Mina G. Kırıkkanatın, “Haber Türk” kanalında yayımlanan “Senzurasız” proqramında, Yaradılış həqiqətini müdafiə edən insanların əleyhinə, sırf özü ilə fərqli fikirdə olduqlarına görə, təhqiramiz sözləri cəmiyyətdə böyük reaksiyalara səbəb olmuşdur. Əgər bir gün Mina G. Kırıkkanataya, özünün dediyi ifadələrin bənzərini bir başqası desə, məsələn “solçu ateist militan” desə, əlbəttə bu, onun da xoşuna gəlməyəcək. Gözəl bir üslub var ikən, belə ifadələrə gərək olmadığı aydındır. Əgər Mina G. Kırıkkanatın ifadə etmək istədiyi həqiqi elmi iddiası varsa, bu vəziyyətdə iddiasının dəlillərini ortaya qoyması və proqramı seyr edən insanların qarşılıqlı dəlillərə baxaraq bir nəticə çıxartmasını gözləməsi doğru olar.
Cəmiyyətdə tanınan bir jurnalistin, qarşı düşüncəyə (fikrə) də təmkinli yanaşmalıdır. Qarşısındakı insanlara “bunu soruş, bunu soruşma” deməyi, insanların taxdıqları qalstukların sancağının santimetrlərinə qədər qarışması inanılmazdır. Bu vəziyyət, darvinist diktatorluq məntiqindən qaynaqlanır. İnsanların bir çoxu darvinistlərin diktator məntiqini əvvəllər bu qədər yaxından görmədiklərindən, Kırıkkanatın proqramda göstərdiyi bu rəftarları cəmiyyət tərəfindən təəccüblə qarşılanmışdır. Hörmətli Adnan Oktarın 60-dan çox dilə tərcümə edilmiş 300 kitabı var. Bu kitablar bütün dünyada satılır, nəşr olunur. Dünya səviyyəsində milyonlarla adam, hörmətli Adnan Oktarın əsərlərinin vəsiləsiylə iman etdiklərini, imanlarının gücləndiyini bildirirlər.
Bu əsərlər, dünya səviyyəsində darvinist cəmiyyət tərəfindən də ciddi bir fikri təhdid kimi görülür (qəbul olunur). Avropa Şurası, “Yaradılış Atlası”-nın elmi cəhətdən güclü təsirindən narahat olmuşdur və darvinizmi ciddi rədd etdiyinə görə bu kitabı qadağan etmək istəmişdir. Hörmətli Adnan Oktarın bəhs olunan əsərləridə, həqiqi elmi dəlillər, milyon illik fosillər haqqında bəhs olunur.
Bu kitablarda, dünyada məşhur olan elm adamlarının məşhur işləri haqqında danışılır. Bu səbəbdən bu kitabları tənqid edə bilmək üçün tənqidi edən adamın da elmi, düzgün və ağlı başında iddialarla ortaya çıxması lazımdır. Əgər elmi infrastruktur və elmi sübut yoxdursa, qəzəblə aparılan bu danışıqların heç bir dəyərinin olmadığı bəllidir. Mina G. Kırıkkanatın, proqram əsnasında, proqramın qonaqlarının, məsələn, Cəlal Şengör kimi, bir kəşflə gəlmələrini məsləhət verməsi olduqca maraqlıdır. Cəlal Şengör, bütün digər darvinistlər kimi, təkamül nəzəriyyəsini sübut etmək üçün heç bir sübutu və ya fosil gətirə bilməmişdir. Bir sözlə darvinistlərin və Mina G. Kırıkkanatın da, bu cür proqramlara birbaşa qatıla bilməmələrinin səbəbi də bundan qaynaqlanır. Əvvəllər də, dəfələrlə müzakirəyə dəvət edilən darvinist və ateist Riçard Davkinsin müzakirələrdə iştirakının rədd etməsinin səbəbi, yenə də əlində sübutların olmamasıdır.
Halbuki, o gün proqramına gələn iki elm adamı əllərində həqiqi elmi sübutlarla gəlmişdilər. Milyonlarla illik fosillər gətirmişdilər. Canlıların milyonlarla ildir dəyişmədiyini sübut etmişlər. Bunun kimi 250 milyon fosilin varlığı barədə də məlumat vermişdilər.
