Bilindiyi kimi, Xristian yaradılış müdafiəçiləri illərdir dünyanın yaşının 6000 il olduğunu iddia edir. Bu iddianı özlərinə böyük dəlil zənn edən darvinistlər isə son dövrdə daha yeni zərbə alırlar. Cənab Adnan Oktarın (Harun Yəhya), əsərlərində dünyanın, indiki məlumatların göstərdiyi şəkildə 4.5 milyard il yaşında olduğunu şərhi və dünyanın da içindəki canlılığın da Uca Allahın əsəri olduğunu dəlillərlə göstərməsi darvinistlər baxımından son dövrdəki ən böyük zərbələrdən biri idi.
Diqqət yetirilsə, son dövrdə dünyada tanınmış darvinist professorların reallaşdırdığı təkamül konfransları həmişə bu dəhşətli məğlubiyyətin üzərinə quruludur. Darvinistlər, illərdir “6000 illik dünya” iddiasını, əllərindəki milyonlarla illik fosillərlə həzm edə bilmələrini həmişə bir zəfər olaraq görmüşlər. Yaradılış müdafiəçilərinin onsuz da başdan bu nöqtədə məğlub olduqlarını iddia etmişlər. Bu iddia, hələ bəzi darvinist nəşrlərdə bu saxtakarlığa ən böyük dəlil olaraq önə sürülür.
Dünyanın yaşının 6000 il olduğu iddiasıyla ortaya çıxan Xristian yaradılışçılar, darvinizmə qarşı əllərindəki dəlillər nə qədər güclü olursa olsun, başdan bu şərh ilə məğlubiyyətə məhkumdurlar. Hətta bu iddiaları, indiyə qədər onların təkamülə qarşı gətirdikləri elmi gerçəklərin də gərəyi kimi qiymətləndirilə bilməməsinə gətirib çıxarmışdır. Çünki “6000 il” şərhləri elmi gerçəklərlə ziddiyyət təşkil edir. Bu səbəblə Avropa və Amerikadakı bəzi Xristian yaradılışçılar daim bu böyük ziddiyyət səbəbiylə müvəffəqiyyətsiz və passiv qalmışlar.
Xristian yaradılışçılar, İncildə keçən bu şərhi təfsir etmədən olduğu şəkli ilə alıb qəbul edirlər. Halbuki, yer üzündəki Yaradılış dəlilləri diqqətə alınaraq qiymətləndirildiyində, 6000 illik dünya şərhinin fərqli mənada istifadə edilmiş olduğu aydın olmaqdadır. 6 gündə yaradılış şərhi, Quranda da yer alır:
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır… (Əraf surəsi, 54)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (Səcdə surəsi, 5)
Ayədə keçən 6 gün şərhi, digər ayədə keçən bir günün min il olduğu şərhi ilə birgə düşünüldüyündə, dünyanın 6000 illik bir ömrü olduğuna dair ifadə ortaya çıxır. Halbuki, burada əsas alınmalı olan ifadələrin düz mənaları deyil, işarə və dərin mənaları olmalıdır. Gerçəkdə Rəbbimizin xəbər verdiyi 6 gündə yaradılış ifadəsi, “dövrləri” ifadə edir. Zamanın nisbiliyi diqqətə alındığında və Böyük Partlayışdan etibarən zamanın axış sürətinə görə hesablama aparıldıqda, ayədə keçən 6 günlük zaman diliminin gerçəkdə, milyardlarla ilə işarə etdiyi gerçəyi ortaya çıxır. Yaradılışın hər gününü, dünya zamanıyla hesabladığımızda isə qarşımıza aşağıdakı vəziyyət çıxır:
Zamanın başladığı andan etibarən baxıldığında, yaradılışın 1-ci günü (1-ci dövrə) 24 saat davam etmişdir. Ancaq bu müddət, bizim zamanı dünyada qəbul etdiyimiz şəkliylə 8 milyard ilə bərabərdir.
- Yaradılışın 2-ci günü (2-ci dövrə) 24 saat davam etmişdir. Ancaq bu, bizim hisslərimizlə bir əvvəlki günün yarısı qədər sürmüşdür. Yəni 4 milyard il.
- 3-cü gün (3-cü dövrə) isə yenə bir əvvəlki gün olan 2-cu günün yarısı qədər davam etmişdir. Yəni 2 milyard il.
- 4-cü gün (4-cü dövrə) 1 milyard il,
- 5-ci gün (5-ci dövrə) 500 milyon il,
- və 6-cı gün (6-cü dövrə) 250 milyon il davam etmişdir.
- Nəticə: yaradılışın 6 günü, yəni 6 dövrəsi, dünya zamanı növündən toplandığı zaman, 15 milyard 750 milyon il edir. Bu rəqəm günümüzdəki təxminlərlə böyük bir paralellik içindədir.
