Dünyada tanınmış darvinist elm adamlarının hamısı, özləriylə aparılan müzakirələrdə cənab Adnan Oktarın (Harun Yəhya) əsərlərindən bəhs etməyə bilmirlər. Öz ağıllarına görə fərq etdirməməyə çalışırlar, lakin bu əsərlərin dünya səviyyəsindəki təsirindən narahat olduqlarını ifadə etmədən dayana bilmirlər.

 

Bu davranışlarının tək səbəbi məğlub olacaqlarını bilmələridir. Darvinistlər, dünya səviyyəsində, xüsusilə, son on ildə reallaşan güclü məğlubiyyətlərinin Harun Yəhya əsərləri vəsiləsiylə olduğunu çox yaxşı bilirlər. Bu əsərlərin qəti elmi dəlillər verdiyinin, rədd edilə bilməz elmi dəlillərə əsaslandığının, əlbəttə ki, onlar da fərqindədirlər. Bu əsərlərdə 150 ildir davam edən darvinist yalanın bütün istiqamətləriylə ifşa edildiyini və bu istiqamətdən də çarəsiz qaldıqlarını anlamış vəziyyətdədirlər. Məhz buna görə cənab Adnan Oktarın bu saxta nəzəriyyəni gerçək mənada darmadağın etdiyini inkar edə bilmirlər.

Hal belə ikən cənab Adnan Oktarın qarşısına çıxdıqlarında da, bir saxtakarlıq üzərinə qurulan karyeralarını ortadan qaldıracaq, iddialarının hamısını yerlə bir edəcək sarsıdıcı məğlubiyyətlə qarşılaşacaqlarından əmindirlər. Məhz bu səbəblə yerli-xarici darvinistlərdən heç biri, cənab Adnan Oktarın qarşısına çıxa bilmirlər.

 

Darvinizmin dəhşətli çöküşü və Ayala və Davkins kimi təkamülçülərin böyük qorxusu

Keçdiyimiz günlərdə Hürriyyət qəzetində ABŞ Milli Elmlər Akademiyasının üzvü darvinist Prof. Francisco Ayala ilə aparılan müzakirədə də, darvinistlərin yaşadığı eyni qorxu və narahatlıq hiss edilirdi. Bu müzakirədə, darvinizmin dəhşətli çöküşünü açıqca görməzlikdən gəlməyə çalışan Ayalanın etdiyi şey, cənab Adnan Oktarın əsərlərinin bu güclü çöküşə istiqamət verdiyi gerçəyini ört bas etməyə çalışmaq idi. Eyni Ayala, xatırlanacağı kimi, Duqlas Futuyma ilə birlikdə, 2009-cu ildə Vatikanda reallaşdırılan və Vatikanın sanki utancı halına gələn təkamül konfransında, cənab Adnan Oktarın nümayəndəsi olaraq qatılan Oktar Babunanın “tək bir ara fosil varmı?” sualına olduqca hirslənmiş, sualı cavabsız buraxmış, cənab Babunanın mikrofonunu çəkib aldırmış və hətta onu salondan çölə çıxarmağa cürət etmişdir. Məhz, gerçək elm qarşısında bir darvinistin sərgiləyə biləcəyi tək davranış budur.

Uzaqdan, elmdən kənar ifadələr darvinistlərə heç bir fayda verməyəcək.

 

Darvinistlər qaçırlar; çünki tək üsullarının demaqoqluq ilə aldatmaq olduğunu və bu yalanı cənab Adnan Oktarın qarşısında edə bilməyəcəklərini çox yaxşı bilirlər. Məğlub olduqlarının fərqindədirlər; lakin cənab Adnan Oktarın qarşısına çıxdıqlarında bunu açıqca görməkdən və qəbul etmək məcburiyyətində qalmaqdan çəkinirlər. Uzaqdan, elmdən kənar ifadələrlə cənab Adnan Oktara qarşı tərəfdar yığacaqlarını, onun ehtişamlı əsərlərinin fövqəladə təsirinin özlərinə görə qarşısını ala biləcəklərini düşünərək ciddi şəkildə yanılırlar. Çünki cənab Adnan Oktarın əsərlərini kim, hər nə məqsədlə araşdırırsa araşdırsın, mütləq bu əsərlərin üstün təsirinə qapılıb doğruluğunu anlayır.

Darvinistlərin artıq bundan sonra edə biləcəkləri bir şey yoxdur. Elm, onların bütün iddialarını yerlə bir etmiş vəziyyətdədir. Artıq bütün yalanları ifşa edilmiş vəziyyətdədir.

Bundan sonra edə biləcəkləri tək şey elmin göstərdiyi gerçəklər işığında, bütün varlıqların yoxdan, ehtişamlı və görkəmli şəkildə yaradılmış olduqlarını qəbul etməkdir. Çünki, Uca Allahın göz qamaşdırıcı yaratma sənəti, atomun dərinliklərindən nəhəng qalaktikalara qədər hər yeri əhatə etmişdir. Uca Rəbbimiz, ayələrində belə buyurur:

 

O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.. (İbrahim Surəsi, 32-34)

 

Məğlubiyyət qarşısında göstərə bildikləri tək davranış bu olduğundan, Ayala da, digər bütün darvinistlər də, darvinizm yönlü nəşrlərdə elmdən tamamilə uzaq, aciz danışıqlar etməkdə, lakin heç cür cənab Adnan Oktarın qarşısına çıxa bilmirlər. Davkinsin vəziyyəti də budur. Davkinsin illərdir etdiyi darvinizm və ateizm yönlü təbliğatlarını tək hücum ilə susduran cənab Adnan Oktar, Davkinsi dəfələrlə qarşılıqlı müzakirəyə dəvət etmiş, hətta bu çağırışı ictimaiyyətin diqqətinə təqdim edərək İngiltərənin məşhur Times qəzetində eyni çağırışı təkrarlayan elan vermişdir. Lakin rahiblərlə, keşişlərlə, hətta orta məktəb uşaqlarıyla müzakirə edən Davkins, cənab Adnan Oktarın dəvətinə heç cür cavab vermir. Verməsi də mümkün görünmür, çünki eynilə Ayala kimi, eynilə bütün digər darvinistlər kimi, o da cənab Adnan Oktar qarşısında çoxdan məğlub olmuş olduğunun çox yaxşı fərqindədir.