Kırıkkanatın haqqında bəhs edilən iddiada olmağı üçün bu xəyali təkamül sübutunun və ya tapıntının nə olduğunu ifadə etməlidir. Virusların mutasiyaya uğramaları və ya qoyunların kiçilməsi, dəfələrlə və çox əhatəli elmi sübutlarla izah etdiyimiz kimi bir təkamül, sübut deyil. Təkamül ara fosillə, yoxdan zülal yaradaraq sübut edilər. Əgər bunlar yoxdursa, canlı varlıqların variasiya xüsusiyyətlərini “təkamül kəşfi” kimi ortaya qoymaq, bir cəhalət göstəricisindən başqa mənanı vermir.
50 milyon illik kəpənək fosili
Kırıkkanatın, proqramdakı bəzi izahlarından ‘Vatikanda baş verən hadisələri səhv başa düşdüyü aydındır. Masonların Papaya təzyiq göstərmələrinin nəticəsində bir təkamül meydanına çevrilən Vatikanda, Dr. Oktar Babuna söz alaraq kürsüdə olan darvinist Duqlas Futuymaya bir dənə də olsun ara fosilin olub olmadığını soruşmuşdur. Bu sual qarşısında darvinist Fransisko Ayala verilən suala cavab verilməyəcəyini demiş, Duqlas Futuma isə kürsüdən qaçmışdır.
Hər kəsin rahatlıqla söz alıb və istətdiyi kimi təkamül təbliğatı apardığından bəhs olunan fəaliyyətdə, yalnız bu suala reaksiya verilmiş, yalnız bu sual cavabsız qalmış və yalnız bu sual qarşısında kürsüdəki təkamülçü elm adamı kürsünü tərk edib qaçmışdır. Darvinistlər qəzəblənmişdir, Dr. Babunanın əlindən mikrofonu alınmış, salondan çölə çıxarılmağa cürət edilmişdir.
Yeganə sual, Vatikanı tam mənası ilə sarsıtmışdır. Vatikanda, Darvinizmə əhəmiyyətli dərs verilmişdir. Darvinistlərin “ara fosil haradadır?” sualına qarşı cavabsız və çarəsiz qaldıqları üzə çıxmışdır. Həmişəki kimi darvinistlər, eyni ilə bu proqramda da gördüyümüz kimi, darvinizmi çökdürən izahı qəzəblə, sərt və despotizmlə (qəddarlıqla) qarşılamışdılar. Çünki təkamül nəzəriyyəsinin elmi sübutu və ya suallara verə biləcəyi elmi bir cavabı yoxdur. Allaha inanan lakin, eyni zamanda təkamülü də qəbul edən yeni axın (cərəyan), dünya səviyyəsində oynanan masonik oyunun bir hissəsidir.
Papa da bəhs olunan masonik təzyiqlərin təsiri ilə bu oyunun bir hissəsi halına gətirilmişdir.
Yoxsa Vatikan da, darvinistlər də çox yaxşı bilirlər ki, təkamül ilə Allah inancının uyğunlaşması mümkün deyil. Allah, Quranda yoxdan yaradılışı xəbər verir, həm də elmi sübutlar da bu həqiqəti göstərir. Əgər Allah bunun təkamül olduğunu xəbər versəydi, şübhəsiz mövcud olan elmi sübutlar da, bu istiqamətdə olardı və o vaxt bunu dünyada ən yaxşı və ən güclü şəkildə müdafiə edən adam da, hörmətli Adnan Oktar olardı. Lakin bu sübutlar olmadığına, bütün dəlillər Allahın üstün yaradılışını göstərdiyinə görə, bəhs olunan iddialarının etibarsız olduğu rahatca başa düşülür.
Vatikanda təkamül məğlub olmuşdur. Davkinsin ifadəsi ilə “təkamül lobbisi”nin ortaya atdığı Allah inancı ilə təkamülü uyğunlaşdırmaq səyləri də böyük bir məğlubiyyətə uğramışdır.
