14 avqust 2009-cu ildə nəşr olunan Senzurasız proqramında təkamülçülər, canlılığın ilk ortaya çıxışı haqqında hər vaxt olduğu kimi ziddiyyətli sözlər deməyə davam etmişlər. Əvvəl həyatın necə ortaya çıxdığı soruşulanda Ender Helvacıoğlu “bu mövzuda təcrübələr edilməkdədir, indi elm canlılığın necə başladığını ortaya çıxarmış deyil. Elmin bilmədiyi şeylər vardır” deyə cavab vermişdir.

 

Bu, elmin bilmədiyi bir şey deyil. Bu, elmin rədd etdiyi bir şeydir. Elm açıqca, canlıların təsadüfən meydana gələ bilməyəcək qədər kompleks olduğunu göstərmişdir. Yəni elm nə qədər irəliləsədə, Helvacıoğlu nə qədər gözləyirsə gözləsin, təsadüfən tək bir zülal yarana bilməyəcək.

 

  • Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
  • Zülal olmadan DNT yarana bilməz
  • DNT olmadan zülal yarana bilməz
  • Zülal olmadan zülal yarana bilməz
  • Tək bir zülalın meydana gəlməsi üçün 60 ayrı zülal lazımdır
  • Bu zülalların biri belə əskik olsa zülal var ola bilməz
  • Ribozom olmadan zülal yarana bilməz
  • RNA olmadan da zülal yarana bilməz
  • ATP olmadan zülal yarana bilməz
  • ATP-ni çıxaracaq mitoxondri olmadan da zülal yarana bilməz.
  • Hüceyrə nüvəsi olmadan zülal yarana bilməz
  • Sitoplazma olmadan da zülal yarana bilməz
  • Hüceyrədəki orqanellərdən biri əskik olsa zülal yarana bilməz
  • Hüceyrədəki bütün orqanellərin var olması və çalışması üçün də zülallar lazımdır
  • Bu orqanellər olmadan da heç bir şəkildə zülal olmaz.

Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan iç-içə bir sistemdir. Biri olmadan digəri ola bilməz. Tək bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.

Qısacası,

BİR ZÜLALIN VAR OLMASI ÜÇÜN HÜCEYRƏNİN BÜTÖVÜ LAZIMDIR. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətcə, TƏK BİR ZÜLAL YARANA BİLMƏZ.

Bütün bu gerçəklərə baxmayaraq təkamül nəzəriyyəsinin çıxmaza girdiyini gizləməyə çalışan E. Deniz Özsoy, proqramda, canlılığın bir su yığınında kimyəvi reaksiyalara girən molekullardan meydana gəlməyə başladığını və guya ilk hüceyrəyə doğru gedən bir zəncir reaksiyalardan meydana gəldiyini iddia etmişdir.

Təkamülçülərin iddia etdiyi ilk hüceyrənin ilk dəfə necə çoxaldığı sualına isə E. Deniz Özsoyun cavabı, bu şəkildə olmuşdur: “Bunun necə çoxaldı deyəcək olsanız, bizim prokaryotik orqanizmlər dediyimiz bakteriya bənzəri orqanizmlərin meydana gəlmə müddətinə qədər gətirməmiz lazım, aradakı müddəti vurğulayacaq fosillərimiz yoxdur, ola bilməz də.”

Təkamülçülər çox dəqiq olaraq, ilk bakteriyanın meydana gəlmə müddətinə dair heç bir dəlilləri olmadığını açıqlamışlar. Çünki ilk bakteriya, bütün xüsusiyyətləri ilə heç bir əskiyi olmadan, bir anda fosil qeydlərində meydana çıxmışdır. Meydana gəlmə mərhələlərinə dair heç bir qeyd yoxdur. Təkamülçülərin qarşıya qoyduğu xəyali meydana gəlmə mərhələləri isə, bir sıra fantaziyalardan irəli getməz.

