Australopithecus sediba haqqındakı iddialara cavablar

Xüsusilə son illəri, nəzəriyyələrinin çöküşü səbəbiylə böyük bir hüsran içində keçirən darvinistlər görəsən niyə özlərini təkidlə hörmətdən salırlar? Bütün oyunları gün işığına çıxmış, təbliğat və demaqoqluq ilə aldatma üsulları insanlara elan edilmiş, tək bir ara fosil belə olmadığı dəlilləriylə açıqlanmış, 300 milyon fosilin nəzəriyyəni ortadan qaldırdığı isbat edilmiş və ən əhəmiyyətlisi tək bir zülalın yaranmasını belə açıqlaya bilmədikləri açıqca ortaya qoyulmasına baxmayaraq, eyni iddiaları nəyə dayanaraq yenidən gündəmə gətirə bilirlər?

Görəsən darvinistlər insanların artıq bu kimi iddialara güldüklərinin, özlərinin isə alçaldıqlarını anlamırlarmı? Şagirdlərin məktəblərdə təkamül nəzəriyyəsinə lağ etdiklərini, müəllimləriylə bu mövzuda mübahisə etdiklərini və üstün gəldiklərini görməməzlikdənmi gəlirlər? Görəsən, həqiqətən, təkamülün yerlə bir olduğunu bütün açıqlığıyla öyrənmiş olan insanları bu üsullarla hələ aldada biləcəklərinimi ümid edirlər? Görəsən, son dərəcə aciz olan bu üsullarla “hələ məğlub olmadıq” mesajımı verməyə çalışırlar?

 

Məğlub olmadıqlarına özlərini inandırmaq üçün çalışan darvinistlərə çağırış

Darvinistlər əslində başlarına gələni tam olaraq başa düşürlər. Əhatəli və qəti bir məğlubiyyətlə məğlub olduqlarını çox yaxşı bilirlər. Ancaq onlar indi yalnız “bir şey olmadı ki” fəlsəfəsinin nümayəndəliyini edirlər. Əslində məğlub olmadıqlarına özlərini inandırmaq istəyirlər və üstəlik başqa insanların da buna inanacaqlarını ümid edirlər.

Lakin yanılırlar. Hədəfləri nə olursa olsun, darvinistlər, saxta nəzəriyyələri adına ortaya çıxdıqca həmişə alçalırlar. Son günlərdə isə ölkəmizdəki bir neçə həmişəki təqibçisi ilə birlikdə darvinist nəşrlər, Australopithecus sedibaalarak “əlimizdə homo habilis fosili var” deyə gündəm meydana gətirməyə çalışırlar. İşin maraqlı tərəfi əvvəllər nəşrlərində, olan fosil skeletini (və ya tapdıqları kiçik bir sümüyü) nəşr edib, əslində mükəmməl bir canlını təmsil edən və heç bir ara forma xüsusiyyəti göstərməyən bu fosili hiyləli ifadələrlə ara forma kimi göstərməyə çalışan darvinistlər, bu dəfə bir fosil göstərməyə belə ehtiyac duymamışlar. Həm də adı çəkilən darvinist nəşrlərdə fosili tapan elm adamlarının səssizliklərini qoruduqları və fosil haqqında detal vermədikləri açıqca ifadə edilir.

Lakin buna baxmayaraq, adı çəkilən darvinist nəşrlərdə bütün detallarıyla bir meymun adam artıq çəkilmişdir. Darvinistlərin tək bir donuz dişindən və ya kiçik barmaq fosilindən xəyali meymun adam fiqurunu ailəsiylə təsvir etməsi onsuz da kifayət qədər heyrət vericiykən bu dəfə əldə heç bir fosil yox ikən ortaya meymun adam çıxarmaları həqiqətən də, şok edicidir. Q. Afrikada tapıldığı iddia edilən bu xəyali fosil üzərindən edilən fərziyyə isə 150 ildir darvinistlər tərəfindən davam etdirilən nəticəsiz, saxtakar və artıq bezdirici olmağa başlayan siyasəti təkrar gözlər önünə sərir. Təbliğat yenə eyni saxta terminlərlə bəzənmiş xəbər başlıqlarla davam edir: Xəyali fosil sözdə “təkamülə işıq tutur”, xəyali fosil “uzun zamandır axtarılan itkin halqadır”, xəyali fosil “insanlığın beşiyi”, xəyali fosil “insanlıq tarixini yenidən yazacaq”…

