Darvinist nəşrlər, yenə əlbirliklə son günlərdə olduqca maraqlı görünüşlü bir canlının şəklini nəşr etdilər. Təkamülçülərin uydurduqları xəyali rəsmi aşağıda görülən bu qəribə canlı, bütün dünyaya bir anda “üçüncü növ” olaraq tanıdıldı. Qəzetlər darvinist iddiaları dəstəkləmə məqsədli şok edici başlıqlar atdılar, “bilinməyən bir insanabənzər…, böyük kəşf, nə Neandertal nə Homo sapiens”, “insanlıq tarixini yenidən yazacaq hadisə”. Xəbərin altına da bu rəsmi qoydular:

Yuxarıdakı bu şəkilin və edilən bu şok edici təbliğatın tək qaynağı isə YALNIZ KİÇİK BARMAQ SÜMÜYÜ FOSİLİ idi.

Keçmişdə də darvinistlər tək bir donuz dişindən yola çıxaraq, xəyali Nebraska adamının, həm də ailəsiylə ictimai mühitdə şəkilini çəkməkdə çəkinməmiş və bununla insanın xəyali təkamülünə çox böyük işıq tutduqlarını iddia etmişdilər. Darvinizmin çöküşünün artıq açıqca elan edildiyi 2010-cu ildə darvinistlər, bu dəfə kiçik bir uşağa aid kiçik barmaq fosilindən bir həyat hekayəsi hazırlayacaq, hətta bunu üçüncü növ elan edəcək qədər irəli getmişdilər.

 

Darvinistlərin aciz ssenarilərinə bir nümunə daha…

Darvinistlərin bu hekayəyə üz tutmasına tək səbəb təxminən 40.000 illik bu fosilin Asiyada, Altay dağlarında bir Sibir mağarasında tapılmasıdır. Afrikadan Asiyaya gəlmiş olduğunu iddia etdikləri bu fosil, aşağıda detalları açıqlanan mitokondriyel DNT analizləri nəticəsində başqa bir soydan gəlmiş görünür, lakin bu vəziyyət, darvinistlərin Afrikadan köç iddialarını söykədikləri saxta ssenariyə uyğun gəlmir. Darvinistlər illərdir, mövcud olan fosillərlə həmişə yalanlanan Neandertal və Homo sapiens olaraq adlandırdıqları insan növlərinin Afrikadan Asiyaya köç hekayəsini özlərinə görə bir məntiqə yerləşdirməyə çalışarkən, fərqli bir insan soyunun darvinistlərin qarşılarına çıxması onlar baxımından olduqca şok edicidir. Məhz bu səbəblə darvinistlər bu fosili “üçüncü insan növü” olaraq təyin ediblər.

 

Tək bir barmaq sümüyündən yaradılan bu ssenari, uşaqların da inana bilməyəcəyi acizlikdə bir iddiadır. Lakin bu xəbər, darvinist nəşrlərin hamısında təəccüblü və ciddi olaraq verildiyi, müxtəlif elmi terminlərlə bəzəndiyi üçün burada bu məntiqsiz iddianın etibarsızlığını göstərən gerçək elmi dəlilləri təqdim etmək yerində olacaq.

 

Üçüncü növə dəlil göstərilən ağlasığmaz səbəb: Mitokondriyal DNT analizləri

Darvinistlər bir kiçik barmaq sümüyünü, bu təəccüblü üçüncü növ hekayəsinə dayaq göstərə bilmək üçün yenə elmi yalanlara sığınıblar. Adı çəkilən nəşrlərdə insanları bu mövzuda aldada bilmək məqsədiylə sanki bu iddianın genetik və dolayısilə elmi bir dəlili varmış kimi göstərəcək xüsusi terminlər seçilmişdir.

 

Əvvəlcə bir canlının genetik məlumatını əldə edə bilmək üçün hüceyrəsindəki DNT-nə sahib olmalıyıq. Fosili olan bu canlının isə DNT-si haqqında heç bir məlumatımız yoxdur. DNT-si olmadan bir canlının nəyə bənzədiyi, necə göründüyü, anatomik quruluşunun necə olduğu kimi məlumatları əldə etmək mümkün deyil. Necə ki, bu xəbərin nəşr olunduğu National Geographic internet saytında da, əldə edilən məlumatdan yola çıxılaraq, canlının skelet quruluşu, görünüşü, beyin gücü, əzələ quruluşu, qısaca canlıya aid heç bir xüsusiyyətdən bəhs etmənin mümkün olmadığı açıqca ifadə edilmişdir.(1)

