Həyatın mənşəyinə dair indiki vaxtda araşdırma aparan elm adamları bundan əlli il əvvəl ilk təcrübələrini reallaşdıran Stanley Millərdən daha çox məlumat əldə etməyiblər. Bəzi elm adamları araşdırmaların hələ başlanğıc mərhələsində olduğunu söyləsələr də, son əlli ildir əhəmiyyətli qaynaqlar köçürülən həyatın mənşəyinə dair araşdırmalar günümüzdə hələ gerçək cavablara çatmayıb. Səhv yanaşma araşdırma proqramını əsasən dayandırmışdır.

Kitabları ən yaxşı satanlar siyahısında olan [təkamülçü] yazıçı Paul Davies bu nöqtəyə “Beşinci möcüzə” adlı kitabında bu şəkildə yer verir:

 

Bu kitabı yazmağa başladığımda elmin həyatın mənşəyi sirrini həll etməyə yaxınlaşdığına inanmışdım… Lakin bu sahədə bir-iki il araşdırma apardıqdan sonra indi anlayışımızda müdhiş böyük bir boşluq olduğu qənaətindəyəm… Anlayışımızdakı bu boşluq yalnız müəyyən texniki detallar haqqındakı cəhalətimiz deyil; əhəmiyyətli bir nəzəri boşluqdur. (Paul Davies, Beşinci Möcüzə: Həyatın Mənşəyi və Mənası Araşdırması (New York: Simon & Schuster, 1999), səh. 17-18)

 

Daviesin şərhləri elm adamları da daxil olmaqla insanların əksəriyyətini böyük ehtimalla təəccübləndirir. Məşhur mediada çıxan xəbərlərə baxanlar araşdırmaçıların həyatın mənşəyinə dair hər şeyi açıqladıqlarını zənn edər, lakin bu vəziyyət gerçəyi əks etdirmir.

Davies mövzunun cəmiyyətdə qəbul edilən bu şəkliylə qəti gerçəklər arasında niyə uyğunlaşmazlıq olduğunu bu sözlərlə açıqlayır:

 

Bağlı qapılar arxasında başlarının qarışdığını açıq-açıq qəbul etmələrinə baxmayaraq, bir çox araşdırmaçı halqa həyatın mənşəyinin hələ aydın ola bilmədiyini söyləməkdən narahatlıq duyur. Bu narahatlıqlarının iki səbəbdən qaynaqlandığı görülür. Əvvəlcə bunun dini şərhlərə…  qapı açdığını hiss edirlər. İkincisi cəhalətlərini açıq-açıq qəbul etsələr, əllərindəki fondları itirəcəklərindən narahat olurlar. (Davies, səh. 17-18)

 

Bu səbəblə elm adamları səssizliklərini qoruyub irəliləyə biləcəkləri yeni istiqamətlər axtarışı içərisinə girdilər. 1999-cu ildə San Dieqo, Kaliforniyada və 2002-ci ildə Oaxaca, Meksikada (bundan belə ISSOL 1999 və ISSOL 2002 olaraq xatırlanacaq) ortaq olaraq reallaşdırılan “Həyatın Mənşəyi İşləri Cəmiyyəti və Həyatın Mənşəyi Beynəlxalq Konfransı”nda pərdə arxasında yaşanan diqqətə çarpan bir hala gəldi. Hər üç ildə bir həyatın mənşəyinə dair dünyanın müxtəlif yerlərində araşdırma aparan öndə gələn elm adamlarını bir yerə toplayan bu ortaq elmi yığıncaq son tapıntıların paylaşılıb müzakirə edildiyi bir platforma vəzifəsi göstərir.

Bu cür yığıncaqlardakı mühit ümumiyyətlə, iştirakçıların yeni kəşflər və böyük görüşlər eşidəcəkləri ümidi ilə doludur. Nə var ki, hər iki ISSOL yığıncağına çarəsizliklə dolu mərhəmətsiz bir ruh halı hakim idi. İştirakçılar çox yaxşı fondlarla dəstəklənilən əlli illik araşdırmalarda bir-biri ardına maneələrlə qarşılaşıldığını qəbul etmək məcburiyyətində qaldılar. Yeni problemlər gün işığına çıxarkən köhnə çətin problemlər davam edirdi. (Fazale R. Rana, “Həyatın Mənşəyi Təxminləri Mövzusunda Üzləşmələr: Təkamülə qarşı İncildəki Yaradılış”, İnanc Əsasları 6 (Q2 2001), səh. 41-47)

 

Həyatın mənşəyinə dair araşdırma aparan araşdırmaçılar primordiyal (ibtidai) dünya üzərində prebiyotik molekulların istehsalı üçün uyğun hər hansı bir yer təyin edə bilmirlər. Problemlər üzərində çalışan araşdırmaçılar amin turşularıda tək formalı “əllilik” hadisəsinin, nükleotid və şəkərlərin hər hansı bir sözdə prebiyotik şorbada necə meydana gəldiyinə şərh gətirə bilmirlər.

Geoloji, jeokimyasal məlumatlar və fosil qeydlərinin hamısı naturalistik ssenarilərə qeyri-mümkün məhdudlaşdırmalar gətirir. Həyat sürətli şəkildə və dünya tarixinin erkən dövründə-dünyanın bunu mümkün etdiyi ən erkən dövrdə-meydana gəlmişdir. Dünyanın mənşəyinə dair araşdırma aparan elm adamları həyatın ortaya çıxması üçün on milyon ildən daha çox müddətə sahib olmadığını qəbul edirlər. Həyat eyni zamanda təəccüblü şəkildə çətin şərtlərdə meydana gəldi; belə ki, bu şərtlər həyatın davam etməsinə deyil, meydana gəlib ortaya çıxmasına belə icazə verməzdi.

Yer üzündə meydana gələn ilk həyatı kimyəvi baxımdan son dərəcə kompleks idi. Bununla əlaqəli olaraq araşdırmaçılar həyatın, ən minimal formasında, hüceyrə içərisində məkansal və zamansal baxımdan mütəşəkkil olmuş təəccüblü sayda zülal tələb etdiyini kəşf etdilər.

Bir çoxu [ki ateist Riçard Davkins liderliyində “Kosmos dini”ni qəbul etdi] həyatın Dünya xaricində başqa bir yerlərdə meydana gəlmiş ola biləcəyi deyirlər.