14 avqust 2009-cu ildə nəşr olunan Senzurasız proqramında, virusların mutasiya keçirməsinin, canlıların təkamüllə meydana gələ bilməsinə dəlil olduğu yanılması gündəmə gəlmişdir. Qonaqlardan Ender Helvacıoğlu, donuz qripi və quş qripi kimi xəstəliklərin viruslarının, öz-özünə meydana gəldiyi iddiasına toxunmuşdur.

Viruslar, bilinən canlı hüceyrələrindən fərqli orqanizmlərdir və həyatda qala bilmək üçün mütləq bir canlı hüceyrəsinə ehtiyac duyarlar. Viruslar, orqanelləri olmayan zülal örtüklərindən ibarətdirlər. Viruslarda da DNT və RNA strukturları mövcuddur və bu strukturlarda bəzən mutasiyalar meydana gəlir. Viruslarda meydana gələn mutasiyaların, digər canlı hüceyrələrində meydana gələn mutasiyalardan fərqi, viruslarda meydana gələn mutasiyaların çoxunun viruslara zərər verməməsidir. Çünki viruslar, tək başına funksional xüsusiyyətə sahib deyildirlər, funksiya göstərə bilmələri üçün mütləq bir başqa hüceyrəyə yerləşib onun imkanlarından faydalanmaları lazımdır. Lakin digər orqanizmlər üçün vəziyyət fərqlidir. Məsələn, eyni mutasiyaların meydana gəldiyi bir bakteriya hüceyrəsi dərhal xəstələnəcək və öləcək.

Darvinistlər, viruslarda meydana gələn mutasiyaları, öz nəzəriyyələrinə dəlil göstərməyə çalışmaqdadırlar. Bunun üçün tək dayaq nöqtələri bu mutasiyaların virusa zərər verməməsidir. Halbuki, mutasiyalar nə qədər çox olarsa, viruslar heç bir şəkildə bir başqa canlıya çevrilməməkdədirlər. Meydana gələn mutasiyalar nəticəsində milyonlarla ildir heç bir virusda yavaş-yavaş orqanellər meydana gəlməyə başlamamışdır, virus bir prokaryot hüceyrəyə çevrilməmişdir. Viruslar tarix boyunca içində DNT saxlayan zülal örtükləri olaraq qalmışlar. Çünki MUTASİYALAR DNT QURULUŞUNA YENİ BİR ŞEY ƏLAVƏ EDƏ BİLMƏZ VƏ CANLIYA YENİ XÜSUSİYYƏTLƏR QAZANDIRA BİLMƏZLƏR. Ayrıca viruslarda meydana gələn mutasiyalar, yalnız müəyyən bir genetik ortalamanın ətrafında dönüb gəzən irsi dalğalanmalardan ibarətdir.

 

Viruslarla əlaqədar, proqramda bəhs edilən digər mövzu isə, donuz qripi kimi virus qaynaqlı xəstəliklərin özbaşına meydana gəldiyi yanılmasıdır. Donuz qripinə gətirib çıxaran və insanlara da bulaşa bilən A/H1N1 virusu, quş qripi, insan qripi və donuz qripi viruslarının birləşməsiylə meydana gəlmiş bir virusdur. Bu virusun meydana gələ bilməsi üçün çox əhəmiyyətli şərt vardır. A/H1N1 virusu, ancaq donuzların tənəffüs yollarındakı qəbuledicilərdə meydana gələ bilər. Yəni donuzların tənəffüs yollarındakı xüsusi qəbuledicilər olmadan, təbiətdə bu virus öz-özünə meydana gələ bilməz. Bu səbəbdən Ender Helvacıoğlunun bu mövzuda vermiş olduğu məlumat səhvdir. Ayrıca A/H1N1 virusunun bu qəbuledicilərdə meydana gəlməsi üçün, yuxarıda da saydığımız 3 virusun yəni quş qripi, donuz qripi və insan qripi viruslarının onsuz da mükəmməl şəkildə var olmaları lazımdır. Bu səbəbdən burada heç yoxdan öz-özünə meydana gələn quruluş yoxdur.

Uca Allah hər canlını mükəmməl olaraq yaratmışdır və canlılar, heç bir dəyişməyə uğramadan tarix boyunca ən mükəmməl hallarıyla var olmuşlar. Darvinizmin ən böyük açması, bu gerçəyin açıq-aşkar ortada olmasıdır.