Mutasiyalar, canlı hüceyrəsinin nüvəsində olan və bir insana aid bütün genetik məlumatları daşıyan DNT molekulunda, radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn yer dəyişmələr, qopmalar və pozulmalardır. DNT-dəki məlumatlar A, T, C və G hərfləri ilə işarələnilən 4 ayrı nükleotidin bir-biri ardınca xüsusi və mənalı bir sıra içində düzülməsi ilə meydana gələrlər. Ancaq bu sıralamada tək bir hərf səhvinin də olması, o quruluşu tamamilə pozacaq. Sözgəlişi uşaqlarda görülən qan xərçəngi xəstəliyi DNT-dəki hərflərdən birinin səhv olması səbəbiylə ortaya çıxmaqdadır. Çernobılda meydana gələn radiasiya sızıntısı və Xirosimaya atılan atom bombası nəticəsində, sonrakı nəsil uşaqların şikəst qalmalarının və ya xərçəng kimi xəstəliklərin baş verməsinin səbəbi mutasiyaların bədənlərində meydana gətirdikləri bu cür zərərli təsirlərdir.

Demək olar bütün mutasiyalar zərərlidir və ümumiyyətlə, canlı üçün ölümcüldürlər. Zərər verməyən mutasiya nümunələri isə ümumiyyətlə orqanizmə heç bir zaman fayda gətirməmiş, ən çox təsirsiz qalmışlar. Elm adamları, araşdırılmış bütün mutasiyaların arasında, tək birinin də açıqca canlının həyat müddətini müsbət təsir edə bilmədiyi nəticəsinə gəlmişlər.

Lakin təkamül nəzəriyyəsi, “yeni” canlılar çıxaran, möcüzələr reallaşdıran xəyali mutasiyalara əsaslanar. Darvinistlər, növlərin bir-birlərindən, meydana gələn xəyali və faydalı saysız mutasiyanın ortaya çıxardığı mükəmməl quruluş və orqanlar vəsiləsiylə törədiyi iddiasındadırlar. Darvinistlər baxımından utanc mənbəyi olan bu iddia, mutasiyaların bir orqanizmə mütləq zərər verdiyi həqiqətini bilən darvinist elm adamları tərəfindən ortaya atılmaqdadır. Həm də darvinistlər, mutasiyaların bu zərərli təsirlərini çox yaxşı bilmələrinə baxmayaraq, bu iddialarına laboratoriyada mutasiyaya məruz qalmış dörd qanadlı mutant meyvə ağcaqanadını nümunə göstərərlər. Diqqətli reallaşdırılan mutasiyalar nəticəsində meyvə ağcaqanadında çıxarılan artıqdan iki qanad, darvinistlər tərəfindən mutasiyaların təkamülləşdirə biləcəyi iddiasının ən böyük dəlili kimi təqdim edilmişdir. Amma əslində bu iki qanad, canlıya fayda deyil zərər vermiş, canlının uçma qabiliyyətini itirməsinə gətirib çıxarmışdır. Kaliforniya Universitetindən molekulyar bioloq Conatan Vels, bu vəziyyəti belə açıqlamaqdadır:

 

1970-ci illərdə Kaliforniya Texnologiya İnstitutundan genetik Edvard B. Levis, üç mutant növünü diqqətli şəkildə cütləşdirərək, taraz saxlayanların normal görünüşlü ikinci bir cüt qanada çevrildiyi bir meyvə ağcaqanadı yaratmağı bacardı.

İlk baxışda Karolun təcrübəsi, təşkil edici DNT-dəki kiçik inkişaf dəyişikliklərin görünüşdə böyük təkamüllü dəyişikliklər yarada biləcəyi iddiasına dəlil kimi görünə bilər. Amma meyvə ağcaqanadı hələ də meyvə ağcaqanadıdır. Həm də ikinci cüt qanad normal görünməsinə baxmayaraq, uçuş əzələlərindən məhrumdur. Dörd qanadlı bir meyvə ağcaqanadı quyruğundan faydasız şəkildə sallanan bir cüt qanadı olan təyyarə kimidir. Canlı, uçmada və cütləşmədə böyük çətinlik yaşayar, buna görə yalnız laboratoriyada yaşaya bilər. Təkamülə dəlil olaraq təqdim edilən, dörd qanadlı meyvə ağcaqanadı, sirk nümayişlərindəki iki başlı danadan daha yaxşı deyil.

