Keçdiyimiz günlərdə darvinist nəşrlərdə birdən-birə başlıq mövzusu halına gələn xəyali ara-keçid fosilindən bəhs etmişdik. Xatırlanacağı kimi dünya səviyyəsində darvinist nəşrlərin hamısı, hələ canlının nə olduğu açıqlanmamış, tapılan parçaları ictimaiyyətə göstərilməmiş, detalları haqqında heç bir məlumat verilməmiş bir fosili olduqca detallı şəkildə təsvir edib nəşr ediblər. Böyük ehtimalla fosili ortaya çıxarmadan əvvəl ediləcək təbliğatın həyəcan yaradacağını, maraq oyandıracağını və ya daha inandırıcı olacağını düşünürdülər.

O zaman bu saxta iddialara verdiyimiz cavabda bu iddianın açıq fərziyyə olduğunu, tapıntılar haqqındakı detallar açıqlandığında, bu şərhlərə qarşı da detallı cavabımız olacağını ifadə etmişdik. Edilən əhatəli fərziyyədən sonra “Science” jurnalında nəşr olunan fosil haqqındakı şərhləri və bu mövzudakı darvinist iddiaların etibarsızlığını aşağıda əldə edə bilərsiniz.

 

Bu şərhləri etməzdən əvvəl darvinizm haqqındakı əsl əhəmiyyətli gerçəyi, yəni darvinistlərin tək bir zülalın necə meydana gəldiyini belə açıqlaya bilmədikləri gerçəyini təkrar xatırlatmaq lazımdır. Darvinistlərin TV proqramlarına çıxıb, qəzetlərə bildirişlər verib bir sümük parçası üzərində fərziyyə etdikləri hər an, əvvəlcə tək bir zülal qarşısında susqun qaldıqları xatırlanmalıdır. Daha həyatın başlanğıcına bir söz deyə bilmədikləri qəti olaraq unudulmamalıdır. Daha əvvəl də ifadə etdiyimiz kimi bir zülalın meydana gəlməsi üçün başqa bir zülalın varlığının şərt olması, təkamül adına edilən hər fərziyyənin saxta olduğunun ən böyük dəlilidir. Təkamül hələ həyatın başlanğıcında, həyatın təməli olan ən kiçik quruluş qarşısında yerlə bir olub yox olmuşdur.

Darvinist iddiaların hamısı saxtadır. Bu gerçək, elmi dəlillərlə çalışmalarımızda detallı açıqlanmışdır. Deyilən fərziyyələrin etibarsızlığını bir daha göstərmək adına bu cavab yazılır. Lakin əsas olaraq darvinizm tək bir zülal qarşısında bitmişdir. Saxta darvinist iddialarla qarşı-qarşıya qalındığında mütləq prioritetli olaraq bu həqiqət unudulmamalıdır.

 

Tək bir zülalı açıqlaya bilməyən darvinistlərin Australopithecus Sediba aldatmacaları

 

Cənub Afrikada Malapa mağarasında 2008-ci ildə yapılan fosil, iki canlıya aid parçalardan meydana gəlirdi. Darvinistlər tapılan parçaların “tam skelet” meydana gətirdiyini iddia etdilər. Nə var ki bu fosillər əslində tək bir kəllədən və iki canlıya aid bir neçə ədəd sümükdən ibarət idi. Daha açıq deyişlə ortada darvinistlərin iddia etdiyi kimi tam skelet yox idi. Lakin əlbəttə, daha əvvəl tək bir kiçik barmaq fosilindən xəyali bir canlının ictimai mühitdə əhatəli bərpasını etməkdən çəkinməyən darvinistlər üçün olan sümük miqdarı, üzərində bol fərziyyə etməyə çatacaq miqdarda idi.

Hələ tək bir zülalı açıqlaya bilməyən darvinistlər, bu yeni fosillərin xəyali “atamız” olduğunu iddia etdilər. Ancaq bir metrə çatan boyları, 420-450 cc böyüklüyündəki beyin həcmləri (insanın 1200-1600 cc-lik beyin həcminə görə bu nisbət olduqca kiçikdir), ağaclara dırmaşmalarını təmin edəcək oranqutanlarınkından fərqli olmayan uzun qolları, qısa ayaqları qısaca, bütün xüsusiyyətləriylə tam mənasıyla bir meymun növü olduqları aydın olan bu iki canlı qalığı, bütün bu dəlillərə baxmayaraq, nədənsə darvinistlər tərəfindən “dik yeriyən canlılar” olaraq elan edildilər.