Orada hörmətli Adnan Oktarı təmsil edənlər, təkamülün sübutsuz olduğunu göstərmək üçün, Vatikanda söz almışlar və təkamülün sübutsuz olduğu açıq-aydın göstərilmişdir. Kırıkkanatın iddia etdiyinin əksinə, bütün kainatda, mükəmməl tarazlıq, möhtəşəm intizam, kompleksliklərlə dolu çox heyranlıq oyandırıcı nizam vardır. Kainatdakı hər ulduz, hər planet təsadüflə heç vaxt izah oluna bilinməyən möhtəşəm bir tarazlığa malikdir.
Dünya, üzərində həyatın var olması üçün yaradılmış möcüzəvi planetdir, bu planetin hər bir nöqtəsi möhtəşəm tarazlıq, nisbət və incəliklərlə əhatə olunmuşdur. Bunların ən kiçik zərrəsində olan tək bir atomun içində, daha çox gözqamaşdırıcı bir nizam və sistem mövcuddur. Tək bir atomun içindəki tək bir elektronun hərəkətində belə, insanı heyran edən bir mükəmməllik vardır.
Aləmlərin içindəki aləmlərdə, bu aləmlərin içindəki həyatda, həyatı əmələ gətirən tək bir hüceyrədə, onun tək bir atomunda, hətta tək bir elektronunda da bu cür heyranlıq oyandıran nizam, ehtişam və komplekslik varkən, nizamsızlıqdan və ya təsadüflərdən bəhs etmək mümkün deyil. Kırıkkanat, özünə görə nizamsızlıq kimi təsvir etdiyi, başıboş kimi gördüyü sistemləri əmələ gətirən ən kiçik parçanın, hal-hazırda elmin sərhədlərini aşan bir möhtəşəmlik sərgilədiyinin şüurunda deyil.
Bu gün XI əsrdə, Kırıkkanat kimi nizamsızlıq iddiası ilə ortaya çıxan elm adamları, diqqətə belə alınmamalıdır. Böyük ehtimalla Kırıkkanat, 1980-ci illərin saxta axınlarının (cərəyanların) təsirindən hələ xilas ola bilməmiş kimi görünür. Kırıkkanatın, “heç bir şey başlanğıc deyil, heç bir şey də son deyil” deyərkən əhəmiyyətli bir elmi tapıntını gözardı etdiyi aydındır. Böyük partlayışın varlığı bu gün sübut edilmiş bir həqiqətdir.
Dünyada bütün elm adamları, darvinistlər belə, ittifaqla Böyük partlayışın varlığını qəbul edirlər. Böyük partlayış isə, bütün kainatın və bütün varlıqların sıfır həcmdən, yəni yoxluqdan yarandığını göstərən əhəmiyyətli sübutdur. Maddənin əbədi olduğunu iddia edə bilmək üçün, Böyük partlayışdan əvvəl nə olduğu izah olunmalıdır. “Böyük partlayışdan əvvəl” sıfır həcmdən bəhs etdiyimizə görə, Böyük partlayışdan əvvəl heçlik (yoxluq) vardır. Maddə də yoxdur, təsadüflər də yoxdur. Heçlikdən maddəni yaradan darvinist iddiaları müdafiə edən materialist mənada heç bir güc yoxdur.
Bütün kainat, “Böyük partlayış ilə başlamışdır və bu başlanğıc anı təkbaşına, Uca Allahın güclü və üstün yaratmağının qəti və açıq sübutudur. Bu səbəbdən Böyük partlayışın varlığı, həm təsadüf iddiasını, həm də, kainatın əzəli və əbədi olduğu anlayışını tamamilə ortadan qaldırır. (Kainat Böyük partlayışdan etibarən müəyyən bir sürətlə genişlənir. Bu genişləmə, kainatın bir başlanğıcı olduğu kimi, bir sonunun da olduğunu sübut edir.) Kırıkkanat, elmi yenilikləri bir az qəbul etsə, bu həqiqətləri bizim izah etməyimizə ehtiyac duymadan öyrənmiş olacaq. Kırıkkanatın İspaniyada inkişaf etdirdiyi, iddia etdiyi ateist görüş, əslində İslamın təməlini əmələ gətirən əhəmiyyətli bir həqiqətin vaxt keçdikcə dəyişdirilmiş və təhrif edilmiş halıdır. Bu fikir, Allahın bütün varlıqlarda təcəlli etdiyi həqiqətidir.
