14 avqust 2009-cu ildə Senzurasız proqramında, Ergi Deniz Özsoyun yanılmalarından biri də, fərqli canlılardakı orqan bənzərlikləri ilə əlaqədardır. Özsoyun “orqanlar fərqli zamanlarda dəyişikliyə məruz qalar. Fərqli orqanlardakı bənzərlikdən yola çıxaraq təkamüllü əlaqə qurarıq” sözləriylə ifadə etdiyi darvinist yanılma, ağla və məntiqə uyğun olmayan düşüncə sistemi nümunəsidir.
Əvvəlcə, orqanlar yaradıldıqları sistemin içində ancaq əskiksiz və qüsursuz işlədiklərində faydalı ola bilərlər. Əskik, səhv və xəstə orqanlar, içində olduqları sistemdə problem yaradar, hətta canlının ölümünə gətirib çıxaran zərərlərə səbəb olarlar. Bu səbəblə, bir orqanın heç yoxdan yavaş-yavaş inkişafı əsla ola bilməz. Çünki canlı orqanizmlər çox kompleksdirlər və sistemlərindəki hər parçanın ayrı-ayrı mükəmməl işləməsi əsas şərtdir.
- Deniz Özsoyun, orqanlardakı bənzərlikdən yola çıxaraq təkamüllü əlaqə qurulması mövzusundakı iddiası isə, heç bir konkret məntiqə əsaslanmaz. Təkamülçülər fərqli canlılardakı bənzər görünüşlü (homoloq) orqanları qarşıya qoyaraq, bu canlıların ortaq atadan gəldiklərini müdafiə edərlər. Fərqli canlı növləri arasındakı quruluşca bənzərliklər biologiyada “homoloji” olaraq adlandırılar. Lakin TƏKAMÜLÇÜLƏRİN HOMOLOJİ İLƏ ƏLAQƏDAR İDDİALARININ CİDDİYƏ ALINA BİLMƏSİ ÜÇÜN ƏVVƏLCƏ BƏNZƏR ORQANLARIN, BƏNZƏR DNT ŞİFRƏLƏRİ TƏRƏFİNDƏN KODLAŞDIRILMIŞ OLMASI LAZIMDIR. HALBUKİ BU OXŞAR ORQANLAR, ƏKSƏRİYYƏTLƏ ÇOX FƏRQLİ GENETİK KODLAR TƏRƏFİNDƏN TƏYİN OLUNMAQDADIR, fərqli canlıların DNT-lərindəki bənzər genetik kodlar da, çox fərqli orqanlara qarşılıq gəlməkdədirlər.
Bu iddianın ciddi sayıla bilməsi üçün ayrıca bu bənzər quruluşların embrioloji inkişaf müddətlərinin, yəni yumurtadakı ya da ana qarındakı inkişaf mərhələlərinin də bir-birlərinə paralel olması lazımdır. Halbuki, bənzər orqanlar üçün bu embrioloji müddət hər canlıda bir-birindən fərqlidir.
Bir qurbağanın ön ayaqlarında barmaq vardır, insan əlində də barmaq vardır, demək ki, insanın atası qurbağadır və ya ağcaqanadların da quşlarında qanadları vardır, demək ki bu iki heyvan təkamüllü olaraq əlaqəlidir məntiqi tamamilə məntiqdən kənardır. Bu darvinist məntiq buna bənzər; bir termit yuvası da bir göydələn də olduqları mühitdə yüksək strukturlardır, qatlardan ibarət olar, ventilyasiya sistemləri vardır. Hər ikisində də otaqlar mövcuddur və hər ikisinin də istifadə məqsədi sığınmaq və xarici şərtlərdən qorunmaqdır. Hər ikisində də çox sayda fərd sığına bilər. Demək ki, termit yuvası ilə bir göydələn təkamüllü olaraq əlaqəlidir.
