Həyatın mənşəyinə dair araşdırma aparan araşdırmaçılar primordiyal (ibtidai) dünya üzərində prebiyotik molekulların istehsalı üçün uyğun hər hansı bir yer təyin edə bilmirlər. Problemlər üzərində çalışan araşdırmacılar amin turşularında tək formalı “əllilik” hadisəsinin, nükleotid və şəkərlərin hər hansı bir sözdə prebiyotik şorbada necə meydana gəldiyinə şərh gətirə bilmirlər.
Geoloji, jeokimyasal məlumatlar və fosil qeydlərinin hamısı naturalistik ssenarilərə qeyri-mümkün məhdudlaşdırmalar gətirir. Həyat sürətli şəkildə və dünya tarixinin erkən dövründə-dünyanın bunu mümkün etdiyi ən erkən dövrdə-meydana gəlmişdir. Dünyanın mənşəyinə dair araşdırma aparan elm adamları həyatın ortaya çıxması üçün on milyon ildən daha çox müddətə sahib olmadığını qəbul edirlər. Həyat eyni zamanda çaşdırıcı şəkildə ağır şərtlərdə meydana gəldi; belə ki, bu şərtlər tək həyatın davam etməsinə deyil, meydana gəlib ortaya çıxmasına belə icazə verməzdi.
Dünyanın ilk həyatı kimyəvi baxımdan qarışıq idi. Bununla əlaqəli olaraq araşdırmaçılar həyatın ən minimal formasında hüceyrə içərisində məkansal və zamansal baxımdan mütəşəkkil olmuş, təəccüblü sayda zülal tələb etdiyini kəşf etdilər.
Tarix özünü təkrar edir kimi görünür. İlk darvinistlər abiyogenezin [cansızdan canlı meydana gəlməsini] ən köhnə versiyasından necə imtina etdilərsə, bu günün elm adamları da naturalist həyatın mənşəyi paradiqmasının uzun zamandır əl üstündə tutulan təməllərindən imtina edirlər.
Qaynaq
Rana & Ross, Origins of Life (Həyatın mənşəyi), səh. 26-27