuz quru canlısıdır. Heç bir ara forma xüsusiyyəti göstərməməkdədir. Canlının bütün orqan və strukturları tam və qüsursuzdur. Daha əvvəl dəfələrlə ifadə etdiyimiz kimi, darvinistlər əgər həqiqətən, ara fosil dəlili ortaya qoymaq istəyirlərsə gətirmələri lazım olan canlılar belə olmalıdır:
Darvinizmə görə canlılar bir-birlərinə xəyali şəkildə çevrilərkən, anormal varlıqlar meydana gəlməlidir. Bu qəribə canlılar milyardlarla olmalı və qazılıb araşdırılan hər yerdən bu əcaib varlıqların qalıqları heç dayanmadan çıxmalıdır. Bunlar olmadığı üçün, darvinistlər çarəsizlikdən qalıqdakı bir sümüyü götürüb, şəkildən-şəklə soxub buna ara fosil deyirlər. Halbuki, qarşıya qoyduqları fosillərin hamısı, tam, mükəmməl, qüsursuz canlılara aiddir.
Daha əvvəl də açıqladığımız kimi, quru canlıları ilə quşlar arasında heç bir zaman keçid müzakirə mövzusu olmamışdır. Quru canlılarının anatomik quruluşu ilə uçucu quşların anatomik strukturları bir-birlərindən tamamilə fərqlidir və bu mükəmməl anatomik uyğunlaşmada meydana gələ biləcək anlıq dəyişiklik belə yalnız canlının ölümü ilə nəticələnər.
Uzun illərdir darvinistlər tərəfindən ortaya atılan sözdə quşların mənşəyi iddiası, Limusaurus inextricabilis nümunəsində yeni bir saxtakarlıqla bəzətməyə də çalışılmışdır. Olan dinozavrı xəyallarında bir quşa bənzətməyə cəhd göstərən darvinistlər, dinozavrın tüklərinin də olması lazım olduğuna qərar vermiş, lakin fosildə belə bir tapıntıya rast gəlinməməsi üzərinə yeni taktikalara müraciət etmişlər və “dinozavrın bədəni tüklərlə örtülü OLA BİLƏR” kimi ifadələr istifadə etməkdən çəkinməmişlər. Buradakı məqsəd, milyonlarla il əvvəl yaşamış olan mükəmməl bir dinozavrı fərziyyə, söz çoxluğu ilə ara fosilmiş kimi insanlara göstərə bilməkdir.
Burada bu nöqtənin ayrıca ifadə edilməsi lazımdır: Darvinistlərin daha əvvəldən bir çox dəfə gündəmə gətirdikləri “tüklü dinozavr” iddialarının hamısı həqiqətdən kənardır. Tük deyilən strukturların tamamilə fərqli strukturlar olduğu və iddia edilən qalıqların saxta olduğu aydın olmuşdur.
Necə ki, son vaxtlarda dinozavrlardan quşlara keçid iddiasını tamamilə ortadan qaldıran tapıntıların ortaya çıxması, dinozavrların quşlardan tamamilə fərqli və uçuşa uyğun olmayan omba sümük quruluşuna sahib olmaları və ən əhəmiyyətlisi tamamilə fərqli omba sümüklərinin belə çevrilməsi qeyri-mümkün hala gətirməsi darvinist iddianı tamamilə ortadan qaldırmaqdadır. Həm də bu həqiqət darvinist elm adamları tərəfindən də açıq etiraf edilmişdir.
Böyük ehtimalla indi ortaya çıxarılan bu fosil, darvinistlər tərəfindən etiraf edilmiş bu böyük darvinist çöküşü etiraz edə bilmək, bu məğlubiyyəti unutdura bilmək üçün xüsusi olaraq gündəmə gətirilmişdir. Halbuki darvinist saxtakarlıqlar darvinistləri hər keçən gün daha da gülünc hala gətirməkdədir. Darvinistlər isə bu həqiqəti qəbul etməkdə problem yaşamaqdadırlar.
Limusaurus inextricabilis saxtakarlığı, darvinizm tarixində utanc nümunəsi olaraq yerini indidən almışdır. Bənzər darvinist yalanlar, çöküşü qəbul edə bilməyən darvinist diktatorluq tərəfindən müxtəlif məşhur yayım quruluşları yoluyla yayılmağa çalışılmaqdadır.
Lakin Harun Yəhya əsərlərinin vəsiləsiylə artıq darvinizmin dünya səviyyəsində çöküşü açıqca ortaya çıxmışdır. Allah, kainatı və içindəki bütün canlıları qüsursuz uyğunlaşma içində yaratmış və hər birini ayrı-ayrı var etmişdir. Canlılığın yaradılışında kor təsadüflərin rolunun ola bilməyəcəyini Allah möhtəşəm əsərlər və dəlillərlə insanlara göstərmişdir. Darvinistlərə, artıq hər kəsin bildiyi Yaradılış həqiqətini qəbul etmələrini və çoxdan cavablandırılmış dayaqsız iddialarla ortaya çıxmamalarını tövsiyə edirik.