Canlı tarixinin ən qədim dövrlərindən biri olan Kembri dövrü, 543-490 milyon il əvvəli təmsil edir. Bu dövrün əvvəlində tək hüceyrəli canlılar və bir neçə çox hüceyrəli növü hökm sürərkən, bir anda tam və mükəmməl halları ilə fövqəladə canlı müxtəlifliyi meydana gəlmişdir. Bu canlıların hamısı, əvvəlki canlılardan çox fərqli şəkildə, günümüzdəki canlılara aid fövqəladə komplekslikdə xüsusiyyətlərə sahibdirlər. Bu xüsusiyyəti ilə Kembri dövrü təkamül nəzəriyyəsinə böyük zərbədir.

 

Kembri dövrünə aid fosilləri olan canlılar, indiki vaxtda var olanlar da daxil olmaq üzrə 55 filumun nümunəsini verir. (Filum: Canlıların təməl bədən strukturlarına görə təsnif edilmələri üçün istifadə edilən “aləm”dən sonrakı ən böyük kateqoriya). Bir başqa deyişlə günümüz canlılarının, hətta daha da çoxunun təməl bədən strukturları, günümüzdən təxminən 540 milyon il əvvəl mükəmməl şəkli ilə vardır. (İndiki vaxtda var olan filum sayı 35dir.) Kembri canlıları mükəmməl komplekslik göstərən günümüzdəki canlılarından fərqsiz varlıqlardır. Bu vəziyyət, Darvinin xəyali təkamül ağacına tərs düşməkdə, xəyali təkamül müddəti üçün təyin olunan saxta inkişafı alt-üst etməkdədir.

Darvinin təkamül nəzəriyyəsinə görə, təsadüfən yaranan ilk hüceyrənin ardından tək hüceyrəlilər yer üzündə hökm sürməli, bunun ardından sadə quruluşlu çox hüceyrəlilərlə başlayan hərəkətli həyat, suda yaşayan tək bir filum ilə davam etməlidir. Filum sayı zamanla artmalı, bununla mütənasib olaraq da növlər çoxalmalıdır. Lakin Kembri tapıntılarının ortaya çıxardığı gerçək bu şəkildə olmamışdır. Darvinin təkamül ağacı tamamilə tərsinə dönmüş, günümüzdəkindən daha çox sayda müxtəliflik, canlı tarixinin daha ilk başında, tək hüceyrəlilərdən dərhal sonra özünü göstərmişdir. (Geniş məlumat üçün baxın. Darvinin Anlaya bilmədiyi Kembri, Harun Yəhya)

 

Darvinist ideologiyaya bağlı qatı bir darvinist üçün bunu kəşf etmək şübhəsiz, böyük bir çöküşdür. ABŞ-ın ən məşhur muzeylərindən olan “Smithsonian Institution”da rəhbər və paleontoloq olan Çarlz Dulitl Valkot da bu azğın dinin ən sadiq mənsublarından olduğu üçün ilk olaraq 1909-cu ildə kəşf etməyə başladığı Kembri fosillərinin müxtəlifliyi qarşısında dəhşətə düşmüşdü. 1917-ci ilə qədər davam edən çalışmasında 65.000 fosil nümunəsini topladı. Bunların hamısı Kembri dövrünün kompleks canlılarına aid idi.

 

Darvinist saxtakarlıqlar göz önünə alındığında, darvinizmin çöküşünün xəbərçisi olan bu fosillərin bir darvinist tərəfindən tapılması və ardından eyni darvinist tərəfindən gizlədilməsi də şübhəsiz, sürpriz deyil. Walcott, mənsub olduğu batil dini sanki yox edən, inanclarına tərs düşdüyü üçün özünü dəhşətə salan bu fosilləri gizlətməyə qərar verdi. Çəkdiyi şəkilləri və sənədləri Smithsonian muzeyindəki siyirtmələrə kilidlədi. Bu xüsusi və əhəmiyyətli fosillərin ortaya çıxması ancaq 70 il sonra mümkün olacaqdı.

