1. “Hz. Mehdi (ə.s.)-ın üç vəzifəsindən birincisi fənn və fəlsəfənin tasallutiylə (təsiri ilə) və maddiyyun və tabiiyyun taunu, (materializm, darvinizm və ateizm xəstəliyi) bəşər arasında intişar etməsi ilə (insanlar arasında yayılması ilə), hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikirini (materializm, darvinizm və ateizm kimi Allahı inkar edən dinsiz cərəyanları) tam susduracaq tərzdə imanı qurtarmaqdır. İman əhlini dəlalətdən mühafizə etmək (iman edənləri azğınlıqdan qorumaq)… (Emirdağ Lahikası, səh. 259)”

 

Bədiüzzaman Səid Nursi, hz. Mehdi (ə.s.)-ın birinci vəzifəsinin “maddiyyun və tabiiyyun taunu”nu yəni darvinizm, materializm və ateizmi fikirlə tam mənasıyla (tamami ilə) ortadan qaldırmaq olduğunu bildirmişdir. Hz. Mehdi (ə.s.)-ın, Bədiüzzaman həzrətlərinin ifadə etdiyi kimi hər şeydən əvvəl bu vəzifəni yerinə yetirməyi, dəccaliyyətin ən əhəmiyyətli fitnəsinin darvinizm olduğunu aydın şəkildə bildirir. Bədiüzzaman, dəccalın fənn və fəlsəfəni istifadə edərək darvinizmi yayacağını demişdir. Dəccal, insanları Allah inancından uzaqlaşdırmaq, yer üzündə qarışıqlıq və anarxiyanı hakim etmək üçün fənn və fəlsəfə yolu ilə darvinizmi yayacaq. Hz. Mehdi (ə.s.) da, İslam əxlaqını hakim etmək, yer üzünə sülhü, əmin-amanlığı və ədaləti gətirmək üçün elmi mübarizə ilə dəccaliyyəti, darvinizmi bütünlüklə yıxacaq, darvinizm və materializmi fikirlə (elmlə) tam mənası ilə susduracaqdır.

 

  1. Həm dəccalın rejiminə və təşkil etdiyi komitəsinə (qurumuna) və hökumətinə aid gəribə halları və dəhşətli işləri, onun şəxsi ilə münasibətdar rəvayət edilməsi cəhətiylə (onunla əlaqədar rəvayətlərin) mənası gizli qalmışdır. Məsələn: “O qədər güclüdür ki,… Yalnız həzrəti İsa (ə.s.) onu (onun fikir sistemini, qurduğu quruluşu) öldürə bilər (məhv edər), başqa çarəsi olmaz” rəvayət edilmişdir. Yəni, “onun peşəsini və yırtıcı (vəhşi) rejimini pozacaq…” Ancaq səmavi və ülvi, xalis bir din İsəvilərdə zühur edəcək və həqiqi Qurana iktida (itaət edən) və birlik olan (birləşən) bu İsəvi dinidir ki, həzrəti İsa (ə.s.)-ın enməsi ilə o dinsiz peşə məhv olub ölər (fikir sistemi məhv olar). Yoxsa onun şəxsiyyəti (dəccal) bir mikrobla, soyuqdəymə ilə öldürülə bilər. (Şüalar, 5-ci Şüa)

 

Bədiüzzaman həzrətlərinin bu sözündə bəhs etdiyi dəccalın yırtıcı (vəhşi), yəni korlayıcı, qan tökücü, qarışıqlıq və qarşıdurma yaradan rejimi darvinizmdir. Bədiüzzaman, darvinizmin, bir fikir sistemi kimi yayılacağını, azğın din halına gələcəyini və insanları aldadaraq onları, Allah inancından uzaqlaşdıracağını ifadə edir. Hal-hazırda, dəccal sistemi masonluq tərəfindən azğın darvinizm ideologiyası ilə bütün dünyaya yayılmış və saxta din halına gətirilmişdir. Məhz bu təhlükə səbəbi ilə, dəccalın azğın fikir sisteminin ortadan qaldırılması çox vacibdir.

