Öncə təfərrüatlarını ifadə etdiyimiz kimi, masonluğun təməl fəlsəfəsi darvinizmə əsaslanır. Çünki darvinizm, masonluğun əsaslandığı məqamları, yəni ateizmi, məqsədsizliyi, döyüşləri və degenerasiyanı, yəni dəccal sistemini qanuni hala gətirmək üçün ortaya atılmış və heç bir elmi tərəfi olmamağına baxmayaraq elmi kimi göstərilməyə çalışılan saxta ideologiyadır. Üst səviyyə mason Selami İşıldaq, masonluğun təkamülü şəkk-şübhəsiz qəbulunu bu sözlərlə dilə gətirmişdir:

 

“Qısaca, həm də çox qısaca, bəzi masonik qanunlara, düşünmə və qavrayışlara da toxunmaq istəyirəm: “Masonluğa görə həyat tək hüceyrədən başlayar, dəyişmə, çevrilmə və təkamül ilə insana qədər gəlib çıxar. Başlanğıcın mahiyyəti, səbəbləri, məqsədi və şərtləri bilinməz. Həyat, maddə -enerjidən yaranmışdır və ona dönəcək.” Kainatın “Ulu memarı” ancaq uca prinsip, yaxşılıqlar və gözəlliklərin sonsuz üfüqü, təkamülün pik nöqtəsi (kulminasiya nöqtəsi), ən yüksək mərhələsi, insanlıq idealı olaraq düşünülüb mənimsənirsə, fərdiləşdirilməzsə, xurafatdan xilas olmaq imkanı vardır. (1) (Allahı tənzih edirik).

Bu sözlərdə, Kainatın “Ulu memarı” adı verilən masonik qavrayış, masonların tapındıqları, “ŞEYTANI” səciyyələndirir (xarakterizə edir). Bir başqa qaynaqda, masonluğun təkamül düşüncəsi ilə əlaqəsi açıq şəkildə ifadə edilir və Darvinin babası Erasmus Darvinin təkamül fikrini ortaya atmağının təməl səbəbinin masonluğa dayaq (istinad) yaratmaq olduğu bildirilir. (Darvinin babası Erasmus Darvin, təkamül nəzəriyyəsinin ilk təməllərini atan adamdır. Erasmus Darvin, Şotlandiyada, “Canongate Kilwinning” 2-ci lojasına bağlı üst səviyyə bir masondur. (2) Mason və lunar cəmiyyətlərinin qurucusu olan Erasmus Darwin (3), Fransadakı Jakoben masonlarla və din düşmənliyini bir nömrəli vəzifə halına gətirən mason illüminatı təşkilatı ilə də əlaqəli adamdır.):

 

“New Age”-nin ümumbəşərlik, cadu və təkamül kimi nəzəriyyəni böyük bir qismi mason lojasında mövcuddur. Bu səbəblə Erasmus Darvin kimi masonlar və başqaları da təkamül fikrini qəbul etmişdir.  

…Təkamül-reinkarnasiya (təkrar doğuş, ruhun yenidən bədənə girməsi, təkrar həyata gəlmək) ilə əlaqəli sirli dindir. Məhz bu səbəblə “New Age” təqibçiləri də təkamül təlimlərinə inanırlar. Təkamül, təbii seleksiyanın bütün canlıları az inkişafdan, kompleks hala gətirdiyini iddia edir (insan isə milyardlarla il davam edən təsadüflərlə dolu bu mərhələli inkişafın son məhsuludur). Reinkarnasiya (təkrar həyata gəlmək) da insanın mükəmməlliyinə çatana qədər bir çox həyat yaşayaraq sonsuz olaraq təkamülləşdiyini öyrədir.  (5).

 

Yenə darvinizmin masonluğa əsaslanan bir nəzəriyyə olduğu, Corc H. Steinmetzin Freemasonry: “Its Hidden Meaning” (Masonluğun gizli mənası) adlı kitabında bu sözlərlə yekunlaşdırılmışdır.

