Header

“Meymundan gəlmədik, ortaq atamız var” yalanı hələ də davam edir

Aa4a

Darvinistlər, meymun sözünü eşitdiklərində yeni bir müdafiə etmə mexanizmi inkişaf etdirdilər. Meymun sözünü eşidən kimi “meymun deyil ortaq ata” müdafiəsinə keçirlər. Bu qəzəbli müdafiəni eşidənlərin “deməli darvinizm meymundan gəlmə iddiasını müdafiə etmir” demələrini istəyirlər. Çünki darvinistlər, DARVİNİN BU İDDİASINA GÖRƏ UTANC İÇİNDƏDİRLƏR.

Bu vəziyyət 14 avqust 2009-cu ildə Senzurasız proqramında da eyni şəkildə yer almış və proqrama qatılan darvinistlər eyni bilindik reaksiyanı göstərmişlər.

Halbuki, bu böyük bir yalandır. Meymun, taymun, qorilla, şimpanze, hamısı eyni şeydir. Hamısının mənşəyində darvinistlər insanlara “heyvandan törədiniz” yalanını təlqin etməyə çalışırlar. Bunun başqa bir mənası yoxdur.

Buradan həmin iddianı sahiblənən darvinistlərə səslənirik:

“İnsanın (xəyali) atası meymun deyil, ortaq bir ata idi” deyərək özünüzü hörmətdən salırsınız. Təsvir etdiyiniz şey, nəticədə meymuna bənzəyən qəribə bir varlıq deyilmi? Və bu canlı, sizin iddianıza görə, meymuna bənzəyirmi, bənzəmirmi? Aydın olduğu qədəriylə bənzəyir. Bu vəziyyətdə, buna meymun və ya başqa bir şey deyilməsi nə fərq edəcək? İnsana bənzəyən vəhşi bir heyvan deyilmi nəzərdə tutduğunuz. Əgər için rahatlayacaqsa buna “taymun” deyək. Bunun adı “taymun” olduğunda bu axmaq iddianız xilas olacaqmı?

Demaqoqluğu buraxın! Bu tamamilə primitiv düşüncədir. Meymuna bənzər qəribə məxluqu “ortaq ata” elan edib, “əslində meymundan deyil, ortaq atadan gəldik” deyə ortaya atmaq olduqca hörmətdən salan hərəkətdir. Bəhs etdiyiniz bu xəyali qəribə məxluqu təyin etmək üçün insanlar ona “meymun” deyirlər. Bu canlı qorillaya da bənzər, şimpanzeyə də, primata da. Lakin ümumi tərif olaraq meymun olaraq xarakterizə edilmişdir. Bu sözün bir varlığı təyin etmək üçün istifadə edilən hər hansı bir söz olduğunu anlamazlıqdan gəlib “biz əslində belə demədik” demək olmaz. İnsana çox bənzəyən bir çox meymun olmuşdur. Məsələn, Homo habilis olaraq təyin olunan meymun növü, quruluş olaraq insana olduqca bənzərliklər göstərər. Amma bu canlı, bədəni tüklərlə örtülü, iti dişləriylə oraya-buraya hücum edən, hətta öz növlərinin ətini yeyən tam bir meymun, yəni bir heyvandır. Bəzi yönlərdən insana bənzərliyi bir şey dəyişdirməməkdədir.

İnsan, tamamilə fərqli varlıqdır.

İnsan, ağılı və şüuru olan, təsviri görüb qəbul edən, bunlar üzərinə düşünüb şərh edən, mühakiməyə sahib olan, yəni RUH SAHİBİ VARLIQDIR. Bir canlının “insan” ola bilməsi üçün onun, “mənim” deyən, öz varlığının fərqində olan RUH SAHİBİ varlıq olması lazımdır. Ruh, bir pişiyə belə verilsə, o varlıq pişik görünüşündə insan olar. İnsanı digər canlılardan ayırd edən şey, yalnız, sahib olduğu ruhdur. Bunu anlamazlıqdan gəlməyin!

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313