Darvin, araşdırmaları əsnasında ginkqo ağacının yarpağının fosil halını tapdığında olduqca təəccüblənmişdi. İndiki vaxtda yaşayan bir canlının eynisi, milyonlarla il əvvəlki laylarda bugünkü şəkli ilə vardı. Nəzəriyyəsini çıxmaza soxmaq üçün yetərli olan və Darvini həqiqətən də, narahatlığa sürüyən bu fosil, yenə Darvinin özü tərəfindən “yaşayan fosil” olaraq adlandırılacaqdı.
Darvin əgər indi yaşasaydı, şübhəsiz, bu mövzudakı narahatlığı çox daha böyük olardı. Çünki ginkqo, günümüzə qədər gəlmiş yaşayan tək fosil deyil. Yer üzü təbəqələrindən çıxarılmış 250 milyondan çox fosilin bir qismini tam və mükəmməl soyu tükənmiş canlılar, böyük əksəriyyətini isə yaşayan fosillər meydana gətirməkdədir. Hal-hazırda var olan növlərin böyük bir qisminin milyonlarla illik fosil nümunələri tapılmış və sərgilənmişdir.
İndiki vaxtda yaşayan atlar, zürafələr, balıqlar, itlər, quşlar, sürünənlər hal-hazırki halları və görünüşləriylə milyonlarla illik izlər buraxmışlar. Yaradılış Atlası silsilələrində, ölkəmizdə müxtəlif sərgilərdə və Yaradılış Muzeyi saytında sərgilənməkdə olan qalıqlar, bəhsi keçən nümunələrin yalnız bir qismidir. Bu nümunələr o qədər çoxdur ki, demək olar ki, günümüzdəki hər canlı milyonlarla illik həmcinsi tərəfindən təmsil edilməkdədir. Və bu qalıqlar, günümüz canlılarıyla mükəmməl uyğunlaşma göstərməkdədir. MİLYONLARLA İL ƏVVƏLKİ FOSİLLƏR İLƏ GÜNÜMÜZDƏKİ CANLILAR ARASINDA HEÇ BİR FƏRQ YOXDUR. CANLILAR DƏYİŞMƏMİŞLƏR. İLK YARADILDIQLARI HALLARI KİMİDİRLƏR.
Amerikan Təbiət Tarixi Muzeyi müdiri tanınmış təkamülçü paleontoloq Niles Eldredqe, təkamülün ən böyük çıxmazlarından biri olan yaşayan qalıqlar həqiqəti qarşısındakı acizliklərini bu sözlərlə açıqlamışdır:
Yaşayan bir orqanizm ilə onun uzaq geoloji keçmişdəki fosilləşmiş ataları arasında müqayisə edə biləcəyimiz hər hansı bir parça üzərində haradasa heç bir dəyişiklik yox kimi görünməkdədir. Yaşayan fosillər, təkamüllü sabitlik fikrinin uc dərəcədə konkret nümunələridir… Yaşayan fosillərin sirrini tam mənasıyla həll edə bilmədik.1
Hər nə qədər Niles Eldredqe darvinistlərin çarəsizliklərini özünə görə gizləməyə çalışıb “təkamüllü sabitlik” ifadəsindən istifadə edərək, “sanki keçmişdə təkamüllü bir müddət yaşanmış, amma durğunluğa məruz qalmış” kimi təəssürat yaratmağa çalışsa da, həqiqət budur: fosil qeydləri, tarixin heç bir dövründə təkamüllü bir müddət yaşanmadığını isbat etməkdədir. Bütün canlı növləri bu gün sahib olduqları xüsusiyyətlərlə bir anda ortaya çıxmış və on milyonlarla il boyunca ən kiçik dəyişikliyə də məruz qalmamışlar. Balıqlar həmişə balıq, sürünənlər həmişə sürünən, məməlilər həmişə məməli, insan da həmişə insan olaraq var olmuşdur. Darvinin ən böyük gözləntisi fosil qeydlərinin vermiş olduğu nəticə budur.