Darvinistlər cənab Adnan Oktarın qarşısına çıxa bilmirlər.
Burada qısaca yekunlaşdırdığımız kimi, Allahın Müqəddəs Kitablarda xəbər verdiyi 6 gündə yaradılış, bu gün elmi olaraq bildiyimiz dünyanın yaşını verir. Bu açıq gerçək işığında, darvinizmə qarşı milyonlarla illik fosillərlə edilən fikri mübarizə darvinistləri şoka salmışdır. Hal-hazirda heç bir darvinist, yaradılışın qəti bir gerçək olduğuna dair elmi dəlilləri bütün dünyaya göstərmiş cənab Adnan Oktarın qarşısına çıxa bilmirlər. Heç bir qarşı şərh edə bilmirlər. Daha əvvəl müdafiə etdiyi məntiqsiz izahları yenidən müdafiə edə bilmirlər.
Cənab Adnan Oktarın dünyada tanınmış darvinistlərə istiqamətli qarşılıqlı müzakirə tələbləri indiyə qədər həmişə cavabsız buraxılmışdır. Çünki darvinistlərin hamısı, cənab Adnan Oktar qarşısında məğlub olacaqlarını çox yaxşı bilirlər. Yenə Adnan Oktar, dəfələrlə tək bir fosil gətirənə mükafat veriləcəyinə dair çağırışını təkrarlamış, lakin buna da darvinist seqmentdən bir qarşılıq gəlməmişdir.
Bunun səbəbi də, gerçək elmi dəlillər gətirən cənab Adnan Oktara qarşı, yəni Uca Rəbbimizin üstün yaratmasına qarşı darvinistlərin artıq məğlub olmuş olduqlarını özlərinin də görmələridir. Yıxılmış, çökmüş və alçalmış bu nəzəriyyəni müdafiə edə bilmək üçün darvinistlərin əllərində artıq tək bir ədəd belə dəlil yoxdur. Darvinistlər, əlbəttə, 21-ci əsrin özləri üçün dəhşətli məğlubiyyət əsri olacağını təxmin etməmişlər, ancaq indi, özləri istəsələr də istəməsələr də yalnız bu böyük çöküşü izləməklə kifayətlənirlər.
Uca Rəbbimiz bir ayəsində belə buyurur:
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır. (Zuxruf surəsi, 82)
Mövzuyla əlaqədar olaraq cənab Adnan Oktarın reportajlarından hissələr
‘
CƏNAB ADNAN OKTARIN KRIM QƏZETLƏRİ REPORTAJI (14 noyabr 2008)
ADNAN OKTAR: (Bu mövzu) Əlbəttə, darvinistlərin, müsəlmanlara qarşı guya istifadə etmək istədikləri, lakin çox yanıldıqları bir mövzudur. Çünki bunu, doğrudur, xristianlar və yəhudilər müdafiə edir, amma Allah Quranda zamanın nisbi olduğunu söyləyir. Yəni, bizim günümüzün Allahın günüylə fərqli olduğunu söyləyir. O zaman biz bunun zaman periodu olduğunu anlayırıq. Yəni, altı zaman periodu. Allah Qatında, yəni artıq bu məsələn, 20 milyard il də ola bilər, 15 milyard il də ola bilər, hər şey ola bilər yəni, vəziyyətə görə.
Yəni, Allah onu bizə buraxmış və bizim araşdırmağımıza buraxmış, lakin Allah mənim Qatımda illər müəyyəndir deyir. Allah amma siz araşdırın, Mənim nəzərdə tutduğum illəri tapın deyir. Lakin Xristianlıq və Yəhudilikdə də dəqiq tarix verirlər 6000 il bildiyimiz klassik 6000 il. Və onlara, darvinistlərə böyük dəlil verdilər. Onlar da dedilər ki, bunların elmlə əlaqəsi yoxdur. İnancla da əlaqələri yoxdur, bunlar çox səhv yoldadırlar dedilər. Amma sonunda qarşılarına bir Harun Yəhya çıxdı. Dedi ki: “Qardaşım, siz bir özünüzə gəlin, ilk növbədə yerin altından 100 milyon ədəd fosil çıxıb, 100 milyon”. Dəyişməmiş. Qurbağa qurbağadır, pişik pişikdir, it itdir, hamısı eynidir. Heç bir dəyişiklik yoxdur. Biz nə dedik, əvvəl bunun bir hesabını verin. 100 milyon ədəd fosil necə dəyişmədi? Əlbəttə, səsləri belə gəlmir. Bir.
