Tarixin ən qanlı qırğınlarının və döyüşünün baş memarı olan faşist qatil Adolf Hitlerin bilinən bir sözü vardır:

 

Əgər bir yalanı kifayət qədər uzun, kifayət qədər gurultulu və kifayət qədər çox söyləsəniz, insanlar inanar. İnsanları bir yalana inandırmanın sirri, yalanı davamlı təkrar etməkdir. Sadəcə təkrar, təkrar və təkrar söyləyin.1

 

Özü də qatı darvinist olan Hitlerin bu sözü azğın darvinizm ideologiyasını tam olaraq yekunlaşdırmaqdadır. 150 ildir darvinistlər, Hitlerin bu fəlsəfəsini öz ideologiyalarına təməl almış və tarixin ən böyük yalanını böyük səs-küylə, dəfələrlə təkrar edərək insanları buna inandırmağı bacarmışlar. İndi, yalanlarının ortaya çıxdığı bu günlərdə belə darvinistlər böyük ehtimalla yenə eyni taktikanın müvəffəqiyyətli olacağını zənn edirlər ki, müxtəlif növ saxtakarlıqlarla təkamül yalanını təkrar etmə meylindədirlər. Bunun ən yeni nümunələrindən biri, son dövr darvinist nəşrlərin başlıqlarında yer alan “İsti havalarda təkamül daha sürətli reallaşır” yalanıdır.

Darvinistlərin utanmadan davam etdirdikləri bu saxtakarlıq, əlbəttə, bütün saxtakarlıqları ortaya çıxmış olan təkamül yalanına bir fayda gətirməyəcək. Lakin, bu yalanın məntiqsizliyini və batil ideologiyaya əsaslandığını göstərə bilmək üçün darvinistlər tərəfindən edilən bu saxta izahın doğrusunu ortaya qoymaqda fayda vardır:

 

Canlıların maddələr mübadiləsi əlbəttə, hava istiliyinə görə dəyişiklik göstərər. İsti havada, orqanizmdə meydana gələn hüceyrə reaksiyaları sürətlənər, bu səbəbdən maddələr mübadiləsi də sürətlənər. Reaksiyaların istidən təsirlənərək bu tezləşməsi elmi həqiqətdir və elm adamlarının hamısı bunu bilir. Bu elmi həqiqəti darvinist elm adamları da bilirlər. Onların digərlərindən fərqi, bu məlumatı darvinizm saxtakarlığına təbliğat vəsaiti olaraq istifadə etməyə çalışmalarıdır.

 

Darvinistlər, bu reaksiya artımı nəticəsində hüceyrə içində reallaşması ola biləcək mutasiyaların da sayının artacağı və bunun bir təkamülləşmə meydana gətirəcəyi iddiasıyla ortaya çıxarlar. Məhz ən böyük yalan bu əsassız fərziyyədədir.

 

Canlılarda hər hüceyrənin, bölünərək öz nüsxəsini çoxaldarkən DNT-nin mutasiyaya məruz qalması ehtimalıyla qarşı-qarşıya olduğu doğrudur. Lakin bu mutasiyalar, müzakirə mövzusu darvinist nəşrlərdə də etiraf edildiyi kimi, 99% nisbətində DNT-də pozulmalara gətirib çıxararlar. Çünki mutasiyalar canlı orqanizmlərdə meydana gələn təsadüfi müdaxilələrdir və bu strukturlarda qopmalara, pozulmalara, ölümlərə gətirib çıxararlar. Mutasiyaların bir canlıya fayda gətirəcək xüsusiyyətlər meydana gətirməsi kimi bir vəziyyət indiyə qədər təsbit edilməmiş, müşahidə edilməmişdir. Belə bir ehtimalın reallaşması demək olar qeyri-mümkündür. Bu səbəbdən müzakirə mövzusu orqanizmdə istinin təsiriylə meydana gələn mutasiya artımı, əslində daha çox təsadüfi müdaxiləyə və dolayısilə də daha çox dağılma və pozulmalara səbəb olacaq.

Daha əvvəl bir çox dəfə açıqladığımız kimi, darvinistlərin ən məşhur taktikaları, sanki darvinizm tamamilə isbat edilmiş nəzəriyyə imiş də yalnız izah olunmayan bir neçə detalı qalmış kimi davranmaqdır. İsti havalarda təkamülün sürətləndiyi yalanı, məhz bu taktika zərurəti deyilmişdir. TƏKAMÜLÜN ELMİ OLARAQ REALLAŞMASININ QEYRİ-MÜMKÜN OLDUĞU, HEÇ BİR ELMİ DƏLİLLƏ DƏSTƏKLƏNİLMƏDİYİ, HƏYATIN BAŞLANĞICINA DAİR HEÇ BİR ŞƏRHİNİN OLMADIĞI və təkamülü dəstəkləyən TƏK BİR ƏDƏD BELƏ ARA FOSİL TAPILA BİLMƏDİYİ həqiqəti, verilən bu xəbərin heç bir yerində yoxdur. Nəzəriyyəni tamamilə ortadan qaldıran bütün çətinliklər bir kənara itələnilmiş, sanki saxta təkamülün tək problemi isti hava imış görünüşü verməyə çalışılaraq mövzu haqqında məlumatsız oxucunu mümkün olduğu qədər aldada bilmək məqsədi qoyulmuşdur.