Çünki Bədiüzzaman, dəccalın şəxsiyyətini bir mikrobun belə məhv edə biləcəyini, ancaq əsl təhlükəli olan dəccalın yaydığı darvinist fikir sistemi olduğunu bildirmişdir. Həqiqətən də, günümüzə qədər darvinist və materialist fikirlərin müdafiəçisi və qabaqcılı olanların hamısı, Darvin, Marks, Stalin, Lenin, Trotski, Malthus, Hitler və bunun kimi digər darvinistlər, hiyləgər ideologiyalarını geridə buraxaraq olduqca sadə və adi səbəblərlə ölüb getmişlər. Əhəmiyyətli olan, masonların hakimiyyəti altındakı dəccaliyyətin davam etməsinə və bütün dünyaya yayılmasına səbəb olan kütlələri, dinsizliyə və əxlaqsızlığa yönəldən azğın ideologiyanın, yəni darvinizmin elmi dəlillərlə yerlə bir edilməsidir.

 

  1. Materializm (ateist, materialist və darvinist fəlsəfələr) mənəvi taundur (yoluxucu, vəba xəstəliyidir) ki, bəşərə bu müdhiş qızdırmanı tutdurdu, qəzəbi İlahiyyə (Allahın qəzəbinə) düçar oldular. Təlqin və tənqid qabiliyyəti inkişaf etdikcə (yayıldıqca), o taun da (yoluxucu vəba xəstəliyi də) inkişaf edər (yayılar). (Məktubat, səh. 513)

Bədiüzzaman, dəccalın azğın fikir sistemi olan darvinizmin, sanki epidemiya (yoluxucu) xəstəliyi kimi, dəccalın aldatması (inandırması) və təlqin üsulu ilə inkişaf edəcəyini və bütün dünyaya yayılacağını xəbər vermişdir. Hal-hazırda dünyada darvinizmin, masonluğun əlində olan və dünyaya hakim olan bir qisim mətbuat tərəfindən, dayanmadan təbliğatı aparılır, bu böyük yalan cəmiyyətlərə mason mətbuatı yolu ilə, dayanmadan (fasiləsiz) təlqin edilir.

Bu səbəbdən, darvinizmin bir çox insan tərəfindən cahilliklə (avamlıqla) qəbul edilməsinin səbəbi, elmi sübutlar deyil, mason nəşrlərin (mətbuatlarının) böyük təlqinidir. Dəccalın fikir sistemini yıxmaq üçün, bu saxta təlqinin aradan qaldırılması və bu kütləvi yalanın üzə çıxarılması lazımdır. Dəccalın fitnəsi olan darvinizm, onu yıxan elmi dəlillərin bütün dünyaya göstərilməsi, bu azğın ideologiyanın təməlindəki yalanın, dəlillərlə üzə çıxarılması yolu ilə məğlubiyyətə uğradılacaq.

 

  1. Tabiiyyun, maddiyyun (materializm, darvinizm) fəlsəfəsindən təvəllüd edən (doğan, yaranan) bir cərəyanı Nemrudanə (üsyankar cərəyanı), getdikcə, Axırzamanda materializm fəlsəfəsi vasitəsi ilə intişar edərək (yayılaraq) güclənərək, üluhiyyəti (Allahın varlığını) inkar edəcək dərəcəyə çatar. (Məktubat səh. 57)

 

Darvinizm, ateist ideologiyadır. Allahın açıq-aşkar olan varlığını inkar edər. Hətta, kor təsadüflərə guya ilahlıq edərək, insanları aldatmaq istəyər. (Allahı tənzih edirik). Bu dəccalın hədislərdə ifadə edilən ən əhəmiyyətli xüsusiyyətidir. Dəccal, insanlara Allahın adından istifadə edərək yaxınlaşacaq, ardından peyğəmbərlik iddia edəcək, hətta, sonda da özünün ilah olduğunu deyəcək (Allahı tənzih edirik). Hal-hazırda masonların silahı olan Darvinizmin mövqeyi də eyni şəkildədir.

Darvinizm, insanları Allahı inkar etməyə yönəldən, kor təsadüflərə ilahlıq iddiasında olan azğın dindir. Dünya səviyyəsindəki mason nəşrləri (mətbuatı) yolu ilə edilən darvinizm təlqininin əsl hədəfi, insanları Allah inancından uzaqlaşdırmaqdır. Bu səbəbdən dəccaliyyətin təməlini təşkil edən darvinizmi, hər hansı bir nəzəriyyə kimi təyin etmək olduqca yanıldıcı olar. Darvinizm, cəmiyyətləri inkara sövq edən dəccalın ən böyük silahıdır və bu səbəblə, təməlindən yıxılması, məhv edilməsi əsas şərtdir. Hz. Mehdi (ə.s.) da bu vəzifəni yerinə yetirərək darvinizmi tamamilə susduraraq, fikirlə (elmlə) aradan qaldıracaq.