 

Conatan Vels, sözlərinə belə davam edər:

 

Çox qanadlı, ya da əskik ayaqlı üzrlü meyvə ağcaqanadları inkişaf genetiyi haqqında bizə bir şeylər öyrətdi, amma təkamül haqqında heç bir şey öyrətmədi. Bütün dəlillər tək bir nəticəni göstərir: Bir meyvə ağcaqanadı embrionuna nə edirsək edək, yalnız üç ehtimal meydana gələ bilər – normal meyvə ağcaqanadı, qüsurlu meyvə ağcaqanadı, ya da ölü meyvə ağcaqanadı. At bir tərəfə, at ağcaqanadı belə deyil.

 

Görüldüyü kimi, darvinistlərin əyri iddialarına yeganə dəlil olaraq göstərməyə çalışdıqları dörd qanadlı mutant meyvə ağcaqanadı da, qüsurlu meyvə ağcaqanadından çoxu deyil. Mutasiyalar, bir canlı üzərində nə qədər təsirli olursa olsunlar, o canlı növünə bir başqa canlıya aid xüsusiyyət əlavə etmək kimi möcüzəvi qabiliyyətdən məhrumdurlar. Amma darvinistlər canlıda mutasiyalar yoluyla möcüzələr meydana gəldiyi yalanına inanmaq istəyərlər.

Maraqlı olan, bu meyvə ağcaqanadının qüsurlu olduğu darvinist elm adamları tərəfindən bilinməsinə baxmayaraq, bu mutantın hələ də dərs kitablarında mutasiya ilə təkamülün ən böyük dəlili olaraq göstərilməyə çalışılmasıdır. Molekulyar bioloq Conatan Vels mövzuyla əlaqədar olaraq bunları yazmışdır:

 

Peter Raven və Corc Consonun 1999-cu ildə nəşr olunmuş dərs kitabı Biologyaya görə, “təkamül genetik mesajdakı dəyişiklikərlə başlamışdır… Mutasiya və yenidən birləşmə (mövcud genlərin yenidən təşkil edilməsi) yoluyla reallaşan genetik dəyişiklik təkamül üçün xammal çıxarar.” Kitabdakı eyni səhifə, dörd qanadlı meyvə ağcaqanadının şəkilinə yer verməkdə və onu “inkişafın kritik mərhələsini təşkil edən bir gen olan Ultrabithorax-dakı dəyişmələrdən ötəri mutant” deyə xarakterizə etməkdə, ayrıca iki sinə qisminə və dolayısilə iki cüt qanada sahib olduğunu da əlavə etməkdədir.

Adı çəkilən dərs kitabı, qarışıqlığa əlavə olaraq, əlavə qanadların struktur qazancını təmsil etdiyi təəssüratını oxucuya verməkdədir. Amma həqiqətdə dörd qanadlı meyvə ağcaqanadı uçuş üçün lazımi strukturlardan məhrumdur. Tarazlayıcıları itmişdir və onların yerini yeni bir şey deyil, digər qisimdə onsuz da olan strukturların eynisi almışdır. Hər nə qədər dörd qanadlı meyvə ağcaqanadları şəkilləri, mutasiyaların yeni bir şey əlavə etdiyi təəssüratını versə də, bunun tam əksi həqiqətə daha yaxındır.

 

Darvinizmin iddia etdiyi canlılığın başlanğıcını təmsil edən və təsadüfən meydana gəlməsi qeyri-mümkün olan o “xəyali ilk hüceyrə”nin öz-özünə meydana gəldiyini fərz etdiyimizdə belə, kompleks quruluşuyla bir insan yaranana qədər reallaşması lazım olan xəyali təkamül müddətinin ən kiçik mərhələsində belə böyük miqdarda genetik məlumat yaradılması və saysız mutasiyanın reallaşması lazımdır. Bu mutasiyaların miqdarı çox olarkən eyni zamanda bunların “hamısının” canlıya fayda və ya “yenilik” gətirəcək xüsusiyyətdə olması zəruridir. Çünki inkişaf etməkdə olan bu xəyali yeni orqanizmdə reallaşacaq tək bir səhv, sistemin tamamilə pozulub çökməsinə səbəb olacaq. Mutasiyaların 99% kimi nisbətdə zərərli və 1% nisbətində təsirsiz olduğu diqqətə alınsa, təkamül nəzəriyyəsinə görə meydana gəlməli olan bu milyardlarla mutasiyanın hər birinin istisnasız faydalı olduğunu iddia etmək şübhəsiz ağla və elmə ziddir.