 

Le Chatelier prinsipini görməzdən gələn darvinistlər

  1. Dəniz Özsoyun dilə gətirdiyi su yığını içində meydana gələn kimyəvi reaksiyalarla canlılığın elementlərin yaranma iddiası, son dərəcə səhv ifadədir. Çünki amin turşuları zülal meydana gətirmək üzrə kimyəvi olaraq birləşərkən aralarında “peptid bağı” deyilən xüsusi bağ qurarlar. Bu bağ qurularkən bir su molekulu ortaya çıxar. Bu vəziyyət, primitiv həyatın dənizlərdə ortaya çıxdığını qarşıya qoyan təkamülçü şərhi qəti olaraq çürütməkdədir. Çünki, kimyada “Le Chatelier prinsipi” olaraq bilinən qaydaya görə, açığa su çıxaran bir reaksiyanın (kondensasiyan reaksiyası su təşkil edən mühitdə nəticələnməsi mümkün deyil.

Digər yandan, iddia edilən həyatın başlanğıcının quruda meydana gəldiyini fərz etmək də qeyri-mümkündür. Çünki ilk atmosferdə meydana gəldikləri qarşıya qoyulan amin turşuları ultrabənövşəyi şüalarından qoruya biləcək yegane mühit dənizlərdir. Bəzi təkamülçülər bu reaksiyanın getdiyi mühitdə ultrabənövşəyini filtrləyəcək bir ozon təbəqəsinin olduğunu irəli sürərlər ki, bu, iddia edilən dövrdə atmosferdə oksigen olduğu mənasını verir. (Bilindiyi kimi ilk atmosferdə oksigenin varlığı, elmi olaraq sübut edilmiş olmasına baxmayaraq, darvinistlər tərəfindən rədd edilməkdədir.) Bu ssenaridə də darvinistlərin iddia etdikləri şəkildə ilk mühitdə bir amin turşusu meydana gəldiyində, oksigen bunu dərhal yandırıb yox edəcək. Yəni darvinistlər canlılığın yaranması ilə əlaqədar hansı ssenarini irəli sürsələr sürsünlər, bunların heç biri tutarlı deyil və gerçəkləri əks etdirməməkdədir.

Ergi Deniz Özsoy, canlılığın meydana gəlməsinə dair bu günə qədər bir çox təkamülçü təcrübə edildiyini ifadə etməkdə və sanki bunlardan bir nəticə alınmış təəssüratı verməyə çalışmaqdadır. Canlı hüceyrəni, hətta tək bir zülalı meydana gətirmək adına laboratoriya şərtlərində bir çox təcrübə edilmiş olduğu doğrudur lakin bu təcrübələrin HAMISI MÜVƏFFƏQİYYƏTSİZLİKLƏ NƏTİCƏLƏNMİŞDİR. Özsoyun ortaya çıxdığını iddia etdiyi proteinoidlər, quruluş olaraq zülala bənzəyən lakin heç bir zülal funksiyasına sahib olmayan, başqa da bir işə yaramayan molekul yığınlarıdır. Bu səbəbdən Özsoy, “təcrübələr var” deyərək, lakin bu təcrübələrin nəticələrindən heç bəhs edə bilməyərək, yalnız demaqoqluq etməkdədir.

 

Miller təcrübəsi darvinistlər baxımından utanc vəsiləsidir

Özsoyun açıqlaya bilmədiyi gerçəyi burada açıqlamaqda fayda vardır: Darvinist kütlələr tərəfindən kimyəvi təkamül mövzusunda davamlı dəlil olaraq qarşıya qoyulmağa çalışılan ən əhəmiyyətli nümunə, TAMAMİLƏ MÜVƏFFƏQİYYƏTSİZLİKLƏ NƏTİCƏLƏNMİŞ Miller-Urey təcrübəsidir.

Stanley Millər, milyardlarla il əvvəlki cansız dünyada zülalların quruluş daşları olan amin turşularının “təsadüfən” meydana gələ biləcəklərini göstərən bir dəlil ortaya qoymağı məqsəd qoymuşdur. Lakin Millerin təcrübəsi, ilk atmosferdə olmayan fərqli qazların istifadə edilməsi, yaranan molekulların yox olmasına maneə törədəcək soyuq tələ (cold trap) kimi şüurlu qurğuların istifadə edilməsi, reaksiyanın reallaşa bilməsi üçün kənardan enerji möhkəmlətməsi edilməsi yoluyla reallaşdırılmışdı.