 

  1. Bunun bir izahı bu olmalıdır: “İsa əleyhissalamı imanın nuru ilə tanıyan və tabe olan (ona itaət edən) camaatı ruhani mücahidlər (elmlə mübarizə aparanlar) camaatının sayı, dəccalın məktəbinə və əsgərlərinə, elmi və maddi ordularına nisbətən çox az və kiçik olmağına işarə və kinayədir. (Şüalar, səh. 588-589)

 

Bədiüzzaman, “dəccalın əsgər və məktəb cəhətdən elmi ordularına qarşı” ifadəsi ilə, dəccalın elmi üsulları (fənn və fəlsəfəni) istifadə edərək mübarizə apardığına, bu səbəbdən ona qarşı da elmi mübarizənin aparılmasının lazım olduğuna işarə edir. Dəccal sisteminə, masonluğun bütün dünyaya yaydığı darvinizmə qarşı, bu böyük fitnə və yalan aradan qalxana kimi mütləq elmi və güclü mübarizə aparılmalıdır. İman edənlər, dəccalın ordusuna qarşı nə qədər az da olsalar, Uca Allahın tərəfdarları olduqlarına görə, mütləq qalib gələcək, dəccalın bu hiyləgər oyunu Allahın icazəsi ilə hz. İsa (ə.s.)-ın və hz. Mehdi (ə.s.)-ın gəlişi ilə məğlubiyyətə uğrayacaq.

 

  1. Həm aləmi insaniyyətdə (insanlıq aləmində) inkarı üluhiyyət (Allahın inkarı) niyyətiylə mədəniyyət və müqəddəsatı bəşəriyyəni (insanlığın müqəddəs dəyərlərini) zirü zəbər (darmadağın) edən dəccal sistemi, həzrəti İsa əleyhissalamın dini həqiqisini (həqiqi dinini) İslamiyyətin həqiqəti ilə birləşdirməyə çalışan vətənpərvər və fədakar İsəvi camaatı adı altında və “müsəlman isəviləri” ünvanına layiq bir cəmiyyət, o dəccal sistemini, həzrəti İsa əleyhissalamın riyasəti (liderliyi) altında öldürəcək (fikri sistemini məhv edəcək) və dağıdacaq, bəşəri, inkarı üluhiyyətdən (Allahı inkardan) xilas edəcək. (Məktubat, səh. 441)

 

Bədiüzzamanın təsvir etdiyi dəccal sistemi darvinist ideologiyanın bütün dünyaya yayılmasına təşəbbüskar olan masonların yaratdığı azğın quruluşdur.

 

Darvin, Marks, Lenin, Stalin, Trotski, Engels, Hitler, Mao kimi faşist, kommunist və darvinist liderlərin hamısı masondur və hər biri, dünyaya darvinist ideologiyanı yaymaq və insanları bu azğın ideologiyanı istifadə edərək əzməklə vəzifələndirilmişdilər. Hər birinin hədəfi cəmiyyətləri Allah inancından uzaqlaşdırmaq, ateizmə sövq edir. Bəhs olunan dəccal sisteminin fəaliyyətdə olduğu dövr boyunca dünya qarışıqlıq içində qalmış, dünya müharibələri milyonlarla insanın ölümünə səbəb olmuş, insanlıq dünya tarixinin ən böyük zülmünü, qırğınlarını yaşamışdır. Allahın icazəsi ilə Bədiüzzamanın ifadə etdiyi kimi Axırzamanda, hz. İsa (ə.s.)-ın gəlişi ilə, xristianlar müsəlmanlarla ittifaq quracaq, bu güclü və imanlı birlik dəccaliyyətə qarşı birlikdə mübarizə aparacaqlar. Hz. İsa (ə.s.)-ın və hz. Mehdi (ə.s.)-ın yer üzündə zühur etməsi ilə, dəccal sisteminin gətirdiyi darvinist ideologiya tamamilə susdurulacaq, dəccalın hiyləgər fikir sistemi məhv ediləcək.

