Ötən günlərdə darvinist mediada yenə bir təlaş vardı. Darvinistlər, fərziyyələri üçün bir vəsait kəşf etmiş və hamısı bir ağızdan bunu yaymaq üçün hərəkətə keçiblər. 150 illik eyni taktika tətbiq olunurdu. Müəyyən darvinist nəşrlər ağız birliyi içində idi. Məqsəd; var olan bir ayaq izi üzərindən mümkün olduğunca eyni saxta ssenarini müdafiə edə bilmək və illərdir davam edən təkamül yalanını son günlərində yenidən canlandıra bilməkdi. Bu fərziyyə vəsaiti, Polşada olan və 395 milyon il əvvələ aid olduğu düşünülən bir canlıya aid ayaq izləri idi. Darvinistlər, məğlubiyyəti aradan qaldırmaq üçün, bu mükəmməl izlərin, “sudan quruya keçən ilk canlıya” aid olduğunu iddia edirdilər.
Darvinizmin təbliğat üsullarında olmayanı var göstərmək, reallaşmamış olanı xəyali bir tarixi gerçəkmiş kimi təqdim etmək əsasdır. Bu səbəblə darvinistlərin bu fosil haqqında məntiqsiz və dəlilsiz iddialar qarşıya qoymaları bəzi şəxslər tərəfindən adi qarşılanır. Halbuki darvinistlər, bu xəbərlə də, illərdir etdikləri kimi insanları ALDADIRLAR.
Əvvəlcə “sudan quruya keçid” deyə xəyali hadisəni təsdiqləyəcək tək bir ədəd belə ara fosil yoxdur. (Yalnız bu mövzuda deyil, darvinistlərin bütün keçid ssenarilərini təsdiqləyəcək tək bir ədəd belə ara fosil yoxdur.) Darvinistlərin iddialarına görə, milyardlarla olmalı olan ara fosildən bir ədəd belə tapılmazkən, MÜKƏMMƏL AYAQ İZLƏRİNİN bu axmaq iddiaya dəlil olaraq göstərilməyə çalışılması ağla, məntiqə sığmır.
Darvinistlərin xəyali təkamül tarixi ssenariləri bir daha alt-üst oldu
Bu ayaq izləri, günümüzdən 395 milyon il əvvəl mükəmməl bir amfibinin (böyük ehtimalla 2.5 m.-ə qədər uzunluğundakı timsah növünün) yer üzündə yaşamış olduğunun son dərəcə dəqiq dəlilidir. Darvinistlərin qarışıqlıqları, bu izlərin, “ibtidaidən mürəkkəbə doğru” saxta çevrilmə ssenarilərinə uyğun gəlməməsindən qaynaqlanır. Onlara görə 395 milyon il əvvəl belə kompleks və mükəmməl bir quru canlısı var olmamalıdır. Halbuki, fosil qeydləri davamlı olaraq darvinistlərin saxta təkamül sıralamasını yalanlamışdır və hələ də yalanlamağa davam edir. Xatırlanacağı kimi Darvinistlərin, atın it böyüklüyündəki xəyali atalarının yaşadığını iddia etdikləri dövrdə (günümüzdən təxminən 50 milyon il əvvəl), tam və mükəmməl ATLAR yaşamışdır. Yenə darvinistlərin, ətrafda yalnız soxulcan və süngərlərin olması lazım olduğunu iddia etdikləri bir dövrdə, fövqəladə komplekslikdəki GÖZLƏR var olmuşdur. Bu ayaq izləri də, darvinistlərin xəyali təkamül tarixi ssenarilərini alt-üst edir. Darvinistlər, böyük ehtimalla fosili gizlətməyi də bacara bilmədiklərindən, çözümü yalan deməkdə tapmışlar.
45 milyon illik çöl atı kəlləsi
Mükəmməl pətək gözləriylə günümüzdən təxminən 540 milyon il əvvəl yaşamış olan Trilobit
Burada xatırlatmaqda fayda vardır: Bilindiyi kimi, darvinistlərin sudan quruya keçid iddialarına illərdir, heç çəkinmədən qarşıya qoyduqları tək sözdə dəlil, Coelacanth olmuşdur. Darvinistlər, canlının fosili üzərində elə əhatəli fərziyyələr etmişlər ki, insanlar aldadıldıqlarını, ancaq Coelacanthın canlı nümunəsinin tapılması ilə anlamışlar. Mükəmməl dib balığı olan Coelacanth, haqqındakı “ibtidai” iddialarının hamısı bir anda ortadan qaldırmışdır. O tarixdən bu yana 300-dən çox canlısı tutulan Coelacanthın möhtəşəmliyi və kompleksliyi qarşısında darvinistlər artıq bu mövzunu gündəmə də gətirə bilmirlər.