HALBUKİ İLK DÜNYA ŞƏRTLƏRİNDƏ MİLLERİN İSTİFADƏ ETDİYİ QAZLAR VƏ YENƏ ONUN İSTİFADƏ ETDİYİ ŞÜURLU QURĞULAR YOX İDİ. VƏ BUNLAR OLMADAN HƏR HANSI BİR NÖV AMİN TURŞUSU EDİLƏ BİLMƏZ İDİ, ƏLDƏ EDİLSƏ BELƏ (ki bu qeyri-mümkündür), BU MOLEKULLAR EYNİ MÜHİTDƏ DƏRHAL PARÇALANACAQDILAR. Necə ki, Miller soyuq tələ yerləşdirmədən etdiyi daha əvvəlki təcrübələrdə tək bir amin turşusu belə əldə edə bilməmişdi.

Necə ki, uzun sürən səssizlikdən sonra MİLLERİN ÖZÜ DƏ İSTİFADƏ ETDİYİ ATMOSFER MÜHİTİNİN HƏQİQİ OLMADIĞINI ETİRAF ETDİ. (Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7 ) Yaxşı bəs Miller niyə bu qazlar mövzusunda israr etmişdi? Çünki ammonyak olmadan, bir amin turşusunun sintez edilməsi qeyri-mümkün idi. Oksigenin varlığı vəziyyətində isə, yaranan molekullar anında parçalanacaqdı.

Necə ki, sonrakı illərdə eynilə ilk atmosferdə olan gerçək qazlarla təkrar edilmiş, tək bir amin turşusu əldə edilə bilməmişdir.

Eyni Miller kimi Sidney Foks da canlılığın elementi olan zülalların, amin turşularıdan təsadüfən meydana gəldiyini irəli sürərək, bir təcrübə reallaşdırdı. Millerin ssenarisindən təsirlənən Sidney Foks, bəzi amin turşularını birləşdirərək “proteinoid” adını verdiyi molekulları meydana gətirdi. Ancaq bu işə yaramaz amin turşusu zəncirlərinin canlıları meydana gətirən gerçək zülallarla əlaqəsi yox idi. Əslində Foksun bütün səyləri, canlılığın təsadüfən meydana gəlmək bir tərəfə, laboratoriya mühitində də çıxarıla bilmədiyini sənədləşdirmişdir.

Canlılığın meydana gəlməsi üçün tək bir zülalın meydana gəlməsi də kafi deyil. Çünki bilinən ən kiçik bakteriyalardan biri olan Mycoplasma Hominis H 39 belə 600 növ zülala malikdir. Bu vəziyyətdə, tək bir zülal üçün edilən üstdəki ehtimal hesablarını 600 növ zülal üzərindən etməmiz lazım olacaq. Nəticədə qarşılaşacağımız rəqəmlər isə qeyri-mümkün anlayışının çox kənarındadır.

Bu mövzuda əsas bunun üzərində dayanmaq lazımdır; cansız amin turşularının, zəncir molekulların, zülalların meydana gəlməsi, canlılığın meydana gəlməsi üçün qəti olaraq dəlil meydana gətirə bilməz. Çünki həyat ancaq həyatdan gəlir və həyatın mənşəyi Allahın yaradılışıdır. Bütün canlı varlıqlara Allah həyat vermişdir. Şüursuz atomların şüurlu seçimlə bir araya gəlib, bir varlıq meydana gətirmələri qeyri-mümkündür.

Darvinistlərin izah etdikləri kompleks kimyəvi və bioloji terminlərin heç biri, canlılığın meydana gəlməsini izah etməsi heç nəyi ifadə etməz. Darvinistlər illərlə təkamül nəzəriyyəsini başa düşülməsi güc və kompleks məntiqlərlə ifadə edərək, “bunu tək elm adamları anlaya bilər, onlar da təkamül nəzəriyyəsini qəbul edirlər, ona görə hər kəs qəbul etməli” demaqoqluğunu etmişlər. Darvinistlər bu üsulla, sorğulamağı çətinləşdirərək təkamül nəzəriyyəsinin əsassızlığını mümkün olduğu qədər gizləməyə çalışmaqdadırlar. Lakin bu gün Darvinist elm adamları da canlılığın ilk ortaya çıxışını təkamülün açıqlaya bilmədiyini qəbul etməkdədirlər. Canlılar Uca Allahın möhtəşəm əsərləridir, yoxdan yaradılmışlar.

 

Qaynaq:

1) Hadd, J. R. (1979). Evolution: Reconciling the Controversy. KRONOS Press, Glassboro, New Jersey. <http://www.quodlibet.net/articles/johnson-evolution.shtml>