 

  1. Dəccalın şəxsi surisi (görünüşü) insan kimidir. Məğrur (təkəbbürlü), fironlaşmış, Allahı unutduqlarına görə suri (surəti, görünüşü), cəbbaranə (məcburi, diktator) hakimiyyətinə, üluhiyyət adını vermiş şeytani axmaqdır və bir insanı dessastır (hiyləgər, yalançı insandır). Lakin şəxsi mənəvi olan dinsizlik cərəyanı əzmi (böyük dinsizlik cərəyanı), çox cəsimdir (böyükdür). Rəvayətlərdə dəccala aid tavsifatı müdhişə (dəhşətverici səciyyələndirmələr) ona işarə edər. (Məktubat, səh. 270)

 

Dəccalın şəxsi, hər hansı insan kimidir. Dəccal, özünü böyüdən (özündən razı, təkəbbürlü), özünə ilahlıq məqamı verdiyinə görə (Allahı tənzih edirik), hiyləgər görünüşlü, Bədiüzzamanın təsviri ilə axmaq şeytandır. Təhlükəli olan və əsl əzilməli olan onun gətirdiyi azğınlaşdırıcı fikir sistemidir. Bu fikir sistemi yəni darvinizm ilə dəccal sistemi olan masonluq, insanlığı dinsizliyə sövq edir, kütlələrə azğın fikirləri yayır və şeytani üsullarla şeytani məqsədinə çatır. Bu yolla, məktəblər, darvinizmin yerləşdiyi (məskunlaşdığı) mərkəzlər halına gətirilmişdir.

Darvinizm təlqini ilə dəccal, məktəblərdə anarxist, kommunist, ateist, darvinist, marksist, leninist, faşist, satanist gənclərin yetişməyinə səbəb olmuşdur. Bunun nəticəsində də Allah inancından uzaqlaşan, mənəvi dəyərlərə əhəmiyyət verməyən, gününü (boş yerə) keçirtmək istəyən, degenerasiya və məqsədsiz gənclər əmələ gəlmişdir. Dünyada zülm artmış, insanlar bir-birlərinə qarşı təcavüzkarlaşmış, qırğınlar çoxalmış, dünya böyük qarışıqlığa uğramışdır. Məhz bunlar, dəccal sistemi olan masonluğun ortaya atdığı fikir sistemi olan, darvinizmin əmələ gətirdiyi nəticələrdir. Ortadan qaldırılmalı, məhv edilməli olan, dünyanı hakimiyyəti altına alan, bu hiyləgər fikir sistemidir.

 

  1. Əlaməti Qiyamətdən (qiyamət əlaməti) olan Dəccal haqqında hədisi şərifdə: “Birinci günü bir il, ikinci günü bir ay, üçüncü günü bir həftə, dördüncü günü eyyamı sairə (digər günlər) kimidir. Çıxdığı vaxt dünya eşidər. Qırx gündə dünyanı gəzər.”-deyə rəvayət edilir. Allahualəm (doğrusunu Allah bilir), bu rəvayətlərin möcüzəvi xəbəri və hamısının səhih olmaq şərti ilə şərhləri belədir:
  2. “Dəccal dövründə vasitə-i xəbərləşmə (xəbərləşmə vasitələri) və səyahət o dərəcə tərəqqi edəcək ki, (inkişaf edəcək ki), bir hadisə bir gündə bütün dünyada eşidiləcək. Radiolarda bağırar, şərqdə, qərbdə eşidilər və ümumi ceridələrində (bütün qəzetlərdə) oxunacaqdır. Bir adam qırx gündə dünyanı gəzəcək, yeddi qitəsini və yetmiş hökuməti görəcək və gəzəcək”-deyərək, zühurundan on əsr əvvəl teleqraf, telefon, radio, dəmiryolu, təyyarə haqqında möcüzəvi xəbər verir. Həm dəccal, dəccallıq heysiyyətini deyil, daha çox müstebit (diktator) kral surəti ilə eşidilər və gəzməsi də hər yeri zəbt etmək üçün deyil, bəlkə fitnəni oyandırmaq və insanları (düz) yoldan çıxartmaq üçündür. (Şüalar, səh. 496)

 

Dəccal sistemi olan masonluq, darvinizmi, öz əlində olan dünyaya hakim olan bir qisim mətbuatın təbliğatları ilə bütün insanlığa yaymışdır. Darvinizm, hamısının yalan olmağına baxmayaraq, mason mətbuatın istiqamətləndirmələri ilə, bütün dünyaya bir anda tanıdılmış, hətta, haradasa bütün dünya tərəfindən qəbul ediləcək hala gətirilmişdir. Tarixin ən böyük kütlə aldanışı, mason üsullarla, bir anda məktəblərə, çox sayda hərbi hissələrə, bütün dünyaya hakim edilmişdir. Belə ki, bu azğın düşüncə, sanki etiraz edilməz, əleyhinə çıxılmaz vəziyyətə gətirilmiş, dövlətlərin qanunları ilə qorunan hala gəlmişdir.