Bu izlər, darvinistlərin Coelacanth məğlubiyyətindən sonra sığındıqları ikinci fosil olan Tiktaalik üzərindəki darvinist iddiaları da tamamilə, ortadan qaldırır. Çünki izlər, darvinistlərin ara fosil olduğunu iddia etdikləri Tiktaalikdən 18 milyon il daha yaşlıdır. Lakin buna baxmayaraq izlər, olduqca mükəmməl düzülüşdədir, fosilləşmiş qüsursuz ayaqlara aiddir. Heç bir təkamülləşmə yoxdur. Mükəmməl bir canlının mükəmməl düzülüşdəki ayaq izləridir. Guya sudan quruya keçməyə çalışdığı iddia edilən, darvinistlərə görə üzgəcləri daha yeni-yeni xəyali ayaqlara çevrilməkdə olan Tiktaalikdən tam 18 milyon il əvvəl mükəmməl ayaqlar mövcuddur. Bu vəziyyət, darvinistlərin əsaslandıqları son saxta dəlili də ortadan qaldırmaqda, həm də sudan quruya keçid kimi bir yalanı, tamamilə, yerlə bir etməkdədir.
Darvinistlər nə qədər hay-küy salırlarsa salsınlar, bu fosil də, eynilə digərləri kimi, saxta təkamülü ictimai şəkildə çürüdür. Quruda olan ilk ayaq izi, mükəmməl ayaq izidir. Üzərində, darvinistlərin iddia etdikləri mutasiyalar nəticəsində təkamülləşmə iddialarının heç birindən əsər əlamət yoxdur. Barmaqlar qüsursuz sıralama içindədir. Canlının ağırlığını tam və mükəmməl daşıya biləcək şəkildə yaradılmışdır. Atılan addımlar, canlının gedişinin, günümüz timsahlarının gediş şəkliylə eyni olduğunu göstərməkdə və bu addımların simmetriyasında heç bir səhv görülmür. Canlı; təsadüfi, başıboş mutasiyalarla meydana gəlmiş əyri-üyrü varlıq deyil, o illərdə, orada möhtəşəm və qüsursuz quruluşu ilə bir anda yaradılmış mükəmməl timsah növüdür.
Bu nöqtə çox əhəmiyyətlidir:
Darvinistlər, onsuz da hər iddialarında tamamilə məğlub vəziyyətdədirlər. Lakin burada xüsusilə dilə gətirilməli olan və ƏSL DARVİNİSTLƏRİ YERLƏ BİR EDƏN xüsus, Darvinistlərin, bu ayaq izlərinə sahib olan canlının ayağının dırnağındakı TƏK BİR ZÜLALI BELƏ AÇIQLAYA BİLMƏMƏLƏRİDİR. Darvinizm, MƏHZ ƏSL BU NÖQTƏDƏ BİTİR. Darvinistlər istədikləri qədər saxta təkamülün saxta mərhələləri, ayaq izləri, xəyali üzgəc ayaqlar, ya da uçmağa çalışan xəyali dinozavrlar haqqında fərziyyə etməkdə davam etsinlər, TƏKAMÜL ONSUZ DA DAHA HƏYATIN BAŞLANĞICI MƏRHƏLƏSİNDƏ ÇÖKÜŞƏ MƏRUZ QALIBLAR. Edilən darvinist izahlar, dünyanın ən tanınmış darvinist jurnallarında nəşr olunan araşdırma yazıları şiddətli bir kütlə yalanının parçasıdır. Darvinistlər bu kimi izahlarla, tək bir zülal tərəfində məğlubiyyətə məruz qalmış olduqlarını sezdirməməyə çalışırlar. Halbuki, darvinizmi əsl çökdürən şey; fosillərdən, paleontologiyadan, mikrobiologiyadan, genetikdən, molekulyar biologiyadan, canlılardakı komplekslikdən əvvəl, yalnız və yalnız TƏK BİR ƏDƏD ZÜLALDIR.
Allahın diləməsiylə bu əsr, gözlə görülməyən tək bir zərrənin içində, Allahın bir sənət əsəri olaraq yaratdığı TƏK BİR ZÜLALIN, darvinizmi, tamamilə, ortadan qaldırdığı, bu böyük yalanı sona çatdırdığı, tamamilə, yerlə bir etdiyi bir əsr olmuşdur. Çarəsiz darvinistlərin bundan sonra heç bir çırpınışları nəticə verməyəcəkdir.
De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə, nə də yerdə zərrə qədərcə olan bir şeyə də sahib deyillər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur. (Səba surəsi, 22)