Daha əvvəl bir çox dəfə, dünyaya hakim olan, haradasa bütün qanunların üzərində hərəkət edən və qanunlarla qorunan bir darvinist diktatorluğun varlığından bəhs etmişdik. Bu diktatorluq, tamamilə yalana əsaslanan darvinizm dininin, elmi dəlillərlə ayaqda dayanmayacağını bilən, buna görə də zorbalıq və təzyiqlə darvinizmi insanlara təlqin edən despot bir diktatorluqdur. Bu despot sistem, darvinizmi qoruya bilmək və anti-darvinist fəaliyyətləri maneə törətmək üçün heç bir sərhəd tanımadan, hər yolu sınamaqdadır. Və bu diktatorluq hal-hazırda, xüsusilə Avropa və Amerikada qanunlarla qorunmaqda, ölkə rəhbərlikləri tərəfindən dəstəklənilməkdə və ölkələrin ən tanınmış TV-ləri, qəzetləri və jurnalları tərəfindən gündəmdə tutulmaqdadır.
Amerikada, bir müddətdir bu despot diktatorluğun ən despot tətbiqlərindən biri yaşanmaqdadır. Məktəblərdə, Yaradılışın oxudulmasını maneə törədə bilmək üçün müxtəlif Darvinist təşkilatlar, çözümü dövlət məktəblərinə İDDİA AÇMAQDA TAPMIŞLAR.
Bu mövzuyla əlaqədar olaraq, “American Civil Liberties Union” (Amerikan fərdi azadlıqlar birliyi) ACLU, yenə Amerikada darvinizm adına fəaliyyət göstərən “National Center of Science Education” (Milli elm və təhsil mərkəzi) NCSE ilə birlikdə hərəkət etməkdədirlər. Amerikada ilk olaraq 1925-ci ildə, təkamül nəzəriyyəsinin məktəb tədris planına girməsi üçün məhkəməyə verən və qazanaraq məktəblərdə təkamül aldatmacasının tədris olması dövrünü başladan ACLU, hal-hazırda təkamül xaricindəki hər şeyi maneə törətməyə çalışan təşkilat mövqeyindədir.
Bu təşkilat, ümumi təbiriylə, “fikir azadlığı” iddiasıyla ortaya çıxmaqda və bu məqsədlə məktəb kitabxanalarında azğın nəşrlərin olmasını müdafiə etməkdə və məktəblərdə şagirdlər arasında azğın rəftarları təşviq etməkdədir. Fikir azadlığını müdafiə edərkən ümumiyyətlə etdiyi şey, gənclər arasında azğınlığı təşviq edərkən eyni zamanda da şagirdlərin təkamül əleyhinə hər cür fəaliyyətlərini dayandırmaq, şagirdlərin dini məzmunlu yığıncaq və fəaliyyətlərini qadağan etmək və əsas olaraq da məktəblərdə Yaradılış həqiqətinin izah edilməsini maneə törətməkdir. Bunu edə bilmək üçün bu təşkilat, Yaradılış həqiqətini tədris planlarına almaq istəyən məktəblərə də, açdıqları iddialarla cavab verməkdədir. Bunlara bir neçə nümunə belədir;
ACLU, Georgiya əyalətində olan Kob şəhərindəki məktəblərə, dərs kitablarının üzərindəki “açıq zehinlə, diqqətli araşdıraraq və tənqidi şəkildə qiymətləndirərək” təkamül üzərində işləri mövzusunda xəbərdar edən etiketlərdən ötəri məhkəməyə vermişdir.
Kaliforniya “Lebecdə Americans United for Separation of Church and State” (Kilsə ilə əyalətin ayrılması üçün Birləşən Amerikalılar) təşkilatını təmsil edən kəslər, məktəbləri, təkamül və Yaradılış mövzusunda seçicilik tətbiqini yalnız mülahizəsindən ötəri məhkəməyə vermişdir.
Pensilvaniya Doverdə ACLU və “Americans United for Separation of Church and State” tərəfindən dəstəklənilən kiçik bir qrup, doqquzuncu sinif biologiya siniflərində Yaradılış həqiqətinin müzakirə edilməsinə maneə törətmək üçün məhkəməyə vermişdir. Hakim, onların lehində qərar vermiş və məktəbə şikayətçinin qanuni haqqı olan bir miqdar pulu ödəmək zəruriliyi gətirilmişdir. Bu miqdar böyük ehtimalla BİR MİLYON DOLLARI KEÇMƏKDƏDİR.1
Bir milyon dolları aşan bu pul cəzası, darvinist diktatorluğun təzyiqiylə, sanki bir göz dağı olaraq verilmiş hökm olmuşdur. Həqiqətən də, darvinist diktatorluğun təzyiqçi siyasəti nəticə vermiş və büdcələri onsuz da məhdud olan dövlət məktəbləri, artıq həqiqi düşüncələrini müdafiə edə bilməz hala gəlmişlər. Yəni darvinizm, elmi dəlillərlə deyil, yenə zorbalıq, təzyiq və təlqin yoluyla dəstək olunmuşdur.
Yazar An Koulter, bu hadisələri belə qiymətləndirir:
Dover hadisəsindən sonra ACLU məhkəmələri ilə müflisləşmə riskinə girmək istəməyən heç bir məktəb Yaradılış sözünü ağzına belə almağa cəsarət edə bilmədi. Darvinistlər məbədlərinin, yəni dövlət məktəblərinin, müqəddəsliyini mühafizə etmişlər. Elmdə, razı salmada və dəlildə qazana bilməmişlər. Liberalların hər vaxt qazandıqları üsulla qazanmışlar: Onlara hər istədiklərini gümüş nimçədə gətirən bir məhkəmə taparaq.