Hər soyu tükənmiş meymun növü üçün təkamülçülərin ortaya atdıqları bu məşhur dik getmə iddiasının əlbəttə ki, bu dəfə də heç bir dayağı yoxdur. Mövzu haqqında tək bir dəlil belə təqdim edilməmişdir. Fosillər yalnız bu canlıların bir meymun növü olduğunu ortaya qoyur. Etmək istədikləri, eynilə Ardı yalanında olduğu kimi, mükəmməl şimpanzeni dik yeriməsini göstərərək, insanın saxta təkamülünə saxta ara forma meydana gətirə bilməkdir. Lakin eynilə Ardıda olduğu kimi bu iddia da tamamilə dəlilsizdir, qəti olaraq uydurmadır. Həm də yenə eynilə Ardı səs-küyündə olduğu kimi Darvinistlərin çoxu bu səs-küydən duyduqları utancı açıqca dilə gətirirlər.

 

Homo habilis yalanını hər fürsətdə istifadə edən darvinistlər

Hələ tək bir zülalın belə meydana gəlməsini açıqlaya bilməyən darvinistlərin məşhur Homo habilis iddiaları vardır. Darvinistlər, ümumiyyətlə, soyu tükənmiş meymun fosillərini alır və bunları bir anda Homo habilis elan edirlər. Fosillə əlaqədar hər şey onun bir meymun növündən başqa bir şey olmadığını açıq göstərərkən darvinistlər, əllərində hazır soyu tükənmiş bir fosil varkən bunu özlərinə görə ən yaxşı şəkildə istifadə etməyə və fərziyyələrinin bir parçası halına gətirməyə çalışırlar.

Bunun üçün də ən razı edici olan yol, “qolları, ayaqları, kəllə həcmi, böyüklüyü, uzunluğu və s., qısacası fosillərin göstərdiyi bütün xüsusiyyətlər onun meymun olduğunu göstərir, amma bu canlı böyük ehtimalla dik gəzirdi” deməkdir. Məhz bu yolla soyu tükənmiş hər meymun fosilinin dik gəzdiyi “fərz edilir” və fosil, darvinistlər tərəfindən bir anda “Homo habilis”, yəni xəyali “meymun atamız” halına gətirilir.

 

Bu yalanın üstü çoxdan açılmışdı və Darvinistlər artıq bu yalanla insanların əksəriyyətini inandıra bilmirlər. Necə ki, darvinistlərin fərz etdikləri meymun fosilləri, hər dəfə darvinistlərin hazırladıqları saxta təkamül hekayəsini və bunun üzərinə edilən saxta tarixi tamamilə alt-üst etdiyindən, daim darvinistlər baxımından böyük bir problem olmuş, həmişə aralarında anlaşılmazlıq çıxmışdır. Bu mövzuda darvinistlərin, Homo habilis növünün bir meymun olaraq qiymətləndirilməli olduğuna dair Associated Press internet saytında çıxan şərhlərini də unutmamaq lazımdır. [1]

Bu fosildə də eyni vəziyyət vardır. Darvinistlər 1.95 milyon ilə 1.78 milyon illik olduğunu təxmin etdikləri bu fosilləri tarixləri etibarilə heç cür öz hazırladıqları hekayələrində bir yerə yerləşdirə bilmirlər. Onsuz da bu səbəblə həmişə yeni hekayələr qururlar. Halbuki, əllərindəki bu sümük parçaları, gerçəkdə soyu tükənmiş bir meymun növünə aiddir. Darvinistlər əsl buna görə narahat olmalıdırlar: Hal-hazırda əllərindəki fosillər mükəmməl canlılara aiddir. Bu mükəmməllik darvinizmin ən böyük çöküş səbəblərindən biridir.

İndiyə qədər ələ keçirilmiş 300 milyon fosilin hamısı mükəmməl quruluşdakı, qüsursuz anatomiyadakı, fövqəladə simmetriyaya sahib canlılardan meydana gəlir. Deməli, canlılar mutasiya ilə təkamülləşən, bir-birindən törəyən, təsadüfi inkişaf edib təsadüfi dəyişən, təsadüfən təkamülləşən canlılar deyildirlər. Fosil qeydləri 150 ildir darvinistlərə bu gerçəyi xəbər verir. Darvinistlərin, təkamül nəzəriyyəsini ortadan qaldıran bu mükəmməl fosilləri təkamülə dəlil olaraq təqdim etməyə çalışmaları fövqəladə dərəcədə təəccüblü və onlar tərəfdən utanc vericidir.

