Bu gerçək 14 avqust 2009-cu il tarixdə Senzurasız proqramında təkrar açıqca görülmüşdür. Darvinistlərin dəhşətə qapıldıqları “beynimizdəki dünya” anlayışı budur:
Gözə dəyən foton, gözdən beyinə gedən isə elektrik siqnalıdır. Elektrik siqnalı gözdən yola çıxaraq beynin görmə mərkəzi deyilən mərcimək böyüklüyündəki sahəyə çatar. Və mərcimək böyüklüyündəki bu sahədə bir təsvir yaranar. Burada yaranan təsviri də izləyən BİR GÖZ VARDIR. MƏHZ ƏSAS MÜKƏMMƏL OLAN “O” GÖZDÜR. O göz, özünə gələn elektriki görər. Həm də mükəmməl dərinlik ilə, canlı, hərəkətli, üç ölçülü, rəngarəng və qüsursuz olaraq. Halbuki, ora qapqaranlıqdır. Elektrik siqnalının irəlilədiyi yer də, beynin görmə mərkəzi də, beynin içi də zülmət qaranlıqdır. Amma oradakı göz, ən yüksək texnologiyayla kəşf edilən heç bir televizorun görə bilmədiyi dəqiqlik və mükəmməllikdə, büllur kimi canlı təsvir görər. Və bu gördüyü təsvirləri şərh edərək hiss edər, kədərlənər, sevinər, sevər, bəyənər, analiz edər, xatırlayar, nəticə çıxarar.
Məhz burada bir möcüzə vardır.
Görməyi bilməyən atomlar, təsadüflərin təsiriylə şüursuzca birləşərək dünyanın ən mükəmməl kamerasından daha keyfiyyətli təsvir təmin edən, ən inkişaf etmiş üç ölçülü kino və televiziyasından daha dəqiq və tam rəngli görünüşü beyində meydana gətirən görmə sistemini edə bilməz.
Eşidə bilməyən şüursuz atomlar, ən inkişaf etmiş musiqi sistemindən daha mükəmməl olan, daha dəqiq və çox ölçülü, gerçəyindən ayırd edilə bilməyən səsləri beynin içində yaranan eşitmə sistemini, təsadüflər nəticəsi meydana gətirə bilməz.
İyləməyi bilməyən atomlar, ətrin, gülün qoxusunu hiss edən qoxu hiss etmə sistemini təsadüflərin təsiri ilə meydana gətirə bilməz. İstini, soyuğu, sərtlik duyğusunu bilməyən şüursuz atomlar təsadüflər nəticəsində hiss etmə gücünə sahib ola bilməz.
Şüursuz, öz varlığından xəbəri olmayan atomlar, təsadüflərlə, musiqidən zövq alan, müxtəlif yeməklərin ləzzətlərini bilən, xatirələri olan, toxunan, hiss edən, düşünən, plan quran, xatirələrini zehinində canlandıran, bir şeyi xatırlayan, gülməkdən, əylənməkdən, şən mühitlərdən zövq alan, daha sayıla biləcək yüzlərlə xüsusiyyətə sahib olan insanlara və hətta atomun quruluşunu araşdıran elm adamlarına çevrilə bilməz.
Çöldəki hərəkətli, rəngli və üç ölçülü dünyanı beynimizdə izləyən, bütün bunları görən göz RUHUMUZDUR. Ruh, tamamilə metafizikdir, maddi heç bir anlayışla açıqlana bilməz. Məhz bu səbəblədir ki, ruh, hər şeyin varlığını maddə ilə izah etməyə çalışan materialistlər, ateistlər və darvinistlər üçün çaxnaşma səbəbidir. Uca Allahın insana bəxş etdiyi ruh, darvinizmi və darvinistlərin müdafiə etdiyi hər cür fikir sistemini təməlindən çökdürüb yox edər. Məhz bu səbəblədir ki, bütün darvinistlər, həmin proqramda da görüldüyü kimi, bu mövzuları qarşılıqlı danışmaqdan qaçar, mövzunu bir an əvvəl bağlamağa çalışarlar. Həlli qaçmaqda tapmaları gözlənilən bir şeydir. Çünki beynimizin içində görən gözün mükəmməlliyi və Allahın yaratdığı insan ruhu qarşısında daim məğlub olacaqlar.