Darvin, 1800-cü illərdə, “təkamül mexanizmi” olaraq bir anlayış qarşıya qoymuşdu: Təbii seleksiya.

Təbii seleksiya, digər bir ifadə ilə “təbii seçmə” deməkdir. Güclü və içində olduğu təbii şərtlərə uyğun olan canlıların həyatda qalacağı düşüncəsinə əsaslanar. Məsələn, aslanlar tərəfindən təhdid edilən zebr sürüsündə, daha sürətli qaça bilən zebrlər həyatda qalacaq.

 

Təbii seleksiya həqiqətən də, təbiətdəki canlılar arasında müşahidə edilən mexanizmdir. Ancaq heç bir zaman təkamülçülərin xəyal etdikləri kimi canlılara yeni xüsusiyyətlər qazanmağa və yeni növ yaratma qabiliyyətinə sahib deyil.

 

Bu mövzunu belə bir nümunə ilə açıqlaya bilərik: Hər hansı coğrafi bölgədə biri daha tüklü, digəri isə nisbətən daha qısa tüklərə sahib iki bənzər it cinsinin yaşadığını fərz edək. Əgər bu bölgədə hava istiliyi ekoloji fərqlilik səbəbiylə əhəmiyyətli ölçüdə düşsə, uzun tüklü itlər qısa tüklü itlərə görə soyuğa daha dayanıqlı olacaqlar. Bunun bir nəticəsi olaraq da uzun tüklü itlər daha üstün hala gələcək, yəni daha uzun yaşayacaq, daha çox çoxalacaq və daha asan bəslənəcək. Bir müddət sonra qısa tüklü itlərin sayı çox azala bilər, ya da bu canlılar isti bölgələrə köç edə bilərlər və ya soyları tamamilə tükənə bilər. Yəni uzun tüklü itlər təbii seleksiya ilə seçilmiş və üstünlük qazanmış olarlar.

 

Ancaq diqqət yetirilsə bu müddət, ortaya yeni it cinsi çıxarmış deyil. Təbii seleksiya yoluyla, onsuz da var olan iki fərqli cinsdən biri üstünlük qazanmışdır. Ortada heç uzun tüklü it yox ikən, təbii seleksiya nəticəsində uzun tüklü itlər yaranmayıb. Bu itlərin zamanla bir başqa canlı növünə çevrilmələri də onsuz da qəti olaraq mümkün deyil.

 

Qısacası, təbii seleksiya ortaya yeni növlər, yeni xüsusiyyətlər çıxarmamaqda, sadəcə var olan növlərin həyat imkanları artmaqdadır. Yeni bir növ və yeni bir xüsusiyyət meydana gəlmədiyi üçün də, bir “təkamülləşmə” yaşandığından söz edilə bilməz. Bir başqa deyişlə, təbii seleksiya heç bir “təkamül” təmin etməz. Necə ki, Darvinin özü də bu həqiqəti etiraf etmişdir:

 

“Təbii seleksiya, faydalı strukturların başlanğıc mərhələlərinin meydana gəlməsi üçün qeyri-kafidir.”1

 

Tanınmış təkamülçü paleontoloq İngilis Kolin Patersonun bu mövzudakı etirafı isə belədir:

 

“Heç kim təbii seleksiya mexanizmləriylə yeni bir növ yarada bilməmişdir. Heç kim belə bir şeyin yaxınına belə yaxınlaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox mübahisə edilən mövzusu da budur.”2

 

Təbii seleksiya, yenilik gətirib bununla növləri dəyişməyə uğradan, məsələn, bir sürünənin zamanla quş halına gəlməsini təmin edən möcüzələr reallaşdıran bir mexanizm deyil. Məşhur bioloq Darsi Ventvort Tompsonun söylədiyi kimi:

 

“Təbii seleksiyada gördüyümüz şey yaratmaq deyil yox etmək, budamaq və yanğına sürüməkdir.”3

 

Bu səbəbdən darvinistlər, təbii seleksiyanı təkamül mexanizmi olaraq insanlara tanıtmağa çalışaraq yalan danışmaqdadırlar. Təbii seleksiyanın təkamül təmin etmədiyini özləri də bilmələrinə baxmayaraq, bir saxtakarlığı insanlara təlqin etməyə çalışmaqdadırlar. Darvindən qalan mirasa sahib çıxmaq və xəyali ssenarilərinə yeni mexanizm uydura bilməmək, onları bu köhnə iddiaya, bu böyük yalana asılı etmişdir. İndiki vaxtda hələ bu böyük yalana sahib çıxmağa çalışan darvinist elm adamları var. Bu yalanın ayaqda qala bilməyəcəyini görənlər isə, başqa bir yalanla ortaya çıxmışlar. Bu yalan, “mutasiyalar təkamülləşdirər” iddiasıdır.

 

 

Qaynaqlar:

1) Charles Darwin, The Origin of Species, 6th edition, 1859 (London: J.M. Dent and Sons Ltd., 1971) – Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 84

2) Colin Patterson, “Cladistics”, Brian Leek ile Röportaj, Peter Franz, 4 Mart 1982, BBC.

3) Lee M. Spetner, Not By Chance, Shattering the Modern Theory of Evolution, The Judaica Press Inc., 1997, səh. 175