1) Ender Helvacıoğlunun yüzlərlə ara fosil vardır iddiası:

Ender Helvacıoğlu ara fosil mövzusu ilə əlaqədar olaraq maraqlı izah vermiş və bu canlıların yarı orqanlara sahib olmayacağını, ara fosil təyin etməsinin bu şəkildə olmadığını iddia etmişdir. Burada ciddi aldatma vardır.

Bir canlı əgər darvinistlərin iddia etdiyi kimi bir növdən digər növə çevrilirsə, məsələn üzgəclərin, iddia etdikləri şəkildə qollara çevrilməsinin ara mərhələləri olması lazımdır. Bunun üçün üzgəc funksiyasız hala gələcək şəkildə formasız görünüşə uğramalı, o vaxt “yeni yaranan bu xəyali canlıda” isə daha əvvəl heç var olmamış bir qol meydana gəlməlidir. Darvinistlərə görə başıboş reallaşan təsadüfi mutasiyalar nəticəsində bu qol, doğru yerdə doğru şəkildə yaranana qədər dəfələrlə dəyişməyə uğramalı, bu mərhələdə ortaya çıxan müvəffəqiyyətsiz canlılar da ölüb fosilləşməlidirlər. Yəni, bir üzgəc darvinistlərin iddia etdikləri şəkildə qola çevrilənə qədər milyonlarla ara mərhələdən keçməlidir.

(Əllərin, barmaqların və dırnaqların da doğru yerdə, doğru ədəddə və doğru şəkildə ortaya çıxması və funksional ola bilməsi üçün də bir o qədər ara mərhələ lazımdır.) Və bu vaxt mərhələlərin hamısında qəribə görünüşlü əcaib canlıların var olması lazımdır. Bu səbəbdən Helvacıoğlunun gətirməsi lazım olan belə fosillərdir. Helvacıoğlu, əlində bu cür fosillər olmadığı üçün, çaxnaşma halında, “ara fosil bu demək deyil” deyib dayanmaqdadır. Darvinistlər iddia etdikləri bu xəyali keçidə dair bir şey gətirə bilmədiklərindən, ümumiyyətlə bu aldatmadan istifadə edərlər. Bu proqramda Helvacıoğlunun reaksiyası da bundan qaynaqlanmaqdadır.

 

Ender Helvacıoğlu xəyali təkamül şəkillərində yarı canlı şəkillərin çəkildiyinin fərqində deyil?

Helvacıoğlu, Senzurasız proqramında, “ara fosil belə deyil, siz sanırsınız ki, üstü quş olacaq altı sürünən” kimi bir iddia etmişdir. Helvacıoğlunun yanıldığı nöqtə, bunu zənn edən Yaradılışçılar deyil, məşhur darvinistlər və dünya tərəfindən tanınmış darvinist jurnallardır. Darvinist nəşrlərdə tez-tez sudan quruya doğru irəliləyən, yarısı balıq yarısı sürünən şəklindəki, arxa tərəfi üzgəc və quyruqdan meydana gələrkən digər tərəfində ayaqlar meydana gəlməyə başlayan canlılar təsvir edilməkdədir. Buradan insanlara, yetərli məlumatı olmayan xalqa, canlıların bu cür mümkün olmayan dəyişmə keçirdikləri təəssüratı verilməyə çalışılmaqdadır.

Canlıların darvinistlərin iddia etdikləri kimi bir növdən digərinə keçid edə bilmələri üçün köhnə növə aid xüsusiyyətlərini mərhələli olaraq tərk etməsi və yeni növə aid xüsusiyyətləri də mərhələli olaraq qazanması lazımdır. Bu səbəbdən darvinist iddialara görə “korlaşan” və “mərhələlərlə yeni yaranan” yarım orqan və strukturların qalıq qeydlərində olmalıdır. Fosil qeydlərində bunları tapa bilmədikləri üçün “ara fosil belə olmaz” deyib tam və mükəmməl canlıların şəkillərini ara fosil deyə xalqımıza təlqin etməyə çalışmaq çox böyük çarəsizlikdən qaynaqlanmaqdadır.