Çünki dəccal, fitnəsini ən təsirli və insanların rahat başa düşəcəyi bir üsulla, yəni mətbuat, nəşriyyat yolu ilə yaymış, hər yerə çatmış, fikirlə bütün dünyanı zəbt etmiş, fitnəsini insanlara hiss etdirmədən hiyləgərcəsinə hakim etmişdir. Bu fitnəni dünyanın hər tərəfinə yaymış, ardından bunun qorunmasını da təmin etmişdir. Dəccal sisteminin başındakı mason təşkilatları, bu böyük kütlə aldanışının dünya hakimiyyətinin davam etməsi üçün əllərindən gələn hər cür özbaşınalığı və zorakılığı edirlər. Lakin, əlbəttə dəccalın fitnəsi, yaşadığımız Axırzamanda hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s.)-ın zühuru ilə ortadan qaldırılacaq.

 

  1. Beşinci məsələ belə rəvayət edilir: “Axırzamanda dəccal kimi bir qisim şəxslər, üluhiyyət (ilahlıq) iddia edəcəklər və özlərinə səcdə etdirəcəklər.”

 

Allahualəm, bunun bir şərhi belədir: “Padşahı inkar edən bir bədəvi komandir, özündə və başqa komandirlərdə, hakimiyyətləri müqayisə edib kiçik padşahlıq təsəvvür edər. Eyni ilə tabiiyyun və maddiyyun (materializm, darvinizm) məzhəbinin başına keçən o eşhas (şəxslər), qüvvətləri nisbətində (güclərinə görə) özlərində bir cür ağalıq təxəyyül edərlər (xəyal edərlər) və raiyetini (hörmətini) öz gücünə görə, özünə və heykəllərinə ubudiyetkarane (qulluq edərək) serfüru etdirərlər (baş əydirərlər), başlarını rükuya gətirərlər deməkdir. (Şüalar, səh. 584)”

 

  1. Dəccal-misal haşiyə dehai aver (tək gözlü dəccal), bir dar ilə bir həyatı anlar, maddəpərəst və dünyapərvər olar. İnsanı canavar edər.

“Bəli, kar dahilik təbiətə tapınar. Kor qücə fərmanbər (itaət edər). Lakin Xuda (Allah) şüurlu sənəti tanıyar, hikmətli qüdrətə baxar. Dahilik (dəccal), zəminə küfran (yerə nankorluq) pərdəsi çəkər. Xuda (Allah), təşəkkür nurunu səpər. (Sözlər, səh. 654)”

 

Dəccal sistemini yayan masonlar, silah kimi istifadə etdikləri darvinizmi, bütün dünyaya yayaraq azğın bir din halına gətirmişlər. Dəccal bu yolla, özünü sanki ilahlaşdırmışdır (Allahı tənzih edirik) və darvinizmi istifadə edərək bütün dünyada insanların beyinlərinə hökm edərək (təsir edərək) böyük bir kütləni, sanki canavara çevirir. Dindarlara belə təsir edir, xristianları, musəviləri və müsəlmanları bir-birinə müxalif salmağa çalışaraq, onlar arasında ayrılıq və nifaq çıxartmaq üçün məşğul olurlar. Bu üsulla dəccal, bir qisim insanları öz tərəfinə çəkmişdir. Beləcə dindarların, bir yerə yığılmasına (birləşməsinə) güclənməsinə və dəccalın başlatdığı zülmü ortadan qaldırmasına mane olmağı hədəf etmişlər. Dəccal, bu yalanı ilə, bəzi iman edənlərin bir-birlərinə qarşı süni mübarizə aparmağına, eyni zamanda özünün də hakimiyyətini davam etdirib gücləndirməsini məqsəd qoymuşlar.

Dəccal sistemi olan masonluq, Bədiüzzamanın da işarə etdiyi kimi, elmi yolları hiyləgərcəsinə istifadə edərək məktəbləri və əraziləri ələ keçirtməklə işə başlayacaq. Necə ki, artıq bunu reallaşdırmışdır. Dəccal, məktəblərin ardından, dünya üzərindəki hərbi hissələrə də daxil olmuş, hiyləgərliklə, aldatma üsulu ilə insanları fəlakətə sövq etmişdir. Buralarda dəccalın oyunundan (hiyləsindən) təsirlənən insanlar, dünyaya zülm gətirən dəccalın əsgərlərinə çevrilmişlər. Dəccal, bu adamları istifadə edərək, bəhs edilən hərbi hissələrdə qan tökücü, zalım və mərhəmətsiz sistem inkişaf etdirmişdir. Hitler, Mussolini, Stalin, Mao və bunun kimi darvinist diktatorlar, bu azğın dəccal sisteminin, yəni masonların əsgərləri idi.