 

Xatırlanacağı kimi bu ifadələr illər əvvəl,

 

– Şok edici bir elm saxtakarlığı olaraq tarixə keçən Piltdoun adamı,

– Tək bir donuz dişindən törədilən Nebraska adamı,

– Tam mənasıyla bir insan, hətta yalnız kiçik bir uşaq olduğu aydın olan Turkana uşağı,

– Bir meymundan başqa bir şey olmadığı darvinist nəşrlər tərəfindən belə açıqca etiraf edilən Lusi,

– Mikrosefali xəstəliyi keçirdiyi üçün kiçik beyin həcminə sahib bir insan olduğu qəti elmi dəlillərlə isbat edilən Homo florensis (hobbit),

– Açıq  bir şəkildə lemur olmasına baxmayaraq, insanın ən əhəmiyyətli atası olaraq utanmadan önə sürülən və darvinistlər tərəfindən üzr istənilərək haqqındakı bütün fərziyyələr geri çəkilən İda,

– Son olaraq da dik gəzən kompüterli animasiyanı hər yerdə nəşr olunduqdan sonra “bağışlayın, yanılmışıq, meymunmuş” deyə tələm-tələsik geri alınan Ardı üçün də istifadə edilmişdi.

 

Daha doğrusu, darvinistlərin belə böyük qışqırıqlarla gündəmdə tutmağa çalışdıqları (burada sayılan və ya sayılmayan) hər fosil, hər zaman böyük hüsran gətirdi. İnsanlara isə darvinist saxtakarlıqların necə asan, israrla, laqeydcə təlqin edildiyini göstərdi.

Darvinistlərin hələ eyni üsullarla özlərini hörmətdən salmağa çalışmaları, həqiqətən, təəccüblüdür. Lakin əlbəttə bu, daha əvvəl də bir çox yazımızda ifadə etdiyimiz kimi, darvinist cəbhədəki böyük çaxnaşmanın, ciddi narahatlığın, əhatəli acizlik duyğusunun, məğlubiyyətin və çarəsizliyin ifadəsidir. Darvinistlərin, son bir çırpınış olaraq belə aciz üsullara müraciət etmələri gözlənilən şeydir. Elmi dəlilin olmadığı yerdə əgər bir saxtakarlıq müdafiə olunursa, ortaya alçaldıcı və demaqoq izahlardan başqa bir şeyin çıxması mümkün deyil.

 

Tək bir ara fosil olmaması darvinizmin sonudur

İndiki vaxtda 300 milyondan çox fosil var. Bu fosillərin biri belə ara forma deyil. Darvinistlərə görə milyardlarla, hətta triyonlarla olmalı olan xəyali ara formalardan əsər-əlamət yoxdur. Təkrarlamaq lazım olsa BİR ƏDƏD BELƏ ARA FOSİL YOXDUR. İndi İda kimi, Ardı kimi, haqqında fərziyyə deyilən digər fosillər kimi bu fosil də darvinistlərin bu aralar tək dayaq nöqtəsi olan hay-küy üsuluna alət edilmişdir. Fosil haqqında detal verilə bilməməsinin tək səbəbi belə bir fosilin ya heç olmaması, ya da yalnız bir meymundan ibarət olmasıdır. Onsuz da bu xəyali fosil haqqında hər hansı məlumat verildiyi təqdirdə, saxta iddialara mütləq Allahın icazəsiylə hər zamanki kimi elmi cavablar veriləcək.

Saxtakarlığın ortaya çıxarılması və buna qarşı elmin göstərdiyi dəlillərin ortaya qoyulması daima çox asan olmuşdur. Təkamül heç yaşanmadığı üçün ediləcək tək şey bu mükəmməl fosil üzərində edilən saxtakar fərziyyələrin gün işığına çıxması və fosil haqqındakı elmi gerçəklərin ortaya qoyulmasıdır. İndiyə qədər Harun Yəhya əsərlərinin darvinizmi etibarsız etməsi, darvinistləri bütün dünya səviyyəsində təəccüblü və dəhşətli məğlubiyyətə məruz qalması, Allahın icazəsiylə bu qəti, dəqiq və mübahisəsiz elmi dəlillər vəsiləsiylə reallaşmışdır.

