Cəlal Şengör, 26 iyun 2009-cu il tarixdə Cümhuriyyət Elm və Texnika jurnalındakı köşəsində, “İnsan olmanın çətinliyi” başlıqlı yazı nəşr etdi. Bu yazıda Şengör, yer üzündəki bir çox kəşf və icadın başlanğıc nöqtəsinin “yalan” olduğunu iddia edir və sərf edilən bu yalan nəticəsində əhəmiyyətli elmi görüşlərin ortaya çıxdığını ifadə edirdi. Buradan yola çıxaraq Şengör, “doğru olmayan bir şeyi doğru fərz edib dilə gətirmədən insan olunmayacağı” kimi son dərəcə məntiqdən kənar nəticəyə gəlirdi.

Bura qədər, olduqca səhv məntiqin vurğulayan və “yalan olmadıqca insan olunmaz” kimi yanıldıcı nəticəyə gələn Şengörün bu mərhələdə haqlı olduğu bir nöqtə vardı: Şengör, bu iddiasına darvinizmi dəlil olaraq göstərmişdi. Darvinin yalan ilə ortaya çıxdığını ifadə etmişdi. 19-cu əsrin cahil mühitində, yalnız macəra adına ortaya çıxmış olan Darvinin nəzəriyyəsini yalan üzərinə qurduğunu qəbul edirdi. Və bu həqiqətən də, doğru təsbit idi.

 

Darvin, hüceyrənin neyə bənzədiyinin daha bilinmədiyi, diyircəkli qələmin belə icad edilmədiyi dövrdə, “elmi nəzəriyyə tapdım!” deyə ortaya çıxmışdı. Əslində etdiyi şey yalnız bir gəmi içində səyahət etmək, sərxoş tayfalar ilə səhərlərə qədər içki içmək və fasilə verdikləri adalarda yalnız zövq üçün bir neçə böcək yığmaq idi. Darvin, öz avtobioqrafiyasında də açıqca ifadə etdiyi kimi, yığdığı bu canlılarla heç maraqlanmamış, onları bir kənara ataraq gənclik macərasına davam etmişdir. Eyni macəra duyğusuyla bir iddia ortaya atmış, iddiasının axmaqlığını və bu səbəblə intihar etmək üzrə olduğunu da tez-tez məktublarında dilə gətirmişdi.

İçi su dolu şar zənn etdiyi hüceyrənin bir qalaktika sistemi ilə müqayisə ediləcək qədər kompleks olduğunu bilmirdi. Buna görə hüceyrənin təsadüfən meydana gəldiyini iddia etməkdə qorxu görməmişdi. Genetika qanunlarından xəbəri yox idi. Bu səbəblə, canlıların sonradan əldə etdikləri xüsusiyyətlərin sonrakı nəsillərə keçə biləcəyini zənn edirdi. Bu yanılmadan yola çıxaraq canlıların bir-birinə çevrildiyi yalanını ortaya atmış, buna özünü inandırmağa çalışmış, bu səbəblə də ara fosillərin yoxluğuna həyatı boyunca həmişə təəccüblənmişdi.

 

Darvin, Şengörün ifadə etdiyi kimi bir yalanla ortaya çıxmışdı. Lakin Şengörün yanıldığı nöqtə, o dövrdən bu yana bu yalanın nəticəsində böyük bir kəşf edilməmiş, tam tərsinə yalanın get-gedə budaqlanmış olduğudur. Cəlal Şengör də çox yaxşı bilməkdədir ki, genetika elminin detalları Darvindən sonra kəşf edilmişdir. Genetika və mikrobiologiya, canlılarda, hüceyrə pərdəsi, ribozom, mitoxondri, DNT, xloroplast, zülal kimi fövqəladə strukturların varlığını göstərmiş, tək bir zülalın təsadüfən meydana gəlməsi ehtimalının qeyri-mümkün olduğu ortaya çıxmışdır.

Hüceyrənin ən kiçik və ən fundamental parçalarının laboratoriya mühitində belə yaradıla bilməyəcəyi aydın olmuşdur. Darvinizmə bundan sonrakı ikinci böyük zərbə isə paleontologiya elmindən gəlmişdir. Darvindən günümüzə qədər keçən zamanda, yer laylarından 250 milyondan çox fosil çıxarılmışdır. Və Darvinistlər, BUNLARIN BİRİNİN DƏ ARA FOSİL OLMADIĞI həqiqətinin hörmətli Adnan Oktarın əsərləri ilə bütün dünyaya göstərilməsinə, böyük şok və xaos içində şahid olmuşlar.

 

Bu həqiqət açıqca ifadə edildiyində darvinistlər, darvinizmə xas müdafiə mexanizmi inkişaf etdirərək, həqiqətdə heç bir ara forma xüsusiyyəti göstərməyən Arxeopteriks və Tiktaalik Rosaeanı bir qurtarıcı olaraq təyin edərlər. (Əllərindəki tək fərziyyə vəsaiti bunlardır.) Şengör də eyni üsula sığınmış və ara fosil yoxluğu gündəmə gələn kimi bu iki fosili, Darvinin saxta nəzəriyyəsini təsdiqləyən görüşlərmiş kimi göstərməyə çalışmışdır. HALBUKİ, BU BİR YALANDIR.