Bu səbəbdən bir canlıda daha əvvəl var olmayan yeni bir üzvün və ya bir xüsusiyyətin, mutasiyalar nəticəsində meydana gəlməsi qeyri-mümkündür. Mutasiyaların bir canlıya, o canlıya aid olmayan yeni məlumat əlavə etməyə və onu fərqli canlı halına gətirmə gücü yoxdur. Mutasiya iddiası, darvinizm yalanının, darvinist məntiqsizliyinin ən böyük göstəricisini təmsil edər. Çünki təkamül fikri, təməldə həqiqətdə olmayan bu xəyali “faydalı mutasiyalara” əsaslanmaqdadır.

 

Fərz edilən faydalı mutasiyalar üçün lazım olan sonsuz zaman

Həqiqətən, faydalı mutasiyaların reallaşa biləcəyi ehtimalını fərz etdiyimizdə belə, mutasiya iddiası təkamül nəzəriyyəsinə uyğun gəlmir. MIT (Massachusetts Institue of Technology)da, Elektrik Mühəndisliyi Fakültəsi Professoru Murey Edən, “neo-darvinist təkamülün elmi nəzəriyyə olaraq qeyri-kafiliyi” başlıqlı məqaləsində, adaptasiya məqsədli dəyişikliyi meydana gətirmək üçün altı mutasiya lazımdırsa, bunun təsadüf əsəri ancaq bir milyard ildə bir reallaşacağını, əgər iki düjün gen daxil olacaqsa, bu vəziyyətdə dünyanın yaşından daha uzun bir müddətin, daha doğrusu 10,000,000,000 ilə ehtiyac olacağını açıqlamışdır.

Riyaziyyatçılar, birdən çox mutasiyanın eyni anda meydana gəlməli olan kompleks quruluş və orqanlarda, mutasiyaların faydalı və təsirli olduğu fərz edildiyində belə, darvinistlər baxımından bir zaman problemi olduğunu açıqca ifadə etməkdədirlər. Ən qatı darvinistlərdən olan paleontologiya professoru Corc G. Simpson belə, beş mutasiyanın eyni anda reallaşmasının sonsuz zaman alacağını açıqca ifadə etməkdədir. Sonsuz zaman, belə bir ehtimalın olmadığı mənasını verməkdədir. Və bu eyni zamanda, canlı orqanizmlərin sahib olduqları bütün quruluş və orqanlar üçün etibarlı bir ehtimaldır. Bu vəziyyətdə indiki vaxtda gördüyümüz möhtəşəm canlı müxtəlifliyinin mutasiyalarla meydana gəlmə ehtimalının qeyri-mümkün olduğu açıqdır.

Təkamülçü Corc G. Simpson, bu mutasiya iddiası ilə əlaqədar bir başqa hesablama daha etmiş və hər gün yeni bir generasiya meydana gətirə bildiyini fərz etdiyimiz 100 milyon fərdlik birlik içində, mutasiyalardan əldə edilə biləcək müsbət nəticənin ancaq 274 milyard ildə bir meydana gələ biləcəyini etiraf etmişdir. Bu ədəd, 4.5 milyard il olaraq təxmin etdiyimiz Dünyanın yaşının yüzlərlə qat üzərindədir. Əlbəttə, bütün bunlar mutasiyaların müsbət təsirinin olduğunu və ya yeni generasiyalar meydana gətirə bildiyini fərz etdiyimizdə ortaya çıxan hesablamalardır. Lakin həqiqət dünyada belə bir fərziyyəyə yer yoxdur.

 

Sözdə təkamülləşən canlı bədəni, niyə mutasiyalara qarşı qorunur?