 

Bu fosil ilə əlaqədar edilən qalmaqalın tək qaynağı darvinistlərin, bu canlının mitokondriyal DNT-sini əldə etdikləri istiqamətindəki əsassız iddialarıdır. Mitokondriyal DNT (mtDNA), canlı hüceyrəsindəki mitoxondridə olan və hüceyrə içindəki əsas DNT-dən fərqli, yalnız mitoxondriyə aid olan DNT-dir. Bu səbəbdən mtDNA analizləriylə bir canlının genetik məlumatına və ya fiziki xüsusiyyətlərini öyrənə bilmək mümkün deyil. Darvinistlər, mtDNA analizləriylə canlının atalarını təyin edə biləcəklərini düşünürlər. Darvinistlərin iddiası bu üsulla, canlının fərqli bir soydan gəldiyini, Afrikadan çıxıb 40.000 il əvvəl Asiyaya gedən yeni bir növ olduğunu və mtDNA analizi ilə canlının atalarının daha əhatəli şəkildə təsbit edilə biləcəyi şəklindədir. Halbuki, hekayə də, üsul da xəyalidir.

Belə ki, uzun illər boyunca darvinistlər, hüceyrədə enerji təmin etməklə vəzifəli və öz DNT-sinə sahib bir orqanel olan mitoxondrinin yalnız ana tərəfindən köçürüldüyünü, beləliklə mitokondriyal DNT parçalarındakı dəyişmələrin ana, nənə, ulu nənə və s. sıralamasıyla ən qədim ataya qədər izlənilə biləcəyini qarşıya qoyublar. Bu yolla bir canlının mtDNA analizlərinə baxaraq soyunun tək qoldan doğrudan təqib edilə biləcəyini və beləliklə xəyali ilk insana bənzərin başlanğıc nöqtəsinin harada olduğunun tapıla biləcəyini iddia etdilər.

 

Lakin mtDNA haqqındakı bu darvinist iddialar, ilki 1999, ikincisi 2002-ci ildə edilən elmi işlər nəticəsində tamamilə yalanlanmışdır.

 

Darvinistlərin mtDNA haqqındakı iddialarını yalanlayan elmi dəlillər

1999-cu ildə “Proceedings of the Royal Society” jurnalında nəşr olunan iki ayrı məqalədə mtDNA mövzusundakı darvinist fərziyyələrin etibarsızlığı ortaya qoyulmuşdur. Malayziyanın kiçik bir adasında yaşayan insanların hüceyrələrində atadan köçürülmüş mitoxondrilərə rast gəlinmişdir. Nature jurnalı, darvinist nəşr orqanı olmasına baxmayaraq bu tapıntıların “mitokondriyal DNT fərziyyələrini haqsız çıxardığını” etiraf etmişdir. (2)

 

Bənzər bir xəbər 2002-ci ildə New Scientist jurnalının internet saytında nəşr olunmuş və Danimarkalı bir xəstənin mitoxondrilərini 90% nisbətində atadan aldığının aydın olduğu bildirilmişdir. Bu nəşrdə, bunun, təkamül bioloqlarının fərziyyələrinə vurduğu zərbə ilə əlaqədar olaraq, “Mitokondriyal DNT-nin nadir olaraq da olsa, atadan köçürülməsi, çalışmaların çoxunu etibarsız etməyə kafi olacaq” ifadəsi yer alır. (3)

 

Son olaraq, “Annals of Human Genetics” jurnalında çıxan bir yazıda da bu günə qədər darvinistlərin əldə etdiyi mitokondriyal DNT məlumat banklarının səhv işlənmiş məlumatlara dayandığı bildirilir. (4)

Görüldüyü kimi mtDNA haqqındakı ümumi darvinist inanc, xüsusilə, son on ildə reallaşan araşdırma nəticələri ilə yalanlanmışdır. Lakin darvinistlər, dünyanın ən tanınmış darvinist elm jurnallarında çıxan bu xəbərləri təkidlə yox saymaqda və hələ guya ortaq mənşə iddialarını mtDNA analizlərinə əsaslandırmağa çalışırlar.

 

Tapılan sümük parçası üzərində mtDNA üsuluna dayanan ortaya atılan “üçüncü növ” təlqini, tamamilə aldadıcıdır.

 

 

Fərqli bir soy nəyə görə darvinistləri bu qədər narahat edir?

