Müdafiə etdikləri nəzəriyyədən utanc içində olan darvinistlər, indi “meymundan gəldik” iddiasını ört-basdır etməyə çalışırlar. Darvini də qoruyaraq, “əslində Darvin də meymundan gəldik deməmişdi, ortaq atadan bəhs etmişdi” deyə ortaya çıxdılar. Darvinist nəşrlər, birdən-birə bu yalana sahib çıxdı və “meymunlar atamız deyil, əmi oğullarımız imış” kimi axmaqlıqları başlıqlarda verməyə başladılar. Darvinistlər, məntiqsiz iddiaları səbəbiylə artıq daha çox kiçik düşməmək üçün yeni şeylər uydururdular, lakin uydurduqları şeylər onları daha çox hörmətdən saldı.

Buradan bu iddianı sahiblənən darvinistlərə səslənirik:

 

“İnsanın (xəyali) atası meymun deyil, ortaq ata idi” deyərək özünüzü hörmətdən salırsınız. Təsvir etdiyiniz şey, nəticədə meymuna bənzəyən qəribə varlıq deyilmi? Və bu canlı, sizin iddianıza görə, meymuna bənzəyirmi, bənzəmirmi? Aydın olduğu qədəriylə bənzəyir. Bu vəziyyətdə, buna meymun və ya başqa bir şey deyilməsi nə fərq edəcək? İnsana bənzəyən vəhşi heyvan deyilmi nəzərdə tutduğunuz. Əgər içiniz rahatlayacaqsa buna “taymun” deyək. Bunun adı “taymun” olduğunda bu axmaq iddianız xilas olacaqmı?

 

Demaqoqluğu buraxın! Bu tamamilə primitiv düşüncədir. Meymuna bənzər qəribə məxluqu “ortaq ata” elan edib, “əslində meymundan deyil ortaq atadan gəldik” deyə ortaya çıxmaq olduqca hörmətdən salan hərəkətdir. Bəhs etdiyiniz bu xəyali qəribə məxluqu təyin etmək üçün insanlar ona “meymun” deyirlər. Bu canlı qorillaya da bənzəyər, şimpanzeyə də, primata da. Lakin ümumi tərif olaraq meymun olaraq xarakterizə edilmişdir. Bu sözün bir varlığı təyin etmək üçün istifadə edilən hər hansı bir söz olduğunu anlamazlıqdan gəlib “biz əslində belə demədik” demək olmaz. İnsana çox bənzəyən bir çox meymun olmuşdur. Məsələn, Homo habilis olaraq deyilən meymun növü, struktur olaraq insana olduqca bənzərliklər göstərər. Amma bu canlı, bədəni tüklərlə örtülü, iti dişləriylə ora- bura hücum edən, hətta öz növlərinin ətini yeyən tam bir meymun, yəni bir heyvandır. Müəyyən tərəfdən insana bənzərliyi bir şey dəyişdirməməkdədir.

 

İnsan, tamamilə fərqli varlıqdır.

 

İnsan, ağlı və şüuru olan, görünüşü görüb qəbul edən, bunlar üzərinə düşünüb şərh edən, mühakimə və mühakiməyə sahib olan, yəni RUH SAHİBİ VARLIQDIR. Bir canlının “insan” ola bilməsi üçün onun, “mənəm” deyən, öz varlığının fərqində olan RUH SAHİBİ varlıq olmalıdır. Ruh, bir pişiyə belə verilsə, o varlıq pişik görünüşündə insan olar. İnsanı digər canlılardan ayırd edən şey, yalnız, sahib olduğu ruhdur. Bunu anlamamazdan gəlməyin!

 

Darvinistlər meymun bənzəri müxtəlif canlı şəkilləri meydana gətirib bunların insanın atası olduğu iddiası ilə ortaya çıxarlar. Halbuki, bir canlı insana nə qədər bənzəyərsə bənzəsin, o canlının insan ola bilməsi üçün, görüb eşitdiklərindən məna çıxaran canlı olması, yəni “ruhunun” olması lazımdır.