 

Yeni Autrolapithecus Sediba hay-küyü darvinist elm adamlarını belə utandırır

Əvvəllər darvinist nəşrlərdə “itkin halqa tapıldı”, “atamız mikrobmuş” kimi xəbərlər çıxdığında, darvinist nəşrlərin bu təbliğatı məqsədinə çatar, hədəflənən hiyləli mesaj oxuculara rahatlıqla çatdırıla bilirdi. O zamanlar darvinistlərin elmdən istifadə edərək insanları aldatdıqları, açıq-aydın yalan danışdıqları, yazılan bu hekayələrin tamamilə yalan olduğu bilinmirdi. Təkamül bir gerçək düşünülür, məktəblərdə, universitetlərdə və iş yerlərindəki mütəşəkkil təbliğ səbəbiylə yalanın gerçək üzü heç bir zaman aydın olmurdu.

Lakin indi vəziyyət belə deyil. Bütün elm sahələrinin təkamülü yalanladığını ortaya çıxaran Harun Yəhya əsərlərinin təsiriylə darvinistlərin yaşadıqları böyük hüsran, bütün dünyanın gözlərinin qarşısında reallaşdı. Artıq köhnə darvinist oyunlar indi nəticə vermir. Məhz bu səbəblə son vaxtlarda darvinistlər tərəfindən “hay-küy” üsulundan istifadə edilir. Diqqət yetirilsə, indiyə ana qədər demaqoqluğu və təbliğatı sınayan və müvəffəqiyyətsiz olan təkamül müdafiəçiləri bu dəfə də hay-küy üsulu ilə gündəmdə qalmaq istəyirlər.

İdada hüsranla nəticələnən, Ardıda darvinistlərin alçalmasına səbəb olan bu hay-küy metodunun yeni fosildə də təsirli olacağını zənn edən darvinistlər çox yanıldılar. Çünki edilən hay-küy, bir tərəfdən darvinistləri olduqca kiçik vəziyyətə salarkən, digər tərəfdən də öz tərəflərindəki elm adamları tərəfindən tənqid edilir. Artıq oyunları elə yazıq hal adı ki, darvinist iddialar darvinist elm adamları tərəfindən tənqid olunur.

 

Darvinist elm adamlarının yeni fosil haqqındakı iddialarının etibarsızlığına dair ifadələri

Soyu tükənmiş mükəmməl meymun fosilini, fiziki xüsusiyyətləri tam əksini göstərməsinə baxmayaraq, “dik gəzdiyinə ümid edirik” deyərək insanın atası elan edən darvinistlərə ən böyük reaksiya, artıq bu məntiq xarici hay-küydən utanan darvinistlərdən gəldi.

Söz mövzusu iddianı eşidən tanınmış darvinist elm adamı Karl Zimmer, bu iddiaları, İda haqqındakı yalanlara göndərmə edərək, “xahiş edirəm, yenəmi?” şəklindəki şikayətlənmələrlə qarşıladı.

Zimmer, Slate jurnalı internet saytındakı yazısında, bu həftənin yeni sözdə “itkin halqa”sının ilk olaraq Telegraph qəzetində, ardından da heç vaxt keçmədən digər xəbər kanallarında tanıdıldığını ifadə edirdi. Zimmer, fosil haqqında heç bir məlumat verilməmiş olmasına baxmayaraq, bu nəşrlərin “sonunda atamız tapıldı” şəklindəki xəbərlərinə kinayəli üslubla diqqət çəkirdi.

Nəhayət, fosil haqqındakı məlumatlar Science jurnalında haradasa bir həftə sonra nəşr olunduğunda Zimmerin deyimiylə dünya sonunda məşhur Australopithecus sediba ilə görüşmüşdü. Zimmer belə davam edirdi: “Bu fosillər bir çox istiqamətdən olduqca əhəmiyyətlidirlər, lakin bir şey var ki o da bir itkin halqa olmadıqlarıdır” [2]

 

Nyu Yorkdakı Stony Brook universitetindən Bill Jungers də, bu fosilin Homo habilislə əlaqəsi olmadığını ifadə edərək, bunu bir başqa mükəmməl meymun olduğunu elan edirdi.

“Nature News”-dakı xəbərdə isə Maykl Çeri bunları söyləyirdi:

 

“Araşdırmaçıların fosilin insanın təkamülündəki ara növləri təmsil etdiyi və Australopithecus və homo növləri arasında dayandığı istiqamətindəki təklifləri, digər araşdırmaçılar tərəfindən çox şişirdildiyini tənqid edilir”. [3]

 

Fosil üzərində araşdırma aparan Li Berqerin tərəfdarlarından biri isə bunu ifadə edirdi:

 

“Malapa nümunələri Homo habilis deyə təsnif etmə olub olmadığı mövzusundakı mübahisəni yenidən alovlandıracaq.” [4]

 

Başqa bir tənqid isə bu qalığın, digər bilinən növlər arasındakı variasiyadan başqa bir şey olmadığı istiqamətində idi. Yəni darvinistlər də bunun yalnız bir meymun növü olduğunu açıqca bilirdilər.