Bütün təkamülçü elm adamları bilirlər ki, bir canlının DNT-sində durduq yerə köçürülmə səhvinin meydana gəlmə ehtimalı son dərəcə aşağıdır. Araşdırmalar hüceyrələrdə genetik səhvlərin meydana gəlməsini maneə törədəcək qoruma ünsürlərinin var olduğu həqiqətini ortaya çıxarmışdır. DNT məlumatı, bir-birini səhvlərə qarşı nəzarət edən bir-birindən fərqli saysız ferment var olmadan köçürülə bilməz.

Bunlar doğru amin turşunun doğru tRNA-ə bağlandığına əmin olunması üçün cüt süzgəcli fermentləri ehtiva edər. Bir süzgəc çox böyük amin turşularını rədd edərkən, digəri çox kiçik olanları rədd edər. Bu son dərəcə həssas və ağıllı sistemdir. Bu ağıllı sistemdə səhv meydana gəlməsi ehtimalına qarşı son yoxlamanı edən fermentlər də mövcuddur. Elm adamları, öz ağılları daxilində DNT-nin bütövlüyünü qorumağa istiqamətli daha yaxşı hüceyrə idarə etmə və qoruma sistemi xəyal edə bilmədikləri nəticəsinə gəlmişlər.

 

30 il boyunca Sorborne təkamül kürsüsünə başçılıq edən Piyer Paul Qrase bu mövzuyla əlaqədar olaraq bunları yazmışdır:

 

Küləklə daşınan tozun Dürerin “Melancholia”sını meydana gətirmə ehtimalı, gözü meydana gətirən DNT molekullarında meydana gələ biləcək köçürmə səhvi ehtimalından çox daha kiçikdir.

 

Darvinistlər, DNT-dəki bu möcüzəvi sistemi görməzlikdən gələr, bu mövzunu dərininə araşdırıb buna şərh gətirməkdən qaçarlar. Lakin bir tərəfdən də meydana gəlmə ehtimalı az qala qeyri-mümkün olan köçürmə səhvləri üzərinə həyat tarixi ssenarisi meydana gətirərlər. Bu, darvinist məntiqin məğlubiyyəti bir daha gözlər önünə sərməkdədir.

Darvinin qarşıya qoyduğu təbii seleksiya iddiasının sözdə təkamül üçün qəti olaraq izah olmadığının başa düşülməsinin və genetik qanunlarının darvinizmə bir zərbə olaraq ön plana çıxmasının ardından, neodarvinizmin ən böyük silahı olaraq ortaya çıxarılan “mutasiyaların təkamülləşdirici təsiri” iddiası, görüldüyü kimi bir aldatmadan ibarətdir. Canlı orqanizmi pozan, öldürən, yox edən, bəzən onun bütün nəsillərini təsir edərək ona zərər verən mutasiya kimi bir mexanizmin yeni canlılar ortaya çıxardığını iddia etmək şübhəsiz böyük axmaqlıqdır.

Lakin insanlar, illər boyunca bu yalan ilə aldadılmışlar. Əlbəttə, darvinist elm adamları da mutasiyaların belə möcüzəvi bir gücü ola bilməyəcəyini bilirlər. Necə ki, çağımızın ən qızğın darvinistlərinin önündə gedən Riçard Davkins belə, “Mutasiyaların çoxu zərərlidir, istənməyən bir tərəf təsirin ortaya çıxması olduqca mümkündür” sözləriylə bu həqiqəti etiraf etmişdir. Darvinistlərin hələ bu çürük iddianı təkamülün bir mexanizmi olaraq təqdim etməyə çalışmaları və bunda hələ də təkid etmələri, batil darvinizm dininə bağlılıqlarından qaynaqlanmaqdadır.

 

 

Qaynaqlar:

1) Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 74-75

2) Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, səh.34

3) Jonathan Welss, Ph.D., The Politically Incorrect Guide to Darwinism and Intelligent Design, Regnery Publishing Inc., Washington, 2006, səh.36

4) Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, yanvar 2003, səh. 172-173

5) Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, səh. 4

6) Gordon Rattray Taylor, The Great Evolution Mystery, Sphere Books Ltd., 1984, səh. 230

7) Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 81

8) Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 74-75

9) Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, səh. 81

10) Richard Dawkins, The Extended Phenotype, Oxford University Press, 1999, səh. 141