Dəccal sistemi olan masonluq, dünya səviyyəsində özünə görə hiyləgər oyun oynamışdır. Müsəlmanları, xristianlara dəccal kimi göstərmək istəmişdir. Xristianları da müsəlmanlara dəccal kimi göstərməyə çalışmışdır. Səmimi dindarları bir-birinə zidd salıb, iki dindar məzhəbi qarşı-qarşıya gətirib, onları bir-birindən şübhələnən, bir-biri ilə mübarizə aparan iki qarşı qrup kimi göstərmişdir. Dəccal, bunu edərkən, hər iki tərəfin səmimi dindarları bu yolla əzməyi, onların güclərini zəiflətməyi məqsəd qoymuşdur. Bu, dəccalın, iman edənlərə qarşı fikri mübarizəsində, təlqin gücü ilə, hiyləgərliklə reallaşdırdığı bir sui-qəsddir. Masonlar, bu hiyləgər oyunun bir parçası olaraq, Xristianlara digər inananlarla mübarizəni, şövq və həyəcanla aparılan müqəddəs mübarizə görünüşündə göstərmişdir və beləliklə xristianları da, bu mübarizəyə daxil etmişdir. Xristianlar, bu hiyləgər oyunun nəticəsində, dəccal sistemi ilə mübarizə aparacaqlarına, müsəlmanlarla mübarizəyə yönəlmişlər.

Dəccal isə, Allaha, Peyğəmbərlərə, cənnət və cəhənnəmə ürəkdən inanan insanları bir-birinə zidd salarkən, eyni zamanda öz şeytani fəaliyyətlərini davam etdirmək üçün fürsət tapmışdır. İnsanlar, dəccal sistemin təsiri ilə Allah inancından uzaqlaşmışlar, ateizm bütün dünyaya yayılmışdır. Dəccal, hər iki dinin tərəfdarlarını təzyiq altına alıb, darvinizm, faşizm, kommunizm kimi Allah inancına qarşı zülm sistemlərini sürətlə inkişaf etdirmişdir. İki dinin tərəfdarları bir-birləri ilə süni şübhə içinə düşmüşkən, masonluq, bu sui-qəsd nəticəsində get-gedə güclənmə imkanı tapmışdır.

Dəccalın hiyləgər oyunu nəticəsində, darvinizmin təsiri ilə dünyaya bir dövr hakim olan kommunist və faşist ideologiyalar, milyonlarla insanın qətlinə səbəb olmuşdur. Hal-hazırda nə ABŞ-da, nə Rusiyada, nə də Çində darvinizm əleyhinə heç kim danışa bilmir. Dövlətlərin fəlsəfələri darvinizm, materializm üzərində qurulur. Bunu icra edən də MASONLUQDUR. Hal-hazırda dünyada hakim olan sistem, Allah inancını heç bir şəkildə müdafiə edə bilmir. Dünyanın demək olar ki, heç bir yerində “bütün varlıqları Allah yaratdı” deyilmir. Bu hiyləgər hakimiyyət nəticəsində kütlələr halında bütün dindarlar əzilir, xor görülür və onlara qarşı qırğın tətbiq olunur. Dəccalın bu hiyləsi nəticəsində, kütlələr fəlakətə sövq edilmiş, dünyada 350 milyondan çox insan öldürülmüşdür.

Hal-hazırda, dəccalın bu hiyləgər oyunu üzə çıxmışkən, dəccaliyyəti dünyada hakim edən sistemin masonluq olduğu aydın olmuş və aşkar edilmişdir. Bu oyuna qarşı olduqca ayıq-sayıq olmaq lazımdır. Allahın icazəsi ilə, hz. İsa (ə.s.)-ın nüzulu və hz. Mehdi (ə.s.)-ın zühuru ilə, dəccal sistemi tamami ilə aradan qalxacaq, masonluğun fikir sistemi tamami ilə məhv ediləcəkdir. Hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s.)-ın yer üzünə güvən və əmin-amanlıq gətirəcəyi “Qızıl dövr” bu qədər yaxınlaşmışkən, Allaha və Peyğəmbərlərə inanan səmimi dindarların hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s.) üçün mühit hazırlamaları, dəccal sistemi olan masonluğun hiylələrini pozmaq üçün səy göstərmələri lazımdır. Rəbbimiz, qalib gələcək olanların iman edənlər olduğunu ayəsində ifadə etmişdir:

 

Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz! (Ali-İmran surəsi, 139)