Onların dövründə qan tökmək, günahsız insanları öldürmək, hər kəs tərəfindən normal qarşılanmışdır. İndiki vaxtda da dəccaliyyətin fitnəsi səbəbi ilə, İraqda məscidlər bombalanmış, müsəlmanlar ibadətlərini edərkən qətl edilir. Fələstində balaca uşaqlar başlarından hədəf alınaraq güllə ilə öldürülür. İnsanlar evlərinin qapılarını açdıqları vaxt sifətlərinə atəş açılır. Şərqi-Türkistanda yüzlərlə insan müdafiə olunmalarına icazə verilmədən, beynəlxalq qanunlara zidd şəkildə edam edilir, minlərlə insan bir gecədə itkin düşür. Dünyanın bir çox ölkəsində, qapını açan adam, danışmağına belə imkan vermədən alnına güllə sıxılaraq öldürülür. Əfqanıstanda doğum evləri, xəstəxanalar tez-tez bombardmana məruz qalır.

Hal-hazırda yaxşı insanlardan ibarət olan Çin Ordusu, Rus Ordusu kimi bir çox ordu, normal şərtlər altında zülmə razı olmadıqları halda, dəccaliyyətin intensiv təlqinləri və təhsili nəticəsində, əmr zənciri daxilində (əmrə tabe olaraq) din əxlaqına qarşı, qan tökücü hala gəlmişlər. Bir çox ordu bu zalım sistemin bir hissəsi olmuşdur. Zalımlığın bu dərəcədə məşhur olması isə, darvinist təlqinlərlə sanki normal göstərilib, rahatlıqla tətbiq oluna bilən hala gəlməsi ilə olmuşdur. Çünki, bu zülmü edənlərin hamısı darvinist təhsili almışdır. Darvinist təlqinin təsiri ilə bu insanlar, yuxarı səviyyəli (dərəcəli) masonların əmrlərinə tabe olan, darvinist və qan tökən bir canavara çevrilmişlər.

Əslində belə fikirləşmirlər, amma dəccal sistemi olan masonların təsiri ilə, bu cür qantökən sistemin bir hissəsi olmuşlar. Onları istiqamətləndirənlər, dünyaya darvinizmi yayanlar, dəccalın ordusu olan masonlardır. Kütlə psixologiyasını istifadə edən dəccal, zülmünü, masonları istifadə edərək çox rahatlıqla yerinə yetirirlər. Dünyanın bir çox yerində əsgərlər, bu mason liderlərin təsiri ilə zülmü, təzyiqi, qan tökməyi öyrənmiş, mərhəmətsiz və zalım hala gətirilmişlər.

Bu fitnədən ancaq qəhrəman ordumuz və dünyadakı çox az sayda ordu xilas olmuşdur. İmanlı ordumuz bu bəlanın içinə girməmişdir, güclü imanı vəsiləsi ilə dəccalın fitnəsinə aldanmamışdır. Yaxşı insanlar olmalarına baxmayaraq, masonların istiqamətləndirməsi ilə mərhəmətsiz məhvediciyə çevrilən bu insanlar, onların dünyaya yaydığı dəccal fitnəsi olan darvinizmin nə qədər böyük təhlükə olduğunun sübutudur. Ustadın ifadə etdiyi kimi tabiiyyun və maddiyyun (materializm, darvinizm) məzhəbinin başına keçən masonluq, dünyada ən böyük fitnəni başlatmışdır və günahsız insanları buna sövq etmişdir. Allahın icazəsi ilə hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s.) dövrü, dünyanın bu fitnədən təmizləndiyi, bütün iman sahiblərinin əmin-amanlıq içində və birlikdə ibadət etdikləri barış və rahatlıq dövrü olacaq.