 

Mason nişan və simvollarda gizlənən bu qədim və gizli nəzəriyyə, təkamülü, Darvinin indiyə qədər öyrətdiyi kimi izah edir. Reinkarnasiya (yenidən həyata gəlmə) və Karma fəlsəfəsi, astrologiyanin bir hissəsidir. (6)

 

Əvvəl ifadə etdiyimiz kimi, darvinizm, mason lojalarında xüsusi ilə bəhs olunan, yuxarı dərəcəli masonlar, bu nəzəriyyədən bəhs edərkən LAĞ ETMİŞ, lakin, yenə də məqsədləri üçün bu nəzəriyyənin elm kimi göstərilməsini qərar vermişlər. Bəhs olunan 33-dərəcəli masonlar, bu məqsəd üçün öz istədikləri kimi istiqamətləndirə biləcəkləri elm adamlarının və mətbuatın istifadə edilməsini qərarlaşdırmışdılar. Yazar Fillip D. Kolins, mason sistemini üzə çıxartdığı “The Ascendancy of the Scientific Dictatorship (Elmi diktatorluğun hakimiyyəti)” başlıqlı yazısında, darvinizmin əslində necə mason yalanına əsaslandığını bu sözlərlə ifadə edir:

 

Darvinizm nəzəriyyəsi “izm”lərin, yüngülcə örtülmüş cadugərliklə əlaqədar qavrayışların, fəlsəfi tədrislərinin və ideologiyaların sıx qarışığıdır. Yenə, Tennenbaumun, darvinizm haqqında: “Absurd (ağlasığmaz) dərəcədə məntiqsiz mülahizələrə əsaslanır, bunlar, elmi müşahidələrdən əldə edilməmiş, lakin süni olaraq kənardan, siyasi və ideoloji səbəblərlə ortaya atılmışdır”şərhi köklü və doğrudur. (7)

 

Masonluğun, darvinizmi ön plana çəkərək dünya müharibələri, kütlə qırğınları yaratmağı, soyqırım, irqçilik kimi zülm sistemlərini yayması da çətin olmamışdır. Masonluq, müxtəlif üstün dərəcəli masonları ön plana çıxararaq, darvinist ideologiyanı bir dayaq nöqtəsi halına gətirərək və bu ideologiya ilə insanların beyinlərini yuyaraq, dünyaya qorxunc fəlakət gətirmişdir. 350 milyondan çox insan, bu qorxunc oyun nəticəsində həyatını itirmiş, insanlar nə olduğunu başa düşmədən iki dünya müharibəsinin dağıntısını (xarabalığını) yaşamışlar.

Fillip D. Kolins, bu həqiqəti belə yekunlaşdırmışdır:

 

“The Secret Cult of the Order” adlı əsərində Antoni Suton belə demişdir: ‘Marks və Hitler, hər ikisinin də fəlsəfi təməlləri Heqelə əsaslanır. Məhz Darvin, Marks və Hitlerin kəsişdiyi Heqelçi əlaqə nöqtəsi buradadır. Nietzsche-izm, Darvinizm və Marksizmin birlikdə “siyonun ağıllı adamları protokolunda” iştirak etdiyini fikirləşəndə, bu, bir təsadüf deyil. Nazizm (faşizmin bir variantı) Nietzche-izmden törəmişdir. Kommunizm, Marksizmdən yaranmışdır. Hər ikisi də Heqelçi qanunlara əsaslanır. Həm də, hər ikisi də darvinizm “elmi ilə” qanuni sayılan “elmi diktatorluqlar”dır.

Hitler və Marksın, hər ikisinin də darvinist təkamülə olan maraqları tarixi həqiqətdir. Londonda yaşadığı dövrdə Karl Marks, T. H. Huksey tərəfindən keçirilən təkamül nəzəriyyəsi konfranslarına qatılırdı.

Kommunizmin sinif döyüşü anlayışı ilə, Darvinin təbii seleksiya qanunu arasındakı təəccüblü bənzərliyi fərq edən Marks, Darvinə 1873-cü ildə “Das Capital” kitabının nüsxəsini göndərmişdi. Təkamül düşüncəsindən ovsunlanan Marks, növbəti əsərini Darvinin özünə həsr etməsini istəmişdi.(8)

 

Tədqiqatçı İan Taylor, bu barədə bu şərhi vermişdir:

 

“Faşizm ya da Marksizm, sağ qanad ya da sol – … əlbəttə bu yolların zəmini Darvinin təkamül nəzəriyyəsidir.” (9)

 

Fillip D. Kolinsin bununla əlaqədar digər fikirləri də belədir:

 

“Evolution and Ethics (Təkamül və əxlaq elmi)” adlı kitabında Keyt açıqca bunları deyir: “Mənim həmişə ifadə etdiyim kimi Alman Führer (Hitler) bir təkamülçüdür. Şüurlu olaraq Almaniyadakı tətbiqlərin təkamül nəzəriyyəsinə uyğun olmasını hədəfləmişdir.” (Keith, Evolution and Ethics, 230).” (10)

