Allahı inkar adına ortaya çıxmış olan; insanlara, Allaha qarşı məsuliyyət daşımayan başıboş bir heyvan olduğu təlqinini verən, hər şeyin təsadüflərlə meydana gəldiyi iddiasını kütlələrə yayan və təbii seleksiya iddiası ilə bütün dünyaya zəiflərin yox olması, güclülərin isə həyatda qalması düşüncəsini yayaraq 20-ci əsrin başından etibarən bütün dünyanı zülmə, degenerasiyaya, kütlə qırğınlarına, döyüşlərə sürüyən TƏKAMÜL NƏZƏRİYYƏSİNİN, ƏSAS QORUYUCUSU, ƏSAS DƏSTƏKLƏYİCİSİ MASONLUQDUR.

 

Təkamül nəzəriyyəsini bugünkü halı ilə ortaya atan və bu yalanın kütlələrə yayılmasına təşəbbüskar olan Çarlz Darvinin babası ERASMUS DARVİN, ŞOTLANDİYADA, “CANONGATE KİLWİNNİNG No:2” LOJASINA BAĞLI MƏŞHUR MASONDUR. ÇARLZ DARVİN DƏ BABASI İLƏ EYNİ LOJADANDIR, 27-Cİ DƏRƏCƏDƏN MASONDUR. Çarlz Darvinin qardaşları da eyni şəkildə masondur.1

 

Darvinin fikirlərinin yayılmasından sonrakı 150 il boyunca bütün dünyada Allah inancının zəifləməsinin, ateistlərin çoxalmasının, dünyanın böyük bir qarışıqlıq və degenerasiya içinə girməsinin, dünya müharibələrinin çıxmasının, cəmiyyətlərin içində nifrət və qəzəbin yayılmasının, kütlə qırğınlarının, cinayətlərin çoxalmasının, soyqırım, irqçilik kimi cəmiyyətləri fəlakətə aparan fikirlərin yayılması, bu aldatmanın MASONİK DARVİNİST DİKTATORLUQ idarəsi altında dünyanın hər təşkilatına, məktəblərə və dövlət rəhbərlərinə yerləşmiş olması səbəbiylədir.

 

Qanlı kommunist və faşist liderlər, Darvinin təkamül nəzəriyyəsinə bağlılıqları və heyranlıqları ilə məşhurdurlar. Dünyada fitnə, təxribatçılıq, zülm sistemi qurarkən, özlərinə təkamül nəzəriyyəsini qaynaq olaraq götürdüklərini ifadə etməkdən çəkinməmişlər. Və, bu qanlı liderlərin hamısı MASONDUR.

 

Kütlələri qana bulayan kommunizmin qurucusu Karl Marks, Darvinin kitabı olan “Növlərin mənşəyi” ilə əlaqədar olaraq, “bizim fikirlərimizin təbii tarixi təməlini təşkil edən kitab budur” deyərək özünə Darvinin təkamül nəzəriyyəsini təməl götürdüyünü açıqca ifadə etmişdir.2 MARKS, 32-Cİ DƏRƏCƏDƏN ALMAN “GRAND ORİENT” LOJASINA BAĞLI MASONDUR. Ateist olmasıyla tanınan Marks, Yəhudi mənşəli olmasından həmişə narahatlıq duymuş və “Yəhudilər olmadan bir dünya” adındakı kitabında musəvilərə və Allah inancına olan qəzəbini açıqca ifadə etmişdir.3

 

Marksın fikirlərini özünə təməl götürmüş olan və yenə Darvinə və təkamül nəzəriyyəsinə heyranlıqları ilə bilinən, milyonlarla insanın qətl edilməsinə səbəb olmuş olan Lenin və Stalin də eyni şəkildə masondur. LENİN, “GRAND ORİENT” LOJASINA, STALİN İSƏ, “ROSICRUCIAN” LOJASINA BAĞLI MASONDURLAR.4 Stalin, 60 milyon insanı həlak etdiyi təxmin edilən rəhbərliyi boyunca, təkamül təbliğatına böyük əhəmiyyət vermişdir. Avtobioqrafiyasında bu sözlər yer alır:

 

Məktəblərdəki şagirdlərimizin zehnini yaradılış fikrindən təmizləmək üçün onlara üç şeyi xüsusilə öyrətməliyik: Dünyanın yaşını, geoloji kökünü və Darvinin təlimlərini.5

 

 