 

  1. Yeddinci məsələ: Rəvayətə görə: “Süfyan böyük alim olacaq, elmlə azğınlaşacaq və çox alimlər ona tabe olacaqlar.” Vəl-elmi indaAllah (elm Allah qatındadır), bunun bir şərhi belədir: “Başqa padşahlar kimi ya güc, qüdrət, qəbilə, tayfa, cəsarət və ya sərvət kimi səltənət vasitəsi olmadığı halda, zəkavəti ilə (zəkası, arifliyi) və fənni (elmi) ilə və siyasi elmi ilə o mövqeyi qazanar və ağlı ilə çox alimlərin ağıllarını təshir edər (əmri altına alar), ətrafında fitvaçılar yetişdirər. Çox müəllimləri özünə tərəfdar edər və din dərslərindən təcərrüt edən (mücərrəd olan) maarifi (təhsili) rəhbər edib tamiminə (yayılmasına) şiddətlə çalışar.” (Şüalar, səh. 461)

 

Dəccalın hiyləgər fitnəsi vardır. Dəccaliyət, yəni masonluq, darvinizmi bütün dünyaya məqbul göstərmişdir, bu fitnə ilə bütün dünyanı əhatə etmişdir və insanların böyük əksəriyyəti bir anda, şüurunda olmadan dəccal sisteminin bir hissəsinə çevrilmişdir. Masonlar, xüsusi ilə dünya üzərində məktəblərdə öz hiyləgər üsulları ilə bəzi təlimçiləri, professorları darvinizm tərəfdarına çevirmişlər. Hal-hazırda dünyada bir çox təlimçi, bu böyük fitnəni müdafiə edir və dəstək olur. Dəccaliyətin təsiri ilə təlimçilərin yetişdirdiyi uşaqlar da, eyni darvinist təhsilin parçası olur və eyni fitnəyə düşürlər.

Dəccal, öz saxta elmini istifadə edərək, elm sahibi kimi görünərək alimlərə təsir edir, onları da fitnəyə sövq edir. İnsanların çoxu, darvinist təhsil aldıqlarına görə, dəccalın bu böyük fitnəsini müdafiə etməyə başlamışdır. Darvinizm fitnəsinin ölçülərini bilmədiklərinə görə, dəccal, onları öz əsgərlərinə çevirmişdir. İnsanlar, ancaq dəccalın bu böyük fitnəsinin ölçülərini başa düşəndə, darvinizm təhlükəsini açıq-aydın görəndə aldadıldıqlarını, şüurunda olmadan dəccala itaət etdiklərini başa düşərlər. Buna görə, darvinizm yalanının bütün sübutları ilə üzə çıxarılması, tarixin ən böyük saxtakar olduğunun çox yaxşı başa düşülməsi olduqca böyük əhəmiyyət daşıyır.

 

  1. “Böyük dəccal, şeytanın iğvası (təlqinləri) və hökmü ilə şəriəti İsəviyənin ehkamını (İsəviliyin hökmlərini) qaldırıb xristianların həyatı içtimaiyyətlərini (ictimai həyatlarını) idarə edən rabitələri (birləşdirən ünsürləri) pozaraq, anarxiyaya və Yəcüc Məcücə zəmin hazır edər… Şəriəti Məhəmmədiyənin (s.ə.v.) (Peyğəmbərimiz (s.ə.v.)-in gətirdiyi Quran əxlaqının zəruriyyətini) əbədi bir qisim ehkamını (hökmlərini) nəfs və şeytanın desisələri ilə (yalanları ilə) qaldırmağa çalışaraq, həyatı bəşəriyənin (insan həyatının) maddi və mənəvi rabitələrini (birləşdirən ünsürlər) pozaraq, itaətsiz (inadçı), sərxoş və səfeh nəfsləri boş buraxaraq hörmət və mərhəmət kimi nurani zəncirləri həll edər, həvəsatı müteaffinə (ehtiraslı nəfsin, nəfsin istədiklərini) bataqlığında bir-birinə hücum etmək üçün cəbri (zorla, məcbur), bir azadlıq və eyni zülm (təzyiq) azadlıq verməklə dəhşətli bir anarxiyaya yol açar. (Şüalar, səh. 592)”

 

Dəccal sistemi olan masonluq, ən böyük fitnələrindən birini, özünü dindar göstərərək və dindarların arasına fitnə salmağa çalışaraq, Allaha səmimi inanan dindar müsəlman, xristian və musəviləri ayırmağa çalışaraq reallaşdırır. Onlara dindar görünüşü ilə yaxınlaşaraq, bir-birlərini dəccal kimi göstərməyi hədəf edərək, öz inanclarına fitnə salaraq, bütün dindarları bir-birinə müxalif etmək istəyir. Beləliklə, masonlar, onlara qalib gələ bilən ən böyük gücü təsirsiz hala gətirməyi məqsəd qoymuşdur.