 

İsrailli elm adamı Gerald Şroider bu mövzuda belə deyir:

 

Əgər Valkot istəsəydi, fosillər üzərində çalışmaq üzrə bir ordu qədər şagirdi vəzifələndirə bilərdi. Amma təkamül gəmisini batırmamağı seçdi. Bu gün Kembri dövrünün fosilləri Çində, Afrikada, İngiltərə adalarında, İsveçdə ayrıca Qrenlandiyada da tapılmışdır. (Kembri dövründəki) Partlama, dünya səviyyəsində yaşanmış bir hadisədir. Amma bu fövqəladə partlamanın təbiətini müzakirə etmək mümkün olmazdan əvvəl, məlumat gizlənmişdir.1

 

Valkotun tapdıqları Burqes Şaledəki kembri fosilləri, Valkotun ölümündən on illər sonra yenidən araşdırıldı. “Kembric qrupu” olaraq xatırlanan və Hari Bləkmor Vaytinqton, Derek Brics ilə Simon Konvey Morisdən meydana gələn mütəxəssislər qrupu, 1980-ci illərdə fosilləri geniş şəkildə analiz etdilər. Və faunanın Valkotun müəyyən etdiyindən daha çox müxtəlif və qeyri-adi olduğu nəticəsinə gəldilər. Fosillərin bir qisminin, zəmanəmizdə bilinən canlı kateqoriyaları altında sinifləndirə bilinməyəcəyi, bu səbəbdən indikindən fərqli filumlərin nümunələrini verdikləri istiqamətində görüş bildirdilər. Canlılar, 543-490 milyon il əvvəlində davam etmiş Kembri dövründə, mükəmməl və kompleks halları ilə birdən ortaya çıxmışdılar.

Ortaya çıxan nəticə darvinistlər adına elə gözlənilməz idi ki, elm adamları bu ani hərəkəti bir “partlama” olaraq adlandırdılar. “Kembri partlaması”, elm tarixinin ən bənzərsiz, təkamülçü elm adamları üçün isə ən şərhsiz hadisələrinin başında gəlirdi. Hər mövzuda çıxmazda olan təkamül nəzəriyyəçilərin qarşılaşdığı bu tapıntılar nəticəsində, təbliğat məqsədli inkişaf etdirdiyi hekayələrə də son vermələri və “həyatın başlanğıcı probleminə” geri dönmələri lazım idi. (Əlbəttə bu, həyatın mənşəyinə dair ağıllı və elmi bir şərhi olmayan darvinistlər üçün bir problemdir. Ağıllı, elmi və məntiqli hərəkət edənlər kainatın və canlılığın Uca Allahın əsəri olduğunu açıqca görməkdədir.) Darvinin təkamül ağacı tərsinə dönmüşdü və bu vəziyyət təkamül nəzəriyyəsinin təməl məntiqinə tamamilə tərs düşürdü.

 

Üstün həyat formalarını, Allahın möhtəşəm yaradılışını sərgiləyən Kembri partlaması, darvinistlər tərəfindən hələ də susqunluqla qarşılanmaqdadır. Darvinistlər, bu fövqəladə tapıntılar qarşısında sanki səssizliyə basdırılmışlar və sanki bu tapıntılar heç yoxmuş kimi davranmaqdadırlar. Həyatın tarixi haqqında hazırladıqları saysız hiyləli ssenarini elm jurnallarında ard-arda yayımlarkən, 540 milyon il əvvəlki bu böyük hadisəni xatırlatmamağa, bunun təkamül nəzəriyyəsini tamamilə ortadan qaldırdığını hiss etdirməməyə çalışarlar. Bunu açıqca etmiş olan Çarlz Dulitl Valkot, darvinizm yalanının nə qədər irəli ölçülərə çata biləcəyinin ən böyük dəlil və nümunələrindən biridir.

 

Əgər darvinizm həqiqətən bir elm olsa, darvinizmi müdafiə edənlər də gerçək bir elm adamı olsalar, şübhəsiz, elmi dəyəri bu cür böyük olan tapıntılar, böyük kəşf olaraq ön plana çıxarılar və tələm-tələsik elmi sayt, kitab və məqalələrə mövzu edilərdi. Bunun tam tərsi bir yol izlənilməsinin, konkret elmi tapıntıların diqqətlə gizlədilməsinin səbəbi, darvinizmin elm olmamasından, Dəccalın oyunu olaraq ortaya çıxan saxta din olmasından qaynaqlanmaqdadır. Yalan üzərinə qurulan bu nəzəriyyə, saxtakarlıqlarla canlı qalmağa çalışmaqdadır. Kembri fosillərinin gizlədilməsi, darvinizm adına edilmiş elmi saxtakarlıqlardan yalnız biridir.

1) Gerald Schroeder, “Evolution: Rationality vs. Randomness”, http://www.geraldschroeder.com/evolution.html