 

Darvinistlər gerçəyi bildikləri halda niyə insanları aldadırlar?

Darvinistlər, bu fosilin yalnız soyu tükənmiş bir meymun növü olduğunu, bunun saxta təkamül ilə bir əlaqəsinin olmadığını, əlbəttə, çox yaxşı bilirlər. Onların etdiyi şey, insanlara gerçəkləri fərqli göstərməkdir. Bunu da yalnız saxtalığını açıqca bildikləri, lakin ideoloji səbəblərlə sarıldıqları darvinizm üçün edirlər. Halbuki, artıq diqqətə alınmalı olan bir şey var. Əvvəllər özlərinə elm adamı sifətiylə dəyər verən və izah etdiklərini, həqiqətən, elmi dəyəri varmış kimi diqqətə alan insanlar, indi darvinistlərin bu boş səyini heyrətlə qarşılayırlar. Bu qədər çökmüş bir nəzəriyyəni niyə hələ müdafiə etməyə çalışdıqlarını, niyə konfranslar keçirib, mətbuat şərhləri edib, qəzetlərə bildirişlər verib heç olmamış bir tarixi göz görə-görə sanki varmış kimi izah etməyə çalışdıqlarını heyrətlə izləyirlər.

Karyera sahibi bir elm adamının, insanların qarşısına çıxıb “homo habilis yeriməyi öyrəndi”, “atamız mikrobdan törədi”, “savannaların üzərində uzanıb iki ayaqlı olduq” deyə izahlar verməsi, həqiqətən artıq insanlara olduqca gülünc gəlir. Darvinistlər heç olmasa bu gerçəyi diqqətə alaraq, nə qədər alçaldıqlarını dərhal görərək müdafiə etdikləri bu yalanın nə qədər gülməli olduğunu anlamalı və bu saxta nümayişdən imtina etməlidirlər. Yer üzündəki bütün insanlar kimi vicdani olaraq çox açıq bildikləri gerçəyi, yəni hər şeyi yaradının Allah olduğu gerçəyini qəbul etmək mövzusunda müqavimət göstərməməlidirlər.

Çünki bu müqavimət, onları dünya həyatında daha da hörmətdən salacaq, daha da çarəsiz bir vəziyyətlə qarşı-qarşıya buraxacaq. Bu mənasız müqavimətin qarşılığı axirətdə isə daha çətin ola bilər (doğrusunu Allah bilir). Məhz bu səbəblə darvinistlər, gerçəklər özlərinə açıqca göstərilmişkən, vicdanları doğrunu çox yaxşı bilərkən, açıqca saxtakarlıqdan başqa bir şey olmayan bu itkin halqa hekayələrini bir kənara buraxmalı, tək bir zülal molekulu qarşısında aciz qaldıqlarını unutmamalı və insanları bu saxta hekayələrlə aldatmağa son verməlidirlər. Nə qədər səy göstərirlərsə göstərsinlər, bu nəzəriyyəni müdafiə etdikləri müddətcə məğlub olacaqlar, məğlub olmaqdadırlar. Çünki bu, Allahın vədidir. Onlar istəsələr də istəməsələr də, bu vəd reallaşacaq.

Allah ayələrində belə buyurur:

 

Allahdan başqa, özləri üçün göylərdən və yerdən heç bir ruziyə, heç bir şeyə malik olmayan və buna gücləri çatmayan şeylərəmi tapınırlar? Artıq Allaha bənzəyənlər axtarmağa cəhd etməyin; çünki Allah bilər, siz isə bilməzsiniz. (Nəhl surəsi, 73-74)

 

 

[1] Paleoanthropologists Disown Homo habilis from Our Direct Family Tree,

http://www.evolutionnews.org/2007/08/paleoanthropologists_disown_ho.html

[2] Carl Zimmer, Yet Another “Missing Link”, Slate, Posted Thursday, 8 aprel, 2010,

http://www.slate.com/id/2250212/pagenum/all/#p2

[3] Michael Cherry, Claim over “human ancestor” sparks furore, Published online 8 aprel 2010,

http://www.nature.com/news/2010/100408/full/news.2010.171.html

[4]Michael Cherry, Claim over “human ancestor” sparks furore, Published online 8 aprel 2010,

http://www.nature.com/news/2010/100408/full/news.2010.171.html