Kommunist İnqilabının Lenin ilə birlikdə digər qurucularından biri olan Leon Trotski isə “Darvinin kəşfi bütün orqanik maddə sahəsində dialektikanın (dialektika materializmin) ən böyük zəfəri oldu” şərhini etmiş olan bir başqa Darvinistdir.6 LEON TROTSKİ də, eyni şəkildə “GRAND ORIENT” LOJASINA BAĞLI MASONDUR. Trotski, Rusiyadan sürgün edilib Cənubi Amerikaya yerləşməsinin ardından Latın və Cənubi Amerika bölgələrində “Grand Orient” lojalarının birləşdirilməsi vəzifəsini icra etmişdir. Bu günə qədər, Kuba da daxil olmaq üzrə Cənubi Amerikadakı kommunist qiyamların hamısı, bu lojalar tərəfindən təşkil edilməkdədir.7

 

Bənzər şəkildə, Çin kommunizminin qurucusu Mao Tse Tunq da “Çin sosializminin təməlini, Darvinə və təkamül nəzəriyyəsinə əsaslandığını” açıqca ifadə etmiş olan qanlı kommunist liderdir. Və MAO TSE TUNQ DA, “GRAND ORİENT” LOJASINA BAĞLI MASONDUR.8 Mao Tse Tunqun Darvinə söykədiyi Çin sosializmi, tarixin ən diktator və ən qanlı rejimlərindən biridir. O dövrdə Çin, saysız siyasi edama səhnə olmuşdur. İrəliləyən illərdə isə Maonun “Qırmızı gözətçilər” adını verdiyi gənc xadimlər, ölkəni tam bir terror mühitinə çevirmişlər. Çin, hələ də eyni çirkli kommunist sistemin təsiri altında, eyni qanlı diktatorluğu davam etdirməkdədir. Son vaxtlarda Çində yaşanan tarixin ən böyük soyqırımı və ardından gələn qorxunc edamlar, Maonun öz ifadəsiylə Darvinin təkamül nəzəriyyəsinə söykənən, eyni azğın masonik sistemin təsirinin davam etdiyini açıqca göstərməkdədir.

 

BU ŞƏXSLƏRİN HAMISI DARVİNİSTDİR və HAMISI MASONDUR. BU ŞƏXSLƏR, QURAN, TÖVRAT VƏ İNCİLƏ QARŞI OLAN, ALLAHA QARŞI ÇIXAN DƏCCAL KOMİTƏSİDİR.

 

Dünyanı dinsizliyə, degenerasiyaya, nifrət və məqsədsizliyə, döyüşlərə sürüyən Darvin; onun fikir atası olan babası Erasmus Darvin, milyonlarla insanın ölümünə səbəb olan və Darvinizmi dəstəkləyən kommunist ideologiyanın qanlı liderləri, YÜKSƏK DƏRƏCƏDƏN MASONDURLAR.8 Bu gün, heç bir elmi dəlili olmamasına qarşı təkamül nəzəriyyəsi, bütün dünyada qanunlarla qorunmaqda və dəstəklənməkdədir. Gənclər, bu azğın nəzəriyyəni öyrənmək, müəllimlər də müdafiə etmək məcburiyyətində qalmaqdadır. Təkamül nəzəriyyəsinə qarşı gələnlər, dərhal vəzifələrindən alınmaqda, susdurulmaqdadır. Çünki, dünyanı qana bulayan, cəmiyyətlərə dinsizliyi peyvənd etməyə çalışan bu azğın ideologiya, dəccalın, yəni masonluğun ən əhəmiyyətli qalasıdır. Qanlı kommunist və faşist liderlərin bu nəzəriyyəyə bağlı olmaları və Darvinin təlimlərini tətbiq edərək milyonlarla insanın qanını tökdükləri diqqətə alındığında, bu dəccal komitəsinin dünya səviyyəsindəki təsiri aydın ola bilməkdədir.

 

 

Qaynaq:

1) John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, səh. 120

2) Kent Hovind, The False Religion of Evolution, http://www.hsv.tis.net/….ke4vol/evolve/ndxng.html

3) John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, səh. 434

4) John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, səh. 449

5) Kent Hovind, The False Religion of Evolution, http://www.hsv.tis.net/….ke4vol/evolve/ndxng.

6) Alan Woods-Ted Grant, “Marksism and Darwinism”, Reason in Revolt: Markxism and Modern Science, London, 1993

7) John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, səh. 449

8) John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, səh. 572