Bu elm deyil.2
Bu nümunələr bununla məhdud deyil. 1999-cu ildə Detroytda ali məktəbin müdiri kitabxanaya darvinizmi tənqid edən bəzi kitabları qoymaq istədiyində NCSE buna, hər cür qorxutma üsulunu istifadə edərək, şiddətlə qarşı çıxmışdır. 3
Jonathan Wells, bu qorxutma siyasətini bu sözlərlə ifadə edər:
NCSE məktəb rəhbərlərinə, “təkamülün elmi baxımdan müzakirəli olmadığını, bu səbəbdən ona qarşı irəli sürülən müddəaların tədris planına elmi olmayan dini fikirləri soxma səyinin məhsulu olduğunu” söyləməkdədir. Amerika məhkəmələri xalq məktəblərində din təhsili vermənin məqbul olmadığını elan etdiyi üçün, bu, məktəb idarəsinin qeyri-qanuni bir şey etməyi hazırladığını müdafiə edən xəbərdarlıq mənasını verməkdədir.
Əgər xəbərdarlığa uyğun gəlməzsə, NCSE, ACLU-ya müraciət edər, dəstək almaq üçün. ACLU da məktəb rəhbərliyinə yazı göndərərək məhkəmə təhdidiylə ona göz dağı verər. Ölkədəki hər məktəb rəhbəri pul baxımdan vəziyyəti idarə etməyə çalışdığı üçün, NCSE və ACLU-nun verdiyi bu göz dağı, Darvinçi təkamülün dövlət məktəblərində tənqid olunmasının qabağına keçilməsində olduqca işə yaramışdır.4
Jonatan Vels, bütün bu həqiqətlərin yanında, Amerikada darvinist diktatorluğun sıx təzyiqi altında olmalarına baxmayaraq, getdikcə artan sayda elm adamının darvinizmdən şübhə etməyə başladıqlarını və səslərini eşitdirmək üçün hərəkətləndiklərini bu sözlərlə ifadə etməkdədir:
Həqiqət budur ki, təəccüblü sayda bioloq, darvinizmin böyük bəzi tezislərindən səssizcə şübhə etməkdə və ya onları rədd etməkdədir. Ancaq (ən azından Amerikada) onlar ağızlarını bağlı saxlamaq məcburiyyətindələr, əks halda, qınamağa, marjinallaşmağa və sonunda elmi ictimaiyyətdən ixrac edilməyə məruz qalarlar. Bu çox sıx olmasa da, belə bir riskin olduğunu hər kəsə xatırladacaq nisbətdədir. Ümid edirəm, darvinistlərin əleyhinə fikirlərə tətbiq etdikləri senzuranın təsiriylə gözləri açılan bioloqlardan yaranan və sayları gedərək artan yeraltı ictimaiyyəti meydana gələr. Təcrid edilmiş müxaliflər, neçə həmkarının da eyni şəkildə düşündüyünü fərq etməyə başladığında, onların sayları gedərək artacaq və səsləri daha gur çıxmağa başlayacaq.5
Darvinistlərin ən böyük yanılması, Allahın gücünü təqdir edə bilməmələridir. İstifadə etdikləri bu despot və faşist üsullar da, bu həqiqətin bir təzahürüdür. Onlar, məktəblərdə Yaradılış həqiqətinin tədrisinə maneə törətdikləri və insanların anti-darvinist ifadələrini təzyiq ilə susdurduqları müddətcə, darvinizmin ayaqda qalacağı inancındadırlar. Halbuki, darvinizmin yalan olduğunu anlamaq üçün əhatəli bir anti-darvinist təhsilə ehtiyac yoxdur.
Yaradılış Atlasında təqdim edilmiş olan və canlıların milyonlarla il boyunca dəyişmədiklərini göstərən bir neçə fosil rəsmi belə, insanları razı salmağa bəs etmişdir, dünyada ortaya çıxarılmış 250 milyon fosilin hamısı Yaradılışı təsdiq edər. Tək bir zülalın təsadüfən meydana gələ bilməyəcəyinin başa düşülməsi belə, Yaradılışın reallaşdığını açıqca elan etməkdədir. Yer laylarından ara fosil çıxmadığının yalnız bir dəfə deyilməsi, bu azğın nəzəriyyənin sonunu gətirmək üçün kafi olmuşdur. Darvinizm, elə çürük təməllər üzərinə quruludur ki, çox kiçik bir zərbə də bu böyük aldatmacanı yerlə bir etmişdir. Necə ki, darvinist diktatorluğun bu çoxlu səyinə baxmayaraq, darvinizm yalanını anlayan elm adamlarının sayının gedərək artması və insanların kütlələr halında Allah inancına yönəlmələri, bunun ən böyük dəlillərindən biridir. Allah, batil olanın mütləq yox olub gedəcəyini ayəsində bu şəkildə xəbər vermişdir:
O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar! (Rəd surəsi,17)
Qaynaqlar:
1) Ann Coulter, Godless The Church of Liberalism, Crown Forum Publishing, 2006, səh. 200
2) Ann Coulter, Godless The Church of Liberalism, Crown Forum Publishing, 2006, səh. 200
3) Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, yanvar 2003, səh. 218
4) Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, yanvar 2003, səh. 218
5) Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, yanvar 2003, səh. 220