Bu həqiqət bu mənanı verir: “Göylərdə və yerdə olanların hamısı Allahındır və Onun təcəllisidir. Yeganə mütləq varlıq Allahdır, Allahın yaratdığı digər varlıqlar isə mütləq deyildirlər. Allahın yaratdığı təsvirləri seyr edən “mən”lər, yəni insanlar, Allahdan bir ruhdurlar. Hər şeyi yaradan Allah olduğuna görə, əlbəttə ki, Allahın yaratdığı bütün varlıqlar, insanlar, bitkilər, Günəş, Dünya və bütün kainatlar, var olan bütün aləmlər ancaq Onun təcəllisi kimi mövcuddurlar. Allahdan ayrı, müstəqil varlıqları yoxdur. Ənəl-Haqqın Ərəbcə mənası ”mən Haqdan ibarətəm, Haqdan qeyri (müstəqil) deyiləm” deməkdir.
Bu “Allahın ruhunu daşıyan varlıqlar” olduğumuz mənasını verir. Allah hər şeyi və bütün varlıqları Uca Varlığı və Uca Nuru ilə əhatə etmişdir. Allah, ayədə ifadə edildiyi kimi bizlərə “Şah damarımızdan daha yaxındır” (Qaf Surəsi, 16). Bu, insanları Allaha yaxınlaşdıracaq, onların Allahı ucaltmalarını təmin edəcək çox əhəmiyyətli həqiqətdir. Bir insanın Allaha, cənnətə və cəhənnəmə inanmadan, hər şeyin başıboş tesadüflərin əsəri olduğunu fikirləşərək rahat yaşaya bilməsi mümkün deyildir.
Gözəl əxlaqın yaşana bilməsi üçün insanın qarşısındakı varlığa dəyər verə bilməsi əsas şərtdir. Lakin, bir insanın Allaha inanmadan, təsadüfən yarandığına inandığı, Darvinizmə görə bir heyvan kimi xarakterizə etdiyi bir başqa insana dəyər verməsini tələb edəcək heç bir şeyi qalmamışdır. İnsan Allaha iman etdikdə isə, Allahı sevər, Allahın əzabından qorxar, Allahı sevdiyi üçün Allahın yaratdıqlarını, yəni Allahın təcəllilərini də çox sevər.
Bu sevgi hiss ediləndə və Allahdan qorxulanda, insanın bir başqasına əxlaqsızlıq edə bilməsi, onu incidə bilməsi, onu dəyərsiz görə bilməsi mümkün deyil. Kinli ola bilməsi, qısqanclıq duyması da mümkün deyil. Çünki hər bir varlığı yaradan Allahdır. Hər varlıq Allahın idarəsindədir. Allahı sevən, Allahın yaratdıqlarını da, əlbəttə ki, sevəcək. Bu, Allaha olan dərin sevgidən və Allah qorxusundan qaynaqlanan təbii əxlaqdır. Bir insan təsadüfən yaradıldığına inandığında isə, hər insanı müstəqil və nəzarətsiz varlıq kimi gördüyü üçün həyatı boyunca təmkinli olacaq, onların etdiklərinə qarşı kin saxlayacaq, onlardan intiqam almağa yönələcək. Gələcək qayğısını həmişə yaşayacaq, həmişə nəyəsə nail olmağa alışdığı lakin heç vaxt nail ola bilmədiyi xəyali hüzur və xoşbəxtlik axtaracaq.