Yaxşı, dedik ki, sizin iddianızı gücləndirən və iddianıza hər hansı bir dəlil olacaq tək bir ədəd dəlil verə bilirsinizmi? Hətta mən bunları təşviq etmək üçün dedim ki, əlavə də 10 trilyon pul verəcəyəm dedim. Bir ədəd ara fosil gətirəcəksiniz, yəni Darvinin iddiasını müdafiə edən hər hansı bir fosil. Yenə səs-səmir yoxdur. Çünki bunun alçaq və yalan bir nəzəriyyə olduğunu özləri çox-çox yaxşı bilirlər. Amma dünyada belə aldada bilmədikləri birini görüncə, çaxnaşmaya düşdülər. Yəni, amma on minlərlə adam birdən çaxnaşmaya düşdü. Fransa, Almaniya, Danimarka hamısı ayağa qalxdı. Hop oturub hop qalxırlar. Onsuz da sizə bir az sonra xarici mətbuatın ifadələrini göstərəcəyəm. Yəni, tam bir çaxnaşma və dəhşət havası var. Zənn etdilər ki, meydan boşdur, boş meydanda bol-bol at çaparıq, istədiyimizi edərik.
Bir dəqiqə deyincə, çaxnaşmaya düşdülər… Xristianlığı çox rahat qarşılarına ala bilirdilər. Yəni məsələn, Xristian rahibləri və s. adamları çox rahat əzə bilirdilər. Çünki həqiqətən, onlara qarşı güclü bir fikirlə gələ bilmirlər. Çox zəif bir fikirlə gəlirdilər, 6 gündə dünya yaradıldı desən, onsuz da başdan hadisə bitmiş olur. 6000 il olarmı? 6000 il haradadır yəni, baxırıq, texniki olaraq elmi olaraq baxırıq. Artıq canlılar qranit olublar, yəni 6000 ildə qranit hala gələr mi? Canlılar artıq qaya, daş olublar, aydındır ki milyonlarla illik. Yəni, bunlar 100 milyonlarla illik canlıdırlar. Amma çox şükür, Allaha şükür, gizlədikləri hər şeyi ortaya çıxardıq. Əvvəla, bu fosilləri gizləmələrinin sonuna gəldilər. İstanbulun hər yerində fosil sərgiləri edildi. Türkiyənin hər yerində fosil sərgiləri edildi. O oyun bir dəfə tam bitdi. Amerikada da edildi, başqa yerlərdə də edildi. Bunların yalanlarını pozmaq, belə bir yalançı qrupu darmadağın etmək çox zövqlü bir şeydir. Allahın icazəsiylə bunlar mənim əlimdən xilas ola bilməzlər. Yəni, dünyanın harasına gedərsə getsinlər, arxalarında olacağam.
HÖRMƏTLİ ADNAN OKTARIN KAYSERİ TV, SAMSUN AKS TV VƏ QAZİANTEP OLAY TV-DƏKİ CANLI REPORTAJI (11 noyabr 2009)
ADNAN OKTAR: Musəvilər də, Xristianlar da, Müsəlman qardaşlarımız da bu darvinizmə qarşı təslim olmuş, dayanmışlardı. Onlar onsuz da kainat 6000 il olduğunu deyir. Onsuz da orada hadisə bitir. Çünki qranit hala gəlmiş fosillər var. Haranın 6000 ili, yəni milyonlarla illik olduğu aydındır. Sən 6000 il deyən kimi onsuz da başlanğıcda məğlub olurdular. Bunları belə ləbləbi kimi yeyirdilər, yəni anında əzilirdi. Amerikada yaradılışçılar vardı, amma yəni heç cümlələri oxunmurdu. Darvinistlər onları çox rahat əzirdilər. Çünki 6000 il deyəndə onsuz da mövzu başlanğıcda bitmiş olmurmu? Adam sənin önünə qaya qoyur, qranit qaya qoyur. 6000 ildə elə bir şey olarmı? Əlbəttə, indi biz belə dərindən nəfəs alıb, ondan sonra qarşılarına Battal Qazi kimi çıxınca darmadağın oldular.
Çox çaşdılar. 250 milyon fosili qarşılarına çıxaracağımızı təxmin etmədilər. Dünyada tək bir ədəd ara fosil olmadığı bilinmirdi. Hətta inansınlar deyə, dedim ki: Qardaşım, 10 trilyonu anında masanın üstünə qoyacağam, tək bir ədəd gətirsəniz dedim. Bu çox dəqiq bir metoddur. Mövzu bitdi. Yoxdur, fosil yoxdur, ara fosil yoxdur. Amma mənə desinlər 250 milyon fosili bir-bir sayaram. Baxın, çox dəqiqdir. Zülalın təsadüfən ola bilməyəcəyini çox dəqiq isbat edərəm. Amma onlar bir zülalın təsadüfən meydana gələ biləcəyini əsla və əsla isbat edə bilməzlər. Deyil zülalın, amin turşusunun belə, bir ədəd amin turşusunu belə açıqlaya bilmirlər. Buna görə də mövzu hər mənada bitmişdir. Xristianların indi bizə ehtiyacı var, həm musəvilərin, həm müsəlman qardaşlarımızın.