 

Darvinistlər, yenə eyni taktikadan istifadə edərək təsadüf izahını da anlamamazdan gəlirlər

Darvinistlər;

Xəyali “meymun ata” mövzusunu anlamamazdan gəlmə taktikanız, “təsadüf” mövzusunu anlamamazdan gəlmə taktikanız ilə eynidir! Darvinizm; yaradılışı, Yaradıcını (Uca Allahı tənzih edərik) və dolayısilə canlı varlıqlardakı şüur, ağıl və dizaynı tamamilə inkar edən və dolayısilə hər şeyi şüursuz təsadüflərə və başıboş, idarəsiz hadisələrə bağlayan azğın inancdır. Darvinizmin başqa tərifi olmamasına baxmayaraq, darvinistlərin bütün izahlarının təsadüfə əsaslanmasına baxmayaraq və bütün yayımlarında təsadüfü izah etmələrinə baxmayaraq, “biz əslində təsadüfü nəzərdə tutmadıq” deyə ortaya çıxmaqdadırlar. Bu açıqca, təsadüfün adını dəyişdirməyə çalışmaqdır.

Eynilə xəyali “meymun ata”nın adını dəyişdirməyə çalışdığınız kimi, təsadüfün də adını dəyişdirməyə çalışmayın. Eynilə “meymundan gəldik” dediyiniz zaman kiçik vəziyyətə düşdüyünüzü bildiyiniz kimi, “təsadüfən oldu” dediyinizdə də kiçik vəziyyətə düşdüyünüzü bilirsiniz. Elə buna görə, bu axmaqlığın adını açıq şəkildə dəyişdirməyə çalışır və “biz təsadüf demədik” deyə ortaya çıxırsınız. “Yaxşı bəs, şüurlu varlıqmı etdi” deyə soruşanda “xeyr” deyirsiniz. “Bütün hadisələr bir şüurun, bir ağılın idarəsində idimi?” deyə soruşanda yenə “xeyr” deyirsiniz.

 

Məhz bu, bir yalandır. Bir şey ya vardır, ya da yoxdur. Bir masanın üzərindəki qab ya vardır, ya da yoxdur. Bunun üçüncü izahı ola bilməz. Bu səbəbdən demaqoqluğa son verməlisiniz. Uşaq kimi açmaza girərək özünüzü bu qədər hörmətdən salmanıza bütün insanlıq təəccüblənir.

 

Daha əvvəl dəfələrlə təkrar etdiyimiz əhəmiyyətli bir həqiqət var: İnsanlar artıq həqiqətən, darvinist yalanlarla aldadıla bilmirlər. “Tamam, meymun deyil, amma ortaq ata” dediyinizdə bu izah zənn etdiyiniz kimi insanlar üzərində təmin edici və inandırıcı təsir buraxmır. Bu izahlar, yalnız uzun müddətdir insanlara göstərdiyimiz və izah etdiyimiz həqiqəti göstərir: darvinistlərin əllərində demaqoqluqdan başqa heç bir şey olmadığı həqiqətini.

 

Belə nümunələr olduqca, insanlar, darvinistlərin illərdir özlərini necə üsullarla aldatmaqda olduğunu daha yaxşı görürlər. İnsanlar, darvinizmin saxtakarlıq olduğuna daha çox qərara gəlirlər. Məhz bu səbəblə artıq bu vəziyyəti qəbul edib elmi həqiqətlərə görə hərəkət etməkdir. Darvinizmin məğlub olduğunu qəbul edərək insanlara həqiqətləri izah etməkdir. İnsan, yer üzündəki bütün digər varlıqlar kimi, Rəbbimizin diləyi və əmri ilə yoxdan yaradılmışdır. İnsanı insan edən, Uca Allahın ona bəxş etdiyi ruhdur. Yer üzündəki və bu kainatdakı heç bir şey, Allahın məlumatı və uca təqdiri xaricində hərəkət edə bilməz. Bu səbəbdən bu kainatın heç bir nöqtəsində, tək bir atomunda belə təsadüfilik olması mümkün deyil. Hər varlıq, aləmlərin Rəbbi olan Allahın üstün gücünün, qüdrətinin və sənətinin təcəllilərini üzərində göstərər. Məhz bu, üstün, bənzərsiz və qüsursuz Yaradılışdır.

 

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)