Necə ki, proqram əsnasında Kırıkkanatın sərgilədiyi də, darvinizmin gətirdiyi sıxıntılı və qəzəbli ruh halını açıq-aydın gözlər önünə sərmişdir. Kırıkkanat, “kainat necə yaradıldı?” sualı qarşısında “bu haqda artıq mübahisə etmek olmaz” deyərək söhbətdən qaçmışdır. Halbuki Kırıkkanatın fikrincə bir təsadüf iddiası olduğuna görə, bu vəziyyətdə kainatın başlanğıcını da, eyni təsadüflə izah olunmalıdır. Əlbəttə, izah edə bilməməsi və bu sualdan qaçması gözlənilən bir şeydir. Heç bir şey təsadüflərlə izah edilə bilinmədiyi kimi bu problemin də, ateist və darvinistlərin də bir cavabı ola bilməyəcəyi aydındır. Cavabsız qaldıqlarına görə bu adamlar ümumiyyətlə, “bu mövzu elmdən kənara çıxar” deyərək mövzunu bağlamaq istəyərlər.
Halbuki bu suala, elmdən kənar çıxdığı üçün deyil, darvinistlər tərəfindən heç vaxt izah edilə bilmədiyi üçün cavab verilmir. Çünki bu problemin (sualın) yeganə cavabı, Uca, Ulu Yaradıcı olan Allahın varlığıdır. Elmdən kənar olan təkamülün özüdür. Yalnız Allahın mütləq varlığını inkar etmək məqsədi ilə ortaya atılmış və heç bir sübutla dəstəklənməyən bu xurafat, elmi sübutları olan “Yaradılış həqiqəti” ilə məğlub edilir.
Allah inancını ortadan qaldırmaq məqsədi ilə ortaya atıldığı üçün, darvinizmin mübahisə edildiyi hər yerdə məğlub edilməsi, yaradılışın sübutlarını sərgilənməsi və hər şeyi yaradanın Uca Allah olduğunun göstərilməsi əsas şərtdir. Nəticədə təkamül nəzəriyyəsi, yenilənən bir nəzəriyyə deyil, heç vaxt da təsdiqlənməmişdir, həmişə səhvləri çıxarılır. 150 ildir ki, yalan olduğu üzə çıxarılmasına baxmayaraq bu qədər hərarətlə, hətta hiddətlə müdafiə olunmasının yeganə səbəbi xurafat olmağıdır.
Darvinist diktatorluğu tərəfindən elmlə deyil, təzyiqlə sağlam saxlanılmasının istənilməsinin yeganə səbəbi xurafat olmağıdır. Hal-hazırda yer üzündə möhtəşəm, müxtəlif canlılar vardır. Kırıkkanatın istədiyi kimi, təkamülü tapmaq üçün keçmişə üz tutsaq, təkamülü deyil, yenə eyni mükəmməlliyi taparıq, yenə canlı aləmlər vardır, bunlar yenə tam, qüsursuz və mükəmməldirlər. Uyğun bir nizamla yaşayırlar. Bunu bizə göstərən 250 milyon ədəd fosilin qeydidir. Darvinizm yalanını qorumaq üçün göstərilən bu təkid, yaşanan bu hiddət darvinist diktatorluğunun nə qədər həddini aşmağını göstərir. Darvinistlər illərdir bu üsulla daim gündəmə gəlır və cəmiyyətdə böyük reaksiyalara səbəb olurlar.
XXI əsr, darvinist məğlubiyyətinin üzə çıxdığı, Darvinizm yalanının bütün dünyaya tanıdıldığı əhəmiyyətli başlanğıcdır. İnsanlar, kütlələr halında bu köhnə nəzəriyyəni tərk edirlər və insanlar kütlələr halında Allah inancına yönəlirlər. Xüsusi ilə “Yaradılış atlası”-nı oxuyan, yaradılış həqiqətləri konfranslarında iştirak edən və yaradılışı sübut edən fosillərə əlləri ilə toxunan Türk xalqına artıq təkamül təbliğatı aparmaq boş səydir. Artıq bütün dünyanın fərqinə vardığı həqiqətləri başa düşüb və qəbul etmə vaxtıdır. Darvinizm ölmüşdür. Bütün kainatın və bütün canlıların yoxdan yaradıcısı, yeganə mütləq varlıq olan Uca Allahdır.
O Allah Rəbbinizdir! Ondan başqa heç bir ilah yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, (hər şeydən) xəbərdardır!. (Ənam surəsi, 102-103)