Mövzuyla əlaqədar olaraq Avstraliyalı biokimya professoru Maykl Denton, homolojinin təkamülçü şərhinin genetik açmazını belə ifadə etməkdədir:
Homolojinin təkamülçü təməli, bəlkə də ən ciddi olaraq, ətrafda bənzər olan strukturların, fərqli növlərdə tamamilə fərqli genlər tərəfindən təyin olunduğu aydın olduğunda çökmüşdür. (1)
Molekulyar səviyyədə, hər canlı sinifi xüsusi, fərqli və digərləriylə əlaqəsizdir. Bu səbəbdən molekullar, eyni fosillər kimi, təkamülçü biologiya tərəfindən uzun zamandır axtarılan nəzəri ara keçidlərin olmadığını göstərmişdir… Molekulyar səviyyədə heç bir orqanizm bir başqasının “atası” deyil, digərindən daha “primitiv” ya da “inkişaf etmiş” də deyil… Əgər bu molekulyar dəlillər bundan bir əsr əvvəl var olsaydı… orqanik təkamül düşüncəsi heç bir zaman qəbul görməyə bilərdi. (2)
Məhz darvinistlərin homoloji yanılması, yəni fərqli canlılardakı bənzər orqanın təkamüllü bir əlaqəyə işarə etdiyi tezisi tamamilə səhvdir. Ayrıca darvinistlərin yalnız orqanlar səviyyəsində deyil, molekulyar səviyyədə qarşıya qoyduqları homoloji iddiası da etibarsızdır. Təkamülçülər, fərqli canlı növlərinin DNT şifrələrinin ya da zülal strukturlarının bənzər olduğundan danışarlar və bunu, bu canlı növlərinin bir-birlərindən təkamülləşdiklərinin dəlili olaraq izah edərlər.
Canlıların təməl həyati funksiyaları bir-biriylə eynidir və insan da canlı bir bədənə sahib olduğuna görə, digər canlılardan fərqli bir DNT quruluşuna sahib olması gözlənilə bilməz. İnsan da digər canlılar kimi zülallarla bəslənərək inkişaf edər, onun da bədənində qan gəzər, hüceyrələrində hər an enerji istehsal olar. Darvinistlər, əgər guya ortaq atadan təkamülləşmə nəzəriyyəsini dəlilləndirmək istəyirlərsə, bir-birinin atası olduğu iddia edilən canlıların molekulyar strukturlarında da bir ata-nəvə əlaqəsi olduğunu göstərmək məcburiyyətindədirlər.
TƏKAMÜLÇÜ TEZİSƏ GÖRƏ CANLILARIN KOMPLEKSLİKLƏRİNDƏ PİLLƏLİ ARTIM YAŞANMIŞ OLMALI, BUNA PARALEL OLARAQ DA GENETİK MƏLUMATLARINI MEYDANA GƏTİRƏN XROMOSOMLARININ SAYININ PİLLƏLİ OLARAQ ARTMASI GÖZLƏNİLMƏLİDİR. LAKİN ƏLDƏ EDİLƏN MƏLUMATLAR BU TEZİSİN TAMAMİLƏ XƏYAL MƏHSULU OLDUĞUNU GÖSTƏRMƏKDƏDİR.
Məsələn, pomidorun 24 xromosomu varkən, çox daha kompleks bir orqanizmə və sistemlərə sahib olan Copepode yengəcin yalnız 6 xromosomu vardır. Ya da, tək hüceyrəli canlı olan Euglenada 45 xromosom varkən, Amerikada yaşayan böyük timsah növü olan Alliqatorda 32 xromosom var. Bununla birlikdə mikroskopik canlı olan Radiolariada 800-dən çox xromosom vardır. Təkamülün məşhur nəzəriyyəcilərindən Rus elm adamı Dobzanski, canlılar və DNT-ləri arasındakı bu nizamsız əlaqənin təkamülün açıqlaya bilmədiyi böyük problem olduğunu belə ifadə edir:
Daha kompleks orqanizmlərin ümumiyyətlə, sadə olanlara görə hüceyrələrində daha çox DNT-ləri vardır. Lakin bu qaydanın diqqət çəkən istisnaları vardır. Amphiuma (amfibiya), Propterus (tək ağciyərli balıq) və hətta sıravi qurbağalar və quru qurbağaları tərəfindən keçilən insan isə, siyahı başı olmaqdan çox uzaqdır. Niyə bu vəziyyət bu qədər uzun zamandır bir bilməcə olaraq qaldı? (Theodosius Dobzhansky, Genetics of the Evolutionary Process, Kolumbiya University Press, New York & London, 1970, səh.17-18.)
Nəticə olaraq, canlılarda bənzər orqanların mövcudluğu, aralarında təkamüllü əlaqə olduğuna işarə etməz. Hər canlı Allah tərəfindən yaradılmışdır.
1) Michael Denton, Evolution: A Theory en Crisis, London, Burnett Books, 1985, səh. 145
2) Michael Denton. Evolution: A Theory en Crisis, London: Burnett Books, 1985, səh.290-291