Gözə dəyən foton, gözdən beynə gedən isə elektrik siqnalıdır. Elektrik siqnalı gözdən yola çıxaraq beynin görmə mərkəzi deyilən mərcimək böyüklüyündəki sahəyə çatar. Və mərcimək böyüklüyündəki bu sahədə bir təsvir meydana gələr. Burada yaranan təsviri də izləyən BİR GÖZ VARDIR. MƏHZ ƏSAS MÜKƏMMƏL OLAN “O” GÖZDÜR. O göz, ona gələn elektriki görər. Həm də mükəmməl dərinlik ilə, canlı, hərəkətli üç ölçülü, rəngarəng və qüsursuz olaraq. Halbuki ora qapqaranlıqdır. Elektrik siqnalının irəlilədiyi yer də, beynin görmə mərkəzi də, beynin içi də zülmət qaranlıqdır. Amma oradakı göz, ən yüksək texnologiyayla kəşf edilmiş heç bir televizorun görə bilmədiyi dəqiqlik və mükəmməllikdə, büllur kimi canlı təsvir görər. Və bu gördüyü təsvirləri şərh edərək hiss edər, kədərlənər, sevinər, sevər, bəyənər, analiz edər, xatırlayar, nəticə çıxarar. Görəsən, təkamülçülər bu gözün izahını necə edəcək?
Darvinistlərin bunun izahını edə bilməsi qeyri-mümkündür.
Çünki çöldəki hərəkətli, rəngli və üç ölçülü dünyanı beynimizdə izləyən, bütün bunları görən göz RUHUMUZDUR
Təsvir, səs, qoxu, dad, toxunma duyğusu beyində hiss edilən duyğulardır. Bütün həyatımız, beynimizin içindəki kiçik bir məkanda keçər. Çölü, beynimizdəki televizordan seyr edərik. Çöldən gələn elektrik siqnallarını beynimizdəki qəbul mərkəzində iyləyərik. Çöldən gələn elektrik siqnallarını yenə beynimizdə sərtlik hesab edərik. Çöldən gələn elektrik siqnalları beynimizdəki dinamikdə səsə çevrilər. Bütün bunları beynimizin içindəki bir neçə kub santimetrlik otağımızda yaşayarıq və həyatımız boyunca o otağının xaricinə əsla çıxa bilmərik.
Hər insan, qitələr arası səfər edən səyyah, ilk olaraq aya ayaq basan astronavt, həyatı boyunca kəndindən ayrılmamış cütçü də olsa, beynindəki kiçik otağının xaricində bir yerə tərpənə bilməz. Okeanları, meşələri, səmanı, ayı, günəşi, çiçəkləri, meyvələri bu beynimizdəki kiçik otaqda görər, orada iyləyər və səslərini orada dinlərik. Çöldəki əsillərinə heç bir zaman əldə edəməz. Beynin içində bütün bu hissləri qəbul edən şüur vardır. Bu şüur, Allahın yaratdığı ruhdur. Ətrafına baxan bir insanın gözünə gələn təsvir tərs olaraq beyinə çatdırılar. Beyin bu təsviri düzəldər və nəticədə insan “çöldəki təsvirin eynilə eynisini, eyni dəqiqlikdə” görər. Belə bir sistem, təsadüfən şüursuz atomların birləşməsiylə meydana gələ bilməz.
Görməyi bilməyən atomlar, təsadüflərin təsiriylə şüursuzca birləşərək dünyanın ən mükəmməl kamerasından daha keyfiyyətli təsvir təmin edən, ən inkişaf etmiş üç ölçülü kino və televizordan daha dəqiq və tam rəngli təsviri beyində meydana gətirən görmə sistemini edə bilməz.
Eşidə bilməyən şüursuz atomlar, ən inkişaf etmiş musiqi sistemindən daha mükəmməl olan, daha dəqiq və çox ölçülü, gerçəyindən ayırd edilə bilməyən səsləri beynin içində meydana gətirən eşitmə sistemini, təsadüflər nəticəsi meydana gətirə bilməz.
İyləməyi bilməyən atomlar, ətrin, gülün qoxusunu hiss edən qoxu hiss etmə sistemini təsadüflərin təsiri ilə meydana gətirə bilməz. İstini, soyuğu, sərtlik duyğusunu bilməyən şüursuz atomlar təsadüflər nəticəsi hiss etmə gücünə sahib ola bilməz.
Şüursuz, öz varlığından xəbəri olmayan atomlar, təsadüflərlə, musiqidən zövq alan, müxtəlif yeməklərin ləzzətlərini bilən, xatirələri olan, toxunan, hiss edən, düşünən, plan quran, xatirələrini zehnində canlandıran, bir şeyi xatırlayan, gülməkdən, əylənməkdən, şən mühitlərdən zövq alan, daha sayıla biləcək yüzlərlə xüsusiyyətə sahib olan insanlara və hətta atomun quruluşunu araşdıran elm adamlarına çevrilə bilməz.
Atom
- Hər atomun bir nüvəsi və bu nüvə ətrafında böyük bir sürətlə dönən “elektron”ları vardır.
- Elektronlar nüvənin ətrafından 1.000 ilə 100.000 km. arasında dəyişən sürətlərlə dönərlər.
- Kütlələri bir-birindən fərqli olmayan elektronların necə fərqli enerji səviyyəsinə sahib olduqları və niyə 7 fərqli orbitdə olduqları aydın deyil.
- Bəzən yüzə yaxın elektron eyni orbitdə dönər, bəzən də elektronlar orbitlər arası keçid edərlər. Lakin heç bir şəkildə bir-birləriylə toqquşmazlar.
- Müsbət yüklü olan və dolayısilə bir-birlərini itələmələri lazım olan protonlar xüsusi cazibə qüvvətləri vəsiləsiylə nüvədə sıxışarlar. Mənfi yüklü olan və nüvəyə yapışması lazım olan elektronlar isə mərkəzdən qaçma sürətləri və itələyici qüvvətlər səbəbiylə əsla orbitlərindən ayrılmazlar.
- Dünya üzərində reallaşan heç bir zərbə, vuruşma ya da partlama, nə atomu, nə nüvəsini nə də elektronlarını yerindən oynada bilməz. Atomun meydana gətirdiyi canlı ölsə də o dönməyə davam edər. Eyni sürətlə heç bir dəyişikliyə uğramadan. Ağacı yandırdığınızda yaranan atomları yandırmağı bacara bilməzsiniz. Onlar havada dönməyə davam edərlər.
- Elm adamları bütün kainatda 1078 atom olduğu hesablamaqdadırlar. Bu atomların tək birində belə bir qarışıqlıq yoxdur. Bu, təsadüflərlə əsla açıqlana bilinməyəcək nizamdır. Allah yaratdığı bu nizamı Quran ayələrində belə xəbər vermişdir:
… Allah, hər şey üçün bir ölçü etmişdir. (Talaq Surəsi, 3)
… hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmişdir. (Furqan Surəsi, 2)
… Onun Qatında hər şey bir miqdar (ölçü) ilədir… (Rəd Surəsi, 8-9)