 

Arxeopteriks mövzusundakı darvinist iddialar, olduqca əhatəli dəlillərlə çürüdülmüşdür. Bu canlının mükəmməl uçan quş olduğu təsbit edilmiş daha da əhəmiyyətlisi, Arxeopteriks ilə eyni dövrdə yaşayan mükəmməl quşlar, bu keçid iddiasını tam mənasıyla ortadan qaldırmışdır.

 

Arxeopteriks və Tiktaalik Rosaea, uzun zamandır darvinistlərin üzərində fərziyyə etdikləri fosillərdir. Lakin fosillər üzərində detallı araşdırmalar, bu canlıların heç bir ara forma xüsusiyyəti göstərməyən tam və mükəmməl canlılar olduğunu ortaya qoymuşdur.

 

Tiktaalik Rosaea isə, mükəmməl mozaika canlıdır. Canlı üzərində ara forma xüsusiyyəti göstərən tək bir ədəd belə quruluş yoxdur, fosilin bütün xüsusiyyətləri, bunun soyu tükənmiş mükəmməl canlı olduğunu göstərməkdədir. Mövzuyla əlaqədar detallı şərhlər daha əvvəl Tiktaalik Rosaea haqqındakı bütün fərziyyələr əhatəli şəkildə çürüdülmüşdür.

Şübhəsiz, Cəlal Şengör yuxarıda bəhs etdiyimiz həqiqətləri, Arxeopteriks və Tiktaalik Rosaeanın bir ara forma olmadığını, darvinistlərin əlində TƏK BİR ƏDƏD BELƏ ARA FORMA OLMADIĞINI çox yaxşı bilir. Lakin darvinist ideologiyaya olan bağlılıq səbəbiylə bu saxta iddiaları müdafiə etməli olduğunu düşünməkdədir. Hörmətli Şengör bu həqiqəti mütləq diqqətə almalıdır:

 

DARVİNİZM, BİR YALANLA BAŞLAMIŞDIR VƏ GETDİKCƏ İNKİŞAF EDƏN DAHA BÖYÜK YALAN HALINI ALMIŞDIR. Və ən əhəmiyyətlisi, DARVİNİZMİN YALAN OLDUĞU BÜTÜN DÜNYAYA AÇIQ VƏ ELMİ DƏLİLLƏRLƏ İFŞA EDİLMİŞDİR. Hal-hazırda dünyada darvinizmin saxtakarlıq olduğunu bilməyən yoxdur. Darvinizm, artıq lağ mövzusu olmuşdur. Bu nəzəriyyəyə uşaqlar belə inanmamaqda, fərziyyələrə aldanmamaqdadırlar. Ona görə bu yalanı qorumaq, darvinizm tərəfdarlarını yalnız kiçik vəziyyətə salar, hətta gülməli vəziyyətə salmaqdadır. 250 milyon fosil, canlıları Allahın bugünkü görünüşləriylə, yoxdan və bir anda yaratdığını açıqca göstərmişkən, darvinizmi müdafiə etmə adına edilən demaqoqluqlar olduqca aciz görünməkdədir.

 

Cəlal Şengör bu mövzuda da yanılmaqdadır: Bəhs etdiyi böyük kəşflər yalan üzərindən deyil, səhv və ya əskik məlumatlar üzərindən yola çıxılaraq reallaşdırılmışdır. Kəşfləri edən insanlar, bir şeyi anlaya bilmək üçün fərziyyələr uydurmuş, sonra ARAŞDIRARAQ VƏ İNCƏLƏYƏRƏK doğru nəticəyə gəlməyi məqsədi güdür. Məsələn, Dünyanın düz olduğu zənn edilən bir dövrdə elmi kəşf edilmiş, Dünyanın yumru olduğu aydın olmuş və elmi dəlili olan bu gerçəyə bu günə qədər kimsənin etirazı olmamışdır.

Bu səbəbdən bu cür kəşflərin heç biri, Darvin kimi, təkidlə heç bir elmi dəlili olmayan yalanın müdafiəçiliyini etməmiş, elmi dəlillər rədd etməsinə baxmayaraq, bu yalanı şaxələndirmişlər. İnsan olmaq, Şengörün zənn etdiyi kimi yalan danışmaqla deyil; dürüst hərəkət etməklə, mütləq haqq olanı müdafiə etməklə, şərtlər insanı zahirən çətin vəziyyətə salacaq olsa da mütləq düzgünlükdən ayrılmamaqla mümkün olar. Bunun üçün lazım olan isə Allah qorxusudur. İnsanı insan edən, vicdana uymaq, bütün dəlillər tək bir doğrunu göstərirkən, vicdanını boğaraq saxta və batil olanı seçməməkdir.

 

Haqqı batil ilə örtməyin və haqqı gizləməyin. (Qaldı ki) siz (həqiqəti) bilirsiniz. (Bəqərə surəsi, 42)