Xatırlanacağı kimi, 2007-ci il, darvinist diktatorluq tərəfindən israrla qorunan Fransa üçün olduqca böyük dönüş nöqtəsi olmuşdu. Çünki darvinistlərin deyimi ilə Fransada bir bombardman reallaşdı. Yaradılış Atlası, bir anda bütün Fransız təhsil müəssisələrində bomba təsiri yaratdı. Fransız darvinistlər, darvinizmi təməlindən çürüdüb yox edən yüzlərlə fosilin sərgiləndiyi bu möhtəşəm əsər qarşısında şoka girmişdi. İllərdir ən məşhur darvinistlər tərəfindən darvinizmin qalası halına gətirilən və darvinist diktatorluq tərəfindən sistemli şəkildə aldadılan Fransa, heç gözlənilməz bir anda, Yaradılış Atlası vəsiləsiylə, elmi gerçəklərlə tanış edildi.

 

Bunu əlbəttə, darvinistlər cəbhəsində böyük çaxnaşma izlədi. Fransız məktəblərində darvinistlər, şagirdlərinin Yaradılış Atlasını oxumalarına maneə törətməyə çalışdılar. Hətta bəzi darvinist müəssisələr, bu fövqəladə əsərin təsirini ortadan qaldıra bilmək üçün onu “yandırmaq” lazım olduğunu da iddia etdilər. Bəziləri Yaradılış Atlasını qanunlarla qadağan etməyə çalışdı. Avropa Şurası dərhal hərəkətə keçdi. Yaradılış Atlası, bir şura üzvünün əlində idi. Lüksemburqlu siyasətçi Anna Braseur, Yaradılış Atlasının Avropa məktəbləri üçün böyük təhdid olduğunu və qadağan edilməsini müdafiə edirdi. Səbəb isə yalnız, bu kitabın təkamül nəzəriyyəsinin saxtakarlıq olduğunu ortaya çıxarması idi.

 

O dövrdə dəfələrlə, bu qadağan etmənin fayda verməyəcəyini, insanların artıq elmi gerçəkləri görmüş olduqlarını, artıq bunu gizlətmənin darvinistlər baxımından həll olmayacağını ifadə etmişdik. Qaranlıq otaqda olsalar belə, insanlara yalnız bir an üçün çöldəki Günəş göstərildiyi təqdirdə, artıq onları çöldə havanın qaranlıq olduğuna inandırmanın qeyri-mümkün olduğunu söyləmişdik.

Bundan əlavə, Yaradılış Atlasının məktəblərə girişi qadağan edilsə belə, istəyən hər kəs, hər şagirdin bu möhtəşəm əsərə internetdən rahatlıqla oxuya biləcəyi, HƏR SƏHİFƏSİNİ DETALLI ŞƏKİLDƏ ARAŞDIRA BİLƏCƏYİNİ, diləsə internetdən ENDİRƏ BİLƏCƏYİNİ, ətrafındakı insanlara PAYLAYA BİLƏCƏYİNİ xəbər vermişdik. Bu səbəbdən elmi gerçəkləri qadağan etmənin, insanlardan gizlətməyə faydasız səy olacağını, insanların bu gerçəklər qarşısında şüurlanmalarının önünə keçə bilməyəcəklərini bütün darvinistlərə bildirmişdik.

 

Necə ki bütün bunlar DOĞRU ÇIXDI.

Fransız Nouvel Obs.com və Science et Avenir ortaq internet saytında 06.07.2009-cu il tarixində nəşr olunan xəbərə görə, Fransız məktəblərində, TƏKAMÜL NƏZƏRİYYƏSİNƏ İNANAN ŞAGİRDLƏRİN SAYINDA XEYLİ ENMƏ OLDUĞU MÜƏYYƏN OLUNMUŞDUR. Fransız darvinistləri çaşdıran və bu xəbərə görə “olduqca narahat edən” bu vəziyyət, darvinizmin qalası Fransada böyük oyanışın xəbərçisidir.

Bu xəbərdə, müxtəlif universitet professorlarının mövzuyla əlaqədar izahlarına müraciət edilmiş və hamısı öz məktəbində eyni nəticələri aldıqlarını ifadə etmişlər. Darvinist professorlar, darvinizmin aldığı bu böyük yaranı olduqca “ciddi”, “kədərli”, darvinizm adına “utanc verici” olaraq xarakterizə etmişlər. Aydın olan odur ki, Fransa və Fransadakı darvinist professorlar, artıq şagirdlərinin təkamüllə aldadıla bilməyəcəklərini təəssüflə anlamışlar.

 

Bu xəbərdə, Fransadakı bu böyük dəyişiklik üzərində, hörmətli Adnan Oktarın fəaliyyətlərinin təsirindən bəhs edilməkdədir. Əlbəttə, Yaradılış Atlasının evlərə və məktəblərə girməsindən sonra belə böyük dəyişikliyin olması sürpriz vəziyyət deyil. 150 ildir insanlardan gizlənən bir gerçək, ilk dəfə olaraq Yaradılış Atlası vəsiləsiylə ortaya çıxarılmışdır. İnsanlar, həyatlarında ilk dəfə elm adına gerçək fosil dəlillər görmüş və bunların hamısının təkamülü rədd etdiyinə, Yaradılışı isbat etdiyinə şahid olmuşlar.

Və həyatlarında ilk dəfə onlara, darvinizmin tək bir elmi dəlillə belə dəstəklənmədiyi, darvinistlərin bütün dünyanı aldatdıqları, elmi dəlilləri Yaradılışı isbat etdikləri üçün gizlətdikləri, amma əslində 250 milyon fosilin hamısının Yaradılış gerçəyini isbat etdiyi göstərilmişdir. İnsanlar ilk dəfə, aldadılaraq deyil, elmi dəlillərə baxaraq, öz vicdanlarına müraciət edərək qərar vermişlər. Və verdikləri qərar açıqdır: FRANSIZ ŞAGİRDLƏR, ARTIQ TƏKAMÜLÜ RƏDD EDİRLƏR.

 

Batil, yalan, saxtakarlıq üzərinə qurulan düşüncə sistemi, hər nə qədər dünya səviyyəsində masonların idarəsindəki darvinist diktatorluq tərəfindən qorunarsa qorunsun, sonunda mütləq yox olub ortadan qalxacaqdır. Çünki Rəbbimiz, “…Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz, batil yox olmağa məhkumdur” ayəsiylə bunu vəd etmişdir. (İsra surəsi, 81) Rəbbimizin üstün qüdrəti ilə hər şeyi yaratmış olduğu gerçəyini artıq bütün dünya qəbul etməkdə, insanlar böyük sürətlə üstün və Uca olan Allaha yönəlməkdədirlər. Artıq darvinistlər nə edərsələr etsinlər, bu böyük dəyişikliyə maneə törədə bilməyəcəklər.

 

Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)