İki milyon illik olduğu iddia edilən bu qalıq ilə əlaqədar detal verilmədiyindən və qalığın bir homo habilisə aid olduğu iddia edildiyindən, homo habilis saxtakarlığının üzərində dayanmaq və bu canlıların soyu tükənmiş meymunlardan başqa bir şey olmadığını xatırlatmaq yerində olacaq. Daha əvvəlki homo habilis iddialarını çürüdən olduqca əhatəli yazılar mövcuddur.

 

Darvinizmi yıxmaq üçün tək bir zülal kifayətdir. Tək bir zülalın meydana gəlməsini belə açıqlaya bilməyən darvinistləri yenidən düşünməyə dəvət edirik

Bilindiyi kimi, darvinist fərziyyələr davamlı olaraq bu sətirlərdə etibarsız qılınmaqdadır. Lakin uzun zamandır təkrarladığımız və darvinizmi təməlindən, özündən çökdürüb yox edən əsl gerçəyi burada təkrar xatırlatmaq lazımdır. O da, DARVİNİSTLƏRİN TƏK BİR ZÜLALIN MEYDANA GƏLMƏSİNİ BELƏ AÇIQLAYA BİLMƏMƏLƏRİDİR. Darvinistlərin etdikləri və ya edəcəkləri bütün fərziyyələrə hər vaxt olduqca əhatəli cavablar veriləcək, verilməkdədir də. Lakin belə yalanlara yönəlmədən əvvəl darvinistlərdən gözlənilən YALNIZ TƏK BİR ZÜLALA İZAH GƏTİRMƏLƏRİDİR. Bu sətirlərdə, bu çağırış hər yazımızda dəfələrlə edilmişdir. Lakin darvinist cəbhədə həmişə olduğu kimi səssizlik hakimdir.

Darvinistlər, daha həyatın başlanğıcını açıqlaya bilməzkən, saysız zülal saxlayan bir canlının fosili üzərindən fərziyyə etməyi buraxmalıdırlar. Əvvəlcə haqqında hekayələr çıxardıqları bu xəyali homo habilisin bir proteinini izah etməlidirlər. Çarəsizlikdən artıq “zülalları yadplanetlilər gətirdi” deyəcək qədər irəli gedən darvinistlər, əgər bu azğın və hiyləli nəzəriyyəni müdafiə etməyə davam edəcəklərsə, saxtakarlıqları bir kənara buraxmalı, tək bir zülalın öz nəzəriyyələrinə görə necə meydana gəldiyini, gerçək, elmi, məntiqli və doğru dəlillərlə açıqlamalı və bunu göstərməlidirlər.

Darvinistlər əgər hələ təsadüflərdən mədət ümid edirsə, hələ fövqəladə komplekslikdəki həyatın, fövqəladə komplekslikdəki ən kiçik parçası qarşısında belə susqun və çarəsiz qalırlarsa; bu vəziyyətdə bəzi insanların, xəyali “homo habilis”, “insanın atası”, “itkin halqa” yalanlarına inanmaları, bu hekayələri ciddi qəbul edib bunda məntiq axtarışları ciddi bir yanılma olacaq.

Bunu yenidən xatırlatmaq lazımdır ki, bu günə qədər zülalın varlığını açıqlaya bilməyən darvinistlər üçün bundan sonra hər şey daha çox çətin olacaq. Zülalın ən kiçik parçasında kəşf edilən komplekslik, zülalın detalları araşdırıldıqca daha da artmaqdadır və ən əhəmiyyətlisi TƏK BİR ZÜLALIN VAR OLA BİLMƏSİ ÜÇÜN MÜTLƏQ BİR ZÜLALIN VARLIĞI LAZIMDIR. Həm də, hüceyrə içindəki daha böyük strukturlar, zülaldan çox daha kompleksdir və hamısı zülalların varlığını tələb edir. Məhz bütün bunlar, DARVİNİZMI TƏMƏLİNDƏN ÇÜRÜDÜB YOX EDİR. Bu səbəbdən hər kəsin, darvinist nəşrlərdə saxtakarca fərziyyələrlə qarşılaşdıqlarında, bu yalanı bu istiqamətiylə qiymətləndirməlidirlər.