Burada ifadə edilməli olan əhəmiyyətli ikinci xüsus isə budur: Mutasiyalar canlıda hər hansı zərərsiz dəyişməyə gətirib çıxarsalar belə, bu, canlının mövcud gen quruluşundakı məlumatlar daxilində reallaşan dəyişmə olacaq. Yəni bir məməli, bu mutasiyalar səbəbiylə üçüncü qol, ikinci quyruq qazana bilər, lakin heç bir zaman öz genom məlumatında olmayan “qanad”a sahib ola bilməyəcək. Bu səbəbdən darvinistlərin iddia etdiyi “təkamülləşmə” müzakirə mövzusu deyil, bu iddia böyük saxtakarlıqdır.

 

Darvinistlərin fərziyyə vəsaiti hər vaxt bir genom içində reallaşan kiçik dəyişikliklər, yəni variasiyalar olmuşdur. Darvinistlər buna “mikro təkamül” adını qoyublar. Halbuki, variasiyaların təkamüllə heç bir əlaqəsi yoxdur. Darvinistlərin təbliğat vəsaiti etdikləri şey, canlıların yaşadıqları mühitin şərtlərinə görə kiçik dəyişikliklərə məruz qalmaları həqiqətidir. Lakin darvinistlərin insanlardan gizlədiyi həqiqət, CANLILARIN ANCAQ ÖZ GENOMLARINDA VAR OLAN MƏLUMAT DAXİLİNDƏ DƏYİŞİKLİK GÖSTƏRƏ BİLƏCƏKLƏRİDİR. Yəni bir canlı, ancaq Allahın onun genetik məlumatında var etdiyi nisbətdə dəyişikliyə məruz qala bilər. Və o növün hər bir üzvü, genetik məlumatında olduğu üçün bu xüsusiyyətləri göstərə bilər. Tük rəngi dəyişə bilər, dimdiyi bir az uzana bilər, bədəni böyüyə bilər. Lakin bunun xaricində, darvinistlərin gözlədikləri tərzdə növlər arası dəyişmə, heç bir zaman var olmayacaq və olmamaqdadır. Bu canlı, HEÇ BİR ZAMAN ÖZÜNDƏN FƏRQLİ CANLIYA ÇEVRİLMƏYƏCƏK, ONUN XÜSUSİYYƏTLƏRİNƏ SAHİB OLMAYACAQ. Çünki bir canlının, öz genetik məlumatında var olmayan məlumatı kənardan alaraq problemsiz şəkildə yeni strukturlar inkişaf etdirməsi mümkün deyil.

Bu səbəbdən sperma və yumurta hüceyrələrinin isti havalarda daha sürətli bölünməyə girməsi, canlı maddələr mübadiləsisinin istidən təsirlənən sürətli reaksiyalar nəticəsində sürətlənməsi, yalnız canlıda bu variasiyaların sürətlənməsini təmin edəcək. İstilik faktoru, yalnız canlını, öz genomu daxilində, olduğu mühitin şərtlərinə daha uyğun hala gətirəcək. Lakin heç bir zaman bir kərtənkələni quşa çevirməyəcək. Bir sürünən bir anda tüklərlə örtülməyəcək, bir məməli yarasaya çevrilib qanadlanıb uçmayacaq. Bunların hamısı uydurmadır. Darvinist saxtakarlıq, belə çürük üsullarla, ağıldan və elmdən kənar iddialarla davam etdirilməyə çalışılmaqdadır. Darvinistlərin bu səyi, ciddi mənada yazıq vəziyyətə düşdüklərinin göstəricisidir.

 

Burada əhəmiyyətlə ifadə edilməli olan digər bir mövzu da, müzairə mövzusu fərziyyəni edərkən darvinistlərin (HƏR ZAMANKİ KİMİ) bu iddialarına TƏK BİR DƏLİL BELƏ GƏTİRƏ BİLMƏMƏLƏRİDİR. Nədənsə bu iddia ilə dəyişməyə uğramış, təkamülləşmiş tək bir quruluş və ya orqan ortaya çıxara bilmirlər. Darvinistlər böyük ehtimalla təkamül boş sözünün, hələ yalnız çürük demaqoqluqlarla davam etdirilə biləcəyini zənn etməkdədirlər. Halbuki, təkamülün qeyri-mümkünlüyünü isbat edən elmi dəlillərin göstərilməsiylə, 250 milyon fosil ifşa edilməsiylə darvinizmin özü də, çürük üsulları da torpağa basdırılmışdır. Allah, üstün yaratmasını insanlara bütün ehtişamı ilə göstərmişdir. Bu səbəbdən bu xəbərin təsirli olacağını, insanları bu yolla aldada biləcəyini zənn edən darvinist mediaya tövsiyəmiz, özlərini bu tip iddialarla kiçik vəziyyətə salmamaları, bütün dünyada get-gedə sürətlənən təkamülə qarşı müqaviməti yaxından izləmələridir.

 

 

Qaynaq:

1) http://siyasitarih.azbuz.com/bolum/Unlu-kisilerin-sozleri-/catID=2890071