 

Ergi Dəniz Özsoyun canlıların deyil, orqanların ara forma olduğu iddiasına cavab:

Ergi Dəniz Özsoy, ara fosil yoxluğunu ört-bas edə bilmək üçün, mozaika təkamül deyilən yeni və xəyali anlayış ortaya atmışdır. Yarı canlılar deyil, yarı orqanlar olduğunu və bu yarı orqanların ara forma olaraq qiymətləndirildiyini iddia etməkdədir. Özsoyun bu iddiasına görə, quş onsuz da bir şəkildə meydana gəlmişdir. Mükəmməl strukturlarıyla, müdhiş qanad və əzələ sistemi, fövqəladə ağciyər sistemi, digər canlılardan tamamilə fərqli skelet quruluşu və möhtəşəm tükləri ilə onsuz da bir şəkildə vardır. Bütün bu strukturların necə və hansı mərhələlərlə meydana gəldiyi əhəmiyyətli deyil.

Özsoya görə, yalnız geriyə qalan bir neçə orqan guya inkişaf etməkdə olduğu üçün ara forma xüsusiyyəti göstərməkdədir. Özsoyun bütün söylədiklərini doğru qəbul etdiyimizi fərz edək, yaxşı görəsən o mərhələyə qədər quş, quş halına necə gəlmişdir? Mükəmməl quş olana qədər keçirdiyi mərhələlər haradadır? Fosil qeydlərində niyə yoxdurlar? Özsoyun iddiasına görə quş, quş olana qədər hər orqanında fərqli zamanlarda dəyişmələr meydana gəlməlidir. Bu iddiaya görə, tək bir quşun hər bir orqanı üçün milyonlarla ara fosilin var olması lazımdır? BU VAXT FOSİLLƏRDƏN NİYƏ TƏK BİR ƏDƏD BELƏ YOXDUR?

Özsoy, izah etdiyi kompleks məntiq ilə ara fosil yalanını qanuni şəklə soxmağa çalışmaqdadır. Halbuki, özü də çox yaxşı bilməkdədir ki, növdən növə dəyişən, sadədən kompleksə çevrilən orqanizm yoxdur, orqan da yoxdur. Buna dair TƏK BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR. Bunu bütün darvinistlər çox yaxşı bilməkdədir.

Bunu Darvin də çox yaxşı bilməkdədir. “Növlərin Mənşəyi” kitabında bunu açıqca etiraf etmişdir:

 

Əgər həqiqətən növlər o biri növlərdən yavaş inkişaflarla törəmişsə, NİYƏ SAYSIZ ARA-KEÇİD FORMASINA RAST GƏLMİRİK? Niyə bütün təbiət bir QARIŞIQLIQ HALINDA DEYİL DƏ, TAM OLARAQ TƏYİN OLUNMUŞ VƏ YERLİ YERİNDƏ? Saysız ara-keçid forması olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox layında BASDIRILMIŞ OLARAQ TAPA BİLMİRİK?.. Nə üçün hər geoloji quruluş və hər təbəqə BELƏ ƏLAQƏLƏRLƏ DOLU DEYİL? Geologiya yaxşı dərəcələndirilmiş bir müddət ortaya çıxarmamaqdadır və bəlkə də BU MƏNİM NƏZƏRİYYƏMƏ QARŞI İRƏLİ SÜRÜLƏCƏK ƏN BÖYÜK ETİRAZ OLACAQ. (Charles Darvin, The Origin of Species, səh. 172, 280)

 

Günümüz darvinistləri də ara fosil olmadığı gerçəyini, olduqca sıx olaraq dilə gətirmək məcburiyyətində qalmaqdadırlar. Dünya səviyyəsində tanınmış darvinistlərin ara fosilin yoxluğu ilə əlaqədar etirafları bu şəkildədir:

 

Darvinist paleontoloq Niles Eldredge:

“Ayrı növlərə aid qalıqların, fosil qeydlərində olduqları müddət boyunca dəyişiklik göstərmədikləri, Darvinin “növlərin mənşəyi”ni nəşr etməsindən əvvəl belə paleontoloqlar tərəfindən bilinən gerçəkdir. Darvin isə gələcək nəsillərin bu boşluqları dolduracaq yeni fosil tapıntıları əldə edəcəkləri kəhanətini söyləmişdir… Aradan keçən 120 ildən çox müddət boyunca icra edilən bütün paleontoloji araşdırmalar nəticəsində, qalıq qeydlərinin Darvinin bu kəhanətini təsdiqləməyəcəyi açıqca görülər hala gəlmişdir. Bu, qalıq qeydlərinin yetərsizliyindən qaynaqlanan bir problem deyil. Fosil qeydləri açıqca bu kəhanətin səhv olduğunu göstərməkdədir. Növlərin təəccüblü şəkildə sabit olduqları və uzun zaman dilimləri boyunca həmişə statik qaldıqları istiqamətindəki müşahidə, “kral çılpaq” hekayəsindəki bütün xüsusiyyətləri saxlamaqdadır: Hər kəs bunu görmüş, amma görməzlikdən gəlməyi seçmişdir. Darvinin nəzərdə tutduğu cədvəli israrla rədd edən inadçı qalıq qeydi ilə qarşı-qarşıya qalan paleontoloqlar, bu gerçəyə açıqca üz çevirmişlər.” N. Eldredge, and I. Tattersall, The Myths of Human Evolution, Kolumbiya University Press, 1982, səh. 45-46

 

Əli Demirsoy:

Təkamüldə açıqlanması ən çətin olan addımlardan biri də bu primitiv canlılardan, necə olub da orqanelli və kompleks hüceyrələrin meydana gəldiyini elmi olaraq açıqlamaqdır. Əsasında bu iki forma arasında gerçək bir keçid forması da tapıla bilməmişdir. Bir hüceyrəlilər və çox hüceyrəlilər bu kompleks quruluşu tamamilə daşıyarlar, hər hansı bir şəkildə daha sadə quruluşlu orqanelləri olan ya da bunlardan birinin daha primitiv olduğu bir qrupa və ya canlıya rast gəlinməmişdir. Yəni daşınan orqaneller hər halıyla inkişaf etmişdir. Sadə və primitiv formaları yoxdur.” Prof. Dr. Əli Demirsoy, Varislik və Təkamül, Ankara, Meteksan Nəşrləri, səh. 79

 

  1. M. Stanley (John Hopkins Universiteti):

Bilinən qalıq qeydləri pilləli təkamül ilə uyğun deyil və heç bir zaman olmamışdır… Paleontoloqların əksəriyyəti, dəlillərinin Darvinin bir növün dəyişməsinə aparan çox kiçik, yavaş və gedərək yığılan dəyişikliklər üzərinə etdiyi vurğuyla ziddiyyət təşkil edər vəziyyətdə olduğunu hiss etmişdir… Onların hekayələri də ört-bas edilmişdir.

  1. M. Stanley, The New Evolutionary Timetable: Fossils, Genes, and the Origin of Species, Basic Books Inc. Publishers, N. Y., 1981, səh. 71

 

Science jurnalı:

Təkamüllü biologiya və paleontologiya sahələrinin xaricində qalan çox sayda yaxşı təhsilli elm adamı, çox təəssüf ki, fosil qeydlərinin darvinizmə çox uyğun olduğu kimi səhv fikrə qapılmışdır… Darvindən sonrakı illərdə, onun tərəfdarları bu istiqamətdə (qalıqlar sahəsində) kəşflər əldə etməyi ümid etmişlər. Bu kəşflər əldə edilə bilməmiş, amma yenə də optimist gözləyiş davam etmiş və bir qisim xəyal məhsulu fantaziyalar da dərs kitablarına qədər girmişdir. Science, 17 iyul 1981, səh. 289

 

Neville Corc (Paleontoloq, Qlasqov Universiteti)