“Mein Kampf” kitabını analiz edən Verner Maser, Hitlerin “biologiya, tapınma, güc və mübarizə kimi fikirlərindən və onun tarixdə əxlaq şərti fikirlərini rədd etməsi”dən Darvinin məsul olduğunu izah etmişdir. (11)

Kommunizm və Nasizm tətbiqlərinin hər ikisində də, nəticədə inanılmaz qan axıdılmışdı. Bu, Darvinist düşüncənin təbii nəticəsi idi və “elmi diktatorluğun” mirası idi. (12)

Darvinin düşüncələrini tətbiq edən kommunistlər və faşistlər, milyonlarla insanı öldürmüşlər. Bu qrupların hər ikisi də elitlər (illüminati) içərisində çıxar və indiki vaxtda da eyni hədəfləri davam etdirirlər. Darvinist “güclü olanın həyatda qalması” iddiası nəticəsində qalib gəlmək üçün qan tökülməsi əsas şərtdir. (13)

 

Masonluq, yəni dəccaliyyət, darvinizm görümü altında kütlələrə sızaraq milyonlarla insanın qətl edilməsinə gətirib çıxartmışdır. Bu dəccal sistemi, ölkələri yıxmış, inananlara qarşı qırğınların bir nömrəli səbəbkarı olmuşdur və bu dəccal sistemin üsulları həmişə insanlara məqbul göstərilməyə çalışılmış, təkamül pərdəsi ardında elmi dayağı varmış kimi göstərilmişdir. Halbuki təkamül nəzəriyyəsi, elmi tək bir dəlillə belə dəstəklənilmədiyi kimi, elmi hər tapıntı, bu nəzəriyyəni təkrar-təkrar süquta uğradır. Darvinizmin böyük bir yalan olduğu qəti, isbatlı bir həqiqətdir.

İnsanların açıq və ictimai şəkildə deyilmiş bir yalana bu qədər kor-koranə bağlanmaları, dünya səviyyəsində bu yalanın yayılması, insanları, cəmiyyətləri, ölkələri təsiri altına alması əlbəttə inanılmaaz hadisədir. Lakin bəhs edilən kütləvi yalanın masonlara məxsus olduğu həqiqətini nəzərə aldıqda, bu yalanın səbəbi də aydın olur. Masonların hiyləsi, qapısı bağlı lojaların ardında, bütün dünyaya yayılan təsirli bir oyundur. Onlar, bir cəmiyyəti və ya bütün dünyanı aldatmaq istədikdə, eyni ilə təkamül nəzəriyyəsində olduğu kimi, ölkələri, dövlətə bağlı təşkilatları, insanları, mətbuatı, yəni hegemonluğu altında olan hər cür yolu istifadə edərək bunu istədikləri kimi edərlər.

 

Allahın icazəsi ilə hz. İsa (ə.s.)-ın və hz. Mehdi (ə.s.)-ın birlikdə bütün inkarçı sistemləri məğlub edəcəkləri vaxt çox yaxındır. Bu dövrdə insanlar, imana, rifaha və əmin-amanlığa qovuşacaq, öz vicdanlarının göstərdiyi yolu izləyəcəklər. Dəccalın oyunu sona çatacaq, insanlar, Allahın icazəsi ilə, dəccal fitnəsindən xilas olacaqlar.

 

1) Dr. Selamı Işındağ, panteizm-Kamutanrıcılık Fəlsəfəsi, Masonluqdan İlhamlanmalar, İstanbul 1977, səh. 190

2) John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, səh. 120

3) Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fevral 2005, səh. 6

4) Henry Morris, The Long War Against God. Səh. 198

5) The Jesuit Pierre-Teilhard-De-Chardin, səh. 2 – <http://www.scribd.com/doc/14090263/Pierre-Teilhard-De-Chardin>

6) Corc H. STEINMETZ, Freemasonry: Its Hidden Meaning, səh. 37

7) Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fevral 2005, səh. 4

8) Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fevral 2005, səh. 7

9) Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fevral 2005, səh. 8

10) Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fevral 2005, səh. 8

11) Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fevral 2005, səh. 8

12) Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fevral 2005, səh. 8

13) Phillip D. Collins, The Ascendancy of the Scientific Dictatorship, 24 fevral 2005, səh. 8