Şübhəsiz bu vəziyyət, tək bir ara fosil ilə belə dəstəklənilməyən təkamül nəzəriyyəsi üçün böyük bir çöküşdür. Məhz bu səbəblə yaşayan fosillər, varlıqları darvinist elm kütlələri tərəfindən çox yaxşı bilinməsinə baxmayaraq, gündəmə heç bir zaman gətirilməz, ört-basdır edilərlər. Təkamülçü qaynaqlara baxan bir adam, yalnız bir neçə ədəd yaşayan fosil olduğu təəssüratına qapılacaq. Çünki darvinistlər tərəfindən ön plana çıxarılan, bilinən yalnız bir neçə yaşayan fosil vardır. Yenə eyni qaynaqlarda bu bir neçə fosilin bir möcüzə əsəri dəyişmədən qaldıqları və saysız xəyali təkamül dəlili içində “istisna” olduqları görünüşü verilməyə çalışılar.
Halbuki, bu bir yalandır.
Amerikalı paleontoloq S. M. Stanley, fosil qeydlərinin ortaya qoyduğu həqiqətin, elm dünyasına hakim olan darvinist diktatorluq tərəfindən necə göz ardı edildiyini və etdirildiyini belə izah edir:
Bilinən fosil qeydləri pilləli təkamüllə uyğun deyil və heç bir zaman da uyğun olmamışdır. Maraqlı olan şey, bəzi tarixi şərtlər vasitəsilə, bu mövzudakı müxalifətin gizlənmiş oluşudur… Çoxu paleontoloq, əllərindəki dəlillərin Darvinin kiçik, yavaş və pilləli dəyişikliklərin yeni növ meydana gəlməsini təmin etdiyi istiqamətindəki vurğusuyla ziddiyyət təşkil etdiyini hiss etmişdir… Amma onların bu düşüncəsi susdurulmuşdur.2
Nə qədər susdurulmağa çalışılsa da, ortada artıq gizlənə bilməyəcək açıq bir həqiqət vardır: Yaşayan fosillər milyonlarladır. Hal-hazırda Darvinin təkamül nəzəriyyəsi, fosil qeydlərinin verdiyi nəticələr qarşısında qəti olaraq məğlubiyyətə düçar olmuş vəziyyətdədir. Elmi tapıntılar, darvinizmi çökdürmüşdür. Darvinistlər, artıq Yaradılış həqiqətinin dəlilləri olan bu fosilləri saxlaya bilmirlər. Həqiqətlər ortaya çıxmış, darvinizmin çöküşü darvinistlərin ən böyük dayağı olan fosil qeydləri tərəfindən elan edilmişdir.
Darvinist tələ, pozulmuş vəziyyətdədir. Darvinizmə görə nəzəriyyəni dəstəkləməsi gözlənilən fosillər, Allahın icazəsi və təqdiri ilə darvinizmin sonunu gətirmişdir. İnsanlar, canlıların hamısını Allahın yoxdan yaratmış olduğu həqiqətini bu vəsiləylə qəti olaraq görüblər. Bu dəlil görüldükdən sonra, əksinə iddialarla ortaya çıxmanın heç bir dəyəri və heç bir təsiri yoxdur. Uca Allah, Dəccalın sistemini yıxılmış, yox olmuş olaraq yaratmışdır. Bu həqiqət, hər kəs tərəfindən açıqca, mübahisəsiz şəkildə görülməkdədir. Uca Rəbbimiz bütün varlıqları yoxdan yaratmış olduğunu ayələrində bu şəkildə xəbər verməkdədir:
Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız. Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir (Bəqərə surəsi, 28-29)
Qaynaqlar:
1) http://www.nwcreation.net/fossilsliving.html
2) S. M. Stanley, The New Evolutionary Timetable: Fossils, Genes, and the Origin of Species, Basic Books Inc. Publishers, N.Y., 1981, səh.71