Fosil qeydlərinin (təkamüllü) zəifliyini ortadan qaldıracaq açıqlama etmək artıq mümkün deyil. Çünki əlimizdəki qalıq qeydləri son dərəcə zəngindir və yeni kəşflərlə yeni növlərin tapılması qeyri-mümkün görünməkdədir… Hər cür kəşfə baxmayaraq qalıq qeydləri hələ (növlər arası) boşluqlardan meydana gəlməyə davam etməkdədir. (T. N. Corc, “Fossils en Evolutionary Perspective”, Science Progress, vol. 48, yanvar 1960, səh. 1)

 

Antropoloq Jefrey H. Şvarç:

“Bir çox paleontoloq qalıq qeydlərində, itkin halqaları tapmaq yerinə, yalnız böyük boşluqlarla və bu günə qədər yazılmış qalıq növləri arasında hər hansı ara forma olmadığı gerçəyiylə üz-üzə gəldi.” (Schwartz, Jeffrey H., Sudden Origins, 1999, səh. 89)

 

Edmund J. Ambros (London Universitetində hüceyrə biologiyası professoru):

“Geoloji araşdırmaların bu gün gəlinən mərhələsində, geoloji qeydlərdə, Yaradılışçıların, Allahın hər bir növü ayrı olaraq yaratdığı düşüncəsinə tərs düşəcək heç bir tapıntı yoxdur…” (Dr. Edmund J. Ambrose, The Nature and Origin of the Biological World, John Wiley & Sons, 1982, səh. 164)

 

  1. B. Kits (Oklahoma Universiteti, elm tarixi professoru)

Təkamül, növlər arası keçid formalarını tələb edir, amma paleontologiya bunu təkamülçülərə verməmişdir. (D. B. Kitts, Paleontology and Evolutionary Theory (1974), səh. 467)

 

Mark Zarneki (Təkamülçü paleontoloq):

Nəzəriyyəni (təkamülü) isbat etmənin önündəki böyük bir maneə, hər vaxt üçün qalıq qeydləri olmuşdur… Bu qeydlər heç bir zaman üçün Darvinin fərz etdiyi ara formaların izlərini ortaya qoymamışdır. Növlər birdən meydana gələrlər və yenə birdən yox olarlar.

 

Karlton E. Bret:

Yer üzündə həyat zaman içində, yavaş-yavaş və addım-addım inkişaf etdi? Fosil qeydlərinin bu suala cavabı; “Xeyr”dir.

 

Dr. Kolin Paterson (Paleontoloq):

Hansı bir növün başqa hansı növ canlıdan gəldiyini göstərən fosil fotoşəkili göstərməmi istəmisiniz – belə bir fosil qeydi mövcud deyil.

 

Con Adler və Con Karey:

Növlər arası formaları nə qədər çox elm adamı axtarsa, o qədər çox xəyal qırıqlığına uğrayır.

 

Mark Ridley (Zoolog, Oxford Universiteti):

Həqiqi təkamülçü heç bir zaman, yaradılışa qarşı təkamül nəzəriyyəsinə dayaq olaraq fosil qeydlərini istifadə etməməkdədir.

 

Hoimar Von Ditfurt:

Geri dönüb baxdığımızda, haradasa iztirabla axtarılan o keçid formalarını heç cür tapa bilməmiş olmamıza təəccüblənməmiz lazım olduğunu anlayırıq. Çünki böyük ehtimalla belə bir ara mərhələ heç var olmadı.

 

Tom Kemp (Oxford Universiteti):

Bir nəsildən digərinə növlərin bir-birinə keçidinin mümkün olduğunu göstərəcək tək bir fosil nümunəsi yoxdur.

 

Prof. N. Heribert Nilson (Lund Universiteti, İsveç, Məşhur təkamülçü botanik):

Təkamülü, 40 ildən çox sürən bir təcrübə ilə sübut etmə təşəbbüslərim sonunda müvəffəqiyyətsizliklə nəticələndi… Fosil materialı indi o qədər tamdır ki, yeni siniflər yaratmaq mümkün olmuşdur və keçid silsilələrinin olmaması, material əskikliyi ilə açıqlana bilməz var. (Fosil qeydlərindəki) boşluqlar gerçəkdir; əsla tamamlanamayacakqlar.