Bu problemin tək bir cavabı vardır: Darvinistlər tamamilə xəyali bir ssenari daxilində nağıllar uydururlar. Onlara görə müəyyən zaman aralığında xəyali ortaq atadan törəmiş olan xəyali insana bənzərlər var olmuş və nəhayət geriyə bu gün Homo sapiens qalmışdır. İndiyə qədər iddialarının tək birini belə sübut edə bilməmiş olan darvinistlər üçün hekayələrini alt-üst edəcək yeni bir qol, onlar üçün yeni bir açmaz, yeni bir çətinlik deməkdir.

 

Bu yeni görüş ilə əlaqədar əsl gerçəklər isə bunlardır: Tapılan kiçik barmaq fosili, bir insana aiddir. Bu insan günümüzdəki insan ilə eynidir. İndi dünyada necə fərqli insan irqləri (eskimolar, zəncilər anglo-sakslar, qafqazlılar və s.) varsa, o dövrdə də eyni şəkildə fərqli növlər var idi. Bu canlı da o dövrdə yaşayan irqlər arasından birini təmsil edir. Bu fosilin yanında olan bilərzik kimi bəzək əşyaları da, bu canlıların günümüzdən təxminən 40.000 il əvvəl eyni günümüzdəki şəkildə bəzək və estetik anlayışına sahib olduqlarını açıqca göstərir. Fosil ilə əlaqədar araşdırmanı yerinə yetirən Almaniyadakı Max Planck İnstitutu Təkamüllü Antropoloji hissəsindən Johannes Krause, bu tapıntılar ilə əlaqədar BBC News-ə bunu demişdir:

 

Əlimizdə müxtəlif bəzəklər var, bir bilərzik tapdıq, fosilin tapıldığı layda ümumiyyətlə, müasir insan arxeologiyası ilə əlaqələndirilən müxtəlif elementlər vardır. (5)

 

Necə ki, neandertallar da bu insan irqlərindən biridir. Darvinistlər neandertalların guya ibtidai insanlar olduqlarını iddia edərlər. Halbuki onlar, günümüz insan irqlərindən fərqsizdirlər. Haqlarında edilən fərziyyələrin tək dayaq nöqtəsi bu irqin soyunun tükənmiş olmasıdır. Eynilə soyu tükənmiş meymun növlərinin darvinist aldatmacaya davamlı olaraq vəsait olması kimi, bu insan irqi də soyu tükəndiyi üçün davamlı darvinist yalandan nəsibini alır.

 

Bu xəbərlərdə belə fərqli insan növləri iddiasına dəlil olaraq göstərilən, etibarsızlığı dəfələrlə elmi dəlillərlə, həm də darvinist qaynaqlarda açıqlanmış olmasına baxmayaraq, hələ təkidlə fərziyyə vəsaiti olaraq istifadə edilən Flores adamı da gündəmə gətirilmişdir. Flores adamının xəstəlik keçirmiş olan günümüz insan növlərindən birinə aid olduğu bu gün artıq bütün dünya tərəfindən bilinir.

 

Mitoxondrini, DNT-ni, DNT-nin içindəki tək bir zülalı açıqlaya bilməyən darvinistlər və çarəsiz fərziyyələri

Darvinist yalanları ortadan qaldıran bütün bu elmi şərhlərin ardından, tək bir barmaq fosilini alıb hay-küy salan çarəsiz darvinistlər ilə əlaqədar əhəmiyyətli bir gerçəyi xatırlamaqda fayda vardır: Darvinistlər indi hələ də, o qalıqlaşmış sümüyün içindəki mitoxondrinin içində olan DNT-nin TƏK BİR ƏDƏD ZÜLALINI BELƏ AÇIQLAYA BİLMİRLƏR.

 

Tək bir zülal qarşısında bu qədər acizkən, hələ həyatın başlanğıcı ilə əlaqədar ssenarilərini açıqlaya bilməzkən necə hələ insan növləri haqqında fərziyyə edə bilməkdə, tək bir kiçik barmaq fosilindən bir insan rəsmi ortaya çıxara bilir, onun haqqında uşaqları güldürəcək məntiqsizlikdə bir hekayə çıxara bilirlər? Tək bir kiçik barmaq fosili üzərindən edilən bu şərh o qədər təəccüblü bir şərhdir ki, normal şərtlərdə belə bir iddianı müdafiə etmək fövqəladə dərəcədə hörmətdən salan olmalıdır. Lakin 150 ildir bütün dünyanı aldatmış olan darvinist təlqin, belə məntiqsizlikləri özlərinə görə məqbul hala gətirmiş vəziyyətdədir. İllərlə,

 

