1860-cı ildə Almaniyada olan Arxeopteriks adı verilən quş fosili günümüzdəki quşlardan fərqlənən bəzi xüsusi xüsusiyyətlər ehtiva edirdi. Ağzındakı dişlər, qanadlarındakı pəncələr və uzun quyruğu darvinistlər tərəfindən fərziyyə vəsaiti olaraq istifadə edildi və quş, heç bir elmi dayaq olmamasına baxmayaraq, tələm-tələsik sürünənlərə bənzədilərək sürünən-quş ara forması olaraq önə sürüldü.
Halbuki, bu iddiada böyük bir yalan vardı.
Arxeopteriksin darvinistlər tərəfindən saxta ara forma olaraq əfsanəyə çevrilməsindən bir müddət sonra fosil sümükləri dəqiq araşdırıldı və bu canlının sürünəndən quşa xəyali keçidi göstərən “ibtidai quş” olmadığı, əksinə skelet və tük quruluşunun uçmağa son dərəcə əlverişli olduğu, sürünənlərə bənzədilən xüsusiyyətlərin tarixdə yaşamış və hətta indiki vaxtda yaşayan digər bəzi quşlarda da olduğu ortaya çıxdı. Darvinizm tərəfdarı “Science” jurnalı, bu gerçəyi açıqca dilə gətirmişdi:
Arxeopteriks böyük ehtimalla ilk quşlarla əlaqədar olaraq tüklərin və uçuşun ən qədim mənşəyi ilə əlaqədar çox şey söyləyə bilməz, çünki Arxeopteriks, müasir mənada, bir quşdur.1
Arxeopteriks fərqli canlı növlərinin xüsusiyyətlərini daşıyan mozaik canlıdır. Mozaika canlılar, elm adamları tərəfindən kompleks strukturlarıyla diqqət çəkən və bir neçə növün fərqli xüsusiyyətlərini özündə saxlayan canlılar olaraq təyin olunmuşlar. Darvinistlərin Arxeopteriks üzərində istifadə etdikləri yalan da, bu fosilin bir mozaika canlıya aid olmasından qaynaqlanmaqdadır. Halbuki, mozaik canlılar da, bütün digər günümüz canlıları kimi kompleks xüsusiyyət göstərən yaradılış nümunələridir. Fransız biofizik təkamülçü Pier Lekomte du Nouy bu mövzuyla əlaqədar bunu etiraf etməkdədir:
İstisna bir hadisə olan Arxeopteriksi gerçək ara forma olaraq qiymətləndirmə səlahiyyətinə sahib deyilik. Ara forma deyərkən, sürünənlərlə quşlar kimi təsnif edər və ya daha kiçik qruplar arasındakı lazım olan keçid mərhələlərini nəzərdə tuturuq. İki fərqli qrupa aid xüsusiyyətlər sərgiləyən bir heyvan, əgər üzərində keçidə dair mərhələlər tapılmamışsa və keçidə dair mexanizmlər hələ bilinmirsə, gerçək ara forma olaraq qəbul edilə bilməz.2
Darvinist kütlələr arasında bu etirafı edənlərin sayı əslində olduqca çoxdur. Sıçramalı təkamül yalanını ortaya ataraq gündəmə gələn 20-ci əsrin ən tanınmış darvinistlərindən Stefan Cey Qould və Nils Eldrig də Arxeopteriksin bir ara forma olaraq qəbul edilə bilməyəcəyində həmfikirdirlər.3 Conatan Vels, “Dünyanın ən gözəl fosili, Ernst Mayrın “sürünənlərlə quşlar arasında haradasa ən mükəmməl əlaqə” dediyi nümunə, səssizcə rəfə qaldırıldı. Və itkin halqaları araşdırma, Arxeopteriks heç olmamış kimi davam etməkdədir.”4 deyə ifadə edərkən bu fosilin təkamülə dəlil təşkil etmədiyini, elm adamlarının açıqca qəbul etdiklərini dilə gətirməkdədir. Lakin maraqlıdır ki, darvinist elm adamları tərəfindən açıqca etiraf edilmiş olmasına baxmayaraq, darvinist nəşrlərdə Arxeopteriks fosili hələ də bir ara forma olaraq tanıdılmağa çalışılmaqdadır. Conatan Vels bu vəziyyəti bu şəkildə izah edər:
Bəzi biologiya dərs kitabları Arxeopteriksi itkin əlaqənin klassik nümunəsi olaraq göstərməyə davam etməkdədir. Maderin 1998-ci ildə nəşr edilmiş Biologiya adlı kitabı, onu “sürünənlərlə quşlar arasındakı keçid əlaqəsi” deyə xarakterizə etməkdədir. Vilyam Şraer və Herbert Stoltzenin “Biology: The Study of Life” (Biologiya: həyatın araşdırılması) adlı kitabının 1999-cu ildəki nəşri də şagirdlərə “bir çox elm adamının onun sürünənlərlə quşlar arasındakı təkamüllü əlaqəni təmsil etdiyinə inandığını” söyləməkdədir.5
Şübhəsiz bu vəziyyət, bu böyük saxtakarlığın hələ də davam etdirilməyə çalışılmasından qaynaqlanmaqdadır. Əllərində hər hansı ara forma tapılmaması qarşısında darvinistlər, nəzəriyyələrindən imtina edə bilməyəcəklərindən, törətdikləri saxta ara formaları qoruma səyinə girməkdədirlər. Arxeopteriksin canla başla və saxtakarca hələ də gündəmdə tutulmağa çalışılmasının səbəbi də məhz budur.
Qaynaq:
1) Hank Hanegraaff, Fatal Flaws “What Evolutionists Don`t Want You To Know”, W Publishing Group, 2003 səh. 19
2) Hank Hanegraaff, Fatal Flaws “What Evolutionists Don`t Want You To Know”, W Publishing Group, 2003 səh. 22
3) Hank Hanegraaff, Fatal Flaws “What Evolutionists Don`t Want You To Know”, W Publishing Group, 2003 səh. 22
4) Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, yanvar 2003, səh. 131
5) Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, yanvar 2003, səh. 130