14 avqust 2009-cu ildə nəşr olunan SENZURASIZ proqramında təkamül propoqandası edən darvinistlər, Çarlz Darvini böyük elm adamı, hörmətli şəxsiyyət olaraq tanıtmaq istəmişlər. Halbuki, tarixi qeydlərdəki gerçəklər, bu iddianın səhvini ortaya qoymaqdadır.

Çarlz Darvin, elm adamı olmaq bir tərəfə, girdiyi bütün məktəblərdən atılmış, heç bir işdə işləyə bilməmiş və etdiyi heç bir işi ciddi qəbul etməmiş bir səyyahdır. Məşhur gəmi gəzintisində də Darvinin etdiyi, gəzdiyi yerlərdən hərdənbir zövq olsun deyə bir neçə böcək toplamaq, sonra bunları heç maraqlanmadan bir kənara atmaqdır. Avtobioqrafiyasından da oxuna biləcəyi kimi, daha sonra bu böcəklərə baxma zəhmətində belə olmamışdır. Bu gəmi səfərinin səbəbi Darvinin elm marağı deyil, macəra pərəstliyidir. Necə ki, bu gəmi səfəri, nərələr atan sərxoş tayfa ilə birlikdə həmişə içən Darvinin bir gəzinti həyəcanıdır yalnız.

Darvin, eyni macəra duyğusuyla, mason olan babası Erasmus Darvindən eşitdiyi bir iddianı ətrafının təsiriylə müdafiə edər hala gəlmiş, iddiasının axmaqlığını və bu səbəblə intihar etmək üzrə olduğunu da tez-tez məktublarında dilə gətirmişdir. Özünü bu iddia ilə ortaya çıxmağa məcbur edən yenə mason olan dostu Tomas Haksleydir. Darvinin buldoqu olaraq tanınan Haksley, üzvlərinin hamısının masonların meydana gətirdiyi Royal Society-nin üzvüdür və təkamül fikrinin yayılmasına təşəbbüskar olanlar da buranın 33-cü dərəcə masonlarıdır.

Darvin, nəzəriyyəsini ortaya atdığı illərdə, içi su dolu şar zənn etdiyi hüceyrənin bir qalaktika sistemi ilə müqayisə ediləcək qədər kompleks olduğunu bilmirdi. Buna görə hüceyrənin təsadüfən meydana gəldiyini iddia etməkdə qorxu görməmişdi. Genetik qanunlarından xəbəri yox idi. Onun dövründə hələ diyircəkli qələm belə icad edilməmişdi.

Darvin 19-cu əsrin cəhalət dövründə, canlıların sonradan əldə etdikləri xüsusiyyətlərin sonrakı nəsillərə keçə biləcəyini zənn edirdi. Bu yanılmadan yola çıxaraq canlıların bir-birinə çevrildiyi yalanını ortaya atmış, buna özünü inandırmağa çalışmış, bu səbəblə də ara fosillərin yoxluğuna həyatı boyunca həmişə təəccüblənmişdi.

Çarlz Darvinin, təsiri altında qaldığı babası Erasmus Darvin, yaşadığı dövrdə ən öndə olan bir neçə naturalistdən biri idi. Naturalizm, kainatın varlığının özünün təbiətdə olduğuna inanan, Allahın yaradılışını qəbul etməyən və şəxsən təbiəti yaradıcı sayan düşüncə axınıdır. Əslində fikri mənşələrini qədim Şumer və Yunan əfsanələrindən alan naturalist fəlsəfəni ən çox müdafiə edənlərin başında isə, masonluq təşkilatı gəlirdi.

 

Qısacası, Çarlz Darvinin qədim bütpərəst mədəniyyətlərdən qalan bir əfsanə olan “təkamül” fikrinə inanmasının təməlində, bir mason və naturalist olan babası Erasmus Darvinin böyük rolu var. Çarlz Darvin, “Təbiət məbədi” kitabının yazıçısı olan babası vasitəsilə, təbiətə tapınmağa söykənən bütpərəst inancları mənimsəmiş və nəzəriyyəsini bu zehniyyət üzərində qurmuşdu.

Necə ki, darvinizmin ana xətləri bu gün də dəyişməmişdir. Darvinistlərin ortaq özəllikləri təbiəti və təsadüfləri ilah etmələri və konkret dəlillərə əsaslanmayan, bütpərəst inanca sahib olmalarıdır.