  • Tək bir zülalı laboratoriyada çıxara bilmədiyi halda palçıqlı suda ilk hüceyrənin öz-özünə meydana gəldiyini müdafiə edən,
  • Genetik məlumat əlavə olunmasının mümkün olmadığını, mutasiyaların öldürücü olduğunu bilə-bilə bütün növlərin təsadüfi mutasiyalarla bir-birinə çevrildiyini iddia edən,
  • Meymunu (və ya yeni iddialarına görə meymunun da atası olan qəribə bir məxluqu) ataları olaraq qəbul edən,
  • Və əsas olaraq da yer üzündəki bütün möhtəşəm canlı müxtəlifliyinin və molekulyar səviyyədə heyranlıq oyandırıcı kompleksliyin tamamilə TƏSADÜFLƏRƏ aid olduğunu izah edən darvinistlər,

 

hələ bunlar qədər məntiqsiz iddialar ortaya ata bilirlər. Belə bir hekayə, dünyanın ən tanınmış jurnallarında, internet saytlarında, elm adamları tərəfindən olduqca sakit bir şəkildə izah edilir. Bu professorlar mövzu haqqında konfranslar verməkdə, insanlarla təkbətək söhbət edərək, onların üzlərinə qarşı bu ağlasığmaz hekayəni izah edirlər. Tək bir barmaq fosilindən törətdikləri utanc verən insan şəkillərini, böyük qürurla, heç çəkinmədən göstərirlər.

 

Darvinist iddiaları yox etmək üçün darvinistlərdən tək bir zülalın yaranmasını açıqlamalarını istəmək kifayətdir

İndi darvinistlər bu cür məntiqsiz izahları bir təbliğat vəsaiti edərək ortaya çıxdıqlarında onlardan yalnız tək bir zülalın yaranmasını açıqlamalarını istəmək kifayətdir. Təkamül bir yalan olduğu üçün darvinistlərin gətirdikləri bütün iddialar, yuxarıda da görüldüyü kimi çox detallı elmi dəlillərlə, dərhal çürüdülür. Lakin əsas təkamüllə əlaqədar hər şeyi bitirən, darvinistləri başdan susduran mövzu, bir zülala da izah gətirə bilməmələridir.

 

Artıq darvinistlər üçün meydan boş deyil. Çıxardıqları hər yeni hekayədə mütləq qarşılarına elmi dəlillər çıxarılacaq. Hər dəfə onlara bir zülalın belə nəzəriyyələrini yıxdığı xatırladılacaq. Mövzu haqqında detallı məlumatı olmayan bəzi insanlar, darvinistlərin zülalları irəlidə açıqlaya biləcəklərini düşünüb yanıla bilərlər. Hal-hazırda zülallarla əlaqədar kəşf edilən hər yenilik, bu quruluşun təxəyyül edə biləcəyimizdən daha çox kompleks olduğunu və insanın qabiliyyətlərini aşan nizam və intizama sahib olduğunu göstərir. Bu səbəbdən hər yenilik, darvinizmə yeni zərbə vurur. Zaman və elm davamlı olaraq darvinistlərin əleyhinə işləyir.

 

Darvinist oyunlar, əsla müvəffəqiyyətə çata bilməz. Çünki bu Uca Allahın qanunudur. Bu saxta nəzəriyyə, bütün dünyada, mütləq böyük hüsran və müvəffəqiyyətsizliklə çökəcəkdir. Rəbbimiz bu çöküntünün dəlillərini indi bizə saysız və ehtişamlı şəkildə göstərir. Uca Allahın yaratdığı qədər, ən gözəl şəkildə təcəlli edəcək.

 

Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Bilin ki, Allahın vədi haqdır, lakin onların çoxu bunu bilmir. (Yunis surəsi, 55)

 

 

Qaynaq:

1) “New Type of Human Discovered via Single Pinky Finger”, National Geographic

2) Fathers can be Influential too, 18 mart 2003: http://www.nature.com/nsu/990318/990318-5.html

3) Mitochondria can be inherited from both parents , 23 Avqust 2002: http://www.newscientist.com/news/news.jsp?id=ns99992716

4) Forster, P. M., Annals of Human Genetics, 67, 2-4, 2003 – Error reports threaten to unravel databases of mitochondrial DNA, Carina Dennis: http://www.nature.com/cgi-taf/DynaPage.taf?file=/nature/journal/v421/n6925/full/421773a_fs.html

5) DNA identifies new ancient human dubbed “X-woman”, http://news.bbc.co.uk/2/hi/science/nature/8583254.stm