Dünyada səmimi iman edən müsəlman, xristian və musəvilərin bir yerdə qardaşca Allahı ucaltmaları və din əxlaqının yayılması üçün səy göstərərək dəccala qarşı birləşmələri, əlbəttə dəccaliyyəti məğlub edəcək. Məhz buna görə, dəccal sistemi olan masonluq, tərtəmiz müsəlmanları, xristianları və musəviləri bir-birlərinə dəccal kimi göstərərək, müxalif hala gətirir, hətta bir-birlərinə hücum etdirir. Bu böyük fitnəni ortadan qaldıra bilən səmimi iman edənlərdir. İman sahiblərinin, bir-birləri ilə müxalif çıxmaqla deyil, birlikdə Allahı xatırlayıb ucaldaraq güclənəcəkləri və qalib gələcəkləri aydındır. Dəccalın bu böyük fitnəsini dayandıra bilmək üçün, bu təhlükənin bütünlüklə şüuruna varmaq (başa düşmək) və əsl fikri mübarizəni dəccal sistemi olan masonluğun ən böyük silahı olan darvinizmə yönəltmək lazımdır.

 

  1. “İsa əleyhissalam qılıncı və maktul olan (yox edilən) dəccalın, təşkil etdiyi dəhşətli maddəlilik (materializm) və dinsizliyin əzəmətli heykəli və şəxsi mənəvisi məhv edəcək, ancaq dini İsəvinin həqiqətini (xristianlığın əsaslarını) İslamın həqiqətləri ilə mezceən (qarışdıran) İsəvi ruhanilər bu güclə onu dağıdacaq, mənəvi cəhətdən öldürəcək. Hətta “həzrəti İsa əleyhissalam gəlir, həzrəti Mehdiyə namazda iktida edər (itaət edər)” deyə rəvayəti bu ittifaqa və həqiqəti Quraniyənin mutbuiyətinə və hakimiyyətinə (Quran əsaslarının hakimiyyətinə) işarə edər.” (Şüalar, səh. 493)

 

Yaşadığımız Axırzamanda, dəccalın ən böyük fitnəsi olan darvinizm, bütün dünyaya yayılmış vəziyyətdədir. Dünyada özünü göstərən dinsizliyin, zülm və qırğınların, əxlaqsızlığın, müharibələrin, mərhəmətsizliyin, rəhimsizliyin təməl qaynağı budur. Darvinizm fitnəsi, dəccal sistemi olan masonluq tərəfindən, mətbuat yolu ilə yayılmış, təlqin yolu ilə insanların böyük qismi şüurunda belə olmadan beyinlərinə girmiş, onları insani xüsusiyyətlərdən uzaqlaşdırmış, bütün dünyanı hakimiyyəti altına almışdır. Axırzamanın ən böyük fitnəsi, dəccaliyyətin yəni masonluğun ən böyük silahı darvinizmdir.

Allahın icazəsi ilə, hz. İsa (ə.s.)-ın gəlişi çox yaxındır və hədislərdən, böyük İslam alimlərinin izahlarından aydın olduğu kimi, hz. Mehdi (ə.s.) gəlmişdir və elmi mübarizəsini yerinə yetirir. Hz. İsa (ə.s.) və hz. Mehdi (ə.s.), dəccalın bu böyük fitnəsinə qarşı birlikdə mübarizə aparacaq və bu azğın fikir sistemini ortadan qaldıracaqlar. Bu dövr, bütün insanlar üçün əmin-amanlıq, sevgi, sülh, ədalət və bərəkət dövrü olacaq. Dəccal sistemi olan masonluğun, müsəlmanlar, xristianlar və yəhudilər arasına salmaq istədiyi fitnə də, bu dövrdə sona çatacaq, bütün iman edənlər bir yerdə qardaşca ibadətlərini əmin-amanlıq içində yerinə yetirəcəklər. İnsanlar, dəccal fitnəsindən xilas olduqlarının rahatlığını yaşayacaq və dünya, bütün görkəmi ilə “Qızıl dövr”-ü qarşılayacaq. Əmin-amanlığın, xoşbəxtliyin və gözəlliyin hakim olduğu “Qızıl dövr”-ün gəlişi, Allahın icazəsi ilə çox yaxındır.